ABŞ və Britaniya Rusiyaya qarşı ordu toplayır – Poliqon Ukrayna
Tarix: 27-11-2021, 10:44 | Çap et
 ABŞ KİV-ləri mötəbər qaynaqlara istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya tank əleyhinə “Javelin” raket komplekslərinin yeni partiyasını, habelə “Stinger” daşınan zenit-raket komplekslərini göndərəcək. Habelə Pentaqon israr edir ki, Əfqanıstan üçün nəzərdə tutulmuş bəzi avadanlıqlar, o cümlədən “Mi-17” helikopterləri Ukraynaya göndərilsin.
Eyni zamanda, Böyük Britaniya da Ukraynaya Rusiyanın gözlənilən müdaxiləsinin qarşısını almaq üçün hərbi dəstək göstərəcək. Adıçilən ölkə bu məqsədlə 600-a qədər xüsusi təyinatlı döyüşçünü Ukraynanın köməyinə göndərməyə hazırdır. Qərb dairələri Rusiya ilə Qərb arasında Ukraynadan başlayacaq müharibə riskinin çox yüksək olduğunu bildirirlər.
Gərginləşən ABŞ-Rusiya və ABŞ-İran münasibətləri yerləşdiyimiz region üçün də təhlükəli vəziyyət yaradır. Bir çox ekspertlər hesab edirlər ki, Qərb və Rusiyanın hərbi müstəvidə üz-üzə gəlməsi bütövlükdə regionu təhdid edən faktordur.
Türkiyəli siyasi icmalçı, professor Murat Yeşiltaş AYNA-ya şərhində deyib ki, ABŞ-Rusiya münasibətləri tarixinin ən gərgin dövrlərindən birini yaşayır: “Rusiya ilə Ukrayna arasında gərginlik günü-gündən artmaqda davam edir. Rusiyanın sərhədə 100 min əsgər yığmasından dolayı yaranan gərginlik hazırda beynəlxalq müstəvidə müzakirə olunan əsas mövzulardan biridir. Bütün bunların fonunda Rusiya-Ukrayna, o cümlədən Qərb-Rusiya münasibətləri yenidən gündəmə gəlib. ABŞ və Böyük Britaniyanın Ukraynaya hərbi dəstəyi, əsgər heyəti göndərəcəyi ilə bağlı açıqlamalar bu xüsusda təsadüfi deyil”.
“Moskvada hesab edirlər ki, Ukraynada baş verən bütün hadisələr, o cümlədən bu ölkənin Rusiya ilə gərgin münasibətləri Amerikadan qaynaqlanır. Qəti qənaət formalaşıb ki, Ukraynanın Avropa İttifaqı və ya NATO-ya üzvlüyündə Qərbin əli var. Onu da iddia edirlər ki, məqsəd bu yolla Rusiyanı zəiflətmək, onu tərkisilah etməkdir. Dəfələrlə Rusiya Ukraynanı təhdid etsə də, ABŞ və Qərb yalnız bəyanat verməklə kifayətlənib. Yəni, bu məsələdə onların real dəstəyi nəzərə çarpmayıb. Bu mənada Kremldə də əminlik var ki, Amerika və Qərbin Ukrayna ilə bağlı dövriyyəyə buraxdığı məlumatlar təzyiq məqsədi daşıyır”, - deyə professor bildirib.
Onun sözlərinə görə, ABŞ-la Rusiyanın hərbi müstəvidə üz-üzə gəlməsi inandırıcı deyil: “Təbii ki, istisna da oluna bilməz. Nə zamansa bu, baş verir. İndiki halda onların münasibətləri kifayət qədər gərgindir. Lakin hər ikisi anlayır ki, bu müharibə tərəflər üçün çox risklidir. Hətta bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı da ola bilər. Lakin Rusiyanı zəiflətmək, postsovet məkanını Moskvanın nəzarətindən çıxarmaq Qərbin əsas məqsədidir. Bu istiqamətdə dəfələrlə müəyyən cəhdlərin şahidi olmuşuq. “Məxməri inqilablar” və s. kütləvi narazılıqlar bunun bariz nümunəsidir. Lakin bəzi hallarda bu inqilablar Qərbin xeyrinə olmayıb və yenidən həmin ölkələrdə Rusiya güclənməyə başlayıb”.
“Hazırda ABŞ avropalı müttəfiqləri ilə Rusiyanın mümkün hücumundan sonra atılacaq addımları müzakirə edir. Bu məqsədlə Kiyevə hərbi və iqtisadi yardım göstərmək barədə razılığa gələn tərəflər Rusiyanın xoşuna gəlməyəcək plan üzərində işləyirlər. Artıq bir sıra variantları masada saxlayan Ağ Ev rəsmiləri koordinasiyalı cavab olacağını açıq şəkildə ifadə edərək, bunun həm də Putini Ukraynaya qarşı növbəti təcavüzdən yayındırmaq məqsədi daşıdığını bildiriblər. Mübarizə bundan sonra da davam edəcək. Buna şübhə yoxdur. Lakin tərəflər kifayət qədər təmkinli olmağa və müharibə riskindən mümkün qədər yayınmağa çalışacaqlar. Bu, hər iki hər tərəf üçün çox riskli addım olardı”, - deyə Yeşiltaş fikrini yekunlaşdırıb.
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə də AYNA-ya açıqlamasında söyləyib ki, ABŞ və Brtitaniyanın son xəbərdarlıqları Rusiyanı geri çəkilməyə təhrik etmək məqsədi daşıyır: “Qərb görəndə ki, Rusiya aqressiv hərəkətlərini və Ukraynaya qarşı təhdidlərini davam etdirir, belə bir açıqlama ilə çıxış etmək məcburiyyətində qalıb. Hətta Ukraynaya hərbi heyət göndərsələr belə, bu, o demək deyil ki, Rusiya ilə döyüşə atılacaqlar. Yaxud Ukraynaya görə Rusiya ilə müharibə edəcəklər. Sadəcə müəyyən təzyiq vasitəsidir. Necə ki, bundan hər zaman istifadə ediblər”.
“ABŞ və Qərbin Rusiya ilə münasibətləri gərgindir. Bu gərginlik hər gün daha da artan xətt üzrə davam edir. Ukrayna məsələsi bu münasibətləri bir az da gərginləşdirib. Lakin Qərblə Rusiyanın hərbi baxımdan üz-üzə gəlməsi asan məsələ deyil. Bu, hər iki tərəf üçün ağır itkilər, ümumilikdə bütün dünya üçün təhdid deməkdir. Yəqin ki, yaxın müddətdə buna getməyəcəklər. Gələcəkdə isə təbii ki, bu, mümkündür. Bu gün üçün isə bunu real saymıram”, - deyə Ağazadə vurğulayıb.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Bu gün, 19:05 |
|
|
|
| • Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Bu gün, 18:59 |
|
|
|
| • Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Bu gün, 18:40 |
|
|
|
| • “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Bu gün, 18:36 |
|
|
|
| • Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Bu gün, 18:30 |
|
|
|
| • Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Bu gün, 17:40 |
|
|
|
| • İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Bu gün, 17:38 |
|
|
|
| • Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
| • "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:31 |
|
|
|
| • "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Bu gün, 17:27 |
|
|
|
| • Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Bu gün, 17:24 |
|
|
|
| • Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Bu gün, 17:22 |
|
|
|
| • “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Bu gün, 17:16 |
|
|
|
| • Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Bu gün, 17:10 |
|
|
|
| • Deputatlar bu yay harada dincələcək? - SORĞU
Bu gün, 17:09 |
|
|
|
| • Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Bu gün, 17:01 |
|
|
|
| • Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Bu gün, 16:52 |
|
|
|
| • Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Bu gün, 16:40 |
|
|
|
| • Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
| • Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:32 |
|
|
|
| • DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Bu gün, 16:27 |
|
|
|
| • Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Bu gün, 16:19 |
|
|
|
| • Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Bu gün, 16:17 |
|
|
|
| • Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Bu gün, 16:04 |
|
|
|
| • Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Bu gün, 16:00 |
|
|
|
| • Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Bu gün, 15:56 |
|
|
|
| • İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Bu gün, 15:54 |
|
|
|
| • Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Bu gün, 15:45 |
|
|
|
| • Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Bu gün, 15:42 |
|
|
|
| • Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:39 |
|
|
|
| • “Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Bu gün, 15:27 |
|
|
|
| • Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Bu gün, 15:23 |
|
|
|
| • Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Bu gün, 14:24 |
|
|
|
| • Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 14:21 |
|
|
|
| • Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Bu gün, 14:18 |
|
|
|
| • “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10 |
|
|
|
| • "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01 |
|
|
|
| • “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55 |
|
|
|
| • Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46 |
|
|
|
| • Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41 |
|
|
|
| • Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10 |
|
|
|
| • Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08 |
|
|
|
| • Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06 |
|
|
|
| • Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05 |
|
|
|
| • Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03 |
|
|
|
| • Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53 |
|
|
|
| • Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47 |
|
|
|
| • Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43 |
|
|
|
| • Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38 |
|
|
|
|