Özbəkistan ABŞ-ın “qara siyahı”sında
Tarix: 19-01-2018, 09:47 | Çap et
 Rəsmi Daşkənd ABŞ Dövlət Departamentinin, Özbəkistanı sistematik olaraq vətəndaşların dini azadlıqlarının pozulduğu ölkə kimi qələmə verməsini anlaya bilmir. Özbəkistan hökuməti yanında dini işlər üzrə komitənin müşaviri Behzod Kadırov bildirib ki, Dövlət Departamenti hesabatını dərc etməkdə tələsib. Belə ki, "pozucular” barədə məlumatlar USCIRF-in (dünya ölkələrində vicdan azadlığı ilə bağlı komissiya) ilin yekunları ilə bağlı hesabatına uyğun təqdim edilir. Bu hesabat isə yalnız apreldə hazır olacaq. Özbəkistan Müsəlmanlar İdarəsi hesab edir ki, ölkənin "qara siyahı”ya salındığı hesabat əvvəlki illərin informasiyaları əsasında hazırlanıb. Qeyd edək ki, Dövlət Departamenti yanvarın 5-də hazırladığı hesabatda dini azadlıqların məhdudlaşdırıldığı ölkələrin siyahısını dərc edib. Bura postsovet məkanından üç ölkə - Türkmənistan, Özbəkistan və Tacikistanın adı salınıb. Daşkənddə belə bir qiymətləndirilmə ilə qəti şəkildə razı deyillər. Qeyd edilir ki, bu sahədə ciddi və köklü dəyişikliklər mövcuddur. "Ötən il dini sahədə ciddi tədbirlər həyata keçirilib. Tək islamı əhatə edən səbəblər barədə danışacağam. Ötən il dövlət səviyyəsində Bəhai təriqətinin əsasını qoyan şəxsin 200 illiyi, Reformasiya hərəkatının 500 illiyi ilə bağlı tədbirlər keçirildi. Bu tədbirlərdə katolik və pravoslavlar, eləcə də ölkəmizdə akkreditə olunmuş ölkələrin səfirləri, o cümlədən ABŞ səfiri aktiv şəkildə iştirak etdilər. Daşkənddə olan patriarx Kirill qeyd edib ki, Özbəkistan dini tolerantlığın nümunəsi hesab edilə və bütün ölkələr üçün nümunə göstərilə bilər. Əvvəlki illərdə mən Dövlət Departamentinin bəyanatlarına ciddi reaksiya vermədim. Lakin ötən il bizim ölkəyə kimlər gəlmədi? Hamı öz gözləri ilə gördü ki, bizdə hansı proseslər yaşanır. Özləri monitorinq elədilər, insanlarla görüşdülər. Görüşlərinin sonunda müsbət dəyişikliklərdən danışdılar. İndi isə durub deyirlər ki, pozuntular mövcuddur”, -deyə Behzod Kadırov bildirib.
Yeri gəlmişkən, ötən il Özbəkistanda beynəlxalq missiyaların bir neçə heyəti olub – BMT insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn, BMT-nin insan haqları və dini azadlıqlar üzrə xüsusi nümayəndəsi Əhməd Şahid və USCIRF-in xüsusi nümayəndəsi Deniel Mark. B. Kadırov bildirib ki, Mark öz hesabatını dəqiqləşdirmək üçün Özbəkistan XİN-ə göndərib. Hesabatın mətni hələ dərc olunmayıb, Departament isə artıq siyahını dərc edib. Doğrudan da, Özbəkistanda dini azadlıqlarla bağlı vəziyyət müsbətə doğru dəyişir. Burada İslam Akademiyası yaradılır və tələbə qəbulu bu ildən aparılacaq. İslam Sivilizasiyaları Mərkəzi və imam Buxari və imam ət-Təbrizi adına Beynəlxalq Tədqiqat Mərkəzləri, əlavə olaraq regionlarda beş elmi məktəb açılıb. "Bütün bunlar islamın mahiyyətini gənclərə çatdırmaq, onları radikal ideyalardan uzaqlaşdırmağa yönəlib. Prezident Şavkat Mirzoyeyev dini sahədə liberallaşma tədbirlərini gücləndirmək məqsədilə qərarlar qəbul edib. İlk növbədə Həcc ziyarətinə gedənlər üçün kvota artırılıb - əvvəl bu rəqəm 5200 idisə, indi 7200-dir. Gələn ildən isə bu rəqəm 10 minə çatdırılacaq. Ötən il dövlət başçısı həbsxanalarda olan 16 min dindarı əfv edib. Noyabr ayından başlayaraq, bütün ölkə boyu səsgücləndiricilər vasitəsilə azan səslənir. Bütün bunları BMT-nin xüsusi məruzəçisi Əhməd Şahid də etiraf edib. Özbək ekspert bildirir ki, ölkə üçün islamlaşma və radikallaşma təhlükəsi zəif də olsa, gənclər ən zəif halqadır. Onları ekstremizmdən qorumaq üçün ideya gərəkdir - bu isə maarifçilikdən keçir. Quranın tədrisini həyata keçirmək, nəyin pis, nəyin yaxşı olduğunu hər bir gəncə başa salmaq gərəkdir. Əsas diqqət Rusiya və Qazaxıstanda çalışan əmək miqrantlarına ayrılmalıdır. Məhz onların radikalların təsiri altına düşmək təhlükəsi güclüdür. Bizim ideya və maarifçiliyimiz sağlam fikirləri onlara çatdırmaqdır. Gənclərin bir hissəsini itirməyə yol vermək olmaz”,- deyə ekspert vurğulayıb. Postsovet məkanı problemləri üzrə ekspert Zurab Toduanın sözlərinə görə, Özbəkistan radikallara qarşı mübarizədə böyük təcrübəyə malikdir. Və bu təcrübə Qərb ölkələrindən də tez toplanıb. Onun sözlərinə görə, "İslam Xilafəti”nə qarşı uğurlu əməliyyatları, eləcə də, 2005-ci ildə Əndicanda yaşananları misal çəkmək olar. "O zaman qonşu Qırğızıstandakı xaosdan istifadə edən radikallar Fərqanə vadisinə daxil olmuşdular. Əndicanda yaşanan hadisələr qan gücünə yatırılmışdı. Ən əsası, bu gün hakimiyyət sərt addımlarla yanaşı, dini rəhbərliyə də dəstək verir”, - deyə o, fikrini tamamlayıb. \\kaspi.az\\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00 |
|
|
|
| • Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59 |
|
|
|
| • Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57 |
|
|
|
| • 300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54 |
|
|
|
| • Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50 |
|
|
|
| • Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48 |
|
|
|
| • Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44 |
|
|
|
| • “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42 |
|
|
|
| • Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20 |
|
|
|
| • Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18 |
|
|
|
| • Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16 |
|
|
|
| • Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13 |
|
|
|
| • Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02 |
|
|
|
| • Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00 |
|
|
|
| • “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40 |
|
|
|
| • WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37 |
|
|
|
| • Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30 |
|
|
|
| • “Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24 |
|
|
|
| • Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19 |
|
|
|
| • İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16 |
|
|
|
| • Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04 |
|
|
|
| • Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
| • İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56 |
|
|
|
| • Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50 |
|
|
|
| • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38 |
|
|
|
| • Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34 |
|
|
|
| • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24 |
|
|
|
| • Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20 |
|
|
|
| • Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17 |
|
|
|
| • Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10 |
|
|
|
| • Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07 |
|
|
|
| • “Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02 |
|
|
|
| • Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01 |
|
|
|
| • "Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59 |
|
|
|
| • İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44 |
|
|
|
| • Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43 |
|
|
|
| • Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39 |
|
|
|
| • Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35 |
|
|
|
| • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31 |
|
|
|
| • "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25 |
|
|
|
| • Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18 |
|
|
|
| • 400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17 |
|
|
|
| • Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13 |
|
|
|
| • Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11 |
|
|
|
| • Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04 |
|
|
|
| • Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03 |
|
|
|
| • Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01 |
|
|
|
| • ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49 |
|
|
|
|