ATU rektoru universiteti KOLXOZA ÇEVİRİB... - İDDİA
Tarix: 20-06-2022, 09:52 | Çap et
 Sözün düzü, 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirən şəxsin nə vaxtsa Azərbaycan Texniki Universitetinin rektoru olması möcüzədən başqa bir şey deyil. Hələ bu harasıdır..? Bu adam istedadının “çiçəkləndiyi” vaxtlar Azərbaycan Milli Aviasiya Universitetində “yarımştat” professor olub. Hələ bu harasıdır..? Bu adam 40 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Söhbət Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdən gedir. Sabiq rektor Havar Məmmədovdan sonra ATU-ya rektor gələn Vilayət Vəliyev ilk olaraq qohumlarını vəzifələrə doldurmağa başlayıb. Məsələn, qaynının qızı bakalavr təhsilli Pərvanə Allahverdiyeva üçün ATU-da hüquq sektoru yaratdı. Hansı ki, ATU-nun tarixində hüquq sektoru olmayıb. Və hazırda Pərvanə Allahverdiyeva prorektorlar səviyyəsində ayda 2600 manat maaş alır. Hansı ki, neçə ildir ATU-da çalışanlar 400-450 manat maaş alırlar. Vilayət Vəliyev rektor olan kimi özünə 4-5 müşavir təyin etdi. Hamısı da öz qohum əqərəbası, dost-tanışlarıdır, daha dəqiq desək, özünə yaxın olanlardır. Heç birinin də normal təhsili yoxdur. Diqqətli oxucuların yadında olar ki, Vilayət Vəliyevin rektor olduğu bu universitet hamilə qadın və süd verən analardan COVİD pasportu tələb olunması ilə gündəmə gəlib. Təsəvvür edirsiniz, universitet tələbəsi olan hamilə qadın ondan COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan imtina edib. Görəsən rektor başa düşmür ki, hamilə qadınlar, uşaq əmizdirən analar peyvənd olunmağa məcbur edilə bilməz. Bu gün bəlli olur ki, universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib. 5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri yaranmasından doğan problemlər həllini tapmayıb. Əksinə Vilayət Vəliyev köhnə rüşvətxor şəbəkənin əməllərindən yaxşıca faydalanıb. Bir sözlə, Vilayət Vəliyev sələfi Havar Məmmədovun əməllərini başqa formada davam etdirir. Vilayət Vəliyev rektor olan kimi ATU-nun mətbəəsinin axırına çıxdı. Bəli, ATU-nun müasir texnologiyalara cavab verən, kompyuterləşdirilmiş mətbəə texnologiyası ilə universitetin çap tələblərini qənaətbəxş, bəlkə də yaxşı səviyyədə ödəyirdi. Universitet müəllimlərinin demək olar ki, bütün çap işləri burada yerinə yetirilirdi, onların yazdıqları kitablar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, laboratoriya işləri və s., eləcə də universitet rəhbərliyinin tapşırığı ilə müxtəlif buklet və reklam materialları da burada çap olunurdu. Universitetdə nəşriyyat da fəaliyyət göstərirdi, və o, çap olunan materialların qanuni qeydiyyata alınması, rəsmiləşdirilməsi, onlara qrif verilməsi ilə məşğul olurdu. 40 ildən artıq idi ki, mətbəəyə respublikamızda tanınmış mətbəə işçisi Əvəz Abbasov müdirlik edirdi. Təqribən 2 ay əvvəl rektor elmi şura iclasında bəyan edib ki, o, nəşriyyat işçilərini işdən çıxarıb, mətbəəni də bağlayıb, indi yeni mətbəə quracaq. Sonra məlum oldu ki, rektor mətbəəyə haradansa öz adamını gətirib və müdir təyin edib. Mətbəənin əvvəlki müdiri Əvəz Abbasov isə öz komandasını, yəni işçilərini yığıb, özü ilə aparıb və bütün mətbəə avadanlığını da götürüb, hara isə aparıb, çünki, bu avadanlıqlar onun şəxsi əmlakı imiş. ATU-da tələbələrin və müəllimlərin istifadə etdiyi kseroks, yəni sürət çıxartma aparatrları. Tələbələr və müəllimlər 5-10 qəpik verməklə özlərinə lazım olan materiallarının sürətini çıxarırmışlar. Hətta belə söz-söhbət gəzir ki, rektor Vilayət Vəliyev hər şeyə özüm nəzarət edəcəm. Yəni bu adam 10 qəpiklik sürətçıxarmayada nəzarət edir. Bu adam kefi sitədiyi kafedraları birləşdirir, kafedra müdirlərini azad edir, guya öz aləmində islahat aparır. Vilayət Vəliyev Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşı Aqil Babayevi ATU-da kafedra müdiri təyin edib. Rektor qadın müəllimlərə qarşı çox kobud rəftar edir, hətta deyilənə görə onları təhqir də edir. Rektor Vilayət Vəliyev savadsızın birini özünə elmi işlər üzrə müşavir təyin edib. Bəli, müşavir Fariz Məmmədovun Texniki Universitetdə bu qədər elm sahələri olması barəsində heç məlumatı da yoxdur. Sözün qısası, Havar Məmmədovdan sonra rektor Vilayət Vəliyev ATU-da sanki daşı daş üstə qoymayıb. Görəsən, Hesablama Palatası və digər qurumlar hara baxır..? Təhsil naziri Emin Əmrullayev rektor Vilayət Vəliyev barəsində nə düşünür..? Əgər düşünə bilirsə... Yazıda adları keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43 |
|
|
|
| • Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32 |
|
|
|
| • “X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28 |
|
|
|
| • 167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18 |
|
|
|
| • SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12 |
|
|
|
| • Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02 |
|
|
|
| • Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58 |
|
|
|
| • Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44 |
|
|
|
| • Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35 |
|
|
|
| • Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33 |
|
|
|
| • Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31 |
|
|
|
| • Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26 |
|
|
|
| • ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23 |
|
|
|
| • "İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34 |
|
|
|
| • Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12 |
|
|
|
| • Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59 |
|
|
|
| • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49 |
|
|
|
| • "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17 |
|
|
|
| • "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08 |
|
|
|
| • Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56 |
|
|
|
| • Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50 |
|
|
|
| • Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44 |
|
|
|
| • Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36 |
|
|
|
| • Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21 |
|
|
|
| • Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17 |
|
|
|
| • 15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13 |
|
|
|
| • Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04 |
|
|
|
| • Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30 |
|
|
|
| • 26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28 |
|
|
|
| • Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27 |
|
|
|
| • MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18 |
|
|
|
| • Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14 |
|
|
|
| • Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09 |
|
|
|
| • Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59 |
|
|
|
| • Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52 |
|
|
|
| • Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49 |
|
|
|
| • “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27 |
|
|
|
| • “AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24 |
|
|
|
| • Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16 |
|
|
|
| • Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
| • “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08 |
|
|
|
| • Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59 |
|
|
|
| • Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53 |
|
|
|
| • Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50 |
|
|
|
| • İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44 |
|
|
|
| • Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03 |
|
|
|
| • Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00 |
|
|
|
| • Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58 |
|
|
|
| • Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50 |
|
|
|
|