AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                 

ƏLİ HƏSƏNOV В«QASİDВ» FİRMASINI ÇÖKDÜRDÜ
Tarix: 7-05-2012, 13:22 | Çap et
ƏLİ HƏSƏNOV В«QASİDВ» FİRMASINI ÇÖKDÜRDÜ

DEPUTATIN YAYIM FİRMASININ QƏZETLƏRƏ KÜLLİ MİQDARDA BORCU VAR

DİA.AZ: - Son zamanlar media bazarında böyük rıçaqlar ələ keçirməyə müvəffəq olan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov daha bir təntənəsinin astanasındadır. Söhbət uzun müddətdir mətbuat yaımı bazarından sıxışdırılan В«QasidВ» firmasının tənəzzül ərəfəsində olmasından gedir.

Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun son zamanlar bir media maqnatına çevrildiyi hər kəsə məlumdur. Onlarla KİV-i və KİV-ə aid qurumları nəzarətində saxlayan Əli Həsənovun media imperiyasına telekanal, radio, mətbəə və yayım firmaları da daxildir. Sonuncu dəfə isə bu imperiya özününmətbuat yayımı biznesində inhisarçı addımları ilə diqqətləri cəlb etdi. Söhbət artıq Bakıda mətbuat yayım biznesini intensiv şəkildə işğal etməkdə olan В«Press KöşkВ»lərin durmadan artmasından gedir.

Xatırladaq ki, bu məsələ yerli mətbuat səhifələrində davamlı olaraq işləndiyindən nəhayətdə PA rəsmisinin şəxsi reaksiyasına nədən oldu. Bu barədə jurnalistlərin suallarını cavablandıran Əli Həsənovun sözlərindən belə məlum oldu ki, В«Press KöşkВ»lərin nə ona, nə də onun sahibi olduğu В«KaspiВ» Mətbuat Yayımı firmasına aidiyyatı yoxdur. PA rəsmisi bəyan etdi ki, yeni köşklər Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinə məxsusdur.

Təbii ki, belə bir rəsmi reaksiyadan sonra hər kəs susmalı oldu. Və bu iddianı ortaya qoyanlar məcbur qalaraq əlavə sübutların toplanmasına baş vurdular. Və ortalığa real faktlar çıxarıldı. Aydın oldu ki, əslində yeni köşklər elə Əli Həsənova məxsusdur, bir başqasına deyil…

Məlumatlardan belə aydın oldu ki, həqiqətən də Əli Həsənovun media imperiyasına aidiyyatı olan В«Press KöşkВ»lər artıq Bakının hüdudlarını da aşmaq üzərədir. Onu da qeyd edək ki, əslində həmin köşklərin hansı firmaya və yaxud da dövlət qurumuna aid olmasının elə bir önəmi yoxdur. Məsələ ondadır ki, bu köşklər qəzet və kitab satışı üçün nəzərdə tutulsa da, həmin köşklərdən əməlli-başlı ərzaq marketi kimi istifadə olunur. Qəzet, jurnal və kitablar yeni köşklərdə 2-ci və bəlkə də 3-cü dərəcəli mal kimi alıcıya təqdim olunur. Elə köşklərdə qəzetlər üçün ayrılan yerin özü də belə deməyə əsas yaradır. Əgər vəziyyət belədirsə, nədən ərzaq satışı ilə məşğul olan köşklərin adını В«Press köşkВ» kimi təqdim edirlər? Yəni söhbət bundadır.

Məlumatlı mənbələrin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, yeni В«Press KöşkВ»lərin artıq Sumqayıt şəhərində də qoyulması planlaşdırılır. Bu barədə mənbəmizin söylədikləri: В«Artıq Sumqayıtın mərkəzi hissəsində ilkin olaraq bu köşklərdən ikisinin qoyulması nəzərdə tutulubВ».

Bu zaman ortaya haqlı bir sual çıxır: Bəs deyirdiniz həmin köşklər Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinə məxsusdur? Daha bir sual: Əgər siz haqlısınızsa, nə zamandan Sumqayıt şəhərinin ərazisi Hacıbala Abutalıbovun idarəsinin tabeçiliyinə verilib?

İndi isə gələk əsas məsələyə. В«QasidВ» başda olmaqla, digər yayım firmalarının çökdürülməsi prosesinə. Bildirək ki, buna qədər hakimiyyətin ən çox sıxışdırdığı yayım firması kimi, В«QayaВ» mətbuat yayımı şirkəti diqqətə gəlirdi ki, onun rəhbəri Xanhüseyn Əliyevin müxalif mövqeli bir şəxs olmasından burada bir bəhanə kimi istifadə olunurdu. Amma indi hədəfdə olan əsas şirkət В«QasidВ» firmasıdır və ona da hakimiyyətlə çox gözəl münasibətləri olan və zamanında mərhum prezident Heydər Əliyevin də sayğı ilə yanaşdığı bir seyid ocağının nümayəndəsi olan deputat Mirkazım Kazımov rəhbərlik edir. Yəni məsələ heç də kiminsə müxalif mövqedə dayanması ilə bağlı deylimiş. İş, sırf olaraq biznes marağındadır. Yəni Əli Həsənov biznes marağına görə, kimin hansı mövqedə dayanmasını belə nəzərə almır.

Bildirək ki, Bakı şəhərində qəzet satışı ilə bir sıra firmalar məşğul olur. İnsafla desək, "Qasid"in, "Qaya"nın və "Metro-servis"in ("Azərmətbuatyayımı" isə rayonlarda bu işi görür) xidmətlərindən elə bir ciddi narahatçılıq indiyədək olmayıb. Onsuz da Azərbaycanda qəzet bazarını bir-iki nəfər artıq bazara çevirib, KİV-ə Dəstək Fondunun vəsaitlərini pay-püşt etməklə məşğuldurlar.

Bəs qəzet istehsalı ilə məşğul olan əsil qəzetçilər neyləsinlər?

Araşdırmalarımız da təsdiqləyir ki, keçən ilin avqustunda paytaxta gətirilən yaşıl günbəzli yeni qəzet köşkləri ilə bağlı narahatlıq getdikcə artır. Bu köşklər əsasən "Qasid" mətbuat yayımı firmasının köşklərinin yerində qoyulur. Bildirək ki, yeni köşklərdə qəzet əvəzinə, daha çox şirniyyat və xırdavat satılır.

Oxucular isə köşklərdə müxalifət və müstəqil mətbuatı tapa bilmədiklərindən şikayətlənirlər. Redaksiyamıza gələn çoxsaylı oxucu şikayətləri göstərir ki, yeni köşklərdə müxalifət qəzetləri satılmır. Ekspertlər isə bildirirlər ki, yeni quraşdırılan obyektlər formal şəkildə qəzet köşkü adlansa da, onlarda poliqrafiya məmulatı satışı cəmi 10 faiz təşkil edir. Qəzet və jurnallarla yanaşı, köşklərdə içki, tütün məmulatı, şirniyyat, müxtəlif məhsullar, dəftərxana ləvazimatı satılır, həmçinin surət çıxarılır...

Dünən paytaxtda yeni qoyulan bu səliqəli köşklərin bir neçəsində olub vəziyyətlə maraqlandıq. Vəziyyət oxucular dediyindən də acınacaqlı idi. Bəzi yeni köşklər yerləşdirilsə də, hələ işləmir. "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında qoyulan yeni köşkün yanında "Qasid"in köşkü fəaliyyət göstərir. Satıcıdan öyrənirik ki, metro stansiyasının yaxınlığına üç yeni köşk quraşdırılsa da, heç biri fəaliyyət göstərmir. O, yeni köşklərin əvəzində "Qasid"in köşkünün sökülüb-sökülməyəcəyindən də xəbərsizdir... Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında qoyulmuş yeni köşk isə daha çox mini marketə oxşayır. Burada xırdavatdan tutmuş, müxtəlif çeşidli şirniyyatlara, yeni il aksessuarlarına qədər çox şeyə rast gəlmək mümkündür...

Onu da bildirək ki, yaranmış gərgin durumla bağlı ara-sıra rəsmi açıqlamalar da verilir. Məsələn, bu barədə mətbuata danışan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov qeyd etmişdi ki, Bakıda quraşdırılan yeni köşklərin sayı 30-u keçib: "Hamısı da işləyir. Köşklərdə "Qasid"in məhsullarından istifadə olunur". Köşklərin mini marketlərə bənzəməsi barədə iradımızı eşidən Ə.Bağırov bildirir ki, bu cür gileyləri dəfələrlə eşidib: "Məqsədimiz odur ki, şəhərimizdə qəzet köşkləri dəyişdirilsin, yeni, vahid dizayna malik köşklər qoyulsun. Köşklərdə şirələrin, şirniyyatın kim tərəfindən gətirilməsindən xəbərsizəm. Sabah ola bilər ki, bu köşklərdə ət, balıq, süd də satılsın. Mən də istəyirəm bu köşklərdə qəzet satılsın".

Onu da bildirək ki, israrlı inkara baxmayaraq yeni köşklər son zamanlar media aləmində çox ciddi güc sahibinə çevrilən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənova aiddir. Bu barədə redaksiyamıza ötürülən məlumatlardan o da aydın olur ki, Əli Həsənovun yeni köşklərinə ümumiyyətlə vergi tətbiq olunmur.

Bu barədə redaksiyamıza məlumat verən vergilər nazirliyindəkö mötəbər qaynaq bildirir ki, ilk əvvəl VN strukturları yeni köşklərə В«həmlələrВ» etmək istəsələr də alınmayıb: В«Əvvəlcə bizə bildirdilər ki, kökşklər Bakı Şəhər İcra Hakimiyyətinə məxsusdur. Sonradan isə BŞİH-dən də məlumatı təkzib etdilər. Və nəhayətdə Preziden Administrasiyasından gələn tapşırığa əsasən VN-nin əməkdaşlarının yeni köşkləri hansısa formada təftiş etməsi qadağan edildiВ».

Təbii ki, belə bir xüsusi imtiyazlara sahib olan firmanın enində-sonunda В«QasidВ»i çökdürəcəyi heç şübhəsiz idi. Bu barədə DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, artıq deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi şirkət tənəzzül dövrünə qədəm qoyub: В«Şirkətin ən gəlirli yerlərdəki köşklərinin yığışdırılması В«QasidВ»ə böyük zərbə vurub. Həm işsizlik problemi yaranıb, həm də şirkətin kassaları durmadan boşalmaqdadır. Yeni köşklərə verilən qəzetlər isə ən yxşı halda 10 faiz satışla gəlir ki, bu da şirkətin tam çökdürülməsi deməkdirВ».

Məlumatlı mənbə bildirir ki, nəticədə qəzet redaksiyalarına külli miqdarda borclanan В«QasidВ» firmasının fəaliyyətini dayandırma məsələsi də gündəmə gəlib: В«Əli Həsənov deputatın firmasına başqa bir yol qoymayıb. Elə qabaqcadan istədikləri də bu idi ki, В«QasidВ» fəaliyyətini dayandırsın. Artıq buna nail olurlar. Qəzetlərə olan borcun isə hansı vəsait hesabına ödəniləcəyi də məlum deyilВ».








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
29-08-2026, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
29-08-2026, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
29-08-2026, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
29-08-2026, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
29-08-2026, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
29-08-2026, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
29-08-2026, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
29-08-2026, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
29-08-2026, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
29-08-2026, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
29-08-2026, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
29-08-2026, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
29-08-2026, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru