Həm baha... həm də keyfiyyətsiz... .....                     Ermənistan Rusiya qazından xilas ola bilərmi? .....                     “Şəkərsiz” adı ilə satılan qidalarla bağlı .....                     “Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı .....                     Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... .....                     İki günə Ermənistanın taleyi həll olunacaq .....                     Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi .....                     Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: .....                     İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı .....                     Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? .....                     Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb .....                     TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! .....                     7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... .....                     Astarada anasını öldürən şəxs: .....                     Acqarına imperiya ambisiyaları: .....                     Tikinti materialı şirkəti zərərdən qurtula bilmir .....                     Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü .....                     Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb .....                     Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... .....                     Putin yenidən prezident olmaq istəyirmi? .....                     Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək .....                     Ukraynanın AB üzvü olmasına qarşı deyilik .....                     Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar .....                     Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib .....                     “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                     Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... .....                     "Nazirliyin işi tost demək deyil..." .....                     Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                     "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                     Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? .....                     Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? .....                     Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır .....                     Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                 

“Azərbaycanda aldığım 1900 manatı xaricdə təklif olunan 19 min dollardan üstün tuturam...” - deputat
Tarix: 18-03-2016, 10:23 | Çap et
“Azərbaycanda aldığım 1900 manatı xaricdə təklif olunan 19 min dollardan üstün tuturam...”
DİA.AZ Milli Məclisin deputat Yevda Abramova ilə müsahibəni təqdim edir:

- Yevda müəllim, parlamentdəki çıxışınızda Qubanın bir kəndindən bəhs etdiniz. Bəlkə əvvəlcə bu məsələyə aydınlıq gətirəsiniz.

- Həmin kənd 6 ildir salınıb. Gözəl kənddir, yaxşı evlər tikilib. Burada əhalinin sayı 2 mindən çoxdur. 5 il bundan qabaq Qubanın həmin bu Güləzi kəndi ilə bağlı bizim Nazirlər Kabinetindən xahişimiz olmuşdu. O kəndi Dərbənd yolunun üstündə tikiblər. Sadəcə olaraq bu kəndin, onun sakinlərinin heç bir sənədi yoxdur. Uşaqlar doğulur, ünvan lazım olur, adamlar çarəsiz qalır. Bu kəndin sənədi olmalıdır ki, onunla bağlı hansısa məsələ qaldırım, ya insanların təhlükəsizliyi təmin olunsun. Ancaq hələ bu kəndin adı da təsdiq olunmayıb. Camaatın suallarına cavab verə bilmirəm, yerimdə donub qalıram. Ona görə də iclasda dedim ki, məgər bu kənd hökumətin xəbəri olmadan tikilib? Bu kəndin 187 evi var. Dağ Güləzini 5-6 il əvvəl başqa əraziyə köçürdük, o kənd tamam sürüşmüşdü. Ancaq Güləzi kəndi havadan asılı vəziyyətdə qalıb. İcra başçısı da deyir ki, Yevda müəllim, mən 2-3 dəfə müraciət etmişəm, cavab yoxdur. Ona görə də mən dedim ki, hökumətin hesabatında məsələni qaldıraram, görüm hökuməti hərəkətə gətirə bilirəmmi? Mən dünya ölkələrinin prezidentləri qabağında aciz qalmıram, amma seçici qarşısında aciz qalıram ki, mən neyləməliyəm? Danışırsan, acıqları gəlir, danışmırsan, səni “lal”ların siyahısına yazırlar. İndi neyləyək, çaşıb qalmışıq.

- Hökumətin hesabat günü digər məsələlərlə bağlı da sərt tənqidləriniz oldu. Çıxışınıza reaksiya varmı?

- Yəqin ki, reaksiya olacaq. Artur müəllim həmişə qeydlərini aparır. Keçən il də mən doğum evi, sinaqoq barədə həyəcan təbili çaldım, ondan sonra Kərəm Həsənov onları xalqa qaytardı. Digər fikirlərimə də reaksiya olduğu qənaətindəyəm. Artıq ATV-dən Qonaqkəndə çəkilişə gediblər, rayondan mənə zəng edib dedilər. Yəqin araşdıracaqlar ki, mən düz demişəm, ya yox. Tanrıverdi Mustafayev deyib ki, Yevda müəllim düz demir. Allaha and olsun, bu gün Qubadan 10 nəfər zəng edib ki, “halal olsun, Yevda müəllim!” Adam var, 900-1200 manat işıq pulu borcu yazıblar. Tanrıverdi müəllim gəlsin Qubaya, mən onunla üzləşim. Əgər mən düz demirəmsə, mandatımı təhvil verirəm, yox əgər özü düz demirsə, vəzifəsindən istefa versin. Qüdrət Həsənquliyev dedi ki, gəl səni bir “maç” eləyim, mənə də 600 manat borc gəlib. Mən xalqın dərdini zala gətirmişəm, özümün şəxsi fikrim deyil.

- Tanrıverdi Mustafayev deyib ki, borc şəxsin adına yox, həmin ünvana yazılır və əsassız olması mümkünsüzdür...

- 787 manatlıq borc mənim ünvanıma gəlib. Sumqayıt deyir ki, yalandır. Mən getdim Sumqayıtda işimi bitirdim, sıfırda oturdum. Mənim işıq pulu borcum yoxdur axı. Mən Bakıda da işıq yandırıram, həmişə dövlət mənə borclu olur, artıqlamasıyla ödəyirəm. Niyə mənə borc yazıblar? Yüzlərlə insana borc qəbzi göndəriblər.

- Belə başa düşdüm ki, sizin Qubada eviniz olsa, da orda yaşayış yoxdur, eləmi?

- Bəli, mən yaşamıram. Ata evidir, sökülüb-dağılır. Ayda-ildə bir dəfə iclaslara, seçicilərlə gedəndə Bakıya çatdıra bilməsəm, gedib qıfılı açıram, ata evimdə yatıram. Tək adamam da.

- Bəlkə kimlərsə sizin evə gələn elektrik xəttindən gizli xətlə istifadə edir...

- Qətiyyən. Sumqayıt da deyir ki, yalandır, sizin sayğacda borcunuz yoxdur, gedin istirahət edin, rahat nəfəs alın. Yüzlərlə adam gedib, deyiblər ki, 900 manat borcun var, 100 manat ver, əl çəkək. 100-150 manat alıb borcu silirlər. Belə olmaz axı... Tanrıverdi Mustafayevin bundan xəbəri yoxdur. Gəlsin Qubaya. Mən bu saat icra başçısının müavini ilə danışdım. Dedim, Yusif müəllim, siz özünüz məktubla Baba Rzayevə müraciət etmisiniz. Deyin ki, məgər deputat yalançıdır? İkinci tərəfdən də, mən yalan danışan adam deyiləm. Mən Allahın yanında günaha bata bilmərəm. Özü də ciddi bir yerdə, parlamentdə yalan danışmaram. Mənim Baba Rzayevlə, ya “Azərenerji” ilə qəsdi-qərəzliyimmi var?

- Bəs, necə olub kütləvi şəkildə əsassız şəkildə borc yazılıb?

- Oliqarxların pullarıdır, kommersiya ilə məşğul olan şəxslərin borclarıdır. Milyonlarla manatlıq borcu insanlar arasında paylayıblar, kütləvi narazılıq yaradıblar.

- Yəni oliqarxlar elektrik enerjisindən istifadə ediblər, pulunu kasıbların adına yazdırıblar?

- Bəli, bəli. Halal olsun. Siz məgər bizdən az bilirsiniz? Bunlar Qubadakı oliqarxların pullarıdır. Çörək zavodlarının, qapı düzəldən müəssisələrin, “svarka” aparatları işlədənlərin borclarıdır. Sadəcə camaata ona görə paylayıblar ki, günlərin birində günəş doğacaq, cənab prezident əfv verəcək və bu pullar silinəcək.

- Bu məsələ ilə bağlı seçicilər adından prezidentə müraciət edəcəksinizmi?

- Mən hökumətə dedim. Nəticə olmasa, Bakı ilə məsləhətləşib cənab prezidentə müraciət edəcəyəm. Mən Aleksandr Matrosov deyirəm ki, bədənimi qurğuşunun qabağına qoyum. Mən seçicilərimin müraciətini çatdırıram. Mənim oğlum-qızım burda yaşamır ki, kiməsə yaltaqlanım. Bundan sonra da pensiyaya gedəcəyəm. Növbəti dəfə xalq məni seçər, sağ olsun, seçməz gedərəm balalarımın yanına, əməlli-başlı istirahətimi edərəm. Sadəcə, hər kəs bilsin ki, mən bu xalqın, bu dövlətin, cənab prezidentin vurğunuyam. Azərbaycan xalqı gözəl yaşamağa layiqdir. Mənim başqa təmənnam yoxdur, maaşla yaşayan adamam. Məni o qədər xarici ölkəyə dəvət ediblər ki... Amma mən Azərbaycanda aldığım 1900 manatı xaricdə təklif olunan 19 min dollardan üstün tuturam... Mən hər dəfə danışmıram, hətta hər dəfə danışanlara replika atıram ki, qoy başqaları danışsın.

- YAP-dan reaksiya gəldi, həmkarınız Siyavuş Novruzov dediklərinizə fərqli reaksiya verdi. Sizin üçün bu reaksiya gözlənilən oldu?

- Mən Siyavuş Novruzovdan həmişə həqiqəti müdafiə edəcəyini gözləyirəm. Lazım gələndə işləməyən məmurları Siyavuş müəllim özü də tənqid edir. Tənəffüsdə Əli Əhmədov da dedi ki, Yevda müəllim çıxışınız xoşuma gəldi.

- Amma Siyavuş Novruzov sizinlə razılaşmayıb...

- Demokratik cəmiyyətdir, kim razılaşmır, razılaşmasın. Mən heç kəsdən incimirəm.

- Hökumət üzvlərindən sizə sərt təpki, ya qınaq oldumu?

- İnanın Allaha, mənə təşəkkürdən başqa heç nə deyilmədi. Mən sözümü demişəm də. Parlament bəs, nə üçündür? Parlament danışılan yerdir. Mən orda təkcə düyməni basmaq üçün oturmamışam axı.

- Siz məmurların xalqı dövlətdən və prezidentdən narazı saldığını dediniz...

- Bəli, narazı salırlar. Bir gündə dollar bu qədər qalxdı. Küçələrə çıxan adamlardan soruşdum ki, siz hökumətdən nə istəyirsiniz? Dedilər Yevda müəllim, bir gündə unu 21 manatdan 27 manata qaldırıblar. Yaxşı ki, cənab prezident işə qarışdı, unun qiymətini düşürdü. “AST Telman”ın obyektlərinin bağlanmasından sonra 10 min adam Qubaya qayıdıb, mən özüm araşdırma aparmışam. 10 min nəfər də devalvasiyadan sonra Bakıdan kəndlərə axışıb. Mən əvvəlki hesabatlarda da demişdim ki, neftin qiyməti düşəcək, insanlar Rusiyadan qayıdacaq. Çünki mən Rusiya Federasiya Şurasında olanda sədr müavini ilə görüşəndə də dedilər ki, vəziyyətlə əlaqədar çoxlu insanlar, taciklər, azərbaycanlılar Rusiyadan gedəcəklər. Mən də qayıdandan sonra demişdim ki, iş yerləri açmaq lazımdır, yoxsa bunlar potensial narazılar olacaq. İndi bunlar narazı insanlardır da. Hamı öz evinə bir tikə çörək aparmaq istəyir. Kişi həyat yoldaşının, oğul atanın yanında xəcalətli qalmaq istəmir. Bu geri dönmələr olacaq, hökumət əvvəldən bu vəziyyətə hazır olmalı idi. Qeyri-neft sektoruna 2-3 il qabaq daha çox fikir verməliydik.

“Mən orda təkcə düyməni basmaq üçün oturmamışam axı”


- Qubadan danışırsınız, şimal bölgəsidir, bir az da həssas bölgədir. Yəqin ki, sizin narahatlığınız həm də bununla bağlıdır, eləmi?

- Təbii ki. Tamamilə doğru deyirsiniz, həssas yerdir. İnsanlar nə iləsə məşğul olmalı, biri qutab, peraşki bişirib satmalı, o biri evinin pəncərəsini çıxarıb ordan nəsə satmalı, başqası da nəsə bir iş görməli, evinə çörək qazanmalıdır. İş yeri yoxdur da... Kondisioner zavodunda 2 min adam işləyirdi, bu gün yoxdur, kombinat yoxdur. Səhiyyə və təhsil obyektlərindən başqa bir obyekt qalmayıb. 100 adamın işləyə biləcəyi bir sex yoxdur. Yaxşıdır ki, Qubada ağsaqqalı eşidirlər. Şükürlər olsun ki, deputat Vahid Əhmədov da gözəl insan, gözəl ağsaqqaldır, camaat onu da hər zaman eşidir. Başçımız da insanların qarşısına çıxdı, görüşdü. Biz hər zaman narazı olan insanlarla görüşüb onları başa salmışıq ki, bu çətinliklər dünyada olan çətinliklərdir, ötüb keçəcək. Xalq prezidenti sevir, ondan razıdır, siyasətini müdafiə edir. Hakimiyyətin də, deputatların işini görən böyük islahatçı olan prezidentimizdir. Rusiyada nazirlər, komitə rəhbərləri vaxtaşırı televiziyaya çıxır, xalqın, rublun taleyi barədə danışır, sualları cavablandırır. Ancaq bizdə heç kim demir ki, kənd təsərrüfatı ilə bağlı 1-2 il ərzində Qubada nə olacaq. Mən deyirəm ki, Qubada iqtisadi məsələlərlə bağlı müşavirələr keçirilsin, biz də təkliflər verək. Biz başqa heç nə istəmirik. Mən seçicilərimin sözünü dedim ki, ürəyimdə qalmasın.(musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həm baha... həm də keyfiyyətsiz... - NARAZILIQ VAR...
Bu gün, 10:52
Ermənistan Rusiya qazından xilas ola bilərmi? - "SOCAR-ın bu bazara girməsi məntiqsiz görünür...”
Bu gün, 10:37
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:36
“Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
Bu gün, 10:33
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR
Bu gün, 10:23
Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 10:22
İki günə Ermənistanın taleyi həll olunacaq - Vigen Avetis
Bu gün, 10:16
Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi – AĞIR CƏZA
Bu gün, 10:11
Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: - İli 1.3 mln. manat zərərlə bağladı
Bu gün, 10:10
İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı - KİV
Bu gün, 10:06
Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:01
Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb - "Kazinform"
Bu gün, 10:00
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! - MALƏSƏF...
Bu gün, 09:59
7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... - Bəlkə Rövşən Nəcəf insafa gəldi...
Bu gün, 09:53
Astarada anasını öldürən şəxs: - “Ondan yemək istədim, kinayəli cavab verdi...”
Bu gün, 09:39
Acqarına imperiya ambisiyaları: - axmaqlar hələ də anlamaq istəmirlər ki...
Bu gün, 09:38
Tikinti materialı şirkəti zərərdən qurtula bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:37
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü – MƏHKƏMƏ
Bu gün, 09:35
Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb - DETALLAR
Bu gün, 09:31
Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28
Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02
Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru