Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                 

Qərbdən “Gürcü arzusu”na təzyiqlər: Gürcüstanın Avropaya yolu “bağlanır” - GƏLİŞMƏ
Tarix: 10-10-2024, 05:32 | Çap et
Qərbdən “Gürcü arzusu”na təzyiqlər: Gürcüstanın Avropaya yolu “bağlanır”
Gürcüstan Parlamenti tərəfindən Rusiyanın “Xarici agentlər” haqqında qanunu ilə müqayisə edilən “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra Avropa İttifaqı (Aİ) bəyan edib ki, bu, Gürcüstanın Avropaya inteqrasiya prosesini faktiki olaraq dayandırır. Bu yaxınlarda məlum olub ki, Aİ Gürcüstan hakimiyyətinin antidemokratik hərəkətlərinə və onların anti-Qərb ritorikasına cavab olaraq Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandırmağa hazırdır. Bundan əlavə, Aİ Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.

Avropalı rəsmilər Gürcüstan və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının fəaliyyətini tənqid edir, ölkənin Aİ-yə gedən yolunun “bağlandığı” qənaətini bölüşürlər.

“Biz ümid edirdik ki, namizəd statusu Gürcüstan hökuməti üçün güclü stimul olacaq. Lakin son aylarda Gürcüstan rəsmiləri ölkəni bu məqsəddən uzaqlaşdıran qanunlar qəbul ediblər”. Bu sözləri Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova Avropa Parlamentində Gürcüstan üzrə plenar iclasda deyib. Avropa Komissiyasının vitse-prezidentinin sözlərinə görə, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri Gürcüstanın Aİ gedən yolu üçün həlledicidir: “Oktyabrın 26-da 3 milyondan çox gürcü yeni parlamentin seçilməsi üçün səs verəcək. Bu parlament seçkiləri Gürcüstanın Aİ-yə gedən yolu üçün həlledici əhəmiyyətə malikdir. Onlar həm də Gürcüstanın demokratiyası üçün kritik sınaqdan keçəcəklər”.

“Keçən ilin dekabrında Gürcüstan Aİ-yə namizəd statusunu alanda biz ümid edirdik ki, bu, hökumətin Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün mühüm islahatlar həyata keçirməsi üçün güclü stimul verəcək. Əvəzində son aylarda hakim partiyanın rəsmiləri ölkəni bu məqsəddən uzaqlaşdıran qanunlar təklif ediblər. Geniş etirazlara baxmayaraq, vətəndaş cəmiyyəti və media qurumlarının fəaliyyətinə əngəl törədən “Şəffaflıq haqqında” qanun yenidən gündəmə gətirilib və qəbul edilib. LGBT icmasını ləkələyən və dövlət qurumlarının müstəqilliyini zəiflədən başqa təkliflər də irəli sürülüb. Eyni zamanda, Aİ qarşı ritorika daha da güclənib”, - Jurova bildirib.

“Avropa Parlamenti Bidzina İvanişviliyə və onun “Gürcü arzusu”ndakı dostlarına çox aydın mesaj göndərir: Avropa Birliyinə qoşulmaq onların siyasətləri ilə bir araya sığmır. Siz eyni zamanda, həm avropapərəst, həm də kremlpərəst ola bilməzsiniz. Yaxud da, həm Avropa həyat tərzini dəstəkləyə, həm də Stalini vəsf edə bilməzsiniz”. Bu sözləri isə Avropa Parlamentində Gürcüstan məsələsi ilə bağlı debatda avropalı parlamentari Rasa Jukneviçene bildirib.

Parlamentari Gürcüstanla bağlı qətnaməni razılaşdırdıqları Avropa Parlamentinin digər qruplarına təşəkkür edib: “Avropa Parlamenti qarşıdan gələn seçkiləri diqqətlə izləyəcək. Bir daha təkrar edirik ki, seçkilər beynəlxalq standartlara tam uyğun olmalıdır. Əgər “Gürcü arzusu” Lukaşenkonun yolu ilə getməyə davam edərsə, Avropa İttifaqı reaksiya verməyə və Gürcüstanın viza rejiminin liberallaşdırılması meyarları da daxil olmaqla öhdəliklərini yerinə yetirməsinə yenidən baxmağa məcbur olacaq”, - deyə Rasa Jukneviçene qeyd edib.

Onun sözlərinə görə, Avropa Parlamentinin üzvləri həmçinin sabiq Prezident Mixail Saakaşvilinin həbsdən dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər: “Biz həmçinin Mixail Saakaşvilini dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Gürcüstan hökuməti Saakaşvilinin həyatına və sağlamlığına dəyən zərərə görə cavabdeh olmalıdır. İndi Gürcüstanın gələcəyi ilə bağlı qərar gürcü xalqının əlindədir. Hörmətli gürcülər, Gürcüstanın gələcəyi üçün sizdən daha məsuliyyətli heç kim ola bilməz. Ümid edirik ki, Gürcüstan xalqı demokratik Avropa ailəsi yoluna qayıdacaq”.

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski isə gürcü mediasına müsahibəsində deyib ki, “Gürcü arzusu”nun hakimiyyəti dövründə Gürcüstan heç vaxt Aİ-yə üzv ola bilməz. Diplomatın sözlərinə görə, Gürcüstan rəhbərliyi istəklərinə baxmayaraq, ölkə əhalisini Aİ-yə üzvlükdən uzaqlaşdırır. Qerçinski Gürcüstana Aİ-yə namizəd statusu verməsini diplomatik karyerasında ən böyük uğuru hesab edir.

“Bəs Gürcüstan namizəd statusunu aldıqdan sonra nə baş verdi? Əhalinin əksəriyyəti və müxalifət partiyaları Aİ-yə üzv olmaq istəyir, lakin hakimiyyət insanları bu ittifaqa üzvlükdən uzaqlaşdırır. Gürcüstan hökumətinin üzvləri Aİ dəyərlərindən uzaqdırlar”, - diplomat qeyd edib.

Qerçinski oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanın “indiki mərhələdə dayandırılmış Aİ yoluna” qayıdacağına ümid etdiyini bildirib.

Səfir əlavə edib ki, Aİ Gürcüstanda demokratik hökumət olacağı təqdirdə onunla danışıqları bərpa etməyə hazırdır: “Deməliyəm ki, indiki hakim partiyanın dövründə Gürcüstan heç vaxt Aİ üzvü olmayacaq”.

AYNA.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru