Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                 

"Bu sərəncam olduqca böyük əhəmiyyət kəsb edir" - deputat
Tarix: 1-08-2017, 08:43 | Çap et
"Bu sərəncam olduqca böyük əhəmiyyət kəsb edir"
DİA.AZ Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyevanın müsahibəsini təqdim edir:
– Jalə xanım, bildiyimiz kimi, mərhum dövlət başçısı Heydər Əliyevin qərarı ilə 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Sizcə, bu qərarın tarixi əhəmiyyəti nədən ibarətdir?
– Ümumiyyətlə, Ulu öndərimiz Heydər Əliyevin verdiyi qərarlar, imzaladığı sənədlər təkcə dünənimiz və bugünümüz üçün deyil, o cümlədən gələcəyimiz üçün də çox aktualdır və xalqımızın mənafeyinə xidmət edir. Ulu öndər Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən ana dilimizi qoruyub və təbliğ edib.
1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi. Həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi. Sovetləşmə isə bütün SSRİ məkanında sürətlə davam edirdi. Və belə bir zamanda – 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir – maddəsi təsdiq olundu. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı.
Daha sonrakı illərdə də ana dilimizin qorunması üçün gördüyü işlərə görə biz Ümummili liderimizə borcluyuq. Belə ki, müstəqillik dövründə də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı baxımından mühüm tədbirlər görüldü. Əvvəla, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın Azərbaycan dilinin qorunması və inkişafı baxımından əhəmiyyətinə toxunmaq istəyirəm. Bəllidir ki, dil məsələsi ilə bağlı çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanmasıdır.
Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapır. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən fərman həm də, elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Əlbəttə, В«Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındaВ» Fərman Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsəri idi. Burada Heydər Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunur.
Heydər Əliyevin fərmanı ilə 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması da bu baxımdan önəmlidir. Bu, sıradan bir qərar deyil. Biz bu günü qeyd edərkən yaddaşlarımızı saflaşdırırıq, yeniləyirik və bu dilin uğrunda aparılan mübarizəni unutmayaraq onu gələcək nəsillərə ötürməli olduğumuzu bu tarix bizə dönmədən xatırladır.
Yəni 1 avqust tarixinin əhəmiyyəti bu günü ildə bir dəfə qeyd etməkdən ibarət deyil. Ulu öndərimizin həmin qərarı onu ifadə edir ki, bu günə gətirən yol o qədər böyük, şərəfli və keşməkeşlidir ki, xalq öz dili uğrunda apardığı mübarizə üçün qürur, iftixar hissi keçirə bilər. Bu qürur və iftixarı da bizə yaşadan Ümummilli liderimiz Heydər Əliyevdir. Ümumiyyətlə, bu gün Azərbaycanı dünyaya tanıdan, hörmət qazandıran amillərdən biri də dilimizə olan ehtiramdır və bu yöndə həyata keçirilən dövlət siyasətidir.
– Mühüm hadisələrdən biri də latın qrafikalı əlifbaya keçid idi. Bu əlifbaya keçidin üstünlükləri nə idi?
– Latın qrafikalı əlifbaya keçid çox əhəmiyyətli məsələdir. Biz 70 ilə yaxın müddətdə kirill əlifbasından istifadə etmişik ki, bu əlifba da sovetlər dövründə məcburən qəbul etdirilib. Kirill əlifbasının yaxından-uzaqdan soyumuzla bağlı heç bir əlaqəsi yoxdur. Müstəqillk illərində Ulu öndərimiz Heydər Əliyevin qərarı ilə latın qrafikalı əlifbaya tam keçid Azərbaycanın dünyaya açdığı pəncərənin daha da genişlənməsinə səbəb oldu. Bu, dünya əbədiyyatına qovuşmaq, onu daha yaxın izləmək, eləcə də köklərimizə qayıtmaq nöqteyi nəzərindən latın əlifbasına keçid önəmli qərar idi. Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir.

– Qeyd edək ki, Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir…
– Mərhum Heydər Əliyev bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin qorunması və inkişafı üçün əvəzedilməz xidmət göstərib. Hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini hər bir istiqamət üzrə böyük uğurla davam etdirir. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir.
Hamımıza məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2007-ci ildə isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamlar imzaladı. Bu sərəncamlar, ölkə rəhbərinin ana dilinə qayğısının və sevgisinin nümunəsi, öz vətəndaşlarını daha savadlı, daha məlumatlı görmək arzusu idi. Bu sərəncamlar xalqın özünə qayıdışına, xüsusilə gənc nəslin, böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə və uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi yardım idi.
– Jalə xanım, sonrakı illərdə də Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı müvafiq dövlət proqramları qəbul edilib…
– Biz müstəqil bir dövlətin vətəndaşlarıyıq. Müstəqil siysətimiz olduğu kimi müstəqil ana dilimiz də var və dövlət dili olaraq Azərbaycan dilinin qorunması üçün atılan bütün addımlar çox əhəmiyyətlidir. Bilirsiniz ki, bu istiqamətdə dövlət başçısı tərəfindən müvafiq qərarlar verilib, dövlət proqramları təsdiqlənib. Mən bu sırada “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın adını çəkmək istəyirəm. Bu Sərəncam olduqca böyük əhəmiyyət kəsb edir. Dövlət proqramında məhz cəmiyyətdən gələn narahatçılıq və dilimizlə məşğul olan insanların narahatçılığı bənd-bənd öz əksini tapıb. Sənəddə Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır. Çünki Azərbaycan dilinin bu gün televiziyada, mətbuat orqanlarında, küçədəki reklam lövhələrində, mətbu nümunələrində yad elementlərdən xali olmadığı bizim hər birimizə yaxşı məlumdur və bu baxımdan qeyd etmək istəyirəm ki, ölkə başçısının bu yöndəki Sərəncamı tarixi əhəmiyyətli bir sənəddir.
– Dövlət dili olaraq Azərbaycan dili ilə bağlı qanunvericilik bazası haqqında nə deyə bilərsiniz?
– Bilirsiniz ki, Azərbaycan dili haqqında ayrıca qanun var və bu qanunda bütün məsələlər öz əksini tapır. Eyni zamanda, В«Mədəniyyət haqqındaВ» qanunda da Azərbaycan dili ilə bağlı müddəalar var. Ümumiyyətlə, millət vəkili olaraq çalışırıq ki, bütün qanunlarda dilimizin saflığı qorunsun və qanunlar Azərbaycan dilinin tələblərinə cavab versin. Eyni zamanda, ona da diqqət yetirilir ki, qəbul olunan qanunlar hər bir vətəndaşımız üçün anlaşılan olsun. Azərbaycan dilini qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin ən ali borcudur.
Gununsesi.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru