167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                     SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... .....                     Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI .....                     Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! .....                     Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... .....                     Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son .....                     Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? .....                     Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                     "İşləri abonentlərin ciblərinə girməkdir..." .....                     Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                     "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                 

TƏHLÜKƏ: Əgər başçı müavini 14 yaşlı qıza əxlaqsız deyə bilirsə... - BELƏ HARA GEDİRİK?
Tarix: 18-07-2022, 09:24 | Çap et
TƏHLÜKƏ: Əgər başçı müavini 14 yaşlı qıza əxlaqsız deyə bilirsə...
Lənkərandakı 4 saylı məktəbin direktoru Yeganə Əsgərovanın gözü qarşısında icra başçısının müavini Rəsilə Əliyevanın 9-cu sinif şagirdi Aliyə Camalovanı vəhşicəsinə döyməsi barədə məlumat artıq dövlət qurumlarının nəzarətindədir: DİN dərhal, məlumat yayılan gün – 15 iyulda artıq araşdırılma başladığını bildirdi, iki gün sonra isə Baş Prokurorluq izahatlar alındığı, ekspertiza təyin edildiyini elan, qanunvericiliyə uyğun qərar veriləcəyini vəd etdi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də münasibətini açıqlayıb və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib və s.

Ümid edirik ki, iddia yoxlanacaq və günahkar mütləq cəzasını alacaq, həm də ən qısa müddətdə.

Ona görə də tələsməyək – bəlkə, Rəsilə Əliyeva haqlıdır, 14 yaşlı uşağı qəddarcasına, vəhşicəsinə döyməyib, ona böhtan atılır?

Bu sualla da gəldik əsas məsələyə və təəssüf ki, əksəriyyətin diqqətdən kənarda qoyduğu məqama: axı, Rəsilə Əliyeva açıqlama vermişdi və hadisəni danışmışdı!

Hər kəs dilinin altında gizlənib – elə başçı müavini də. Ona görə Rəsilə Əliyevanın məlum açıqlamasından sitatları təhlil edək:

“Aliyənin anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var”.

Böyük bir şəhər-rayonun icra başçısının müavininin ifadələrindən, leksikonunda olan və ictimai açıqlamasında istifadə etdiyi sözlərdən şoka düşmək olar. Necə yəni “onu saxlayırlar”?

Bir rayonun icra başçısının müavini kiməsə qarşı bu cür ittihamlar irəli sürə bilər? İttiham edilən şəxs 14 yaşlı qız uşağıdırsa, ümumiyyətlə, vəziyyət daha da qəlizləşir: bir xanım məmur, rayona rəhbərlik edənlərdən biri 14 yaşlı uşağı necə əxlaqsız adlandıra bilər? Hansı haqq-hüquqla? 14 yaşlı bir uşağın taleyi ilə necə belə oynamaq olar?

Bu uşaq hələ yetkinlik yaşına belə çatmayıb, dünyanı dərk etmir. Ona ictimai şəkildə əxlaqsız demək qətiyyətlə olmaz və çox ciddi hüquqi məsuliyyət yaradır.

TƏHLÜKƏ: Əgər başçı müavini 14 yaşlı qıza əxlaqsız deyə bilirsə...

R.Əliyeva böyük bir hüquqi məsuliyyət daşıdığını bilə-bilə bunu deyirsə, bir vəzifə adamına yaraşmayan davranışdır – vəzifəsinə arxayın olub, insanların şərəf və ləyaqətini alçaltmaq olmaz; yox, məsuliyyətini dərk etmirsə, onda onu bu vəzifəyə necə seçiblər?

R.Əliyevanın Aliyəni döyüb-döyməməsi olduqca mübahisəlidir, bəlkə də döyməyib. Ancaq başçı müavinin bu sözləri Aliyəni döyməkdən betərdir, onun taleyini, gəncliyini, gələcəyini məhv etməkdir: döyübsə, 3-5 gündən sonra onun zədələri keçib gedəcək, ancaq bu cür ağır ifadələr qız uşağını ömrünün sonuna qədər təqib edəcək.

“Sinif şagirdlərinin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.

Son cümləyə diqqət edin: Aliyənin ailəsi haqda da ağır ifadələrdən istifadə edir və ümumilikdə bu ailəni xar edir.

Bu qadının-xanımın-məmurun kiçik bir açıqlamasında iki dəfə ardıcıl “onu saxlayırlar” ifadəsindən istifadə edilib. Bu nə kompleksdir belə? Bir xanım-məmur bu sözdən nə yaman bərk yapışıb?

“Sadəcə olaraq o videoları mən əldə etmişəm və polis bölməsinə də təqdim etmişəm”.

Bir icra başçısının müavininin fəaliyyət dairəsində 14 yaşlı uşağın “birabırçı videosu"nu əldə etmək də varmış. Başçı müavininin işi-gücü budurmu? R.Əliyeva hansı əsasnamə ilə işlədiyini izah edə bilərmi?

Bir ananın, xanımın, icra başçısının müavininin 14 yaşlı qızın videolarını əldə etməsini və onu polisə verməsini təsəvvürünüzdə canlandırın! Bir rayonun icra başçısının müavininin 14 yaşlı qız uşağı ilə necə bir intriqa apardığını göz önünə gətirin!

Heyrətlənməmək üçün mütləq Rəsilə Əliyeva kimi düşünmək lazımdır.

Yeri gəlmişkən, bu xanım məktəblərdən birində adi müəllim olub, bir müddət öncə qadınların vəzifələrdə təmsilçiliyinin faizini qaldırmaq üçün PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin təlimatı ilə başçıların humanitar məsələlər üzrə müavinlərinin xanımlardan, həm də gənc xanımlardan təyin edilməsi dalğasında başçı müavini vəzifəsinə sahiblənib. Niyə o seçilib? – bu, bizim işimiz deyil!

Bizim işimiz olansa budur: müdirin katibi, katibəsi bilirsinizmi nə demək idi?

Müdir olmayanda onu əvəz edə biləcək yüksək intellektli, savadlı, idarə-müəssisə-qurumun fəaliyyətini idarə və koordinasiya etməyi bacaran peşəkar.

Hansı sovet müəssisəsində katib və ya katibə bu funksiyanı daşıyırdı? “Katib” demək olar ki, yox idi, o vəzifəni məhz “katibə” statusuna isə müdirlər düşürmüşdü.

Maraqlıdır, niyə bəzi başçıların humanitar məsələlər üzrə müavinləri özlərini “klassik katibələr” statusunda görür?
//AXAR.AZ//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru