Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                 

Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR - İNCƏLƏMƏ
Tarix: 17-10-2023, 15:59 | Çap et
Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR
Ermənistan sözün hər mənasında odla oynayır. Rusiyanın dəstəyindən məhrum olan və Azərbaycan qarşısında aciz duruma düşən Ermənistan revanş etmək üçün bütün vasitələrdən istifadə edir. Lakin Paşinyan başda olmaqla Ermənistanın digər başbilənləri bir məsələni unudurlar ki, “qonşuya ümid olan gecə şamsız qalar”.

Heç bir dövlət, bu lap ABŞ və yaxud Fransa olsa belə, gəlib ermənilərin əvəzinə Azərbaycanla vuruşmayacaq. Amma bölgəyə gətirilən hər bir dövlətin öz maraqları var.

Həmin maraqların icrası üçün Ermənistana girmək sadəcə bir vasitədir. Son nəticədə gələn əcnəbi dövlətlər Ermənistanı öz maraqlarına qurban verəcəklər.

Bu isə heç də qansız ötüşməyəcək. Bu gedişlə yaxın zamanlarda Ermənistan da Suriya, İraq və digər ölkələr kimi qlobal güclərin hərbi-siyasi poliqonuna çevriləcək. Sözügedən ssenari Ermənistanın sonunu gətirə bilər. Təbii ki, region üçün də bu ziyansız ötüşməyəcək.

Qərb Ermənistana hansı adla girir?

Rusiya ilə bütün körpüləri yandıran Paşinyan nicat yolunu Qərbin bu və ya digər şəkildə Ermənistanda maraqlarını təmin etməkdə gördü. Bu məqsədlə əvvəlcə Araz sahilində ABŞ-İran-Hindistan-Ermənistan birgə iqtisadi layihə reallaşdırmaq istədi. Bu layihə uğursuzluğa düçar olandan sonra Qərblə hərbi əlaqələrin genişlənməsinə start verildi. İlkin olaraq 11-20 sentyabr tarixlərində ABŞ-la birlikdə “Qartal tərəfdaşı 2023” təlimi keçirildi. Bunun ardınca oktyabrın 10-da Fransa hərbçiləri Ermənistan gəldi.

ABŞ və Fransanın Ermənistanda daimi qalmaq planı

Xatırladaq ki, ABŞ-ın 85, Fransanınsa 56 hərbçisi təlim adı ilə Ermənistana gəlib. Hələ ABŞ hərbçilərinin gəlişi zamanı bir çox beynəlxalq ekspertlər bildirmişdilər ki, onlar getmək üçün yox, qalmaq üçün gəliblər.

Məsələn, Türkiyəli general Yücel Karauz yazırdı ki, ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalı yüksəkdir:

“Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür”.

Son günlər yayılan məlumatlar deyilən fikri sübut etdi. Eyni zamanda, bir sıra beynəlxalq ekspertlər iddia edirlər ki, hazırda Ermənistanda Qərbin güclü casus bazası var. Onlar əsasən anti-Rusiya təbliğatı aparırlar. Məqsəd odur ki, erməni xalqı ayağa qalxsın və Rusiyanın Ermənistandakı 102-ci ordusu bu ərazilərdən çıxarılsın. Lakin hələlik, “qazanlar qapalı qaynayır”.

Anti-Rusiya kampaniyası sürətlə böyüyür

Nəzərə alaq ki, istər Ermənistanın siyasi elitasında, istərsə də sadə ermənilər arasında Rusiyaya bağlı xeyli sayda qruplar var. Bu bağlılıq daha çox iqtisadi əsaslara söykənir. Yəni sadə erməni ailələri bu və ya digər şəkildə Rusiyadan gələn yardımlar hesabına yaşayırlar.

Bundan əlavə, Ermənistan iqtisadiyyatı da Rusiyaya birbaşa bağlıdır. Ermənistanın karbohidrogen məhsullara olan ehtiyacının 85 faizini Rusiya ödəyir. Ermənistanın nəqliyyat və turizm sektoru da mayasını Rusiyadan gələn gəlirlərdən tutur. Bundan başqa hər il Rusiya Ermənistan büdcəsinə xeyli miqdarda yardımlar edir.

Həmçinin Ermənistanda həyata keçirilən bütün iri layihələrin ya sifarişçisi, ya da icraçısı Rusiya vətəndaşlarıdır. Ona görə də Paşinyanın planları Ermənistanda ciddi qarşıdurma yarada bilər. Bu hətta vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər.

Bundan başqa Rusiya Paşinyanın bir sözü ilə 102-ci ordusunu Ermənistandan çıxarısı deyil. Çünki Ermənistandan çıxmaq Rusiya üçün birdəfəlik Cənubi Qafqazı itirmək deməkdir. Ona görə də Rusiya Ermənistanda qalmaq üçün sona qədər müqavimət göstərəcək. Bu müqavimətin hərbi qarşıdurma səviyyəsinə qalxması da ehtimallar arasındadır. Bu isə bir növ Rusiya-Ermənistan müharibəsinin başlaması deməkdir.

Doğrudur, Ukraynada müharibənin davam etdiyi müddətdə bu variantın reallaşması ehtimalı azdır. Amma yox deyil. Əgər Rusiya Ermənistana müharibə elan eləsə ermənilərin arxasında nə ABŞ, nə Fransa, nə də İran dayana bilməyəcək. Bu ancaq Ermənistanın xarabalığa çevrilməsi ilə sonlana bilər.

Paşinyan region ölkələrinin əsəbləri ilə oynayır

Burda başqa, bir məsələ də var. ABŞ və Fransa təkcə Rusiyanı bölgədən çıxarmaq üçün Ermənistana gəlmir. Bu dövlətlər həm İrana, həm də Türkiyəyə daha yaxın olmaq istəyirlər. Təbii ki, ABŞ və Fransanın bu istəyi Türkiyə və İran tərəfindən cavabsız qalmayacaq. Bu da Ermənistanda yeni müharibə ocağının yaranması ehtimallarını artırır.

Bir sözlə, Paşinyan özünü çox ağıllı bilib qlobal güclərin maraqlarını Ermənistan üzərində cəmləşdirmək və bundan xeyli qazanclı çıxmaq istəyir.

Lakin Nikol unudur ki, qlobal güclərin toqquşması zamanı xırda dövlətlərin maraqları yox, taleləri belə heç kimin marağında olmur.

Bu isə o deməkdir ki, Paşinyan bilərəkdən və bilməyərəkdən Ermənistanı məhvə sürükləyir. Əgər ən yaxın zamanda Paşinyan hakimiyyətdən getməsə və yaxud hərəkətlərində redaktə aparmasa, onda Ermənistanın vəziyyəti həqiqətən “rusca” olacaq.

Surxay Atakişiyev, Bizim.Media








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru