Rus bazası Ermənistandan gedəcək, amma... .....                     İki ay əvvəl işdən çıxarılmışdı .....                     Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu .....                     100 dollarlıq neft dolların taleyini həll edəcək: .....                     Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal .....                     ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb .....                     “AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı .....                     Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... .....                     Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB .....                     Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş .....                     Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı .....                     Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI .....                     Paşinyandan kritik təyinat .....                     Ermənistan Azərbaycana nə ixrac edə bilər? .....                     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı .....                     TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? .....                     “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” .....                     Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu .....                     Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi .....                     Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi .....                     “Həyat bir kinodur, ən maraqlı yerində bitir” .....                     “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” .....                     Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi .....                     Bu agentlikdə yeni departamentlər yaradıldı .....                     Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri .....                     Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb .....                     Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                 

Gədəbəydə bələdiyyə sədri QOÇULUQ EDİR... - NARAZILIQ!
Tarix: 16-06-2021, 10:06 | Çap et
Gədəbəydə bələdiyyə sədri QOÇULUQ EDİR...
Məlumdur ki, bələdiyyələr qanunla müəyyən olunmuş ərazi hüdudları çərçivəsində yerli özünüidarəetməni həyata keçirən bir qurumdur. Ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi və s. mövcuddur ki, onlar qəbul olunmuş Qanunlar çərçivəsində səlahiyyətlərinə aid çoxsaylı sosial məsələləri müstəqil şəkildə həll etməyə borcludurlar. O da hər kəsə bəllidir ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin olunmaqla ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ölkəmizdə bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın göstəricisidir. Faktdır ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olundu ki, hər kəs öz fəaliyyətində bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin. Bu gün bələdiyyələrin bir çoxu istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qururlar ki, onlar seçici etimadını doğrulda bilsinlər. Belə bələdiyyələrdən fərqli olaraq Əliyeva Fəridə Çərkəz qızının sədrlik etdiyi Gədəbəy rayonu, Novosaratovka kənd bələdiyyəsi isə, hal-hazırda fəaliyyətini fərqli formada həyata keçirməkdədir. Çünki, bir neçə gün bundan öncə Dəryaz qəzetinin redaksiyasına yerli sakinlər tərəfindən çatdırılan məlumatlardan bəlli oldu ki, Fəridə Əliyeva bir sədr olaraq bu gün üzərinə düşən vəzifəsini öz maraqları çərçivəsində yerinə yetirməklə və yerli sakinlərə çoxsaylı problemlər əmələ gətirməklə məşğul olur. Sakinlərin iddialarına görə, adı çəkilən bu xanım özünü Novosaratovka kəndinin “əlçatmaz, ünyetməz firon”u hesab edir və o, hal-hazırda bir kimsədən olsun belə çəkinmir. Bu bələdiyyə sədrinin əməlləri ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbər şəxslərinə ünvanlanan şikayətlərin də heç bir nəticəsi olmur. Səbəbi də odur ki,sakinlərin dediyinə görə В«ƏrəbzəngiВ» xanım yaxın mövqeyində belə bir xof yaradıb ki, o Cənab Prezidentin Mühafizə Xidmətinin rəisi hörmətli Bəylər Əyyubovun yaxın qohumudur və nə addım atırsa onun razılığı əsasında atır. Ona görə də, çox yaxın vaxtlarda Fəridə Əliyevanın atdığı addımlara qarşı kütləvi narazılıq hissinin daha “pik nöqtə”yə çatacağı və hadisələrin heç də yaxşı sonluqla nəticələnməyəcəyi ehtimal olunan versiyalardan biridir. Məsələn, Gədəbəy rayonu, Novosaratovka kənd sakini Faiq Dəmir oğlu İsmayılov əməkdaşımıza verdiyi açıqlamasında bildirir:

“2016-cı ilə kimi həyətyanı sahəmə aid olan19 sot torpaq sahəsindən əlavə, 6 sot torpaq sahəsindən də istifadə edirdim. Qeyd edim ki, 6 sot torpaq sahəsində 1985-ci ilə kimi Novosaratovka sovxoz təsərrüfatına məxsus tövlə yerləşirdi. Elə ki, həmin ildə tövlənin sökülməsi işləri həyata keçirildi, o halda sovxoz direktorunun qəbulunda oldum və tövlənin yerləşdiyi ərazidən istifadə etmək haqda istəyimi ona bildirdim. Sovxoz direktoru belə bir istəyim haqda məlumatlı olduqda o, buna heç də etiraz etmədi. Ona görə də 1987-ci ildə 6 sot sahəsi olan ərazini daşdan, qumdan və digər alaq otlarından təmizləyib istifadə etməyə başladıq. 1987-ci ildən başlayaraq qeyd olunan torpaq sahəsindən ailəlikcə istifadə etməyimizi Novosaratovka kənd sakinləri Nəsir Sarı oğlu Məmmədov, Vorovyova Mariya Yakovlevna, Bəxtiyar Müseyib oğlu Əliyev və İsrayıl Həsən oğlu Məhərrəmov yazmış olduqları ərizədə qeyd ediblər və onlar həmin ərizəni 22 noyabr 2018-ci il tarixdə Gədəbəy rayon notariat kontorunda da təsdiq etdirmişlər. Yəni, dörd nəfər Novosaratovka kənd sakini öz imzaları ilə təsdiq etdikləri ərizədə qeyd ediblər ki, “Biz qonşular yazıb bildiririk ki, Faiq Dəmir oğlu İsmayılov öz ailəsi ilə birlikdə 1987-ci ildən Novosaratovka kəndində yaşayır və evinin ərazisindəki 0,25 ha torpaq sahəsindən 30 ildir ki, istifadə edirlər. Biz ərizəmizi öz imzalarımızla da təsdiq edirik”. Bildirim ki, 1987-ci ildən 2016-cı ilə kimi həm 19 sot torpaq sahəsinə aid, həm də 6 sot torpaq sahəsinə aid olan vergini tam şəkildə ödəmişik.

2016-cı ildə Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyeva, 1987-ci ildən ailəlikcə istifadə etdiyimiz 6 sot torpaq sahəsini heç bir əsas olmadan saxta sənədlər əsasında qonşuluqda yaşayan bir şəxsə satır və həmin şəxs qeyd olunan əraziyə tikinti işləri aparmaq məqsədilə daş, qum töksə də, biz həmin şəxsin belə bir addım atmasına imkan vermədik. Təəccüblü hal odur ki, sədr Fəridə Əliyevanın düzüb-qoşduğu saxta sənədlər əsasında 6 sot torpaq sahəsinə sahib olmaq istəyən həmin şəxs mənə “İndiyə kimi on min xərcim çıxıb, sən on min manat pul ver, 6 sot torpaq sahəsini sənə qaytarım” deyir. İndiyə kimi belə bir problemlə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə şikayət ərizələri göndərsəm də, təəssüflər olsun ki, heç bir nəticəsi olmayıb.

Daha biabırçı halın varlığı odan ibarətdir ki, 21 aprel 2016-cı il tarixdə Novosaratovka kənd bələdiyyəsinin sədri Əliyeva Fəridə Çərkəz qızı, Novosaratovka İƏD-si üzrə sabiq icra nümayəndəsi Əliyev Hüseyn Əli oğlu, Novosaratovka kənd bələdiyyəsinin üzvü Paşayev Vüqar Sübhan oğlu akt tərtib edirlər və aktda yazırlar ki, “Novosaratovka kənd bələdiyyəsinin mülkiyyətində olan 6 sot torpaq sahəsinin alqı-satqısı kənd sakini Faiq Dəmir oğlu İsmayılova təklif olunsa da, o, belə bir təklifdən imtina edir. Ona görə də qeyd olunan torpaq sahəsinin başqa bir şəxsə verilməsi məqsədəuyğun bilinmişdir”. Qeyd edim ki, heç zaman mənə belə bir təklif olunmayıb və adı çəkilən şəxslər tərəfindən tərtib olunmuş akt saxta sənəddən başqa bir şey deyil. Çünki, bir daha bildirirəm ki, həmin torpaq sahəsi ilə bağlı mənə heç bir təklif olunmayıb.

Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın qol qoyduğu qanunsuzluq əməli ilə başqa bir kənd sakini Nəsibov Məhəmməd Nəsib oğlu da bildirir ki, “2000-ci ildə keçirilən torpaq islahatı nəticəsində beş nəfərdən ibarət ailə üzvlərimizə 1 ha 30 sot əkənək, 1 ha 13 sot isə biçənək sahəsi verildi.


Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 01 mart tarixli 03 saylı qərarı ilə bizim ailə üzvlərinə verilmiş torpaq sahələrinə Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı da (JN-390: KOD-50500038) əldə etdik.

Qeyd edim ki, Dövlət aktı Qeydiyyat kitabında 390 nömrə ilə də qeydiyyata alındı.Bugünə kimi 1ha 30 sot əkənək sahəsinin 50 sotundan istifadə etsək də, hazırda qeyd olunan torpaq sahəsinin 80 sotundan bələdiyyə sədri və onun bacısıoğlu qeyri-qanuni şəkildə istifadə etməkdədirlər. Həmin şəxslərin 80 sot torpaq sahəsindən qeyri-qanuni istifadə etmələrinə dair məhkəməyə müraciət etsəm də, son anda nəyəsə nail ola bilmədim. Buna da səbəb, Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları ilə əlbir olması və bunun nəticəsi olaraq adı çəkilən qurum əməkdaşlarının bizə verilmiş torpaq sahəsinin “GPS”lə sərhədlərini müəyyən edib verməmələri olur”.

Sakinlərin iddialarından və əməkdaşlarımızın həyata keçirdikləri çəkilişlərdən bəlli olur ki, Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın sədr olduğu ötən illər ərzində, kənd sakinlərinə məxsus örüş-otlaq sahələri ayrı-ayrı şəxslərə satılmış və həmin ərazilərdə fərdi yaşayış evləri, iri ticarət mərkəzləri, ictimai-iaşə obyektləri və s. tikilmişdir. Bu yöndə atılan addımlar həddi-hüdudu bilinməyən qanunsuzluqların baş verməsinə səbəb olsa da, bir kimsə hələ də Fəridə Əliyevaya “qaşın üstə qara var” deyə bilmir. Söylənilənlərə görə Novosaratovka kənd bələdiyyəsi sədrinin “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə, məhz onun “yuxarı eşalon”da vəzifə sahibi olan şəxslərlə sıx bağlılığının olduğu durur.

Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın əməllərinə hüquqi müstəvidə hüquqi qiymət verəcəklər. Çünki, bu gün ölkəmizdə baş verən hər bir olay, vəzifə sahibi olan şəxslərin atdıqları addımların hər biri cənab Prezident tərəfindən diqqətdə saxlanılır. Əgər bu gün ölkəmizdə hansı vəzifə sahibi sadə sakinlərə problemlər yaradırsa, rüşvətə və korrupsiyaya qol qoyursa, bir sözlə yürüdülən dövlət siyasətinin əleyhinə çıxırsa, o halda DTX-nın və aidiyyatı üzrə digər qurumun əməkdaşları həmin şəxsə qarşı lazımi addımını atıb, həmin şəxsə necə işləməyin “izahını verirlər”. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

P.S. Sakinlərin dediklərinə görə bu xanım yuxarıda adı hallanan yüksək çinli məmurun adından istifadə edərək rayonda elə bir xof yaradıb ki, nəinki, əksər icra məmurları, hətda rayon icra hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev belə bu xanıma qaşın üstə gözün var deyə bilmir.

Bu yöndə araşdırmamız davam edəcək.

Mövzu diqqətimizdədir.

Deryaz.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus bazası Ermənistandan gedəcək, amma... - Abramyan
Bu gün, 17:52
İki ay əvvəl işdən çıxarılmışdı – Yeni yüksək vəzifəyə gətirildi
Bu gün, 17:50
Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu - Şarmazanov SƏRSƏMLƏYİR
Bu gün, 17:30
100 dollarlıq neft dolların taleyini həll edəcək: -1,5 manata qədər ucuzlaşma?
Bu gün, 17:28
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal - DİQQƏT
Bu gün, 17:26
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb - FOTO
Bu gün, 17:23
“AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı - ADLAR
Bu gün, 17:18
Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... - Baş tutmayan qaçış
Bu gün, 17:16
Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB - ƏMR
Bu gün, 17:14
Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş – Atası nələri danışdı?
Bu gün, 17:10
Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı – 5 milyon manata
Bu gün, 17:01
Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI - TƏFƏRRÜAT
Bu gün, 16:58
Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Bu gün, 16:53
Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Bu gün, 16:47
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Bu gün, 16:46
TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:24
“Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Bu gün, 16:22
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Bu gün, 16:19
Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Bu gün, 16:18
Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Bu gün, 15:58
“Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Bu gün, 15:56
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru