“Amanın bir günüdür, qənaət edək, uzun-uzadı duş qəbul etməyək, enerjidən qənaətlə istifadə edək” - NƏ BAŞ VERİR?
Tarix: 27-08-2022, 09:55 | Çap et
 Ukraynada müharibə altı aydır davam edir. Nə Ukrayna, nə də Rusiya, itkilərinə baxmayaraq, müharibəni dayandırmaq niyyətindədir. Ukrayna işğal altındakı torpaqlarının geri qaytarılmasını istəyir. Rusiya da təbii qazla təkcə Ukraynanı deyil, Qərbi də vurmaqda davam etmək niyyətindədir.
Rusiyanın enerji zərbələrindən ən çox zərər çəkən ölkə Almaniyadır. Çünki təbii qazdan çox asılıdır. Rusiya qaz klapanı ilə oynayır, onu yavaş-yavaş bağlayır. Ayın sonunda baxım bəhanəsi ilə bir neçə gün bağlanacaq.
Almanlar narahatdırlar. Almaniyadakı jurnalist dostumla danışdım. Dedi ki, qazın və işığın qiyməti qalxır: “Bu, hələlik kommunal xidmətlərin qiymətlərində əksini tapmayıb, ilin sonunda əks olunacaq. Təbii qazın hər meqavatsaatı 270 avronu keçib. Müqayisə üçün: 2021-ci ilin əvvəlində 90 avronun altında idi. İllik istehlakı 20.000 kilovat/saat olan orta ev təsərrüfatlarının illik hesabları təxminən 3600 Avro olacaq. Bu, ötən ilin sonundakı göstəricidən təxminən iki dəfə çoxdur”.
Hökumət hər gün xalqa deyir ki, “Amanın bir günüdür, qənaət edək, uzun-uzadı duş qəbul etməyək, enerjidən qənaətlə istifadə edək”.
Küçələr daha az işıqlandırılır. Şəxsi hovuzların qızdırılması qadağandır. Dövlət idarələrində havanın temperaturu aşağı salınacaq. Bu kimi tədbirlər çoxdur. Qışa hazırlıq tam sürətlə davam edir.
Odun qıtlığı həm də kənd yerlərində kamin və odun sobası üçün odun yığmaq istəyənlərin ucbatından yaranıb. Odunun qiyməti 30 faiz artıb. Yarpaqsız ağaclardan kəsilən odun parçalarının qiyməti xeyli bahalaşıb.
Jurnalist dostumun dediyinə görə, meşələrdən odun oğurluğu çox artıb: “Meşələrdə kəsilmiş və daşınmaq üçün hazırlanmış ağaclar oğurlanır. Meşələr hazırda ciddi mühafizə altındadır. Kötük parçaları GPS ilə peyk vasitəsilə izlənilir. Üstəlik, mühafizəçilər xüsusi hazırlanmış itlərlə əraziləri dolaşırlar”.
Çox təəccüb etdim. İndi “Almaniya yaşıl ölkədir. Ölkənin üçdə biri meşələrlə örtülüdür - yəni 11,5 milyon hektar. Bu meşəliyin bir hissəsini qırsalar, nə olacaq?” deməyin. Çünki meşələrin 48 faizi şəxsi meşələrdir. Fərdlərə, ailələrə, şirkətlərə və ya sülalələrə aiddir.
Dostum danışır: “Ağac parçalarının satışı 8-9 milyard avroluq bir məbləğ təşkil edir”.
Almaniya Meşə Mülkiyyətçiləri Cəmiyyətindən verilən məlumata görə, oğurluğun həcmi 2 faizi ötüb. Bu, kiçik rəqəm deyil - oğurlanmış odun parçaları 20 milyon avrodan çox vəsait deməkdir. Bu, yalnız özəl meşə sahiblərinin itkisidir.
Və sual: Putinin klapanı tənzimləməsinin sonu hara aparıb çıxaracaq?
Müəllif: Yalçın Bayer Mənbə: "hurriyet.com.tr" Uyğunlaşdırma AYNA-ya məxsusdur

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44 |
|
|
|
| • Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22 |
|
|
|
| • Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18 |
|
|
|
| • Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14 |
|
|
|
| • Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25 |
|
|
|
| • Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09 |
|
|
|
| • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06 |
|
|
|
|