Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                 

TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB? – Dünya yeni ABŞ Prezidentindən nə gözləyir?
Tarix: 11-11-2024, 11:05 | Çap et
TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB?
Artıq xəbər verildiyi kimi, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cümə axşamı, noyabrın 7-də Rusiya başçısı Vladimir Putinlə telefon danışığı aparıb.

“AzPolitika” xəbər verir ki, “The Washington Post”-un öz mənbələrinə istinadla yaydığı məlumata görə, Tramp və Putin Ukraynadakı müharibəni müzakirə ediblər. Qeyd olunur ki, bu, Tramp seçkilərdə qalib gələndən sonra onlar arasında baş tutan ilk telefon danışığı olub.

Mənbələrdən biri bildirib ki, Tramp Floridadakı iqamətgahından etdiyi zəng zamanı Rusiya başçısına “Ukraynada müharibəni qızışdırmamağı” tövsiyə edib və ona Vaşinqtonun Avropada böyük hərbi mövcudluğunu xatırladıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Putin və Tramp Avropa qitəsində sülhün zərurətindən danışıblar və Tramp “Ukraynadakı müharibənin tezliklə həllini” müzakirə etmək üçün gələcək danışıqlarda maraqlı olduğunu deyib.

Daha sonra xəbərdə iddia olunur ki, Tramp Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərinin bir hissəsinin onun nəzarətində saxlanması ilə bağlı razılaşmanı dəstəkləyəcəyinə eyham vurub. Nəşr bunun, məsələn, Krım yarımadası ola biləcəyini qeyd edib: “Bu məsələ ilə tanış olan şəxslərin dediyinə görə, telefon danışığı zamanı o, ötəri olaraq ərazilər məsələsinə toxunub”.

Qeyd edək ki, bundan əvvəl Trampın müşaviri Brayan Lanza demişdi ki, Birləşmiş Ştatlar bundan sonra Ukraynaya “Krımı qaytarmaq” səylərində dəstək verməyəcək, çünki Ukrayna artıq Krımı itirib. O qeyd edib ki, Ukraynadakı münaqişəyə son qoyulması ABŞ üçün prioritet olacaq.

Nəşr iki mənbəyə istinadla qeyd edir ki, guya Putinə zəng barədə Ukrayna hökuməti əvvəlcədən məlumatlandırılıb və rəsmi Kiyev söhbətin aparılmasına etiraz etməyib. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ukrayna rəsmiləri Trampın Ukraynadakı müharibənin diplomatik yolla həlli ilə bağlı Putinlə qarşılıqlı əlaqədə olacağını çoxdan başa düşürlər. Lakin yazı dərc olunandan bir müddət sonra Ukrayna XİN bəyan etdi ki, rəsmi Kiyev Trampla Putinin telefon danışığı barədə xəbərdar edilməyib.

Materialda qeyd edilir ki, Trampın dünya liderləri, o cümlədən Putinlə ilk zəngləri Dövlət Departamentinin və ABŞ hökumətinin tərcüməçilərinin dəstəyi olmadan baş verir.

“Washington Post” həmçinin öz mənbələrinə istinadla qeyd edib ki, Ukrayna özünün ABŞ-dəki səfirini dəyişməli olacaq. Söhbət Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfərindən sonra Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Consonun vəzifəsindən azad edilməsini tələb etdiyi Oksana Markarovadan gedir. Xatırladaq ki, Markarova sentyabr ayında Zelenskinin Pensilvaniyadakı hərbi sursat zavoduna səfərini təşkil etməkdə və bununla demokratların təbliğatını aparmaqda günahlandırılırdı.

Beləliklə, Qərb mətbuatına inansaq, artıq ABŞ-nin yeni seçilmiş Prezidenti dünyanın onun prezidentliyi ilə bağlı gözləntiləri istiqamətində fəaliyyətə başlayıb.

Bu məsələdə daha çox diqqət cəlb edən və sözsüz ki, dünyada yaşanan ümumi gərginliyin əsas tətikləyicisi olan Rusiyanın Ukraynaya qarşı işğalı məsələsində yeni ABŞ Prezidentinin mövqeyidir. Ukrayna məsələsi başda olmaqla, artıq Trampın prezidentliyinin müsbət nəticələrə ümidləndirən ilk əlamətləri görünməkdədir. Bunlardan ən əsası təbii ki, Putinin noyabrın 7-də (Trampla telefon danışığının olduğunun iddia edildiyi gün) “Valday” konfransında verdiyi bəyanatlardır. Həmin bəyanatlarda deyilirdi ki, Moskva Qərbi özünə düşmən hesab etmir və “heç kimlə heç kimə qarşı birləşmək fikrində deyil”. O, həmçinin Trampın Ukrayna ilə müharibəni bitirmək planını ciddi qəbul etdiyini bildirib.

Ancaq dəyişiklik siqanalı təkcə bu deyil. Məsələn, Avropa Birliyi Trampdan onunla münasibətlərində yeni mərhələyə başlamasını və təbii qazı Rusiyadan deyil, ABŞ-dən almaq istəyini bəyan edib.

Çin lideri ABŞ ilə sülh şəraitində yaşamağa çalışdığını və Amerika xalqının seçiminə hörmət etdiyini deyib.

Hətta “Taliban” da ABŞ ilə sülh razılaşması istədiklərini bəyan edib və onun adının terror təşkilatları siyahısından çıxarılmasını istəyib.

Husilər öz hərəkətlərinin sırf müdafiə xarakteri daşıdığını və gəmilərə hücumları dayandırdıqlarını bəyan ediblər.

HƏMAS Trampın seçilməsindən sonra müharibəni dərhal dayandırmağa çağırıb. Qətər isə HƏMAS rəhbərliyindən öz ərazisini tərk etmələrini tələb edib.

Meksika qeyri-qanuni mühacirlərin Amerikaya daxil olmasının qarşısını almaq üçün ABŞ ilə sərhədin möhkəmləndirilməsi məqsədilə tədbirlərə başlayıb. Nyu-Yorkda isə qeyri-qanuni miqrantların ölkədən çıxarılması üçün dörd ildir həyata keçirilməyən genişmiqyaslı əməliyyata başlamaq barədə qərar verilib.

Kriptovalyutalar indiyə qədər görünməmiş qədər bahalaşıb və fond bazarı hərəkətə gəlib.

Bunlar hələlik “isti-isti” baş verən, üzdə olan və “gözlə görünən” ilk dəyişikliklərdir. Ancaq bunun ardının gəlib-gəlməyəcəyini, gözləntilərin özünü nə dərəcədə doğruldacağını yaxın aylarda, xüsusilə də Trampın rəsmən prezidentlik səlahiyyətlərinin qüvvəyə minməsindən sonra görəcəyik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru