Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                 

Pezeşkian İranın “Qorbaçov”u olsa... - SENSASİON SSENARİ
Tarix: 5-10-2024, 09:05 | Çap et
Pezeşkian İranın “Qorbaçov”u olsa...
İran ətrafında proseslərin hara aparıldığı hələ ki, qeyri-müəyyən olaraq qalır. Bu da ən əvvəl rəsmi Tehranın, özəlliklə dini liderinin verəcəyi qərarlardan asılı olacaq. Bütün hallarda qonşu Azərbaycan Respublikası da bütün mümkün ssenarilərə hazır olmalıdır.

Rusiyalı tanınmış politoloq Sergey Markov bölgədəki olayları şərh edərkən deyib ki, Qərb getdikcə daha fəal şəkildə Tehranı “yenidənqurma”ya başlamağa sövq edəcək. “Lakin farslar buna bir anda başlasa, nəticə bizdəki (SSRİ-dəki - red.) kimi olacaq”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Qərb üçün İranla bağlı hazırkı vacib plan SEPAH-ın cəmiyyət arasında gözdən salınmasıdır: “İndiki mərhələdə Qərb qlobalist elitasının əsas məqsədi SEPAH-ın ən parlaq və xarizmatik liderlərinin və onunla əlaqəli silahlı fəalları fiziki olaraq məhv etməkdir. Sonra isə islam inqilabının əsas sütunu kimi SEPAH-ı gözdən salmağa çalışmaq və İran cəmiyyətində konkret təxribatçı işlər aparmaqla məqsədinə nail olmaqdır”.

Markova görə, onlar (Qərb - red.) ali hakimiyyətin gözlənilən transferi ərəfəsində demokratikləşmə proseslərinin başlanmasına təkan vermək fikrindədir. “Artıq onların ”iranlı Qorbaçov"u var - o, sanksiyaların aradan qaldırılması üçün Qərblə də dostluq etmək istəyir (Məsud Pezeşkian nəzərdə tutulur - red.). KQB (DTK) hər şeyə qadir görünürdü, lakin SSRİ-ni dağılmaqdan xilas edə bilmədi. Görəsən SEPAH necə, öz missiyasını yerinə yetirə biləcəkmi?", - politoloq qeyd edib.

“Qərb İranda ”yenidənqurma" görmək istəyir. Lakin əgər bu baş verərsə, nəticə SSRİ-də olduğu kimi olacaq". Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko özünün “Telegram” səhifəsində yazıb. O qeyd edib ki, Qərb qlobalist elitasının hazırkı mərhələdə əsas vəzifəsi İslam İnqilabının əsas dayağı kimi SEPAH-ın nüfuzdan salınması, regionda onun ən parlaq və xarizmatik liderlərinin, təşkilatla əlaqəli şəxslərin fiziki olaraq məhv edilməsidir. Onun sözlərinə görə, Qərb İran cəmiyyətində məqsədli təxribatçı işlər görür, eləcə də “demokratikləşmə” proseslərinin başlanmasını istəyir. “Artıq iranlı Qorbaçov da var - o, sanksiyaların aradan qaldırılması üçün Qərblə dostluq etmək istəyir”, - Korotçenko İran Prezidenti Məsud Pezeşkianı nəzərdə tutaraq yazıb.

Rusiyalı politoloqların proqnozları nə dərəcədə reallaşa biləndir? SSRİ ilə İran rejimlərinin oxşat cəhətləri kimi nələri qeyd etmək olar? Pezeşkina gerçəkdənmi Qorbaçov (yenidənqurma) missiyası tapşırılıb? Pezeşkianın “İran ərazisində 4 dövlət yarana bilər” mesajının özü də Qərbə şantajdır: Qərb İranda Cənubi Azərbaycan dövlətinin yaranması ilə Türkiyənin Orta Asiyanın türk dövlətləri ilə geniş əlaqəsinin yaranmasına və Turanın quru sərhədlərlə birləşməsinə hazırdırmı? Qərb buna razıdırmı?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, Pezeşkian Qorbaçovla müqayisə oluna bilməz. Onun sözlərinə görə, Qorbaçov SSRİ-də hakimi-mütləq idi. “Bütün idarəetmə onun əlində idi, Siyasi Büronu və ölkəni necə istəyirdisə, elə də idarə edirdi. Pezeşkianın isə əlində o səlahiyyətlər yoxdur. İranda Seyid Əli Xamenei təkcə ali dini rəhbər deyil, həm də cümhuriyyətin lideridir. İndiki halda onlar arasında qarşıdurma da görünmür və razılaşdırılmış şəkildə ölkəni idarə edirlər. O baxımdan Pezeşkianın Qorbaçov kimi olacağını güman etmirəm”, - deyə Sabir Rüstəmxanlı vurğuladı. VHP sədri qeyd etdi ki, Pezeşkian Azərbaycan türküdür, bizi yaxşı tanıyır, ölkəmizdəki prosesləri bilir: “Eyni zamanda, Güney Azərbaycanı da dərindən tanıyır. Ona görə anlayır ki, istənilən hərəkat Güney Azərbaycanı ayağa qaldıra bilər. Üstəlik, orada ərəb hərəkatı da var, bəlluclar aktivdirlər. Bu mənada Pezeşkianın son açıqlamasını xəbərdarlıq kimi qiymətləndirmək lazımdır. Yəni İranı istəyənlər bilsinlər ki, ölkəni parçalanma gözləyə bilər və dövləti qorumaq lazımdır”.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, İran-İsrail qarşıdurması Azərbaycan üçün də risklər vəd edir: “Toqquşma regional müharibəyə çevrilərsə, Cənubi Azərbaycandan köç dalğası ilə üzləşə bilərik. ”Sionistləri Araz sahilində" axtaran SEPAH “İsrail bazaları” iddiası ilə qarşıdurmanı Azərbaycan üzərinə köçürməyə cəhdlər edə bilər. İranın Dəməşqdəki konsulluğu vurulanda Tehranda belə çağırışlar gündəmə gəlmişdi. Sürünən gərginlik davam edərsə, Bakıya qarşı “İsrailin müttəfiqi” iddiası ilə ritorik hücumlar edilə bilər. Bu risklərə qarşı Azərbaycanın sərhədlərini gücləndirməsi, paralel olaraq, neytral mövqeyini hər iki paytaxta yenidən xatırlatması zərurəti yarana bilər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru