MDB QOŞUNLARI AZƏRBAYCANA QARŞI VURUŞACAQ
Tarix: 21-02-2012, 14:47 | Çap et
QARABAĞIN İŞĞALINDA İŞTİRAK EDƏN RUSLARDAN AZƏRBAYCANA HƏDƏ
DİA.AZ: - Böhran vəziyyəti yaranacağı təqdirdə Ermənistan bütün zəruri köməyi alacaq. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquq və öhdəliklərin sahib olan tam hüquqlu üzvüdür. Onun digər dövlətin kollektiv təhlükəsizliyini təmin etmək üçün öz imkanlarını səfərbərlik etmək öhdəliyi və müttəfiqlərindən eyni köməyi almaq hüququ var”.
Nikolay Bordyuja Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında situasiyanın böhran həddinə çatması zamanı KTMT-nin hansı addımları atacağı barədə sualı belə cavablandırıb. O bildirib ki, təşkilata üzv ölkələrdə böhran vəziyyətlərinin hansı formada inkişaf edə biləcəyini söyləmək mümkün deyil: “Qırğızıstanda olduğu kimi variantlar var, Belarusda, Rusiyada, Qazaxıstanda olan variantlar var. Hər şey bu və ya digər dövlətdə böhranın konkret formatından asılıdır. Qərarlardan buna əsasən qəbul olunur”.
Hər halda Azərbaycanın nəhayətdə Rusiya ilə bağlı siyasətinin bu mərhələyə qədər ifşa olunacağı şübhəli deyildi. Artıq ruslar rəsmən kimdən yana olduqlarını ortaya qoyurlar. əgər dünənə qədər, yəni 1-ci Qarabağ savaşı zamanı Rusiya qeyri-rəsmi olaraq erməni səngərində yer almışdısa, indi bu məsələni də rəsmiləşdiriblər.
Onu da bildrək ki, artıq Bakıdan Bordyujaya etriazlar gəlməkdədir. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja səlahiyyətlərindən kənar bəyanatlar verir”. Bunu millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.
"Belə təəssürat yaranır ki, Bordyuja rəhbəri olduğu təşkilatın nizamnaməsindən xəbərsizdir. KTMT üzv ölkələrin təhlükəsizliyini qorumaq üçündür, Dağlıq Qarabağ isə Ermənistanın ərazisi deyil. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Ermənistanın yaratdığı oyuncaq "Dağlıq Qarabağ Respublikası" bu gün nəinki dünya, heç Ermənistanın özü tərəfindən də tanınmır", - o deyib.
Mirzəzadə bildirib ki, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və danışıqlar da bu gün işğal olunmuş ərazinin qondarma rəhbərliyi ilə Azərbaycan arasında deyil, məhz Azərbaycanla Ermənistan arasında gedir.
"Ona görə də dəfələrlə KTMT-yə üzv ölkələrin, eləcə də təşkilatın rəhbərləri bildiriblər ki, söhbət Ermənistanın təhlükəsizliyindən gedir", - o deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan dünya tərəfindən tanınmış sərhədlərindən bir qarış da kənara çıxmaq fikrində deyil.
"Mən təəssüf edirəm ki, Rusiya kimi nəhəng bir ölkənin nümayəndəsi bu gün rəhbəri olduğu təşkilatın nizamnaməsindən kənar bəyanatlar verir. Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpağıdır", - Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün iki yolu var - diplomatik danışıqlar və hərb yolu. Azərbaycan bu gün hər iki yolun üzərində fəal surətdə işləyir və düzgün saydığı variantı qəbul edəcək.
"Bordyuja verdiyi bəyanata görə Azərbaycandan üzr istəməlidir. KTMT-nin rəhbəri üzv dövlətin işğalçılıq siyasətinə dəstək verirsə, buna qəti etiraz bildirmək lazımdır", - Mirzəzadə əlavə edib.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Azərbaycan bütün məsələləri ciddi araşdırdıqdan sonra hər hansı bir addımı atır.
"Kimin Ermənistan tərəfindən hansı çıxışı edəcəyi artıq 20 il ərzində bizə bəlli olub. Bu cür bəyanatların heç bir mənası yoxdur. Hazırlığımızı yüksək səviyyədə aparıb, müharibə zərurəti olarsa, həlledici zərbə vurmalıyıq. Kim dəstək verir, kim vermir, bunu düşünsək, gərək heç bir addım atmayaq. Ermənistanın cavabı nə vaxtsa verilməlidir, onları himayə edən dövlətlər müxtəlif vasitələrlə Ermənistana kömək göstərməyə çalışacaqlar. Azərbaycan da özünə müttəfiqlər tapmağı düşünməlidir. Yalnız Türkiyə yetərli deyil", - Mustafa bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? - AXI NİYƏ?..
Bu gün, 08:07 |
|
|
|
| • Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? - İTTİHAM VAR...
Bu gün, 08:04 |
|
|
|
| • Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
Bu gün, 07:55 |
|
|
|
| • Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:50 |
|
|
|
| • Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21 |
|
|
|
| • Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15 |
|
|
|
| • "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13 |
|
|
|
| • Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10 |
|
|
|
| • Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07 |
|
|
|
| • Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05 |
|
|
|
| • Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02 |
|
|
|
| • Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43 |
|
|
|
| • Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37 |
|
|
|
| • ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24 |
|
|
|
| • Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19 |
|
|
|
| • Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12 |
|
|
|
| • "Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08 |
|
|
|
| • Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02 |
|
|
|
| • Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52 |
|
|
|
| • Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45 |
|
|
|
| • Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12 |
|
|
|
| • MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05 |
|
|
|
| • Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55 |
|
|
|
| • Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43 |
|
|
|
| • Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05 |
|
|
|
| • Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59 |
|
|
|
| • Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40 |
|
|
|
| • “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36 |
|
|
|
| • Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30 |
|
|
|
| • Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40 |
|
|
|
| • İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38 |
|
|
|
| • Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
| • "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31 |
|
|
|
| • "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27 |
|
|
|
| • Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24 |
|
|
|
| • Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22 |
|
|
|
| • “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16 |
|
|
|
| • Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10 |
|
|
|
| • Deputatlar bu yay harada dincələcək? - SORĞU
Dünən, 17:09 |
|
|
|
| • Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Dünən, 17:01 |
|
|
|
| • Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Dünən, 16:52 |
|
|
|
| • Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Dünən, 16:40 |
|
|
|
| • Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
| • Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:32 |
|
|
|
| • DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Dünən, 16:27 |
|
|
|
| • Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Dünən, 16:19 |
|
|
|
| • Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Dünən, 16:17 |
|
|
|
| • Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Dünən, 16:04 |
|
|
|
|