Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                     Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib .....                     Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                     İki müharibə Azərbaycanın bir addımlığına çatdı .....                     Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                     "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" .....                     Azərbaycanda botoks vurduranlar iflic olur? .....                     Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir .....                     “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı .....                     Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                     Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub .....                     DİM-dən “sənət qətliamı" .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? .....                     Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb .....                     Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? .....                     Reanimasiyada olan Xalq şairinin SON DURUMU .....                     Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? .....                     İstanbuldakı erməni kilsəsi yenidən açılır .....                     Mal-qaranı Gürcüstandan 458 manata alırıq, .....                     Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir .....                     Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı .....                     “Şapka Mamed”in ətrafında çəmbər daralır .....                     Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb .....                     Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı .....                     Azərbaycanda işsizlərin sayı niyə artıb? .....                     Rusiyadan pul göndərmək çətinləşdi? .....                     “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” .....                     "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" .....                     “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir .....                     Putin Tokayevin planını rədd etdi .....                     Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib .....                     15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı .....                     Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü .....                 

Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...” - TƏFƏRRÜAT
Tarix: 10-12-2021, 08:36 | Çap et
Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...”
Moskva tezliklə 10 milyon avro ödəyəcək. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2006-cı ildə Rusiyadan deportasiya olunmuş Gürcüstan vətəndaşlarına təzminat təyin edib. “Exo Kavkaza”nın verdiyi məlumata görə, bu, Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) nazir müavinləri səviyyəsində keçirilən iclasının yekunları üzrə məlum olub.

Avropa Şurasının saytında dərc olunan qərarda deyilir ki, ödəniş “istənilən halda ilin sonuna qədər” borclar üzrə hesablanmış faizlərlə birlikdə Avropa Şurasının bank hesabına ödənilməlidir. Təşkilat bildirir ki, Rusiya müvafiq anlaşma memorandumunu imzalamağa razılaşıb, lakin hələlik imzalamayıb. Eyni zamanda, Gürcüstan tərəfi artıq Avropa Şurasının Baş katibi ilə memorandum da hazırlayıb.

Nazirlər Komitəsi bu məsələni 2022-ci ilin martında, 1428-ci iclasında müzakirə etmək üçün toplanacaq. Bu ilin iyununda xəbər verildiyi kimi, AŞNK Rusiyanı bu ilin sentyabrın 6-dək öz vətəndaşlarına verilən kompensasiyanı birbaşa Gürcüstana ödəməyə və ya vəsaitlərin köçürülməsinə imkan verən anlaşma memorandumu imzalamağa çağırıb.

Bu ilin fevralında o zaman Gürcüstanın Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Qoça Lortkipanidze demişdi ki, Moskva 2006-cı ilin payızında Rusiyadan deportasiya edilmiş vətəndaşlara kompensasiya ödənilməsi məsələsinə baxılmasına qoşulmağa hazırdır. O, Moskvanın mövqeyini “irəliyə atılmış kiçik addım” adlandırıb.

AİHM Moskvanı 2019-cu ilin əvvəlində gürcü tərəfinə 10 milyon avro ödəməyə məcbur edib. Bir neçə gün əvvəl ədliyyə nazirinin müavini Beka Dzamaşvili bildirib ki, Rusiya deportasiya olunanların işində ilin sonuna qədər pul ödəməyə yazılı şəkildə razılaşıb: “Biz ümid edirik ki, o, bu dəfə öz öhdəliyini yerinə yetirəcək”.

Dzamaşvilinin sözlərinə görə, Rusiya öz öhdəliyini yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün ictimaiyyətə əlavə prosedurlar ətraflı izah ediləcək: “Deportasiya edilənlərin işi ilə bağlı qərar 2019-cu ilin yanvarında Strasburq Məhkəməsi tərəfindən qəbul edilib və Rusiya o vaxtdan bu öhdəliyi yerinə yetirməyib. Bütün bu müddət ərzində Gürcüstanın Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasını təmin etmək üçün fəal iş aparır. Biz Nazirlər Komitəsindəki avropalı həmkarlarımızla fəal əməkdaşlıq edirik və bu problemi həll etmək üçün praqmatik yol müəyyən etmişik - o, Rusiya tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin hesabına pul köçürməkdən və sonradan bu məsələ ilə bağlı bu məbləğin paylanması işindən ibarət olacaq”.

“Noyabr ayında bu məsələnin həlli ilə bağlı görüş keçirildikdən sonra biz bu məsələdə yaxşı irəliləyiş əldə etdik. Rusiya Federasiyası yazılı şəkildə bu öhdəliyi yerinə yetirməyə razılıq verdi. Artıq dekabr sessiyasında konkret müddət müəyyən edilib və Nazirlər Komitəsi Rusiyaya öhdəliklərini yerinə yetirmək üçün ilin sonuna qədər möhlət verib. Ümid edirik ki, heç olmasa, bu dəfə Rusiya bu öhdəliyi yerinə yetirəcək, bu isə o deməkdir ki, bu istiqamətdə bizim kifayət qədər irəliləyişimiz olacaq. Rusiya bu öhdəliyi yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün hansı əlavə prosedurların olacağını ictimaiyyətə ətraflı izah edəcəyik”, - deyə Dzamaşvili bildirib.

Maraqlıdır, Rusiya niyə bu öhdəliyin yerinə yetirilməsinə yazılı razılıq verib? Onun AŞ-dakı yeri özü üçün bu qədər əzizdirmi? 10 milyon avro o qədər də kiçik məbləğ deyil, amma başqa bir şey daha vacibdir - onu ödəməklə Moskva Gürcüstana münasibətdə səhv və qanun pozuntusuna yol verdiyini etiraf edir və bunun əvəzini pulla ödəməyə hazırdır. Bu, Putinin açıq şəkildə qəbul etdiyi “fövqəlgüc” ideyası üçün alçaldıcıdır. Yəni Moskva AİHM-in bu qərarına əməl edəcək, yoxsa Avropa Şurası ilə münasibətləri gərginləşdirməyə üstünlük verəcək? Bir dəfə orada onun hüquqları artıq məhdudlaşdırılmışdı.

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyalı analitik, “Qaydar” İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“Rusiya adətən AİHM-in qərarlarına (o cümlədən Navalnı kimi səs-küylü işlərə) uyğun olaraq ödəniş edir, lakin AİHM qərarlarının icrasını, yəni müvafiq qərarların avtomatik ləğvini tanımır. Bir neçə il çəkmiş Rusiyanın Avropa Şurasında səsvermə hüququnun bərpası Putin üçün böyük diplomatik uğur oldu, o, eyni zamanda Rusiya vətəndaşlarının AİHM-in hüquqi müdafiəsini itirə biləcəyi ilə Avropa Şurasını şantaj etdi. Mənə elə gəlmir ki, indiki iş Rusiya Federasiyası üçün o qədər prinsipial əhəmiyyət kəsb edir ki, onun xatirinə yenidən Avropa Şurasından çıxa biləcəyini göz altına alsın”.

Gürcüstanlı politoloq, “Azad Rusiya” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəliyinin direktoru Yeqor Kuroptev:
“Bildiyimiz kimi, Putin Rusiyasında beynəlxalq müqavilələr, şifahi və ya yazılı razılaşmalar, Avropa Şurası və ya digər beynəlxalq qurumlar tamamilə heç nə demək deyil. Əgər buna baxmayaraq, Kreml Gürcüstana bu məbləği ödəyirsə, bu, təbii ki, Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasından deportasiyasındakı pozuntunun etirafına çevriləcək və deməli bu, Moskva üçün niyəsə sərfəlidir. Neft və digər resursların satışından nə qədər oğurladıqlarını nəzərə alsaq, onlar üçün bu məbləğ qəpik-quruşdur. AŞ-nin Putinə qarşı sanksiyaları da ağcaqanadın dişləməsi deyil, zəhlətökən səsinə bənzəyir. Ona görə də biz Moskvanın bu məsələdə xeyrini axtarıb tapmalıyıq.

Moskvada düşünüldüyü kimi xırda məsələlərdən ötrü Avropa ilə yenidən mübahisə etməyəcək? “Nord Stream 2”-də işlər gözlənildiyi üçün dalaşmaq istəmir? Moskva “3+3” formatını reallaşdırmaq naminə Kremlin işğal etdiyi Gürcüstanı buraya cəlb etmək üçün müəyyən “xeyirxahlıq” nümayiş etdirir? Oliqarx İvanişvilinin başçılıq etdiyi hazırkı Gürcüstan hökumətinə heç olmasa, bir uğurlu nəticə əldə etməyə kömək edir? Bəli, Moskva görür ki, bugünkü Gürcüstan Aİ və NATO-dan son 20 ildə heç vaxt olmadığı qədər uzaqdır, ona görə də Kremldən xırda güzəştlər tamamilə mümkündür.

Bu məqamlardan əsas olan hansısa birini seçməyə hazır deyiləm. Düşünürəm ki, ödəniş baş tutsa, bütün bu komponentlərin payı var və buna görə 10 milyon xərcləməyə dəyər. Onsuz da həmin pul oğurluqdur və bir-iki yeni ev tikintisinə xərcləyə bilərdirlər. Ödəniş olmasa, təəccüblənəcək və təhlil ediləcək bir şey də yoxdur. Amma bu, baş verərsə, Gürcüstan bunu bayram etməməli, bunun arxasında nələrin dayandığından ehtiyatlanmalıdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Bu gün, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Bu gün, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Bu gün, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Bu gün, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Bu gün, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Bu gün, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Bu gün, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Bu gün, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Bu gün, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Bu gün, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Bu gün, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Bu gün, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Bu gün, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Bu gün, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Bu gün, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Bu gün, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Bu gün, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Bu gün, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Bu gün, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Bu gün, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Bu gün, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Bu gün, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Bu gün, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Bu gün, 15:42
Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:39
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Bu gün, 15:27
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Bu gün, 15:23
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Bu gün, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Bu gün, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05
Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38
“Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33
Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru