"Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" .....                     Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? .....                     II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                 

“Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm” - İTTİHAM
Tarix: 14-09-2021, 09:24 | Çap et
“Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm”
“2022-ci ildə dövlət büdcəsinə vergi yığımları üçün nəzərdə tutulmuş proqnoz tapşırıqdakı 1 milyar 888 milyon manat artım risklidir”.

Ovqat.com xəbər verir ki, tanınmış iqtisadçı Elçin Qurbanov Maliyyə Nazirliyinin hazırladığı “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”nı şərh edən məqaləsində belə yazıb.

Maraqlıdır ki, iqtisadçı öz analizini muğam sənətinin şöbələri üzərində qurub. Bunu isə Maliyə Nazirliyinin hazırladığı sənədin elmilikdən uzaq olması və oxuduqca muğam kimi yuxu gətirməsi “keyfiyyətləri” ilə əlaqələndirib.

“Qərara almışam ki, bundan sonra məqalələrimi muğam üslubunda hissələrə bölüm, onsuz da oxuyub yatmaqdan başqa nəticə hasil etmək olmur”, - iqtisadçı belə yazır.

İqtisadçı muziko- monetar analizinin “Bərdaş” bölməsində yazır:

Bərdaş

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il üçün büdcə daxilolmalarının Dövlət Vergi Xidmətinin payına düşən hissəsi 9 milyard 138 milyon manat təşkil edir. 2021-ci ildə isə bu rəqəm 7 milyard 250 milyon manat təşkil edirdi. Etiraf etməliyəm ki, pandemiya zərbəsindən sonra vergi yığımlarında birdən-birə 1 milyard 888 milyon mnat artım zəlzələ təəssüratı yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə tikinti bərpa işlərinin intensivliyi dövlət əsaslı investisiya qoyuluşlarının artması sıçrayış effektli artım üçün o qədər də ciddi mənbə yarada bilməz. Vergilər üzrə artım tempi bir neçə paralel əlamətlərlə müşahidə olunmalıdır: ÜDM real və ÜDM nominal. Bu anlayışlara görə, vergi yığımları da nominal həcmdə böyüyə və ya kiçilə bilər. Biz ölçüsü bəlli bir kasanın içərisində xalq təsərrüfatının həcmini nominal ifadədə dəyişsək də real ifadədə dəyişə bilməyəcəyik. Çünki ÜDM-in həqiqi nəticəsinə effektiv təsir edən əsas məfhum ixracdır. Təsəvvür edin ki, ixrac artmır, amma vahid qapalı məkanda təxminən eyni tempdə dinamik olan təsərrüfat üçün yeni xərclər yaranır. Burada bir xoşagəlməz gözlənti ola bilər, o da inflyasiyanın səviyyəsinin artımıdır. Vergi yığımlarının dərhal post-pandemiya (karantin) dövründə sıçrayışla artımı büdcə gəlirlərini nominal göstəricidə artıracaq, amma əhalinin yaşayış səviyyəsinə mənfi təsir edəcək. Sahibkarlıq sahəsində tənəzzül artacaq. Mən Maliyyə Nazirliyinin pulu necə, harası ilə saydığını deyə bilmərəm , amma onu bilirəm ki, təklif etdiyi proqnoz bir ayaq üstündə verilmiş qərardır”.

İqtisadçı daha sonra Maliyyə Nazirliyinə iqtisadiyyat elminin əlifbası sayılacaq mətləbləri başa salmağı məsləhət bilir:

“ÜDM = C + I + G + ( EX – İM)

C – Əhalinin istehlak xərcləri
I – Ümumi xüsusi investisiyalar
G – Dövlət xərcləri
EX – İxrac
İM – İdxal

ÜDM-in primitiv düstürunda EX –(ixrac) potensialının İM (idxal) potensialında müsbət artım fərqinə münasibətdə artım nəzərdə tutula bilər. Bizdə ixrac əməliyyatları üzrə qeyri-neft sektorunda artım demək olar ki, makrosferada nəzərəçarpmaz dərəcədə kiçikdir. Yəni bəlli ölçülü boşqabın içərisinə daxil olan nemətlər kənardan gələn valyuta ilə xarakterizə olunmalıdır. Boşqabın içərisindəki məhsulu sürətlə fırlatmaqla köpük effekti yaradaraq səviyyə nümayiş etdirmək yaxşı heç nə vəd etmir. Hərəkəti azaldan kimi şişirdilmiş köpük yoxa çıxdıqca məhsulun səviyyəsinin əvvəlkindən daha da aşağı düşdüyünü və yaxud tənəzzül etdiyini görəcəyik. Dövlət xərcləri və əhalinin istehlak xərclərindən yaranan dövriyyə ilə partlayış effektli vergi yığımları məntiqinə əsaslanan artım tətbiq etmək olmaz. Əks təqdirdə, böyük həcmdə yeni pul kütləsinin dövriyyəyə buraxılması məcburiyyəti yaranar ki, bu da inflyasiyanı şiddətləndirər.

"Yenə də saxtakarlıq, yenə də yalan!”

Bu gün vergi daxilolmalarında artımın ən mükəmməl yolu gömrük orqanlarının yerli istehlak qiymətləri ilə ƏDV və rüsumlar toplamasının qarşısının alınmasıdır. Çox təəssüflər olsun ki, Dövlət Gömrük Xidmətinin fəaliyyəti həm vergi yığımına, uçot sisteminə , həm də qiymətlərin tənzimlənməsinə mənfi təsir göstərir. Bu gün Gömrük Xidməti yerli tələb və təklif üzərindən idxal və ixrac siyasətini həyata keçirmək, əməliyyatları həcmini tənzimləmək, yerli istehsalı kənar rəqabətdən qorumaq, qiymət siyasətində Mərkəzi Bank və digər qurumlarla komissiyon fəaliyyət göstərmək əvəzinə saxta ƏDV və rüsumlarla ölkə rəhbərinin rəğbətini qazanmağa çalışır. Yenə də saxtakarlıq, yenə də yalan!”

İqtisadçı, analizinin “Maye” bölümündə İqtisadiyyat Nazirliyinin fəaliyyətinə işıq tutaraq vurğulayır:

Maye

Uğurlarımız; Mən İqtisadiyyat Nazirliyinin fəaliyyətini təqdirəlayiq hesab edirəm. Bu sahədə bir çox təkzibolunmaz böyük uğurlarımız oldu: iqtisadi mühiti təşviq edən qanunlar qəbul olundu, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edildi. 2019-cu ildən qüvvədə olan yeni Vergi Məcəlləsi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafını və maliyyə risklərinin minimallaşdırılması məsələlərinə yönəldildi.

Feili

Mən əvvəllər vurğuladığım məsələlərin demək olar ki, bir qismi reallaşır. Artıq yanaşma da, sosial tələblərə münasibət də dəyişir. Bildiyiniz kimi inkişaf etmiş ölkələrdə fiskal proqozlaşdırmanın və büdcə daxilolmalarının əhəmiyyətli hissəsi üçün əsas mənbə fiziki şəxslərin gəlirləridir. 2019-cu ildən qüvvədə olan vergi qanunvericiliyi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, fəaliyyətin fasiləsizliyinə, risklərinin minimallaşdırılmasına və əmək qabiliyyətli əhalinin sosial sığortasının gücləndirilməsinə xidmət edir. Bu da təsadüfi deyil; ölkədə mikro və kiçik sahibkarlıq subyektləri sayca çoxluq təşkil edirlər. Aparılan bu islahatlar həmin kateqoriyalara aid sahibkarlıq subyektlərinin məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malik olması deməkdir. Burada dövlət vergi risklərini minimallaşdıraraq sosial sığorta yığımlarına üstünlük verməklə qabaqcıl ölkələrin təcrübəsini tətbiq etdi. Bu islahatlar həm də yeni iş yerlərinin açılmasına, pandemiya şəraitində lokaut hallarının qarşısının alınmasında dəstək ola bildi. Eyni zamanda əlverişli sahibkarlıq və investisiya mühitinin yaranmasına şərait yaratdı.

Digər tərəfdən, vergi mədəniyyətinin formalaşdırılması, elektron auditin tətbiqi, sahibkarlıq fəaliyyətinə maneə yaratmadan nəzarət sisteminin formalaşdırılması üçün imkanlar yaratdı. Yəqin ki, hər kəs əvvəlki Vergilər Nazirliyinin fəaliyyətini yaxşı xatırlayır. Təsərrüfat subyektlərində nəzarət tədbirləri nəinki sahibkarların, eynilə istehlakçıların da narahatlığına səbəb olurdu.

Mən yaxın qonşu ölkələrdə hətta bizdəki vergi sisteminin nöqsanlarını eşidirdim. Əlbəttə ki, belə hallar hüquqi döləvlət üçün baş ucalığı gətirmirdi. Sahibkarlar üçün yaranmış narahatçılıqlar, onların əsassız vergi orqanlarına dəvət olunması çox ciddi narazılıqlara yol açırdı. Bu da çoxsaylı investorların ölkədən getməsinə səbəb olurdu. Amma bu gün Dövlət Vergi Xidmətinin fəaliyyəti, demək olar ki, tam şəkildə qanunvericiliyin tələblərinə uyğun təşkil edilib. Elektron auditin tətbiqi ilə İqtisadiyyat Nazirliyi bütövlükdə vergi sistemində pərakəndəliyi aradan qaldırmağa müvvəfəq olub. Məmur və sahibkar münasibətlərinin minimuma endirilməsi sahibkarların sərbəst fəaliyyəti üçün şərait yaradaraq korrupsiya və rüşvətlə mübarizənin effektliyini artırıb. Əlbəttə, bunlar bizim uğurlarımızdır. Hesab edirəm ki, vergi mühitinin sağlamlaşdırılması, hüquq münasibətində liberallaşdırılması investisiya mühitinin yaxşılaşdırılmasına, xarici inevstisiyaların da ölkəmizə axınına səbəb olacaq.

Mikro və kiçik sahibkarlıq subyektlərinin uçot sisteminə nəzarət işinə güzəştli yanaşma isə demək olar ki, dövlətin daha çox sosial rifah siyasətinin əsas məqsəd olduğunu əks etdirir. Yəni şəffaflıq və hesabatlılıq proqramlarının tətbiqi, kölgə iqtisadiyyatının aradan qaldırılması kimi məsələlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə güzəştli yanaşma bunu deməyə əsas verir.

Bidad

Etiraf etmək lazımdır ki, şəfaflığın təmin olunmasında artıq istehlakçılar da yaxından iştirak edirlər. İstehlakçıların ƏDV-dən yararlanması, bunun üçün seçim etməsi şəffalığın vacibliyini diktə edir. Hesab edirəm ki, hazırda ƏDV məqsədləri üçün qeydiyyat daha çox könüllü xarakter daşıyır. Əks halda, rəqabət qabiliyyəti azalaraq sahibkarların istehlak bazarında uğursuzluqlarına gətirib çıxara bilər. Təsadüfi deyil ki, mikro sahibkarlıq subyektlərinə güzəştli vergitutmanın tətbiqi nəticə etibarilə dövlət üçün sosial yükün minimallaşdırılması deməkdir. Etiraf etməliyəm ki, bu gün əksər miktosahibkarlıq subyektlərinin fəaliyyəti orta və iri sahibkarlıq subyektlərindən aslıdır. Şəffaflığın da məhz buradan başladığını dövlət nəzərə alır.

Kiçik bir mənzərənin təsvirini diqqətə çatdırmaq istərdim. Məsələn, bazar tipli ticarət mərkəzlərində, xırda mağazalarda satışı təşkil olunan malların böyük əksəriyyəti və yaxud hamısı iri şirkətlərə məxsusdur. Əsas şəffaflıq və uçot məsələləri elə buradan başlayır. İri şirkətlər öz bazarlarını genişləndirmək üçün kiçik pərakəndə satış obyektlərinin fəaliyyətindən faydalanırlar. Əgər diqqət yetirsəniz, görərsiniz ki, mikro və kiçik sahibkarlar ən az maliyyə riskləri üzündən sıradan çıxma təhlükəsi ilə üz-üzə qalırlar. Realizə etdikləri malların dəyərini və icarə haqqlarını ödəyə bilmirlər. Bəzi hallarda satdıqları və ya təqdim etdikləri əmtəə və məhsulların bütövlükdə dəyərini cari xərclərə ödəməklə təchizatçı şirkətlər qarşısında borclanırlar. Nəticədə müflisləşmə qaçılmaz olur. Sahibkarlıq subyekti sıradan çıxır və dövlətin yükü artmalı olur.

Bütün bunları nəzərə alaraq mikro və kiçik sahibkarlıq subyektlərinin daha geniş dövlət qayğısına ehtiyacı olduğunu etiraf etmək yerinə düşər. Bütün bunları təsvir etməkdə məqsədim odur ki, həqiqi mənzərəni cənab Maliyyə Nazirliyinin rəsmiləri də başa düşə bilsin.

İdeal hədəfə çatmaq üçün uzun bir adaptasiya dövrü keçilməli, tədricən vergi mədəniyyətinin formalaşdırılması, könüllülük prinsipləri əsasında təşkili üçün zamana, təbliğata, dövlətə inam və etibarın gücləndirilməsinə ehtiyac var. Dövlətə inam və etibarın yaradılması hüququn hökmranlığı və qanunun aliliyi prinsiplərinin təşəkkül tapdığı bir cəmiyyətin formalaşdırılması ilə əlaqəlidir. Bu isə dövlət orqanlarının fəaliyyətində təcəssüm etməli və ümumilikdə cəmiyyətin əsas maraq dairəsinə çevrilməlidir.

Vergi yükünü artırmaq hədəfə çatmaq deyil, əksinə sahibkarlıq və investisiya mühitinə zərbə vurmaqdır. Ona görə də vergitutma üçün rezervlər düzgün araşdırılmalıdır ki, inzibati yollarla sərt vergiqoyma siyasəti, bəzi hallarda isə qanunsuz mənbələrin yaradılması halları baş verməsin. Bütün bunlar da iqtisadiyyata mənfi təsir göstərməsin.

ALLAH İNSAF VERSİN!

Elçin Qurbanov”
Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" - Ayaz Salayev
Bu gün, 11:12
Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? - ARAŞDIRMA
Bu gün, 11:06
II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Bu gün, 11:00
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Bu gün, 10:53
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Bu gün, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru