Zaur Mikayılovun işçiləri BAZAR AÇIBLAR... - “Kim pul verirsə, ona su verirlər”
Tarix: 30-06-2022, 08:47 | Çap et
 “İl yarı olub, ilin əvvəli əkdiyim yoncanı vur-tut iki dəfə suvara bilmişəm. Torpaq susuzluqdan cadar-cadar olub, yoncalar yanıb. Sahəni suvarmaq üçün gərək ya hansısa qurumda adamın ola, zəng elətdirəsən, ya da gərək şəhid ailəsi olasan. Elə qazilər də ora-bura şikayət etməsin deyə sahələrinə su verilir”.
Ağdamın Xındırıstan qəsəbəsinin Kəlbəhüseynli kənd sakini Müşfiq Abışov ötən il 600 manat xərc çəkərək yonca əkib.
Deyir ki, ilin əvvəlindən indiyədək yonca sahəsini cəmi iki dəfə suvara bilib. Çəkdiyi xərcdən heç bir manat da qazanc götürə bilməyib.
“Bərabərlik qorunmur”
Müşfiq Abışovun sözlərinə görə, yonca sahəsi ayda iki dəfə suvarılmalıdır. Ancaq Ağdam rayon Suvarma Sistemləri İdarəsi şərait yaratmır:
“Bizim kəndin 400 hektar əkin sahəsi var. Hər 60 hektar əkin yerinə bir artezian düşür. Cəmi dörd artezianımız var. Milyonlarla xərc çəkib Qarabağ su kanalından Ağdamın əkin sahələri üçün su kəmərləri çəkiblər. Ancaq suvarma məsələsində bərabər bölgü yoxdur. Biri sahəsini həftədə iki dəfə suvara bilər, biri aylarla suvara bilməz. Bu problem tək mənə aid deyil, gəlin sahələrə, kəndlilərin nə zülm çəkdiyini özünüz görün”.
“Kim pul verirsə, ona su verirlər”
Kəndli deyir, gündüzlər 10-12 saat ərzində verilən su elə vaxtaşırı suvarılan sahələrə axıdılır. Sahələri susuz qalan kəndlilər rayonun Suvarma Sistemləri İdarəsinə müraciət ediblər ki, heç olmasa, gecələr onlara da növbə verilsin:
“Axşam olanda artezianları bağlayırlar. Bizə su vermirlər. Kim pul verirsə, kimin adamı varsa, suyu ona verirlər. Bu dəqiqə gəlsəniz, apararam, özünüz görərsiniz ki, eyni adamların sahələri suvarılır. Adamı olmayanlar da yanan əkin sahələrinə baxa-baxa qalırlar. Deyirik, bir halda ki, bizə gündüz növbə çatmır, heç olmasa, gecələr suyu buraxın, biz də sahələrimizi suvara bilək. Deyirlər ki, olmaz”.
“Dövlət milyonlarla pul ayırıb…”
Kəndlilərin istədiyi odur ki, sahələr bərabər qaydada suvarılsın və hamı məhsul götürə bilsin:
“Axı bu borular kəndin əkin sahəsinə xalqdan alınan vergilərlə çəkilib. Heç kəs o boruları öz cibinin puluyla çəkməyib ki, birinə su verələr, o birinə yox… Dövlət milyonlarla pul ayırıb ki, kəndli sahəni suvarıb məhsul götürsün, ailəsini dolandırsın. 1 hektar sahəm susuzluqdan yanır, hərtərəfli zərər çəkirəm. O yoncanı yığsam, həm öz heyvanlarımın yeminə pul xərcləmərəm, həm də satıb dolanışıq edərəm. O suyu da sahəyə pulsuz buraxmırlar, 15 manat pul ödəyirik. Bununla belə, su vermirlər”.
Suvarma Sistemləri İdarəsi: “Bütün sahələr növbəli qaydada suvarılır”
Ağdam Rayon Suvarma Sistemləri İdarəsinin müdir müavini Elşən Hüseynovsa kəndlilərin şikayətini əsassız hesab edir:
“Belə bir məsələ mümkün deyil, bütün sahələr növbəli qaydada suvarılır. Biz yenə də sahəyə işçi göndərib araşdırarıq”.
Müşfiq Abışovsa deyir ki, Elşən Hüseynovun dediyi növbəli qayda yalnız pambıq sahələrinə aiddir, digər əkin sahələrində növbəlilik prinsipi yoxdur.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32 |
|
|
|
| • “X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28 |
|
|
|
| • 167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18 |
|
|
|
| • SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12 |
|
|
|
| • Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02 |
|
|
|
| • Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58 |
|
|
|
| • Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44 |
|
|
|
| • Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35 |
|
|
|
| • Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33 |
|
|
|
| • Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31 |
|
|
|
| • Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26 |
|
|
|
| • ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23 |
|
|
|
| • "İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34 |
|
|
|
| • Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12 |
|
|
|
| • Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59 |
|
|
|
| • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49 |
|
|
|
| • "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17 |
|
|
|
| • "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08 |
|
|
|
| • Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56 |
|
|
|
| • Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50 |
|
|
|
| • Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44 |
|
|
|
| • Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36 |
|
|
|
| • Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21 |
|
|
|
| • Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17 |
|
|
|
| • 15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13 |
|
|
|
| • Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04 |
|
|
|
| • Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30 |
|
|
|
| • 26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28 |
|
|
|
| • Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27 |
|
|
|
| • MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18 |
|
|
|
| • Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14 |
|
|
|
| • Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09 |
|
|
|
| • Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59 |
|
|
|
| • Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52 |
|
|
|
| • Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49 |
|
|
|
| • “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27 |
|
|
|
| • “AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24 |
|
|
|
| • Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16 |
|
|
|
| • Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
| • “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08 |
|
|
|
| • Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59 |
|
|
|
| • Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53 |
|
|
|
| • Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50 |
|
|
|
| • İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44 |
|
|
|
| • Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03 |
|
|
|
| • Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00 |
|
|
|
| • Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58 |
|
|
|
| • Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50 |
|
|
|
| • Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45 |
|
|
|
|