Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                     İki müharibə Azərbaycanın bir addımlığına çatdı .....                     Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                     "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" .....                     Azərbaycanda botoks vurduranlar iflic olur? .....                     Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir .....                     “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı .....                     Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                     Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub .....                     DİM-dən “sənət qətliamı" .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? .....                     Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb .....                     Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? .....                     Reanimasiyada olan Xalq şairinin SON DURUMU .....                     Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? .....                     İstanbuldakı erməni kilsəsi yenidən açılır .....                     Mal-qaranı Gürcüstandan 458 manata alırıq, .....                     Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir .....                     Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı .....                     “Şapka Mamed”in ətrafında çəmbər daralır .....                     Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb .....                     Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı .....                     Azərbaycanda işsizlərin sayı niyə artıb? .....                     Rusiyadan pul göndərmək çətinləşdi? .....                     “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” .....                     "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" .....                     “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir .....                     Putin Tokayevin planını rədd etdi .....                     Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib .....                     15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı .....                     Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü .....                     Gürcüstanda azərbaycanlı gənc başından güllələnib .....                     Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı .....                     Tokayev haqlımı .....                 

Şərq Tərəfdaşlığı bəyanatında ərazi bütövlüyü, vizasız rejim, enerji… - DETALLAR
Tarix: 16-12-2021, 08:16 | Çap et
Şərq Tərəfdaşlığı bəyanatında ərazi bütövlüyü, vizasız rejim, enerji…
DİA.AZ: - Şərq Tərəfdaşlığı proqramının dekabrın 15-də Brüsseldə keçirilən sammitində proqrama üzv 5 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna, habelə Avropa İttifaqı və onun bir neçə mühüm qurumlarının birgə bəyanatı açıqlanıb.

DİA.AZ-ın məlumatına görə, bəyanatda deyilir ki, Şərq Tərəfdaşlığı ümumi təməl dəyərlərə, qarşılıqlı maraq və ortaq sahibliyə, iştirakçılığa, çeşidliliyə və qarşılıqlı hesabatlığa əsaslanmaqda davam edir.

Sənəddə qeyd olunur ki, Avropa Qonşuluq Siysətinin bir qolu kimi Şərq Tərəfdaşlığı Avropa İttifaqına onun Şərqi Avropa partnyorları ilə daha sıx yanaşma imkanı yaradır.

Bəyanatda xatırladılır ki, tərəfdaşlığın məqsədləri sabitlik, firavanlıq və qarşılıqlı əməkdaşlığın bərqərar edilməsidir.

Bəyanata imza atan tərəflər öz cəmiyyətlərində qanunun aliliyinin və demokratiyanın gücləndirilməsinə sadiq olduqlarını bildirirlər.

Bu da vurğulanır ki, Şərq Tərəfdaşlığına daxil ölkələr azlıq nümayəndələri də daxil insan haqları və təməl azadlıqların müdafiəsinə, gender bərabərliyinə, beynəlxalq qanunun normalarına əməl edəcəklərinə dair öhdəlik götürürlər.

Sənəddə deyilir ki, Avropa İttifaqı BMT Nizamnaməsinə, 1975-ci il Helsinki Yekun Aktına və 1990-cı il Paris Xariyasına uyğun olaraq özünün şərq partnyorlarının beynəlxalq aləmdə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü, müstəqlliyini və suverenliyini dəstəkləyir.

Bəyanatda Şərq Tərəfdaşlığı regionunda davam edən sabitsizlikdən, bir çox yerlərdə beynəlxalq qanunun normalarının pozulmasından, sülhə, sabitliyə və təhlükəsizliyə olan hədələrdən narahatlıq ifadə olunur, Şərq Tərəfdaşlığı bölgəsində bütün həll olunmamış münaqişələrin dinc yolla və beynəlxalq hüquqa uyğun çözümünə çağırış edilir.

Bəyanatda Avropa İttifaqının münaqişələrin qarşısının alınmasında, mövcud və razılaşdırılmış formatlarda tənzimlənməsində, etimadyaratma proseslərindəki fəaliyyəti alqışlanır.

Bu da xatıladılır ki, Şərq tərəfdaşları ilə əməkdaşlığın genişliyi və dərinliyi onlarla Aİ arasında imzalanmış müvafiq sazişlərlə müəyyən edilir və burada başlıca prinsip “çoxa çox” və “aza az” olaraq qalır.

Sənəddə deyilir ki, Şərq Tərədaşlığına üzv olan ölkələr Avropa İttifaqı ilə münasibətlərin ambisiya və məqsəd səviyyəsinin seçilməsində suveren hüquqa malikdirlər.

Belə görünür ki, bəyanatın bu hissəsində Şərq Tərəfdaşlığı ölkələrinin İttifaqla münasibətlərinin fərqli səviyyələrdə olduğu nəzərə alınıb.

Bəyanatda Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya Sazişlərinin imzalanması və tam qüvvəyə minməsi alqışlanır.

Bir sıra üzvlərin Avropa İttifaqı ambisiyaları ilə bağlı bildirilir ki, Assosiasiya və Dərin və Hərtərəfli Azad Ticarət Zonalarına dair sazişlər Avropa İttifaqı ilə daha sıx yanaşmaya və tədricən Avropa İttifaqının Daxili Bazarına inteqrasiyaya imkan verir.

Bəyanatda habelə Avropa İtttifaqı və Ermənistan arasında Assosiasiya Sazişinin 2021-ci ilin martından qüvvəyə minməsi təqdir olunur.

Bu da qeyd olunur ki, Aİ və maraqlı partnyorlar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması üçün davam edən danışıqlarda əldə olunmuş irəliləyişi alqışlayırlar.

Sənəddə Belarusun Şərq Tərəfdaşlığındakı iştirakını dayandırmasından təəssüf ifadə olunur və bildirilir ki, bu ölkədə demokratik keçid zəruri şəraiti yaratdıqdan sonra, Minsklə əməkdaşlıq bərpa oluna bilər.

Bu da bildirilir ki, Avropa İttifaqı Belarus vətəndaşlarını, bu ölkənin vətəndaş cəmiyyətini və müstəqil mediasını dəstəkləməkdə davam edəcək.

Bəyanatda vurğulanır ki, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığının üzvləri arasında ticari və iqtisadi inteqrasiyanın dərinliyi tərəfdaş ölkələrdə islahatların həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizənin vəziyyəti, habelə qanunun aliliyinə riayət olunması səviyyəsindən asılı olacaq.

Bəyanatda habelə Ermənistan və Ukrayna ilə vahid aviasiya zonası haqqında razılaşmanın imzalanması, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqı ilə daha çox elmi-tədqiqat əməkdaşlığına imkan verən 7 illik Horizon Europe proqramına qoşulması alqışlanır.

Sənəddə həmçinin Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasından razılıq ifadə olunur.

Hesabatda Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında viza rejiminin liberallaşdırılması məsələsinə də toxunulur.

Bu da qeyd olunur ki, bu proseslər nizamsız və qanunsuz miqrasiyaları, əsassız sığınacaq müraciətləri və bu kimi başqa məsələlər nəzərə alınaraq davam etdirilməlidir.

Bəyanatda deyilir ki, hazırda qüvvədə olan vizasız gediş-gəliş rejimi saxlanacaq və müvafiq partnyorolarla yeni viza razılaşmaları məsələsinə baxılacaq.

22 səhifədən ibarət bəyanatda habelə Şərq Tərəfdaşlığı ölkələri ilə iqlim dəyişikliyi, Avropa təsisatları ilə əlaqələr, elm, enerji və bir çox başqa sahələrdə əməkdaşlıq məsələlərindən söz açılır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Bu gün, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Bu gün, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Bu gün, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Bu gün, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Bu gün, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Bu gün, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Bu gün, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Bu gün, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Bu gün, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Bu gün, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Bu gün, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Bu gün, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Bu gün, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Bu gün, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Bu gün, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Bu gün, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Bu gün, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Bu gün, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Bu gün, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Bu gün, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Bu gün, 15:42
Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:39
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Bu gün, 15:27
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Bu gün, 15:23
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Bu gün, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Bu gün, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05
Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38
“Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33
Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 12:19
Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB - "...səbəbkarı Vladimir İliç Lenin olub"
Bu gün, 12:16
Nazirlik məktəblərdə süni intellektin tətbiqinə 2,5 milyon manat xərcləyəcək
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru