Ankara böhrandan çıxır, yeni dönəm başlayır - GƏLİŞMƏ
Tarix: 27-11-2021, 08:57 | Çap et
 “24 noyabr 2021-ci ildə Yaxın Şərq siyasi tarixində önəmli hesab ediləcək hadisə baş verdi. 9 ildən sonra Birləşmiş Ərəb Əmirliyinin vəlihəd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyan Türkiyəyə səfər etdi və Prezident Rəcəb Tayyib Ərdoğanla öncə təkbətək, sonra isə nümayəndə heyətlərinin də iştirakı ilə görüşdü. Bu görüş çərçivəsində iki ölkə arasında əsasən iqtisadi sahəni əhatə edən 10 müqavilə imzalandı. Əbu Dabi İnkişaf Holdinqinin İdarə Heyətinin sədri Məhəmməd Həsən əl Suvaidinin verdiyi açıqlamaya görə, ilk mərhələdə BƏƏ tərəfi Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq bir sərmayə qoyacaq”.
Bunu politoloq Samir Hümbətov bildirib. Politoloqun sözlərinə görə, baş tutmuş bu səfər 2012-ci ilin fevralından sonra əl Nahyan və Ərdoğan arasında baş tutan ilk təkbətək görüş olması baxımından da əhəmiyyətli hadisə hesab edilə bilər:
“Təbii ki, bu səfərin digər önəmli tərəfləri də var ki, onları da xüsusilə qeyd etmək lazımdır. Birincisi, bu səfərin Türkiyədə lirənin dollar qarşısında süni şəkildə sürətlə ucuzlaşması fonunda baş tutması və tərəflər arasında imzalanmış 10 milyard dollarlıq sərmayə qoyuluşunun türk lirəsini yenidən dəyər qazanmasına səbəb oldu. Bu da o deməkdir ki, Türkiyəyə qarşı oynanılan çirkin oyun pozulmuş oldu. İkincisi, "Ərəb baharı"ndan sonra tərəflər arasında korlanan münasibətlərin belə vaxtda yenidən canlanmasının özündə də xüsusi səbəblər var. BƏƏ Türkiyə ilə davam edən gərgin münasibətlərin ona xeyir gətirmədiyini, əksinə, Türkiyənin regionda artan rolunun onun milli maraqlarını kölgədə qoyduğunu yaxşı başa düşür. Çünki həm Liviyada, həm Suriyada, həm də Aralıq dənizində Türkiyənin sərgilədiyi mövqe hər kəs tərəfindən göründü. Üçüncüsü, uzun illər ittifaqda olduğu Səudiyyə Ərəbistan və Misir Türkiyə ilə yaxınlaşmağa başladı ki, bu da ittifaqın dağılması deməkdir. Həmçinin, Donald Trampın dövründə ABŞ-dan ciddi dəstək alan BƏƏ Cozef Bayden dövründə bu dəstəyi görə bilmədi. Əksinə, Bayden avtoritar dövlətləri demokratiya ilə hədələdi. Türkiyənin Qətərdə sərgilədiyi mövqe BƏƏ üçün ciddi siqnal oldu və görünür, əmirlik də bu mövqedən faydalanmaq niyyətindədir. Türkiyə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan regionun ən qüdrətli dövlətidir və İranla qarşılaşa biləcək tək dövlətdir. Bu və digər səbəblərə görə də BƏƏ Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu sərgiləməyə başladı”.
S.Hümbətov bildirib ki, Türkiyə üçün də BƏƏ ilə münasibətləri normallaşdırmaq vacib əhəmiyyətə malikdir:
“Burada həm maliyyə vəsaitlərinin çoxluğu, iqtisadi sahədə əməkdaşlıq, Aralıq dənizi məsələsində Türkiyənin qarşısında dayanan dövlətlərin sayının azalması və s. məsələlər baxımından önəmlidir. Diqqət çəkən digər önəmli məsələ bir neçə gün öncə İsrail baş naziri və İsrail prezidentinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi və tərəflər arasında normallaşma mərhələsinə keçən münasibətləridir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə tərəflər arasında mövcud olan münasibətlər daha da inkişaf etdirilə bilər. Hətta BƏƏ tərəfindən Türkiyəyə qoyulacaq sərmayənin həcmi bir neçə dəfə də arta bilər”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Bu gün, 19:05 |
|
|
|
| • Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Bu gün, 18:59 |
|
|
|
| • Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Bu gün, 18:40 |
|
|
|
| • “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Bu gün, 18:36 |
|
|
|
| • Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Bu gün, 18:30 |
|
|
|
| • Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Bu gün, 17:40 |
|
|
|
| • İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Bu gün, 17:38 |
|
|
|
| • Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
| • "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:31 |
|
|
|
| • "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Bu gün, 17:27 |
|
|
|
| • Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Bu gün, 17:24 |
|
|
|
| • Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Bu gün, 17:22 |
|
|
|
| • “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Bu gün, 17:16 |
|
|
|
| • Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Bu gün, 17:10 |
|
|
|
| • Deputatlar bu yay harada dincələcək? - SORĞU
Bu gün, 17:09 |
|
|
|
| • Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Bu gün, 17:01 |
|
|
|
| • Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Bu gün, 16:52 |
|
|
|
| • Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Bu gün, 16:40 |
|
|
|
| • Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
| • Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:32 |
|
|
|
| • DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Bu gün, 16:27 |
|
|
|
| • Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Bu gün, 16:19 |
|
|
|
| • Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Bu gün, 16:17 |
|
|
|
| • Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Bu gün, 16:04 |
|
|
|
| • Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Bu gün, 16:00 |
|
|
|
| • Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Bu gün, 15:56 |
|
|
|
| • İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Bu gün, 15:54 |
|
|
|
| • Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Bu gün, 15:45 |
|
|
|
| • Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Bu gün, 15:42 |
|
|
|
| • Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:39 |
|
|
|
| • “Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Bu gün, 15:27 |
|
|
|
| • Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Bu gün, 15:23 |
|
|
|
| • Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Bu gün, 14:24 |
|
|
|
| • Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 14:21 |
|
|
|
| • Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Bu gün, 14:18 |
|
|
|
| • “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10 |
|
|
|
| • "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01 |
|
|
|
| • “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55 |
|
|
|
| • Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46 |
|
|
|
| • Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41 |
|
|
|
| • Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10 |
|
|
|
| • Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08 |
|
|
|
| • Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06 |
|
|
|
| • Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05 |
|
|
|
| • Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03 |
|
|
|
| • Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53 |
|
|
|
| • Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47 |
|
|
|
| • Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43 |
|
|
|
| • Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38 |
|
|
|
|