`Əli Kərimlinin adam içinə çıxmağa üzü yoxdur` - ADP sədri
Tarix: 11-03-2016, 15:07 | Çap et
 Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin müxalifətlə dialoqdan qaçmasını tənqid edib.
Partiya sədri AzVision.az-a açıqlamasında AXCP-də özbaşnalığın hökm sürdüyünü bildirib.
“Bir partiyaya ki, sədrin adına məktub ünvanlayasan, ancaq məktubuna sədrin özü yox, müavini, müavinin müavini, sıravi üzvləri cavab verirsə, bu, həmin partiyanın “bezpridel” olduğunu, nizamnamənin işləmədiyini, özbaşnalığın olduğunu göstərir”,-deyə ADP sədri vurğulayıb.
S.Cəlaloğlu qeyd edib ki, onun Əli Kərimliyə ünvanladığı məktuba müavini Nurəddin Məmmədlinin cavab verməsi AXCP-nin bərbad durumda olmasından xəbər verir: “Mənim partiyama, Sərdar Cəlaloğlunun adına məktub gəlirsə, müavinimin, partiyanın sıravi üzvünün nə ixtiyarı var ki, ona cavab versin? İndiki vəziyyət onu göstərir ki, həmin partiyanı eyni vaxtda həm Əli Kərimli, həm müavinlər, həm rayon təşkilatlarının sədrləri, həm sıravi üzvlər, həm anonim şəxslər, həm də saxta “Facebook” profilləri idarə edir. AXCP adından hər hansı bir anonim şəxs, yaxud açıq şəkildə müavinlərdən biri “Facebook”da ağlına gələni yazır”.
S.Cəlaloğlu hesab edir ki, partiya sədrinin adına gələn məktuba müavinin cavab verməsi nizamnamə tələblərinin pozulması deməkdir: “Əgər partiya sədrinin adına məktub ünvanlanırsa, müavinin buna cavab verməsi nə dərəcədə AXCP-nin nizamnaməsinə uyğundur? Hələ mən siyasi etikanı kənara qoyuram. Ancaq, bu onu göstərir ki, Əli Kərimli partiyanı idarə edə bilmir. Yəni, partiyada mərkəzçilik prinsipi yoxdur, kim necə gəldi partiya adından danışa bilir. Konkret olaraq nizamnamə tələbləri baxımından Əli Kərimlinin adına göndərilmiş rəsmi bir məktuba onun müavinlərinin cavab verməsinin nə kimi əsası var? Əli Kərimlinin özü hüquqşünasdır. Qoy, buna hüquqi qiymət versin. Əli Kərimli məktubumuza pis cavab, söyüş, hətta ağlına gələni deyə bilər. Bu, onun özünün mədəniyyətini göstərir. AXCP sədrini debata ona görə dəvət etmişik ki, virtual aləmdə tutuquşu kimi ötən tərəfdarlarının və bizim tərəfdarlarımız qarşısında bütün məsələlərlə bağlı açıq debat aparılsın”.
S.Cəlaloğlu vurğulayıb ki, Əli Kərimlinin sözü, üzü varsa, debata gələcək, yoxdursa, gəlməyəcək: “Debata gəlməməsi o anlama gəlir ki, pərdə arxasında yenə onu-bunu söyməklə başını girləyəcək. Biz bu addımımızla Azərbaycan müxalifətində formalaşmış eybəcər münasibətləri aradan qaldırmaq istəyirik ki, hərə 3-4 adamı “Facebook”a ötürməklə onun-bunun təklifini, təşəbbüsünü kölgələməyi, başqaları haqqında şayiə, qiybət etmək kimi işləri xalqa siyasət kimi təqdim etməsin. Ona görə hesab edirik ki, açıq debatlara daha çox ehtiyac var. Çünki, hər kəs kimin kim olduğunu görməlidir”.
Partiya sədri Ə.Kərimliyə açıq meydan oxuyub: “Buyursun, AXCP sədri, müavinlərinin dediyi fikirləri koalisiyanın üzvlərindən birinə desin və cavabını alsın. Eyni zamanda bu partiyanın üzvləri həm istədikləri sualları versin, həm də verilən cavabları eşitsinlər. Bəlkə bu zaman həqiqət ortaya çıxdı. Belə olmaz ki, partiya sədrinə məktub göndərəsən, müavin çıxıb sədr adından ağzına gələni danışsın. Əli Kərimli sən AXCP sədrisən? AXCP haqqında kimsə, hər bir üzv, müavinlər, hətta sədrin özü də cavab verə bilər. Ancaq, sədrsənsə, sənə ünvanlanan məktuba müavinin cavab verməməlidir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan Rusiya qazından xilas ola bilərmi? - "SOCAR-ın bu bazara girməsi məntiqsiz görünür...”
Bu gün, 10:37 |
|
|
|
| • “Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:36 |
|
|
|
| • “Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
Bu gün, 10:33 |
|
|
|
| • “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR
Bu gün, 10:23 |
|
|
|
| • Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 10:22 |
|
|
|
| • İki günə Ermənistanın taleyi həll olunacaq - Vigen Avetis
Bu gün, 10:16 |
|
|
|
| • Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi – AĞIR CƏZA
Bu gün, 10:11 |
|
|
|
| • Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: - İli 1.3 mln. manat zərərlə bağladı
Bu gün, 10:10 |
|
|
|
| • İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı - KİV
Bu gün, 10:06 |
|
|
|
| • Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
| • Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb - "Kazinform"
Bu gün, 10:00 |
|
|
|
| • TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! - MALƏSƏF...
Bu gün, 09:59 |
|
|
|
| • 7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... - Bəlkə Rövşən Nəcəf insafa gəldi...
Bu gün, 09:53 |
|
|
|
| • Astarada anasını öldürən şəxs: - “Ondan yemək istədim, kinayəli cavab verdi...”
Bu gün, 09:39 |
|
|
|
| • Acqarına imperiya ambisiyaları: - axmaqlar hələ də anlamaq istəmirlər ki...
Bu gün, 09:38 |
|
|
|
| • Tikinti materialı şirkəti zərərdən qurtula bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:37 |
|
|
|
| • Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü – MƏHKƏMƏ
Bu gün, 09:35 |
|
|
|
| • Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb - DETALLAR
Bu gün, 09:31 |
|
|
|
| • Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28 |
|
|
|
| • Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22 |
|
|
|
| • Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05 |
|
|
|
| • Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02 |
|
|
|
| • Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01 |
|
|
|
| • Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59 |
|
|
|
| • “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49 |
|
|
|
| • Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42 |
|
|
|
| • "Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37 |
|
|
|
| • Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31 |
|
|
|
| • "Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25 |
|
|
|
| • Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15 |
|
|
|
| • "Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06 |
|
|
|
| • "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44 |
|
|
|
| • Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24 |
|
|
|
| • Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14 |
|
|
|
| • Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12 |
|
|
|
| • Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10 |
|
|
|
| • Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08 |
|
|
|
| • Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04 |
|
|
|
| • Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58 |
|
|
|
| • Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55 |
|
|
|
| • Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
| • Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47 |
|
|
|
| • Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43 |
|
|
|
| • Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37 |
|
|
|
| • Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36 |
|
|
|
| • Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31 |
|
|
|
| • Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28 |
|
|
|
| • Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24 |
|
|
|
|