DİA.AZ: - Hələ də Ukrayna dalanından çıxa bilməyən Rusiyanın Avrasiya İttifaqı yolunda çox ciddi səddlərlə üzləşməsi faktdır. Doğrudur, bir neçə gjün əvvəl bu barədə danışan Rusiya prezidenti Vladimir Putin В«şiroko şaqatВ» eləməsi barədə və Ermənistanla Qırğızıstanın da Avrasiya Birliyinin embrionu hesab olunan Gömrük İttifaqına qoşulmaları üçün müvafiq prosedurları keçməsi barədə danışdı. Lakin ortalıqdakı fakt tamam fərqli bir mənzərədən, fərqli bir ovqatdan xəbər verməkdədir. Kreml hətta keçmiş SSRİ məkanında belə ciddi çətinlik çəkdiyini sezməmək mümkün deyil.
Hər halda, bu gün Putinin В«Ermənistan və Qırğızıstan Gömrük İttifaqına qoşulurВ» kimi açıqlama verm əklə özünə təskinlik qazanması onun zəifləmiş durumundan xəbər verir. Doğrudur, bu gün Yanukoviç bütün təlimatlara uyğun olaraq, Kiyevdə Avropa yandaşlarının etirazlarını bacardığı qədərində boğmaqdadır. Amma Avropa tərəfdarları da dirəniş göstərir. Və Putinin Ukraynadakı mühiti Ermənistan və yaxud da Belorusiya ilə eyni tutması onun Kiyev planlarını çox gərgin səviyyəyə gətirir.
Amma təbii ki, burada Kremlin ənənəvi israrçı mövqeyi nəzərə alınmalıdır. Yəni Avropa nə qədər Ukraynada möhkəmlənməyə çalışsa da, Rusiya bir o qədər də sərt tövrünü nümayiş etdirəcək. Bu, danılmaz faktdır. Və Avropanın qəpik-quruşunun müqabilində Rusiyanın yağlı milyardları nəhayət Ukraynanın müqavimətini qıra bilər. Burada ən mühüm faktor isə Rusiyanın ənənəvi В«ruskaya tupostВ» siyasətinə əl ata bilmə ehtimalıdır.
Söhbət heç bir siyasi nəzəriyyəyə uymayan TARİXİ RUS REAKSİYASINDAN gedir. Yəni ruslar kimsənin gözləmədiyi şəkildə hətta Ukraynana hərbi qüvvə də yeridə bilərlər. Buna artıq bütün dünya Gürcüstan müstəvisində şahidlik edib. Doğrudur, bu gün Gürcüstan Rusiyadan xeyli aralı görünür. Amma Rusiyanın Gürcüstanın içində oturması faktı da var ki, bunu kimsə inkar edə bilməz. Nə gürcülər parçalanmış Gürcüstanla Avropaya çıxmaq istəməzlər, nə də Avropa parçalanmış Gürcüstanı içinə alıb, Rusiyanı Avropanın hüdudlarına işğalçı kimi girməsini rəsmiləşdirə bilməzlər.
Yəni hələlik ortalıqdakı vəziyyət keçmiş sovet məkanı uğrunda Avropa ilə Rusiyanın acımasız savaşının getməsini anlatmaqdadır.
Bu müstəvidə Azərbaycanın yeri hardadır? Hər halda, rəsmi Bakı sözügedən prosesdə daha çox ərköyün uşağa bənzəyir. Və onu kimsə nə incidə bilmir, nə də özünə ram etməyi bacarmır. Elə buna görə də Azərbaycanın mövqeyi digər keçmiş SSRİ ölkələri ilə müqayisədə daha əlverişlidir. Yəni məsələn, əgər düşmən Ermənistan Gömrük İttifaqına qoşulması ilə yalnız ənənəvi rus himayəsini qoruyub saxlamaqla yetinməlidirsə, onlardan fərqli olaraq Azərbaycanın belə bir cameədə təmsilçiliyə razılıq verməsi rəsmi Bakının nələrisə əldə etməsilə müşaiyət olunacaq.
Və artıq bu barədə də yetərincə bilgilər verilib. Söhbət Dağlıq Qarabağ probleminin həllində Rusiyanın Azərbaycanın yanında dayanmasından gedir. Daha doğrusu, Rusiyanın Ermənistanın yanındakı ənənəvi mövqeyindən bir balaca çəkinməsindən gedir. Və bu bir balaca geri çəkilmə yetərlidir ki, Azərbaycanın Dağlıq Qarabağdakı maraqları təmin olunsun. Təbii ki, Rusiya burada Ermənistanı tam olaraq incitməməsi üçün Azərbaycandan da nələrisə qoparmağı düşünür.
Bu barədə məlumatlı mənbələrdən ilginc xəbərlər almışıq. DİA.AZ-a açıqlama verən mötəbər mənbə iddia edir ki, bu günlərdə jürnalistlərə açıqlamasında В«ermənilər Azərbaycan tərəfə bir az əyilsələr, ciddi şəkildə faydalana biləcəklərВ» şəklində açıqlama verən Azərbaycanın baş nazirinin müavini Əli Həsənovun açıqlaması qəribçiliyə salınmamalıdır: В«Bu gün Rusiya çalışır ki, Azərbaycan da Qarabağdakı ermənilərə əlahiddə status tanısın. Bu təxminən yarımmüstəqilliyə bərabər olan bir hüquqdur. Təbii ki, rəsmi Bakı buna razı olmayacaq. Amma Rusiya istənilən halda İrəvanla Bakını barışdırmağı düşünür. Hər halda, müharibə şəraitində olan iki ölkənin eyni gömrük qanunları ilə yaşaması imkansızdır. Hətta eyni ittifaqda yaşamaları bir yana qalsınВ».
Mənbə iddia edir ki, bu günlərdə Rusiya tərəfi Azərbaycana Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi bir təklif yollayacaq: В«Bu barədə ilkin söhbətlər aparılıb. Rusiya yekun barışıq sənədini hazırlayır və bu sənədin hazırlanmasından həm Bakıda və həm də İrəvanda xəbərdardırlar. Qərb üçün bu sənəd sürpriz olacaq. Çünki onlar prosesdən kənardadırlar. Bununla Rusiya böyük uduş əldə edə bilər və həm də Cənubi Qafqaz regionunun ən azından qarşıdakı 50 il üçün əsas söz sahibi ola bilərВ».
Həmin sənəddə əks olunan əsas fikir isə Qarabağ probleminin hər iki tərəfi maksimum qane edə biləcək şərtlər daxilində həllidir. Təbii ki, indiki açıdan bu, imkansız kimi görünür. Amma Qarabağ probleminin həlli açarını illərdir cibində gəzdirən Rusiya üçün bu imkansızlıq ən asan və ən sıradan işlərdən biri təsirindədir…








