Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ .....                     'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT .....                     TƏBİB və AAYDA-da kadr təyinatı bitmir .....                     Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı .....                     AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                 

Trampın zəfəranlı İranı - Az qaldı…
Tarix: 14-01-2026, 03:09 | Çap et
2019-cu ilin apreli. Nyu York. Trampın birinci prezidentlik dönəmi. Nyu York meri, Trampın müşaviri Rudi Culianinin təşkilatçılığı ilə “İranın gələcəyi” adlı geniş tərkibli 2 günlük müzakirələrin başlamasına saatlar qalır.
Şahçılar, kürdlər, bəluclar, ərəblər, qaşqaylar, giləklər…, yavaş-yavaş yerlərini alırlar. Güney Azərbaycanı yalnız bir təşkilat təmsil edir - Azərbaycan Mərkəz Partiyası (AMP). Şahçılar qatıldığı üçün Güney Azərbaycanın digər təşkilatları dəvəti qəbul etməyib. Amma fərd olaraq dünyanın bir çox bölgəsində yaşayan güneylilər gəliblər - ABŞ-dan, Kanadadan, Fransadan, İsveçdən, Norveçdən… Müzakirələrdən tam uzaq qalmaq istəmirlər.
Biz də ordayıq. AMP-nin göndərdiyi dəvətnamə ilə ABŞ-ın Bakı böyükelçiliyi 1 gün içində bizə - Azərbaycan Respublikasından gedəcək 5 nəfərə 1 illik çoxgirişli viza verib.
Nyu Yorkun mərkəzindəki Ruzvelt otelə yerləşdirilmişik. Toplantı da burada olacaq. Molla rejiminin ola biləcək təxribatlarını önləmək üçün son dərəcə ciddi güvənlik tədbirləri görülüb. Otel polis kordonları ilə çevrələnib, paralel-perpendikulyar küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb, oteldən 1 saniyəlik belə çıxsan, üçqat yoxlamadan keçmədən geridönüş mümkünsüzdür.
Toplantı salonu girişində ABŞ üçün xarakterik “coffe break” yerinə çeşid-çeşid İran şirniləri düzülən çay süfrəsi açılıb. Şirniyə, şərbətə qatılan zəfəranın xoş qoxusu Nyu York havasına girməyə imkan vermir) Toplantının da simgəsi zəfərandır. ABŞ İranın gələcəyi üçün məhz zəfəranı simgə seçib. Akkreditə kartını alan hər kəsə bir ədəd də zəfəran təsvirli yaxa sancağı verilir. Sonra Rudi Culiani izah edəcəkdi ki, İranın gələcəyini dəyərli və gözəl gördükləri üçün bu özəllikləri daşıyan zəfəranı simvol seçiblər.
Rza Pəhləvi də oradadır. 3-5 tərəfdarı ilə bir kənarda dayanıb söhbət edir. Heç ona tərəf baxan da yoxdur…
Toplantıya 10-15 dəqiqə qalmış salondaki son yerlər dolur. Kameralar, miktafonlar son dəfə test edirlir. Az sonra Rudi Culiani və digər rəsmilər protokoldakı yerlərini alırlar. Kürsüyə də ilk Culiani çıxır. O zaman hələ adı Ukraynadakı korrupsiya qalmaqalına qarışmamış mer çox əmin danışır:”Sizi Nyu York meri və prezident müşaviri kimi əmin edirəm - 2 il sonra yer üzündə İran İslam Respublikası adlı dövlət olmayacaq”. Bu onun təxminən 20 dəqiqəlik çıxışının ən təntənəli cümləsi idi. Amma çıxışda barmaq silkələmə də vardı - mollalara yox Fransaya:”Tehran rejimi hər gün edam qərarları verir. Minlərlə insan sadəcə azad yaşamaq arzularına görə asılır. Fransa embarqolara baxmayaraq İrana iqtisadi qapılar açır. Paris!!! Bil ki, İranda günahsız insanların boğazına keçən hər kəndir həm də sənin pulunla alınır, o tökülən qanlarda sənin də əlin var. Bunun hesabını mütləq verəcəksən”.
ABŞ-ın rəsmisi Fransanı açıq-aşkar fars molla rejiminin hamisi adlandırırdı…
Ən gözlənilməz olay Culianinin çıxışından sonra oldu. İlk söz Azərbaycan Mərkəz Partiyası başqanı Saleh Kamraniyə verildi… Kürsünün tam önündə oturan şahçılar qurdalanmağa, salona dağınıq halda yayılan kürdlər vurnuxnağa başladılar… “Niyə biz yox, türklər” sualını bütün vücudları ilə canlandırdılar.
Kamrani əhatəli bir çıxış etdi. Sonrakı fəaliyyətində bəyənmədiyimiz məqamlar olsa da, ogünkü çıxışı dərin idi. İslam inqilabından sonra molla rejiminin xalqlara divan tutmasını, din qiyafəsinə bürünüb insan azadlıqlarına, fikir çeşidliliyinə savaş açdığını, milyonlarla insanı repressiya maşınından keçirdiyini, 80 milyonluq böyük bir toplumun zülm altında inlədiyini faktlarla danışdı. Sonda dünya ölkələrini Xamneyi rejiminin iranlılara qarşı törətdiyi dövlət te@rroruna səssiz qalmamağa çağırdı.
Kamranidən sonra söz digərlərinə verildi. Bu gün də düşünürəm ki, Ağ Evin təşkil etdiyi toplantıda ilk sözün Güney Azərbaycan təşkilatına - İran türklərinə verilməsi “əlifba olayı” deyildi. ABŞ belə bəsit deyil. Bu, dərin bir analizin sonucu kimi ortadaydı. ABŞ İranı yeniləyə biləcək ən təsirli güc kimi türkləri gördüyünü mollalara qarşı ondan mədəd umanlara göstərirdi.
Sonra… Pandemiya başladı. Culianinin “2 il sonra İran olmayacaq” proqnozu yubandı. Ardınca Tramp dönəmi başa çatdı, daim bayğın Bayden dönəmi gəldi. Tehran Ağ Evdən yeni embarqolar və bəyanatlardan başqa nəsnə görmədi.
İndi - ikinci dönəmində Tramp qaldığı yerdən davam edir. Köhnə nizamı sındırıb yenisini qurmağa çalışır. Mollalarla hesablaşmaq zamanının gəldiyini düşünür. Sürətli və qərarlı görünür. Saat kimi işləyən bir mexanizm qurulduğu ortadadır. Xamneyiyə göz açdırmır. Hərbi gücü haqqında əfsanələr quraşdırılan İranı daxili təhlükəsizliyini qorumaqda aciz ölkə kimi ifşa edir.
Pəhləviləri Nyu York toplantısındakı kimi indi də birinci sırada “oturdub”. Amma “ilk sözü” türklərə - məsələn, Pezeşkiana verməyəcəyi nə məlum? ABŞ-dan ən çox “biz İranın sərhədlərinin dəyişdirilməsinin tərəfdarı deyilik” cümləsi səsləndirilmirmi? ABŞ-ın regiondakı tərəfdaşları da İranın sərhədlərinin dəyişdirilməməsinin tərəfdarı deyillərmi?
Az qaldı…
14.01.2026, Bakı.
Aygün Muradxanlı - "DİA-AZ"
""DİA-AZ"-dan yazı oğurlamaq HALALDIR 








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru