Qara dəniz “tələsi” .....                     Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib .....                     DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata .....                     Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi .....                     Təhsildə BAĞIROVŞİNA... .....                     Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı .....                     Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. .....                     "Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı .....                     Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: .....                     Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub? .....                     Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? .....                     Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? .....                     Agentlikdə sənəd qəbulu problemi .....                     Yardım üçün açılan bank hesabları niyə bloklanır? .....                     Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? .....                     Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar .....                     Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? .....                     "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... .....                     Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı .....                     Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib .....                     Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? .....                     Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? .....                     Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... .....                     Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? .....                     ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" .....                     Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR .....                     Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır .....                     "Deməli, həmin effekti yarada bilmirik..." .....                     Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB .....                     Bu sistem yaşatmır... ÖLDÜRÜR! .....                     Hərbi-ruhani rejim UÇURUMA GEDİR... .....                     Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... .....                     MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır .....                     Bu addım çoxdan atılmalı idi... .....                     Türkiyəli sənətçi həm də belə qazanacaq... .....                     Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi .....                     Korovinin iddialarına cavab gecikmədi .....                     Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                 

QUBA ÜSYANINDAN GERİYƏ QALAN ŞÜBHƏLƏR
Tarix: 2-03-2012, 18:21 | Çap et
QUBA ÜSYANINDAN GERİYƏ QALAN ŞÜBHƏLƏR

NƏDƏN QOLUZORLU HAKİMİYYƏTİMİZ QUBA SAKİNLƏRİNƏ “ƏSİR DÜŞDÜ”?

Martın 1-də Qubada kütləvi etiraz aksiyası keçirildi. Özlərini təhqir olunmuş hesab edən rayon sakinləri dövlət qurumlarına tabe olmayıb əvvəl icra hakimiyyətinin binasının bir hissəsini, sonra da icra başçısı Rauf Həbibovun şəhərdəki və kənddəki evlərini yandırdılar. Etirazçıların əsas hissəsi-minlərlə insan başçının şəhərin Heydər Əliyev prospektindəki evinin qarşısına toplaşmışdılar.

Ərazidə kifayət qədər daxili qoşunlar və polis olsa da onlar əsasən baş verənləri müşahidə etməklə kifayətlənirdilər. Etirazçılar həyətdəki yarımçıq tikililərin, hasarların üstünə çıxıb В«AzadlıqВ», В«İstefaВ», В«QubaВ» və sair şüarlar səsləndirirdilər. Yanan evin tüstüsü ətrafı götürmüşdü. Bir qrup gənc icra başçısının həyətində hələ tikilib qurtarmamış yeni evin üstünə qalxaraq ora Azərbaycanın bayrağını sancdılar. Onlar bunu öz qələbələrinin təsdiqi kimi dəyərləndirirdilər.

POLİSİN MÜŞAHİDƏÇİLİYİ...

Aşağıda isə daxili qoşunlar və polis əhalini odda yanmaqdan, mümkün partlayışda xəsarət almamaqdan qorunmağa çağırırdılar. Başqa heç nə. Adətən istənilən aksiyanı uğurla dağıdan Azərbaycanın güc strukturları burada nədənsə öz bacarıqlarını nümayiş etdirmirdilər. Halbuki, aksiyanı dağıtmaq üçün onların ciddi əsasları var idi. İcra başçısının evi getdikcə daha çox alovlanır, qonşu evləri də təhlükəyə məruz qoyurdu. Eləcə də minlərlə etirazçının başqa radikal qərarlar qəbul edə biləcəkləri də istisna deyildi. Amma nəinki aksiyanı dağıtmağa, heç yanan evi söndürməyə də ciddi cəhd edilmirdi.

Hasarın üstündə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı gözə dəyirdi. Onlar da arada bir evdən qalxan alova bir az su vurduqdan sonra dayanıb nəsə düşünürdülər.

Bir sözlə, polis və digər strukturlar camaatla birgə dayanıb evin necə yandığını seyr edirdilər.

Ərazidə yanğınsöndürən maşınlar yox idi. Sakinlər deyirdilər ki, bir qrup etirazçı küçənin başında yolu kəsib yanğınsöndürən maşınları ora buraxmır.

...HƏRƏKƏTSİZ ƏSGƏRLƏR

Amma nədənsə yanğınsöndürən maşınların buraxılmadığı əraziyə aksiyada saxlanıla biləcək adamların yığılması üçün nəzərdə tutulan xüsusi avtobuslar çox asanlıqla daxil olub öz zamanlarını gözləyirdilər.

Bir neçə saatdan sonra artıq aksiya iştirakçıları səkiyə qədər kənarlaşdırılmışdılar. Bayaqdan şüarlar qışqıran, icra başçısının evinin əşyalarını çıxardıb küçəyə tökən kütlə, indi yolun kənarında-səkidə müşahidəçi mövqeyində dayanmışdı. Aksiya iştirakçılarının qarşısında düzülmüş qalxanlı, dəyənəkli əsgərlərdən başqa küçə boyu düzülən maşınlarda da yetərincə əsgər var idi. Amma hamısı hərəkətsiz.

Rayonda internet işləmirdi. Hansı internet kluba baş çəkdimsə, ya bağlı idi, ya da şəbəkə yox idi. Niyə belə olduğunu soruşanda deyirdilər ki, dünən axşamdan-yəni aksiyadan bir gün əvvəldən internet yox dərəcəsindədir. Eyni sözü mənə internet kursları təşkil olunan ofislərdə də dedilər.

POLİSİN XƏBƏRDARLIĞI

Bir neçə saat sonra artıq icra başçısının evinin yanmasını seyr etməkdən yorulmuş aksiya iştirakçılarının böyük bir hissəsi Quba rayon polis şöbəsinə tərəf axışdı. Xeyli məsafə qət etməli olan aksiya iştirakçılarına yenə də heç kim mane olmurdu. Daxili qoşunların əsgərlərini daşıyan hərbi maşınlar sakitcə onların ardınca eyni istiqamətdə gedirdilər. Yenə də müşahidəçi qismində. Əhali polis şöbəsinə səhər aksiya zamanı saxlanılanları azad etmək üçün gedirdi. Getdilər, çatdılar və tələblərini də dedilər. Onları qarşılayan polis şöbəsinin yüksək rütbəli əməkdaşları əvvəl dağılışmalarını xahiş etsələr də, sonradan etirazçılara ciddi xəbərdarlıq da etdilər: В«Ağlınız İcra Hakimiyyətinin binasına, yaxud başçının evinə getməsin. Bura bizim evimizdi, artıq hərəkət olsa, hamınızı bir -bir yığıb içəri salacağıqВ».

Aydın görünürdü ki, polis etirazçılarla istədiyi vaxt xahiş, istədiyi vaxt tələblə danışa bilir.

CAVABSIZ SUALLAR

Onu da deyim ki, belə situasiyalarda bir sıra suallar cavabsız qalırdı: Doğrudanmı Qubada ilk baxışdan göründüyü kimi vəziyyət nəzarətdən çıxmışdı, ya əhali lazım gəldikdə idarə edilə bilirdi?

Şəhərdə heç bir xüsusi vəziyyət hiss olunmur, hansısa postlar gözə dəymirdi. Halbuki, aksiya ilə bağlı şəhərə kənardan xeyli qüvvə cəlb olunduğu göz qabağında idi və bu proses davam edirdi. Polis şöbəsinin yaxınlığında aksiyaya qarşı qoyulacaq maşın, texnika da yetərincə idi. Və sonradan məhz onların vasitəsilə etirazçıları polis şöbəsinin yaxınlığında istənilən məsafəyə qədər uzaqlaşdırdılar da.

Bütün bunların fonunda mediaya mümkün qədər şərait yaradılır, çəkilişlərə mane olunmurdu.

NİYƏ ZİYA MƏMMƏDOV?

Aksiya iştirakçıları, eləcə də polisin dilindən arabir deputat Vahid Əhmədovun və nəqliyyat Naziri Ziya Məmmədovun adları eşidilirdi. Hər iki şəxsin rayonda olduğunu bilməyən yox idi. Amma bu məsələ də xarakter etibarı ilə açıq qalan sualların sayını artırırdı:

Əgər Vahid Əhmədov Qubadan deputat seçildiyi üçün belə bir vaxta özünü rayona çatdırmışdısa, bəs nəqliyyat naziri Ziya Məmmədov hansı səbəbdən orada idi? Hansı rəsmi əsasla nazir Qubada baş verənlərə səbəb olan hadisəyə görə əhalidən üzr istəyirdi? Axı camaatın dediyinə görə, onları icra başçısı təhqir etmişdi.

Nədən prezident belə bir qısa zamanda Quba rayon icra başçısını vəzifəsindən azad etdi? Axı ölkənin digər rayonlarının da icra başçılarından yetərincə narazılıqlar var.

QUBALILARI MEYDANA ÇIXARAN AMİL

Qubalılar deyirdilər ki, onların heysiyyəti ilə oynamaq olmaz. Hökumət vətəndaşına sahib çıxmasa xalq özü məsələni çözəcək.

Doğrudanmı hakimiyyət Qubada geri çəkildi?

Qubalılar həmin gün öz bayraqlarını-yəni Azərbaycanın bayrağını icra başçısının evinin üstünə sancmaq istədilər və sancdılar. Maraqlıdır, görəsən bunu bacarmaqda onlara kömək edən hansı amil idi?

İcra başçısının işlətdiyi ifadələr, istənilən vaxt sıradan çıxardıla bilən internet, polis şöbəsinin qarşısından kənarda aksiyaçılarla mülayim davranan polis, ya illərdir yığılıb qalan sosial problemlər?

Amma hansı səbəbdən olursa olsun, martın birində Qubada kimin qalıb, kimin gedəcəyini hakimiyyət yox, yerli əhali diqtə edirdi... Yəni sakinlər açıqca deyirdi ki, icra başçısı vəzifəsindən getməsə sakitləşən deyillər. Və sonda belə də oldu...

Murad TƏHMƏZOV DİA.AZ - QUBA ÜSYANINDAN GERİYƏ QALAN ŞÜBHƏLƏR








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qara dəniz “tələsi” - Qazaxıstan niyə tək bir neft marşrutunun girovuna çevrilib?
Bu gün, 10:20
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib - QƏRAR
Bu gün, 10:18
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata - DETALLAR
Bu gün, 10:16
Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi
Bu gün, 10:12
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Bu gün, 09:59
Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59
Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49
"Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46
Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44
Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub?
Bu gün, 08:42
Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? - AXI NİYƏ?..
Bu gün, 08:07
Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? - İTTİHAM VAR...
Bu gün, 08:04
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
Bu gün, 07:55
Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:50
Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21
Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15
"Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10
Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07
Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05
Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04
Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43
Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37
""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24
Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19
Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12
"Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08
Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02
Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52
Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru