Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                 

“Nə qədər ki, Putin öz ətrafıyla hakimiyyətdədir, Rusiya aqressiv davranacaq” - TƏHLİL
Tarix: 15-05-2021, 09:48 | Çap et
“Nə qədər ki, Putin öz ətrafıyla hakimiyyətdədir, Rusiya aqressiv davranacaq”
Aprel ayında ABŞ-ın bir sıra Rusiya banklarına, şirkətlərinə, fiziki şəxslərə və bu ölkənin suveren borclarına yönələn sanksiyalarını Kremlin məsuliyyətsiz və təcavüzkar siyasətinə verilən növbəti cavab saymaq olar.

Anoloji sərt tədbirləri Avropa da tətbiq etməyə başlayır. Bu yaxınlarda Avropa Parlamentinin nümayəndələri Rusiyanın təcavüzkar hərbi fəaliyyətinə qarşı irəli sürülmüş qabaqlayıcı tədbirlər planına 569 səs lehinə, 67 səs əleyhinə olmaqla səs veriblər. Həmin layihədə bildirilir ki, əgər Rusiya Ukraynaya qarşı yenidən təcavüzə başlayarsa, onda bu ölkənin SWIFT ödəmə sistemindən çıxarılması, Putinə yaxın oliqarxların və onların ailə üzvlərinin aktivlərinin dondurulması, viza rejiminin ləğvi prosedurları mütləq həyata keçiriləcək.

Sanksiyaların növbəti dalğası Avropa Parlamentinin üzvləri arasında debatları yenidən qızışdırıb. Bu debatlarda görülən tədbirlərin lazımi hədəflərə yönləndirilməsi və onların nə qədər səmərəli olması barədə qızğın müzakirələr gedib. Vəziyyətin necə olmasından asılı olmayaraq, bu gün tətbiq edilən sanksiyalar hələ də Rusiya prezidenti Vladimir Putini tutduğu kursdan əl çəkməyə vadar etməyib.

Amma sanksiyalara ünvanlanmış tənqidlər heç də həmişə düzgün olmur, çünki bu sanksiyalar artıq Rusiyanı zəiflədib, Putinin geniş manevr etmək imkanlarını tükəndirib.

Tənqidçilər çoxdandır ki, məhdud sanksiyalarla Putinin önünün kəsilməsinin mümkün olmayacağını deyirlər. Onların fikrinə görə, bu cür sanksiyalar yalnız sadə rusiyalılara ziyan vurur. Həqiqətən də sanksiyalar olduqca məhdud effekt verir, xüsusən də qısamüddətli perspektivdə.

Putinin Ukraynaya müdaxiləsindən sonra görülən tədbirlər Rusiyanın sonrakı təcavüzünün qarşısını almağa kömək edib, onu dayandırıb. Ancaq buna baxmayaraq nə diplomatiyanın, nə də sanksiyaların indiki səviyyəsi Putini işğal etdiyi ərazilərdən çıxarmayıb.

2014-cü ildən başlayaraq həyata keçirilən sanksiyalar sayəsində Rusiya Ümumi Daxili Məhsulunun böyüməsi hər il 2,5 faiz geriləyir. Hazırkı sanksiyalar kifayət qədər güclü görünməyə bilər, ancaq onların uzunmüddətli təsiri Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdacaq.

Ukraynaya təcavüzə cavab olaraq tətbiq edilən sanksiyalardan sonra 2015-ci ildə Beynəlxalq Valyuta Fondu apardığı təhqiqatın nəticələrinə dair materialını dərc edib. Həmin sənəddə göstərilir ki, Qərb sanksiyaları və Moskvanın buna əks sanksiyalarla reaksiya verməsi nəticəsində birinci mərhələdə Rusiyanın real Ümumi Daxili Məhsulu(ÜDM) 1-1,5 % azalıb.

İlk baxışda bu, yetərli görünməyə bilər. Amma Beynəlxalq Valyuta Fondunun məruzəsində proqnoz verilir ki, sanksiyalar üzündən orta müddətli perspektivdə Rusiyanın ÜDM-i 9%-ə kimi aşağı düşə bilər. Son dəyərləndirmələrə əsasən beynəlxalq sanksiyalar Rusiya ÜDM-ni illik 1,5 faiz azaldır.

ABŞ-ın “Atlantic Council” analitik mərkəzindən iqtisadçı Andres Oslund(Andres Aslund) və politoloq Mariya Sneqovaya(Maria Snegovaya) hesab edirlər ki, getdikcə vəziyyət daha da ciddiləşəcək. Onların dəyərləndirmələrinə görə, 2014-cü ildən sanksiyalar Rusiya ÜDM-nin böyüməsini orta hesabla hər il 2,5 faiz aşağı salır. Bu baş verənlər hökumətin daha açıq maliyyə və pul -kredit siyasəti aparmasına mane olur.

Beləliklə, 2014-cü ildən bu yana hər il Rusiya iqtisadiyyatının illik böyüməsi çox cüzi rəqəm - 0,3% təşkil edib. İqtisadiyyatın müəyyən mənada zəif böyüməsini həmçinin neft və qaz qiymətlərinin aşağı düşməsilə izah edirlər. Amma sanksiyalar sərmayəçilərin qərarlarına, şirkətlərə və dövlətə təsirsiz ötüşmür.

Ümumiyyətlə, bundan sonrakı dövrlərdə Rusiyanın öz hərbi avantüralarını, diversiyalarını, repressiyalarını həyata keçirməsi üçün xeyli az resursu olacaq. Son illər artıq Moskva hərbi xərclərlə bağlı ambisiyalı planlarını azalatmaq məcburiyyətində qalıb ki, buna da sanksiyaların təsiri şübhəsizdir.

Putinin özbaşınalığı və avantürası, həmçinin Rusiyanın ordu, təhlükəsizlik və kəşfiyyat strukturlarında öncül mövqe tutanların öz liderlərinə bənzəmələri göstərir ki, ölkədə yaxın zamanlarda əhəmiyyətli müsbət dəyişikliklər gözləməyə dəymir.

Elə bu səbəbdən də Vaşinqton və müttəfiqləri hazırkı sanksiyalara əlavələr etməli və həm də Rusiyanın iqtisadi böyüməsinə qarşı hərtərəfli və uzunmüddətli proqram hazırlamalıdırlar. Bu plan Moskva öz aqressiv kursundan əl çəkənə kimi davam etdirilməlidir.

Qərb Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlığa getməlidir(məsələn, silahlanmaya nəzarət və iqlim siyasətində). Lakin nə qədər ki, Putin öz ətrafıyla hakimiyyətdədir, Rusiya aqressiv davranacaq.

Putin oliqarxlar və onların şirkətləri vasitəsiylə Britaniya, Almaniya və Avstriya kimi Qərb ölkələrinin keçmiş hökumət məmurlarını və isteblişment nümayəndələrinin dəstəyini satın alır. Belə şəxslərə qarşı tədbirlər görülməsi vacibdir.

Aşağıda qeyd olunanlar Rusiyanın iqtisadi böyüməsini əngəlləyə biləcək bir neçə əlavə tədbirlərdir:

- Putinin ətrafını və ona yaxın olan oliqarxları, həmçinin də Kremlə xidmət göstərən Qərbin yüksək vəzifəli nümayənələrini hədəfə götürən fərdi sanksiyaların əhəmiyyətli dərəcədə genişləndirilməsi;

- Rusiya bank təşkilatlarına qarşı maliyyə sanksiyalarının gücləndirilməsi;(Bu banklar vasitəsilə Kreml sevimli layihələrini maliyyələşdirir)

- Qərbin maliyyə bazarlarına Rusiya hökumətinin girişini sərt şəkildə məhdudlaşdırmaq. Rusiya dövlət istiqrazlarının ikinci əldən alınmasını dayandırmaq;

- Enerji sektorunda mövcud istehsala qarşı deyil, bu sahəyə investisiya yatırılmasına qarşı sanksiyaların genişləndirilməsi. Rusiya enerji şirkətlərinin sərmayə qoyuluşundan məhrum edilməsi;

- Rusiyaya texnologiya ixrac edilməsinin dayandırılması üçün beynəlxalq koordinasiya tədbirlərinin sərtləşdirilməsi;

Əlbəttə, ABŞ və müttəfiqləri Rusiya qarşısında dəqiq şərt qoymalıdırlar. Deyilməlidir ki, əgər Donbasdakı problem həll olunacaqsa, onda ünvanlı sanksiyalar ləğv edilə bilər. Lakin Rusiya çətin ki, bu sövdələşməyə maraq göstərsin.

Artıq Putin rejiminə qarşı inadlı və ciddi iqtisadi təzyiq edilməsi ilə bağlı Transatlantik məkanının subyektlərinin öz aralarında strateji danışıqlar aparmalarının vaxtı gəlib çatıb. Sanksiyalara münasibətdə səmərəli, sistemli, uzunmüddətli yanaşma işlənib hazırlanmalıdır. Qərb siyasətinin mahiyyəti Putin Rusiyasını ətraf ölkələrə ziyan vurmaq imkanından məhrum etmək olmalıdır.

“Foreign Policy”-ABŞ

Tərcümə: “AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru