Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                     "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" .....                     Azərbaycanda botoks vurduranlar iflic olur? .....                     Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir .....                     “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı .....                     Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                     Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub .....                     DİM-dən “sənət qətliamı" .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? .....                     Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb .....                     Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? .....                     Reanimasiyada olan Xalq şairinin SON DURUMU .....                     Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? .....                     İstanbuldakı erməni kilsəsi yenidən açılır .....                     Mal-qaranı Gürcüstandan 458 manata alırıq, .....                     Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir .....                     Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı .....                     “Şapka Mamed”in ətrafında çəmbər daralır .....                     Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb .....                     Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı .....                     Azərbaycanda işsizlərin sayı niyə artıb? .....                     Rusiyadan pul göndərmək çətinləşdi? .....                     “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” .....                     "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" .....                     “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir .....                     Putin Tokayevin planını rədd etdi .....                     Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib .....                     15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı .....                     Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü .....                     Gürcüstanda azərbaycanlı gənc başından güllələnib .....                     Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı .....                     Tokayev haqlımı .....                     Sabiq prokuror vəfat etdi .....                     Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür .....                 

Ukrayna Rusiyanın hücumuna duruş gətirə bilərmi - AKTUAL
Tarix: 20-12-2021, 14:53 | Çap et
Ukrayna Rusiyanın hücumuna duruş gətirə bilərmi
Rusiya 130 minlik heyət, əsasən 20-ci və 8-ci Ümumqoşun Qüvvələri ilə Ukraynaya hərbi təcavüzə başlayır. Məqsəd “Ukraynanın hissələrini Rusiya dövlətinə birləşdirməkdir”. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel bu ssenarinin 18 ay öncə ABŞ-da yerləşən “Rand Corporation” təhlil mərkəzinin hazırladığı hərbi oyunun bir hissəsi olduğunu yazır.

Qurum Ukraynanın şərqində Rusiyanın hərbi qabiliyyətini təhlil edirdi. Rusiyanın bir neçə həftəyə sərhədə 175 min əsgər yığa biləcəyi bildirilirdi. Görəsən, Ukrayna belə bir hücum qarşısında nə qədər duruş gətirə bilər?

“Putinin hansı seçimi edəcəyindən asılı olmayaraq, Rusiya qarşısında qətiyyətli, möhkəm və dözümlü ordu görəcək”, – Ukrayna ordusunda müşavir kimi çalışmış, Britaniya ordusunun istefada olan artilleriya zabiti Qlen Qrant deyib.

“Səkkiz ildir bu təhdid davam edir. 2014-cü ildən bunu istisna etmirik. Bu müharibədir, Rusiyadır. Rusiya istənilən anda istənilən vəziyyətdən istifadə edə bilər”, – ölkənin şərqində separatçılarla mübarizə aparan Birgə Əməliyyat Qüvvələrinin komandiri Oleksandr Pavlyuk radionun Ukrayna xidmətinin Donbas.Realities bölümünə deyib.

Rusiya 2014-cü ildə Krım yarımadasını tutaraq ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan öncə Kiyevdə aylarla çəkən küçə etirazları moskvapərəst prezident Viktor Yanukoviçin Rusiyaya qaçmasıyla sonuclanıb.

Həmin il Kiyev “Antiterror Əməliyyatı” çərçivəsində ilk vaxtlar separatçıları məğlub eləyə bildi. Ancaq yayın sonuna Rusiya Donbasa fərqləndirici nişanı olmayan hərbi kəşfiyyat, hətta nizami ordu yeritməklə Ukrayna qüvvələrini bir neçə dəfə geri oturtdu.

İllərlə davam edən maliyyə çatışmazlığı və korrupsiya Ukrayna ordusunu zəif duruma salmışdı. Yeni avadanlıq bəxşiş üçün satılırdı, zabitlər cüzi maaşlarını kənar biznes sövdələşmələri ilə ört-basdır edirdilər, zirehli maşınların, vertolyotların yanacağı, ehtiyat hissələri yoxa çıxırdı. Ukraynalı uşaqlar əsgərlərə yardım üçün şirniyyat satırdılar.

O vaxtdan Ukrayna ordusu xeyli təkmilləşsə də ekspertlər islahatların nə dərəcədə dəyin və geniş olması haqda fərqli fikirlər yürüdürlər.

Son yeddi ildə Birləşmiş Ştatlar Ukraynanı öldürücü və qeyri- öldürücü silahlarla təchiz edib. 2.5 milyard dolları aşan bu yardıma artilleriya əleyhinə radarlar, dronlar, gecə eynəkləri, silahlı patrul qayıqları daxildir. Ukraynaya qabaqcıl Javenil antitank raketləri də verilib. Bu raketlər Rusiya tanklarına qarşı döyüşlərdə Ukrayna əsgərlərinə kiçik üstünlük verə bilər.

Noyabrda ABŞ Ukraynaya 30-dan çox Javeil buraxıcısı daxil 88 ton sursat, 180 raket göndərib.

Konqresin bu həftə qəbul elədiyi müdafiə büdcəsində Ukrayna üçün 300 milyon dollar ayrılması nəzərdə tutulub.

Birləşmiş Ştatlar NATO ilə birlikdə Ukrayna qüvvələrinə təlim keçib. Hazırda Florida Milli Qvardiyasından 150 hərbçi bu ölkədədir.

“Məncə, problem orduda deyil, siyasidir. Prezidentin, silahlı qüvvələrin ali baş komandanının və onun administrasiyasının ordu və əhali qədər hazırlıqlı və möhkəm olmasına ölkədə inam azdır. Çox şey Putinin hansı növ hücuma əl atacağından asılıdır. Ölkə siyasi təslim istəmir”, – Qrant radioya email vasitəsilə bildirib.

Rusiya Prezidenti Vladimir Putin (ortada), Müdafiə naziri Sergey Şoyqu (solda) və Baş Qərargah rəisi Valeri Gerasimov (sağda), arxiv fotosu

Hazırda Ukrayna ordusunda 145-150 min hərbçinin olduğu bildirilir. Şərqi Donetsk və Luqansk regionları boyunca “nəzarət xətti”ndə əməliyyatlar aparan Birgə Qüvvələr Əməliyyatının 30 min-35 min əsgərdən ibarət olduğu düşünülür.

Ordunun silahları və avadanlığı əsasən köhnədir. Hava qüvvələri sovet vertolyotlarından ibarətdir.

“Rusiyalılar çox şey öyrəniblər. Onlar Suriyadakı əməliyyatlardan çox şey öyrəniblər, orduda islahatı davam etdiriblər. Ukraynalılar da xeyli şey öyrəniblər, amma üstünlük Rusiyadadır. Daha ağır itkilərin baş verəcəyi, amma nəticənin dəyişməyəcəyi ssenaridən danışırıq”, – ABŞ ordusunun keçmiş zabiti, Ağ evin Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya Məsələləri üzrə direktor işləmiş Aleksandr Vindman deyir.

Ukraynanın Türkiyədən Bayraktar TB2 dronları alması Rusiya qüvvələrinin diqqətini çəkib. Bu dronlar ötən il 2-ci Qarabağ müharibəsində həlledici rol oynamışdı.

Ancaq bu dronların da vəziyyəti çox dəyişməyəcəyi ehtimal edilir. Kiyev indiyədək 12 dron alıb, onlarla dronun sifariş verildiyi bildirilir.

“Nə qədər duruş gətirmək deyəndə, baxır nəyi nəzərdə tutursuz”, – bunu isə Norveçin Müdafiə Araşdırmaları İsteblişmentinin aparıcı tədqiqatçısı Tor Bukvol deyib.

“Hücumu dəf etməyi nəzərdə tutursuzsa, bunu çox az bacararlar, ya da heç bacarmazlar. Mütəşəkkil qüvvə kimi döyüşü davam etdirməyi deyirsinizsə, bu, bir neçə gün, yaxud həftə çəkə bilər”, – o, sözlərinə əlavə edib.

Bukvolun fikrincə, Ukrayna qüvvələrinin güclü tərəfi döyüş təcrübəsi, əhval-ruhiyyəsi və silahların müəyyən qədər modernləşdirilməsidir. Zəif tərəfləri isə təşkilatlanma, əsas heyətin çatışmazlığı, havadan müdafiə, elektron cihazlar və qırıcı təyyarələr kimi müəyyən silah növlərində ciddi zəiflikdir.

Açıq mənbələr, peyk təsvirləri Rusiyanın sərhədə əmr verilərsə hərtərəfli hücuma imkan verəcək avadanlıq və silah cəmlədiyini göstərir. Təsdiqlənməmiş məlumatlar hətta Buk M-1 havadan müdafiə sistemlərinin də göründüyünü iddia edir.

Bəzi mənbələr Rusiyanın qarşısına məqsəd qoyacağı halda bir neçə saata paytaxt Kiyevə tuta biləcəyini ehtimal edir.

Uzun, qanlı münaqişə, yoxsa...

Polşalı təhlilçi Konrad Muzika da Ukraynanın belə bir tammiqyaslı hücumu önləyəcək hərbi qabiliyyəti olmadığını düşünür.

“Dünyada çox az ölkə Rusiya ordusunun hücumunu dayandıra bilər. İşğal halında Ukrayna rezervistləri səfərbər etməli olacaq ki, Rusiya onu asanlıqla ələ keçirməsin. Bu isə uzun və qanlı münaqişə deməkdir”, – təhlilçi vurğulayıb.

Digər ehtimallar isə Rusiyanın tammiqyaslı işğala deyil, müəyyən uğurlara gedəcəyi ilə bağlıdır. Məsələn, Krımın su problemini həll etmək bir ehtimaldır. Rusiya yarımadanı özünə birləşdirən 3.7 milyard dollarlıq körpü tiksə də, su təchizatı əsas problem olaraq qalır.

Nisbətən az Rusiya əsgəri Ukraynanın Azov dənizi boyunca ərazisini tutaraq Krıma quru körpü yarada, suyun yarımadaya vurulmasına yol aça bilər. Mariupol liman şəhəri də həmin ərazidə yerləşir.

Daha məhdud hücumla Kiyevi Donbasla bağlı 2015-ci il sülh planının icrasına da vadar etmək olar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Bu gün, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Bu gün, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Bu gün, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Bu gün, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Bu gün, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Bu gün, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Bu gün, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Bu gün, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Bu gün, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Bu gün, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Bu gün, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Bu gün, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Bu gün, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Bu gün, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Bu gün, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Bu gün, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Bu gün, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Bu gün, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Bu gün, 15:42
Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:39
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Bu gün, 15:27
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Bu gün, 15:23
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Bu gün, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Bu gün, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05
Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38
“Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33
Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 12:19
Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB - "...səbəbkarı Vladimir İliç Lenin olub"
Bu gün, 12:16
Nazirlik məktəblərdə süni intellektin tətbiqinə 2,5 milyon manat xərcləyəcək
Bu gün, 12:11
Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA - DETALLAR
Bu gün, 12:09
Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti - Milyonlarla insan...
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru