İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                     "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." .....                     SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... .....                     TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... .....                     Rafiq Ədilov kimə belə güvənir ki... .....                     ABB yenə də problem yaradır... .....                     Həmişəki Yaponiyadır... .....                     Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi .....                     İrəvan üçün NƏFƏSLİK... .....                     Rəsmi Bakının hələ ümidi var... .....                     Qaluzinin dilindən çıxan HƏDƏLƏR... .....                     İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. .....                     KAPİTAL BANK-ın BİRMARKET tələsi... .....                     "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" .....                     TENDER ÜÇÜN ƏLYERİ... .....                     "Əhali onsuz da çətinlik çəkir..." .....                     Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? .....                     Əmrullayevin əmrindəki QORXU REJİMİ .....                     İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                     “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” .....                     Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır .....                     Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi .....                     4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü .....                     Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                 

Qərbdən gələn təzyiqlərin pərdəarxası - demokratiya oyunu, yoxsa...
Tarix: 5-10-2017, 10:45 | Çap et
Qərbdən gələn təzyiqlərin pərdəarxası
Son vaxtlar Qərbdən ölkəmizə qarşı təzyiqlər güclənib. Bu basqılar durmadan artır. Maraqlıdır ki, bu cür davranış Azərbaycanın Avropa ilə əlaqələrini daha da yaxşılaşdırmaq üçün yürütdüyü siyasət dövrünə təsadüf edir. Sanki Qərbdə rəsmi Bakının Avropa ilə əlaqələrinin yaxşı olmasını istəməyən qüvvələr var.

Bu istiqamətdə gedən müzakirələr də getdikcə çoxalır. Təzyiqlərin səbəbləri və arxasında duran niyyətlərlə bağlı ümumi bir fikir yoxdur. Amerika başda olmaqla, Qərb dairələrinin doğrudan da ölkəmizdə demokratiya və insan haqlarının bərqərar olması istəyinə inananlar da var, Qərbin belə vasitələrdən yararlanıb Azərbaycana qarşı təzyiq mexanizmlərini işə saldığını düşünənlər də. Bu cür təzyiqlərin arxasında duranlarla bağlı da ən müxtəlif mövqelər var.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "EurActiv" fondunun saytına verdiyi sensasion müsahibəsində bu məsələyə də toxunub. Səfir bildirib ki, Bakıya bu hücumları Avropa yox, başqa oyunçular təşkil edir: “Biz Avropaya yaxın olduqca, daha çox tənqid eşidirik. Bir çox hallarda bu tənqidlər sünidir. Və biz bilirik ki, bu tənqidlərin arxasında kimlər dayanır. Biz Avropaya yaxın olmaqda maraqlıyıq, ancaq bəzi qüvvələr bu inkişafın, bu hərəkətin qabağını almaq istəyir. Azərbaycan bu il Avropa Birliyi ilə 3 ayda 5 danışıq prosesinə təkan verib.

Bu tənqidlər, dediyim kimi, bir çox hallarda sünidir və məqsədi Azərbaycanın Avropa Birliyi ilə münasibətlərini korlamaqdır, siyasi qərarları ən azı təxirə salmaqdır".

Səfir hesab edir ki, bu təzyiqləri Azərbaycanın Avropaya yaxın olmasını, Azərbaycanın Avropanın bir hissəsi olmasını istəməyənlər edir.

F.İsgəndərov daha sonra deyir: “Biz Avropa Birliyinə yaxın olduqca həmin tənqidlər kəskinləşir. Bu hücumlar Avropa Birliyi qurumlarından gəlmir, başqa oyunçulardan gəlir. Bu qüvvələrin məqsədi Azərbaycanın, necə deyərlər, Avropa dəyərlərinə uyğun gəlməyən müsəlman-barbar imicini yaratmaqdır. Belə ölkə ilə danışmaq belə lazım deyil. İkinci məqsəd odur ki, biz Ermənistanla beynəlxalq qanun çərçivəsində danışırıq. Beynəlxalq qanunlar ölkənin ərazi bütövlüyünü, suverenliyini nəzərdə tutur. Bunu necə dəyişmək olar? Ona görə də qarşı tərəfi korrupsioner, davranışı bilinməyən, barbar kimi təqdim eləməyə çalışırlar”.

Politoloq, deputat Elman Nəsirov bildirdi ki, Qərbin müəyyən dairələri tərəfindən Azərbaycana qarşı dəfələrlə belə təzyiqlər olub: “Bu cür təzyiqlərin hədəfinə çevrilmişik. Xüsusilə çox mühüm tədbirlərə ev sahibliyi edərkən belə təzyiqlərin artdığının şahidi oluruq. Bir qədər də açığını desək, Azərbaycan mühüm uğurlara imza atarkən bu təzyiqlərin əmsalı daha da yüksəlməyə başlayır. Bu gün ölkəmizə qarşı hətta Avropa Şurasının rəhbərliyi səviyyəsində təzyiqlər artmağa başlayıbsa, məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, onlar Azərbaycanın yeni-yeni nailiyyətlərinin şahidi olublar. Görürlər ki, çox da böyük olmayan bir müsəlman ölkəsi dünya siyasətində çox böyük çəkiyə malikdir. Onlar bunu çox qısqanclıqla qarşılayırlar. Onu da görürlər ki, Dünya İqtisadi Forumu 2017-18-ci illərin qlobal iqtisadiyyatın rəqabət qabiliyyətini müəyyən edərkən Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb. İki pillə də mövqeyimiz güclənib. Bu faktın özü onların yuxusuna haram qatıb. Həm də onun şahidi olurlar ki, Azərbaycan dünyanın böyük 20-liyinə daxil olan ölkələri hətta üstələyib. Məsələn, dünyanın əhali baxımından ən böyük müsəlman ölkəsi İndoneziyadır. Azərbaycan 35-ci, İndoneziya 36-cı yerdir. Şimal qonşumuz olan nəhəng Rusiya 38-ci sıradadır. Hindistan kimi böyük dövlət 40-cı yerdə qərarlaşıb. 20-likdə böyük mövqelərə sahib olan İtaliya 43-cü yerdədir. Türkiyə kimi böyük dövlət də 53-cü yeri tutur. Bunların hamısını onlar analiz edirlər. Yaxşı başa düşürlər ki, bu gün Azərbaycan bu uğurlara imza atırsa, sabah yeni uğurları qazanacaq. Düşünürlər ki, müxtəlif yollarla bu inkişafın qarşısını alsınlar. Bu halda onlar ”Axilles dabanı" axtarır, Uydurma ittihamlar səsləndirir, müxtəlif ölkələrdə siyasi rejimləri devirmək üçün tətbiq etdiklərini işə salmağa çalışırlar. Nəticədə insan hüquqlarının olmaması, siyasi məhbusların olduğu kimi ittihamlar səsləndirirlər. Dəfələrlə şahidi oluruq ki, böyük dövlətlər öz geosiyasi maraqlarını həyata keçirmək üçün insan hüquqlarından bir alət kimi istifadə ediblər. İraq, Suriya, Liviya, Misir kimi dövlətlərdə bunu görmüşük. O yerlərdəki “Ərəb baharı”nı həyata keçiriblər, məlum olur ki, o yerlərdə əsas həyata keçirdikləri üsul bunlar olub. Bir çox hallarda da guya onlar demokratiya yaradırlar. Biz də indi eyni vəziyyətlə üz-üzə qalmışıq".

Deputat təzyiqlərin səbəblərinə də toxundu: “Birinci səbəb onunla bağlıdır ki, ölkə prezidenti cənab İlham Əliyev müstəqil daxili və xarici siyasət həyata keçirir, beynəlxalq təşkilatların, dövlətlərin diktəsi altında hərəkət etmir, öz millətinin, dövlətinin mənafeyinə uyğun siyasət aparır. Nəticədə bizdə səfərbər olunmuş, iqtidarla xalqın hakimiyyət birliyi formalaşır. Qərb də bunu həzm edə bilmir. Buna görə də bizi hədəf seçirlər. İkinci səbəb isə budur ki, Azərbaycan müsəlman ölkəsidir. Həmin islamafob qüvvələrin Avropada getdikcə əhatə dairələri genişlənməkdədir. Hətta bir sıra yerlərdə hakimiyyətə gəlməyə iddialıdırlar. Bu qüvvələr heç bir halda həzm edə bilmirlər ki, Azərbaycan adlı bir müsəlman ölkəsi İslam adında dünyada formalaşdırmaq istədikləri terrorçu planını alt-üst edir. Azərbaycan İslamın bir sülh dini olduğunu bütün dünyaya bəyan edir. Multikulturalizmin ən mühüm mərkəzlərindən birinə çevrilmişik. Azərbaycanda müxtəlif dinlərə sitayiş edənlərin necə harmonik ailə kimi yaşadığını dünyaya nümayiş etdiririk. Bu reallıq onların yuxularını ərşə çəkir. Bunların hamısı bizə gün kimi aydın məsələlərdir. Bu gün bizi həm də ona görə hədəf seçirlər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində diplomatik və hərbi üstünlük əldə edib. Bu isə ermənipərəst qüvvələrin çox ciddi narahatlığına səbəb olub. Ölkəmizə qarşı yalan iftiralarla dolu böhtanlar irəli sürməklə çalışırlar ki, beynəlxalq aləmdə tutduğumuz güclü mövqeyi zəiflətsinlər, Azərbaycana beynəlxalq aləmdə yanaşılan etibarlı tərəfdaş mövqeyimizə kölgə salsınlar. Bunu etmək üçün də çox fikirləşmirlər. Çünki müxtəlif ölkələrə qarşı etdikləri ənənəvi üsullar var, həmin ölkələri insan hüquqlarını pozmaqda ittiham etmək. Bu, onların ənənəvi silahıdır. Onların yalanlarına xalqımız inanmır. Niyyətlərinin ölkəmizdəki sabitliyi pozmaq olduğunu da hər kəs bilir. 90-cı illərdə həmin qüvvələrin hansı niyyətləri güdüklərini yaxşı görmüşük. Bu sabitliyi göz bəbəyi kimi qorumaq əsas vəzifələrimizdən biridir. Bu yolda xalqımız monolit birlik nümayiş etdirir”.
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Dünən, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Dünən, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Dünən, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Dünən, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Dünən, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Dünən, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Dünən, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Dünən, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Dünən, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru