Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                 

"Bu gün Azərbaycan və İsrail rəhbərliyi dünyada gedən prosesləri çox gözəl anlayırlar, gözəl diskussiya edirlər" - deputat
Tarix: 16-08-2017, 08:37 | Çap et
"Bu gün Azərbaycan və İsrail rəhbərliyi dünyada gedən prosesləri çox gözəl anlayırlar, gözəl diskussiya edirlər"
Son aylar bir neçə dəfə İsrail mətbuatında Azərbaycana qarşı materialların dərc olunması faktı baş verib. Bakı ilə Təl-Əviv arasında münasibətlərin ideal müstəvidə olduğu barədə fikirlərin mövcudluğu şəraitində belə halların baş verməsi suallar doğurur.

Nə baş verdiyi, suları hansı qüvvələrin bulandırdığı barədə fərqli təxminlər var. Məsələn, Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, İsrail kütləvi informasiya vasitələrində son dövrlərdə dərc edilən Azərbaycan əleyhinə yazılar ermənilər və onların havadarları tərəfindən sifariş olunur. Ermənilərin bütün dünyada Azərbaycana qarşı təbliğat savaşını davam etdirdiyi faktdır və bu, gözlənilməz hal sayıla bilməz. Ancaq Azərbaycanın da ən azı ona yaxın olan ölkələrdə erməni təbliğatını alt-üst etmək üçün potensialı az deyil. Elə isə biz niyə bəzi hallarda geri qalırıq, konkret İsrail nümunəsində ermənilərə uduzuruqsa, bunun gerçək səbəbləri nədir?

Mövzuya incəliklərinə qədər bələd olan Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramovla söhbət etdik.

-Yevda müəllim, İsraildə vaxtaşırı Azərbaycan əleyhinə materiallar dərc olunur. Bu materialların qarşısını almaq çoxmu çətindir?

- Bu materialların qarşısını almaq üçün... Orda Azərbaycana doğma olan AZİZ (İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası) təşkilatı var. Başqa təşkilat yoxdur ki, bu məsələ onun maraq dairəsində olsun. Mən orda yaşamıram axı, burada yaşayıram. Dostluq qrupuna gəldikdə, Knessetdə də bilirsiniz ki, hər şey demokratikdir. Orda Ermənistan qrupu da var, bir qadın rəhbərlik edir.

-Azərbaycan qrupu da həmçinin...

- Bəli, var. Orda bizim yaxın adamlarımız var, onlar da işləyirlər. Bundan əvvəl bir materialdan söhbət gedirdi, səfir də bəyanat verdi ki, əslində qəzet belə bir məqalə yazmayıb. Mən də onların dilini bilmirəm, anlamıram, oxuya bilmirəm. Ancaq oradakı dostlarımla əlaqə saxlayıram. İki il qabaq da buna bənzər hadisə olmuşdu, o zaman üzr istədilər, qəzetlər də yığışdırıldı. Onda da cənab prezidentin ailə üzvlərinə qarşı cəfəngiyat yazılmışdı. Bizim ordakı yaxın adamlarımız həmin qəzetləri yığışdırdılar, həmin müxbirlə danışdılar. Biz onda bildik ki, bunları öyrədən, bunlara ağu verən kərtənkələlər var. Onları müəyyən maliyyə resursları ilə şirnikləndirirlər.

-Azərbaycanın maliyyə imkanları Ermənistandan qat-qat artıqdır. Həmçinin Azərbaycandan gedən yəhudilərin də sayı çoxdur, eyni zamanda İsrail-Azərbaycan münasibətlərində də ciddi problemlər mövcud deyil. Elə isə biz orda üstünlüyü ələ ala bilmirik ki, ermənilər önə keçir?

- Bax, bu gün Azərbaycanda İsrailin səfiri var. Deməli, Azərbaycanda nə qədər İsrailin dostları varsa, o səfir onları özü ətrafında birləşdirib. Biz hər il İsrailin respublika günü olanda İsrail-Azərbaycan münasibətlərini alqışlayan insanları həmin bayram tədbirində görürük, üzlərindəki optimizmi, şadyanalığı müşahidə edirik. Biz də onlarla dostluq münasibətlərimizi qururuq, bilirik ki, o alim, o bəstəkar İsrailin apardığı düzgün siyasətin tərəfdarıdır. Bu gün Azərbaycanın İsraildə səfiri olsaydı, biz də bilərdik ki, Azərbaycanın keçmiş kontingentində Azərbaycana normal münasibət bəsləyən insanlar kimlərdir. Mən 3-4 professor tanıyıram. Məsələn, Yakov Mikayloviç, Konservatoriyanın keçmiş prorektoru rəhmətlik Elmira Nəzirova idi, dünyasını dəyişdi, yaxud doktor Feyil idi, vaxtilə Azərbaycanın baş psixiatrı olub, yoldaşı azərbaycanlı idi.

Bunlar hamısı Azərbaycanpərəst idi. Orda güclü insanlarımız var idi, yavaş-yavaş bunlar da dünyasını dəyişirlər. Yaxud bizim orda ekspertimiz var, Azərbaycanın yaxın dostudur, səhhətində bir az problemlər var, Allah şəfasını versin! Problem çoxdur e. Əgər orda bizim fövqəladə səfirimiz olsaydı, mən də həftədə iki dəfə danışardım, əlimdən gələn yardımı göstərərdim, ordakı insanlarla daha yaxşı təmaslar qurardım, həmçinin daha güclü diaspor təşkilatımızı yaradardıq. AZİZ-da da bəzi problemlər var. Həmçinin bizim Oğuzdan, Bakıdan, Qubadan getmiş bir sıra insanlarımız da orda küsülü düşüblər. Bir tərəfdə dağ yəhudiləri, digər tərəfdə əşkinazi yəhudiləri...İntriqaya oxşayan bir vəziyyət var. Orda da ayrı-ayrı postların bölüşdürülməsində problemlər var. Mən hətta Diaspor Komitəsinə də demişdim ki, o məsələlərə fikir versinlər.

-Deməli, Azərbaycandan getmiş yəhudilər də parçalanmış vəziyyətdədirlər...

- Bəli, ikitirəlik var. Orada “Şahdağ” təşkilatı yaradılıb, əsasən Bakıdan, Qubadan və Oğuzdan getmiş yəhudilərdir, maşallah olsun, işləyirlər. Azərbaycan Dövlət Televiziyası, İctimai TV ilə daim əlaqədədirlər, Qubadan film çəkib nümayiş etdiriblər.

- Yevda müəllim, siz nə əcəb yəhidilərin dilini-ivriti bilmirsiniz?

- Yox, bilmirəm. Sadəcə küçədə, aeroportda xırda danışıqları bilirəm. Biz uzun illər Azərbaycanda yaşamışıq, əsas dilimiz bir az fars kökənli dağ yəhudilərin dilidir, həm də Azərbaycan dilində danışmışıq. Orda yaşayan uşaqlarımız isə ivrit dilini əzbərdən bilirlər.

-Səfirlik məsələsinə toxundunuz. Azərbaycanın İran qıcıqlanar deyə, İsraildə səfirlik açmadığı fikri var. Amma reallıq budur ki, Ermənistanın illərdir Ermənistanda səfirliyi fəaliyyət göstərir və İrəvan-Tehran münasibətlərində hər hansı problem yaranmayıb.

-Azərbaycan İslam Konfransının üzvüdür, problemlər var. Ancaq səfirliyin açılması da sənlik, mənlik deyil, bu, cənab prezidentin səlahiyyətlərinə daxildir. Amma səfirlik açılsa, inanın ki, belə xırda, ürəkbulandıran hadisələr olmaz. Mən YAP-ın son qurultayında, böyük bir salonda açıq-aşkar dedim ki, cənab prezident, ayrı-ayrı bədxah adamlar böyük pullar xərcləyərək sizə iftiralar yağdırırlar. Amma bu iftiraların heç biri cənab prezidentin təmiz adına ləkə gətirə bilməz. Suyu bulandıran insanlar var. Bir vaxtlar hətta Ermənistanda mənim barəmdə çox həqarətli məqalələr çıxmışdı ki, YAP-ın nümayəndəsi İsrail Knessetində böyük bir qrup yaradıb. Bundan sonra onlar fəaliyyətə başladılar. Çox təəssüflər olsun ki, ermənilər orda bir qrup tapdılar və ərəblərin knessetdəki təşkilatı olan MERET-i ələ ala bildilər. MERET-də knessetdə müəyyən gücə malik olan partiyadır, deputatların da əksəriyyəti müsəlmandır, yəhudilər də var.

- Yevda müəllim, İsraildə nə qədər erməni yaşayır? Müqayisədə üstünlük kimin tərəfindədir?

- Ermənilərin əsas yaşayış yeri Yerusəlimdir. Yüz minlər deyil, amma yəqin ki, 30-40 min erməni yaşayır. Azərbaycanlıların sayı azdır. Amma keçmiş Azərbaycan vətəndaşlarının sayı çoxdur.

- Bəs, mətbuatdakı yazıları müqayisə edəndə hansı mənzərə yaranır: Azərbaycanın xeyrinə materiallar çox dərc olunur, yoxsa ziyanına?

- Əlbəttə ki, Azərbaycanın xeyrinə. Azərbaycanın xeyrinə dəfələrlə “Qırmızı Qəsəbə”də, Bakıda, Oğuzda, Göyçayda, Gəncədə, Yevlaxda, Cəlilabadda filmlər çəkilib. O filmlər 9-cu kanalda daim göstərilib. İsraildə Azərbaycan haqqında çox gözəl təəssüratlar var. Hansı maşına minirsən, Azərbaycan muğamları, son muğam festivalının iştirakçılarının ifaları, Zeynəb Xanlarovanın mahnılarına qulaq asırlar. Bizim müğənnilər mütəmadi orada toylarda olurlar.

- Toydan, musiqi, muğamdan o tərəfə keçə bilirikmi?

- Yox, indi hələlik diplomatik kanallarla bağlı zəifliyimiz var. Amma bir sıra nazirliklər, şirkətlər daim Azərbaycanla əlaqədədir, iş gedir.

-Bu da faktdır ki, yəhudi nazir ötən ay Ermənistana səfər edəndən sonra Azərbaycana qarşı İsrail mediasında yazılar çoxalıb...

- Mən də o fikirdəyəm ki, son 6-7 ayda o tərəfin bir az fəallaşması göz qabağındadır. Amma bir daha qeyd edirəm, adda-budda səfərlərlə bu problemləri həll etmək qeyri-mümkündür. Gedirsən, bir gün konfransda olursan, bir gün gediş, bir gün də qayıdış olur. Bəzi məsələləri mətbuata demək olmur. Müəyyən addımları atmaq, çoxlu dost qazanmaq olar. İmkanlar var. Bir məsələni də deyim, həm Benyamin Netanyahu, həm Şemon Peres Azərbaycandan çox razılıqla getdilər. Müdafiə naziri Azərbaycanın yaxın dostlarındandır, hətta ona da hücumlar oldu ki, Azərbaycana lobbiçilik edir. Orda bizim çoxlu dostlarımız var, biz təklənməmişik. İndi bir qəzetin yazıb-yazmadığı ümumi dostluğa xələl gətirə bilməz. Bu gün Azərbaycan və İsrail rəhbərliyi dünyada gedən prosesləri çox gözəl anlayırlar, gözəl diskussiya edirlər və münasibət bildirirlər. Digər qüvvələr nə edə bilərlər? Heç nə. Ancaq ürək bulandıra bilərlər...

- Yevda müəllim, bu arada belə xəbərlər yayıldı ki, İsrail Müdafiə Nazirliyi bu ölkənin “Aeronautics Defense Systems” şirkətinin operatorlarının Azərbaycana satılmış yeni pilotsuz döyüş aparatını erməni hədəflərinə tuşlamaqdan imtina etdiklərinə dair məsələni araşdırır. Erməni mediası da sevincək bu məsələni tirajlayıb və Bakı ilə Təl-Əviv arasında problemlər yarana biləcəyindən məmnundurlar. Bu barədə nə deyə bilərsiniz?

- Məndə bu barədə dəqiq məlumat yoxdur. Erməni mənbələri bu iddianı yayırsa, qələt edir. Mən bilirəm ki, Azərbaycana satılan pilotsuz aparatlar də satılan məhsulların içərisində var idi. Ondan sonra bunların şərikli istehsalı məsələsi həllini tapdı. Ermənistan isə yandığından belə deyir, yəqin ki, partlayır, ölür. Ermənilər Azərbaycanın atdığı addımları təkrarlamaq istəyirlər. Xüsusilə aprel döyüşlərindən sonra Ermənistanın böyük nümayəndə heyəti İsrailə getdi. Onlar həmin silah-sursatları istehsal edən şirkətlərin rəhbərləri ilə görüşdülər. Amma heç nə alınmadı. Bu gün də onlar həmin məsələlərə maraq göstərirlər. Belə xəbərləri yaymaqla Azərbaycana mesaj vermək istəyirlər ki, “biz də başlayırıq”. Amma məndə olan məlumata görə, onlar heç bir uğur qazanmayıblar.

-Demək, siz o qənaətdəsiniz ki, Azərbaycan İsraildə səfirliyini açsa, vəziyyət ciddi şəkildə dəyişər, eləmi?

- Mən dəfələrlə bunu demişəm. Azərbaycanın İsraildə səfirliyi açılarsa, bu, iki ölkənin münasibətlərinin daha da genişlənməsinə və yaxşılaşmasına kömək edəcək. İsrail özünün Azərbaycan mədəniyyətinə, incəsənətinə, Azərbaycan xalqına simpatiyasına görə dünya ölkələri arasında öndə gedən bir ölkədir. Adam İsraildə darıxmır, İsrail Azərbaycan deməkdir. Birinci ona görə ki, İsraildə ərəb məscidləri sərbəst fəaliyyət göstərir, azanından tutmuş, müəyyən bayramlarına qədər. Özü də bu bayramlarda ortaqlıq da var. Hər yerdə azan səsi eşidirsən, orda adam elə bilir ki, Bakıdadır. Bu, dostluq münasibətləri üçün çox yaxşıdır. Amma çox təəssüf ki, hələlik beynəlxalq münasibətlər, Azərbaycan ətrafında gedən bir sıra məsələlər bizə cəsarətli, riskli addım atmağa imkan vermir. Səfirlik olarsa, əlbəttə, belə xırda-para məsələlərə səfirimiz özü reaksiya verər, orda mətbuat, televiziya jurnalistləri içərisində dostlar tapar, iş görər. Indiki halda bir dostluq qrupu nə edə bilər ki? Açığını deyim, hər dəfə tədbirlərə çağırırlar, getmək də olmur. Bizim də maliyyə durumumuz, ezamiyyə xərclərimiz imkan vermir ki, bütün çağırılan tədbirlərə gedək. Yaxud mən özüm özümün ağası deyiləm ki, təyyarəyə minim, gedim...
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru