“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                 

“Ölüm cəzasını qaytaracaq və “vətən xainlərini” məhv etməyə başlayacaqlar” - KUROPTEV
Tarix: 22-04-2021, 08:04 | Çap et
“Ölüm cəzasını qaytaracaq və “vətən xainlərini” məhv etməyə başlayacaqlar”
70-dən çox dünya şöhrətli şəxsin imzası ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, təcridxanada müxalifətçi Aleksey Navalnıya ixtisaslı tibbi yardım göstərilməsi xahişi ilə açıq məktub ünvanlandı. Müraciət “Le Monde”, “The Economist”, “Der Spiegel”, “Politiken”, “La Repubblica”-da yayımlandı.

Məktubda deyilir: “Sizə, cənab Prezident, Navalnının təcili olaraq ehtiyacı olan və hər bir Rusiya vətəndaşı kimi hüququ olan səlahiyyətli tibbi müayinə və müalicə ilə təmin edilməsi xahişi ilə müraciət edirik”.

Putin seçilmiş bir dövlət başçısı və qanunun qarantı olaraq bu hüquqa riayət olunmasını təmin etməlidir. Məktubda Navalnının yerləşdiyi Pokrovskaya islah koloniyasının Rusiyada ən sərt koloniyalardan biri olduğu qeyd edilir. Müxalifətçi davamlı bel ağrısı, ayaqlarında və qollarda hissiyyatın itməsinə səbəb olan ağır bir nevroloji pozğunluqdan əziyyət çəkir. Şiddətli öskürək və yüksək hərarəti var.

Məktubda Navalnının hər bir Rusiya vətəndaşının haqqı olduğu seçdiyi bir həkim tərəfindən müayinə və müalicə edilməsini xahiş etdiyi vurğulanır. Bu tələb rədd edildikdən sonra o, etiraz olaraq aclıq aksiyasına başlayıb.

Məktubu dünya şöhrətli simalar - rejissor JJ Abrams, ədəbiyyat üzrə Nobel mükafatı laureatları Svetlana Aleksiyeviç, John Maxwell Coetzee, Louise Gluck, Gertha Müller və Orhan Pamuk, yazıçılar JK Roulinq, Michael Cunningham, Neil Gaiman, Mark Levy, Amelie Notdibe, Salman Rüştü, Patrick Suskind, Tom Stoppard, Michael Ondaatje, aktyorlar Benedict Cumberbatch, Alan Cumming, David Duchovny, Rafe Fiennes, Stephen Fry, Jude Law, Ian McKelen, Bill Nighy, Vanessa Redgrave, Christine Scott Thomas, ABBA qrupunun üzvü Byorn Ulveus və “Radiohead” qrupunun frontmeni Thom Yorke imzalayıb.

Elə həmin gün Navalnını müalicə edən həkimlər Federal Penitensiar Xidmətin direktoru Aleksandr Kalaşnikova “Novaya Gazeta” vasitəsi ilə müxalifətçinin vəziyyətinin kritik olduğuna diqqət çəkərək, açıq məktub göndərdilər. “Xəstədə böyrək çatışmazlığı inkişaf edir, bu da onsuz da ciddi metabolik xəstəliklərə (kalium göstəriciləri - 7,1 mmol/l) səbəb oldu və bundan əlavə ürək dayanmasına qədər ürək-damar sisteminin ağır patologiyasına səbəb ola bilər”, - deyə məktubda bildirilir.

Həkimlər “diaqnostik testləri və təyin olunmuş müalicəni müzakirə etmək, habelə xəstəni ölümlə təhdid edən kritik vəziyyətdən çıxarmaq üçün” təcili bir konsultasiya tələb edirlər. Məktub müəllifləri dərhal danışıqlara başlamağa çağırırlar: “Bu gün mümkün olan hər şeyi etməyə hazırıq. Çünki həftəsonuna qədər gecikmə və gözləmə Navalnının həyatı və sağlamlığı üçün ciddi nəticələrə səbəb ola bilər”.

Müxalifətçinin özünün dediyinə görə, müstəqil bir mülki həkimin onunla görüşməsinə icazə verilmir: “Çünki əzalarımdakı həssaslığın itirilməsinin keçən il “Noviçok” tərəfindən zəhərlənməyimlə əlaqəli olduğunun üzə çıxmasından qorxurlar”.

Maraqlıdır, dünyaca tanınmış şəxslərin xahişi nəticə verəcəkmi, bunun Putinə təsiri olacaqmı? Bu addımlarla Rusiya liderinin ən güclü və ən populyar rəqibini qəsdən sağlamlıqdan məhrum etməsi barədə deyilənlər qəbul ediləndirmi? Yəni onlar gələcəkdə Navalnının normal sağlamlığı olmaması səbəbindən siyasətlə məşğul olmaq üçün kifayət qədər gücünün qalmamasına kökləniblər?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyalı siyasətçi, iqtisad elmləri doktoru, sosioloq Vladislav İnozemtsev:

“Düşünürəm ki, indi Putinə heç bir müraciət – istər mədəniyyət xadimləri (ən görkəmli olsa da), istər siyasətçilər, istərsə də ABŞ Prezidentinin çağırışı olsun - onun Navalnı ilə bağlı mövqeyinə təsir edə bilməz. Mənə elə gəlir ki, Aleksey Anatolyeviçin ətrafında, koloniyada saxlanması ilə bağlı vəziyyət nə qədər aktiv müzakirə olunsa, hüquq-mühafizə sistemində ona qarşı daha pis davranılacaq.

İndi Putin Navalnını özünə düşmən hesab edir. Bütün yolu sona qədər qət etməyə qərarlıdır. Və əgər Navalnı koloniyada sağ qalmaq istəyirsə, mümkün qədər diqqəti az cəlb etməlidir. Buna görə silahdaşları bəzi təşkilatlarını qorumaq istəyirlərsə, onlar da, mənim fikrimcə, indi ən sakit mövqe tutmalıdırlar. Bir tərəfdən cümə günü prokurorluğun Korrupsiya ilə Mübarizə Fondunun ekstremist bir təşkilat kimi tanınmasını tələb etdiyini, bu gün də toplaya bilmədikləri 500 min imzanı belə, gözləmədən Navalnının tərəfdaşlarının 21 apreldə yeni bir mitinq təyin etdiklərini gördük. Məncə, bu qərar olduqca çıxılmazdır.

Nəticədə çox insan toplanmayacaq. Hakimiyyət bu mitinqi 23 və 31 yanvar tarixlərindən daha da çox qəddarlıqla yatıracaq. Nəticə olaraq - bunu böyük bir kədərlə deyirəm - Navalnı etirazın ciddi bir konsolidatoru və Rusiya müxalifətinin lideri olaraq bu gün bitib. O mənada ki, hakimiyyət onun tərəfdarlarına nə seçkilərdə iştirak etmək, nə də düşünülmüş bir siyasi fəaliyyət göstərmək imkanı verəcək.

Yəni Rusiya hökuməti özünün legitimliyinə şübhə etmək cəhdinin, ölkəni idarə etmək qabiliyyətinin ekstremizm və terrorizm kimi qiymətləndirildiyini vurğulayır. Buna görə düşünürəm ki, bu gün heç bir vəsatət, müraciət - kimdən gəlsə belə - kömək etməyəcək. Navalnının sərbəst buraxılması, Xodorkovski ilə olduğu kimi, beynəlxalq danışıqların da daxil olduğu çətin bir işin nəticəsi ola bilər, ancaq səlahiyyətlilər, şübhəsiz ki, hər hansı bir təzyiqə, xüsusən də küçə təzyiqlərənə dözüm göstərməyəcəklər”.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, Tbilisidə fəaliyyət göstərən politoloq Yeqor Kuroptev:

“Əlbəttə ki, Navalnını Rusiya həbsxanasında qəsdən öldürmək istədiklərinə, necə ki onu “Noviçok” qrupunun zəhəri ilə öldürməyə çalışdıqlarına inanıram. Navalnının vəziyyəti indi beynəlxalq siyasətdə əsas mövzulardan biridir və ona lazımi kömək göstərilmirsə və ya öldürülürsə, dünya ictimaiyyətinin bu dəfə reaksiyası narahatlıqdan və ya sadəcə sanksiyalardan tamamilə fərqli olmalıdır.

Ümumiyyətlə, Kremlin addımları indi bir xəttə sığır: Navalnının qanunsuz həbsdə yavaş-yavaş məhv edilməsi, amerikalı diplomatların qovulması və vətəndaş cəmiyyətini dəstəkləmək üçün işləyən fondların bağlanması, bütün müxalifət qüvvələrinin ekstremist kimi tanınması (FBK, Navalnının qərargahı, və s.) cinayət işləri, qoşunların bütün qonşu ölkələrdə yerləşdirilməsi.

Bütün bunlar Putin Rusiyasını Şimali Koreya yolu ilə aparan bir xəttdir. Gözləyirəm ki, orada tezliklə edam cəzasını qaytaracaq və “vətən xainlərini” məhv etməyə başlayacaqlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru