Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                     İxracdan ən çox qazanan Azərbaycan şirkətləri .....                     Şikayətlər artır, həll isə yoxdur: .....                     Bakıda toyda DƏHŞƏT: .....                     45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi .....                     “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi .....                     Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib .....                     “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı .....                     Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                 

"RÜSTƏM İBRAHİMBƏYOV YENİ BİRLİK YARADA BİLƏR"
Tarix: 13-12-2013, 12:34 | Çap et
"RÜSTƏM İBRAHİMBƏYOV YENİ BİRLİK YARADA BİLƏR"
Müsavat Partiyasının (MP) sədri İsa Qəmbərin kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şuranın (MŞ) fəxri sədri seçilməsinə etiraz etməsi onun rəhbərlik etdiyi təşkilatın bu qurumdan çıxma ehtimalını gündəmə gətirib. Sözügedən məsələ həm partiyalar, həm də sosial şəbəkədə müsavatçı və cəbhəçi gənclər arasında geniş müzakirələrə, qarşılıqlı təhqirlərə səbəb olub. Bu günlərdə isə belə bir məlumat yayılıb ki, MP-nın ikitərəfli məsləhətləşmələr çərçivəsində AXCP ilə görüşü planlaşdırılıb. Ehtimal olunur ki, MP dəyişilməz tələbini irəli sürməklə, ya R.İbrahimbəyovun fəxri sədrlikdən uzaqlaşdırılmasını, ya da MŞ-da həmsədrlik institutunun yaradılaraq oraya İ.Qəmbərin və Əli Kərimlinin təyin olunmasını istəyəcək. Bəzi ekspertlər bu görüşün səmərə verəməyəcəyi, nəticə olaraq MP-nin MŞ-dan gedəcəyi qənaətindədirlər. Onların fikrincə, MP-nin MŞ-dan çıxıb-çıxmaması seçimi qarşısında qalmasında AXCP rəhbərliyinin böyük rolu var. Belə ki, Ə.Kərimli ilə İ.Qəmbər arasında əzəldən fikir ayrılığı olduğundan AXCP rəhbəri hələ MŞ yaradılarkən bu quruma MP-nın da üzv olmasını qıcıqla qarşılayıb. Hətta AXCP-nin daxili iclaslarından birində Ə.Kərimli MP-nın MŞ-da təmsil olunmasının əleyhinə olduğunu bəyan edib. İndiki şəraitdə isə Müsavatın MŞ-dan çıxmasına şərait yarandığından, Ə.Kərimlinin bu şansı əldən verməyəcəyi bildirilir. Müxalifət cəbhəsində baş verən hadisələr, Milli Şuranın aqibəti, Müsavat Partiyasının qurumdan uzaqlaşması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırır.

- Milli Şura daxilindəki son hadisələri necə qiymətləndirirsiniz?
- Əslinə baxsaq, Milli Şurada elə də ciddi hadisə baş verməyib. Milli Şura prezident seçkiləri üçün nəzərdə tutulmuş və bu seçkilərin mahiyyətinə uyğun təşkilatlanmış bir qurum idi. Onun bütün vəzifələri, təşkilatdakı bütün insanların münasibəti də prezident seçkilərinə hesablanmışdı. Artıq bu mərhələ arxada qalıb. Qarşıdan isə parlament seçkiləri gəlir. Bu da prezident seçkilərindən tamamilə fərqli proses olduğuna görə Milli şuranın Nizamnaməsinin, təşkilatlanmasının, oradakı münasibətlərin dəyişdirilməsi zərurəti yaranıb. Müsavat Partiyasının cəhdi də məhz bununla bağlıdır ki, Milli Şurada prezident seçkilərinə hesablanmış təşkilati struktur parlament seçkilərinə hesablansın. Bəzi qüvvələr bunu qəbul etmir. Görünür, onların maraqları yeni təşkilatlanmada təmin olunmur. Ona görə də əvvəlki konservativ qaydada prezident seçkilərinə hesablanmış Milli Şuranı saxlamaq istəyirlər. Bu gün Milli Şurada müşahidə olunan ziddiyyət bundan ibarətdir. Yəni, prezident seçkiləri üçün yaradılmış təşkilatı parlament seçkiləri üçün yararlı quruma çevirmək. Müsavat Partiyası bu çevrilmənin tərəfdarı, digərləri isə əleyhdarlarıdırlar. Əgər Müsavatın təklifləri nəzərə alınmayacaqsa, Milli Şura onsuz da ayaq tutub yeriyə bilməyəcək, tərkibindəki qüvvələri parlament seçkilərinə doğru apara bilməyəcək. Çünki, Müsavat xaric, yerdə qalan qüvvələrin daxilində o qədər ziddiyyətlər var ki, onlar yalnız bir məsələdə razılaşa bilərlər. Bu da vahid namizəd məsələsidir. Lakin 125 namizəd məsələsində onlar ortaq mövqeyə gələ bilməyəcəklər. Parlament seçkiləri öncəsi rəqabət imkanı daha da artacaq. Bu isə həmin yerlər uğrunda mübarizəni daha da kəskinləşdirəcək, amansız müstəviyə keçirəcək.

- Şura üzvləri Eldar Namazovun öz vəzifəsindən istefasını, eks-spiker Rəsul Quliyevin qurumdan uzaqlaşdırılmasını necə qarşıladınız?
- Bu qərarları normal qarşılayıram. Əslində, Rəsul müəllimin özü də Milli Şuradan uzaqlaşmaq istəyirdi. Partiyası olmayandan sonra tək Rəsul müəllim parlament seçkilərində nə edəcəkdi ki? O, yalnız prezident seçkilərində bu şəkildə iştirak etməkdə maraqlı idi. Eyni zamanda Milli Şuradakı qüvvələrin də Rəsul bəylə əlaqəli mövqeyi anlaşılandır. Çünki eks-spikerin bəyanatları, açıqlamaları, fikirləri onları qane etmirdi.

- Müsavat başqanı İsa Qəmbər açıq şəkildə R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasına qarşıdır. Bunu həmin şəxsin başqa ölkə vətəndaşı olması ilə əlaqələndirir. Bu, əsaslı və səmimi arqumentdirmi?
- Bütün bunlar bəhanədir. Yaşananların iki əsas səbəbi var. Birincisi Rüstəm İbrahimbəyovun Müsavatla digər qüvvələrə olan münasibətindəki ayrı-seçkilikdir. Açıq-aşkar hiss olunur ki, Rüstəm bəy Müsavata tamam fərqli yanaşır. Bunu onun son açıqlamalarından da hiss etmək olar. O, deyir ki, Müsavat Milli Şuradan gedirsə-getsin, bununla heç nə dəyişməyəcək və sair. Ardınca da Milli Şuradakı digər qüvvələrlə daha sıx əməkdaşlıq edir. İkincisi isə Müsavatın öz fəaliyyətini, hərəkətini əsaslandırmaq cəhdi, Rüstəm İbrahimbəyova münasibətidir. Qarşılıqlı olaraq bir-birinin əleyhinə çıxırlar.

- Doğrudan da onlar arasındakı münasibət əvvəlcədən belə idisə, prezident seçkiləri öncəsi niyə bu səviyyədə hiss olunmurdu?
- Prezident seçkiləri ərəfəsi bəzi qüvvələr Milli Şuraya böyük ümidlərlə yanaşırdılar. Onlar elə hesab edirdilər ki, Rusiya Milli Şuraya dəstək verəcək, nəticədə ciddi dəyişikliklər olacaq. Ehtimal olunan dəyişikliklərdə Müsavat Partiyası öz maraqlarını görürdü. Ona görə də Müsavat Rüstəm İbrahimbəyov məsələsinə göz yumurdu. Digər tərəfdən, həmin ərəfədə Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün aidiyyəti qurumlara müraciət etmişdi. İsa Qəmbər başda olmaqla Müsavat Partiyası da bütün bu proseslərin sonunu gözləyirdi. İndi məlum olur ki, Rüstəm bəy nə özü Rusiya vətəndaşlığından çıxmaq istəmir, nə də qarşı tərəf belə bir addım atmaq niyyətində deyil. Proses başa çatdığına görə Müsavatın da Rüstəm İbrahimbəyovla bağlı gözləmə mövqeyi başa çatmalı idi. İndi faktiki olaraq, həmin vəziyyətdir. Müsavat Rüstəm bəyin ikili vətəndaşlığı ola-ola Milli Şuraya fəxri sədrlik etməsini yolverilməz sayır. Bunlarla yanaşı, Azərbaycanda prezident seçkiləri sona çatdığı üçün Rusiyanın bu ölkəyə təsir imkanları da azalıb. Söhbət yalnız Rüstəm İbrahimbəyov şəxsiyyətindən gedə bilər. Müsavatın mövqeyinin indi ortaya çıxmasına səbəb onun parlament seçkiləri ilə əlaqədar tələb etdiyi reformaların elementidir.

- R.Quliyev, E.Namazov və L.Şövkət kimi insanların R.İbrahimbəyov ətrafında cəmləşərək yeni birlik yaratma ehtimalı nə dərəcədə doğrudur?
- Bu da ola bilər. Çünki həmin qüvvələr müəyyən bir məqsəd üçün formalaşıblar. Güman ki, Müsavat Partiyasına əks cəbhədə də mövqeləşmə olacaq. Həmin adamların bir araya gəlməsi də parlament seçkiləri ilə əlaqədardır ki, seçki öncəsi müəyyən bir güc kimi çıxış etsinlər.

- Milli Şuranın son prezident seçkilərində Azərbaycan müxalifətinin seçkidə iştirakını təmin etməsi, mənəvi qələbə qazanması fikri ilə razılaşırsınızmı?
- Bu barədə fikirləri Milli Şura üzvləri deyirlər. Milli Şura üzvləri öz aləmlərində bizim partiya sədri kimi prezident seçkilərində iştirakımızı saymırlar. Onlar özlərini əsl müxalifət, bizləri isə düşmən hesab edirlər. Buna əsas kimi isə onlardan fərqli mövqe ortaya qoymağımızdır. Milli Şura Azərbaycandakı ictimai-siyasi hadisələrə, prezident seçkilərinə yanaşmada ortaya qoyduğu radikal münasibətin fonunda bizim mövqeyimizi qəbul etmir. Amma fakt budur ki, Milli Şura müxalifəti bir araya gətirə bilmədi. Halbuki, müxalifət Cəmil Həsənlinin, İqbal Ağazadənin və mənim simamda 3 nümayəndə ilə prezident seçkilərində təmsil olundu.

- Yəqin ki, “Azadlıq” radiosunun canlı efirində İ.Qəmbərin Xədicə İsmayılovanın “İşdən sonra” verilişindəki açıqlamalarından da xəbərdarsınız. Müsavat başqanının orada söylədiyi fikirləri necə qarşıladınız?
- Mən özüm də dəfələrlə “Azadlıq” radiosunun qonağı olmuşam. Bir şeyi müşahidə etmişəm ki, bu radionun əməkdaşları əvvəlcədən özləri suallar hazırlayırlar. Sonra isə bu sualları guya ki, ictimaiyyət nümayəndələri verir deyə, müsahibə yönəldirlər. Bəzi partiya liderləri qabaqcadan bir-iki nəfəri kompyuter arxasında otuzdurub sifarişli suallar yazır, onun monitora çıxmasına şərait yaradırlar. Çünki onlar özləri əvvəlcədən kimin orada sualları cavablandıracağını bilirlər. Hətta elə olub ki, veriliş çərçivəsində bir sualı bir neçə dəfə mənə veriblər. Gün ərzində sual əks olunan çoxsaylı mesajlar verilişə göndərilsə də, onlar arasından yalnız öz məqsədlərinə uyğun olanı efirə oxunur. Ümumiyyətlə, “Azadlıq” radiosu əməkdaşları qərəzli mövqe nümayiş etdirirlər. Bu barədə şəxsən Xədicə İsmayılovaya, eləcə də radionun digər əməkdaşlarına öz iradımı dəfələrlə çatdırmışam. Oradakıların böyük əksəriyyətinin AXCP sədri Əli Kərimliyə simpatiyası var. Bunu heç kimdən gizlətmirlər. Ona görə də Əli Kərimliyə əks olan şəxsi, qüvvəni efirdə biabır etməyə çalışırlar. Xədicə xanım verilişdə jurnalistdən daha çox AXCP-nin bir nümayəndəsi kimi özünü aparır. Axı, jurnalistin vəzifəsi, məqsədi bu, deyil. Jurnalistin vəzifəsi məlumatı xalqa çatdırmaqdır. Həmin məlumatda həqiqətin harada olduğunu xalq özü tapmalıdır. Bunlar isə xalqa yalnız özlərinin doğru bildiklərini həqiqət adı ilə çatdırırlar. Sözügedən verilişdə Xədicə xanım İsa Qəmbərə sual verir, amma onun öz fikirlərini çatdırmasına şərait yaratmır. Jurnalist İsa Qəmbərin haqsız olduğunu sübut etməyə çalışır. Müsahibə götürən jurnalist məhkəmə deyil ki, kimin haqlı, kimin haqsız olduğunu diqtə eləsin. Onun vəzifəsi mövqeləri qərəzsiz şəkildə xalqa çatdırmaqdır. Nəyin həqiqət olub-olmadığını tamaşaçı, dinləyici, oxucu özü müəyyənləşdirməlidir. Amma Xədicə İsmayılova tərəf kimi həmin verilişdə Müsavat başqanı ilə siyasi diskussiyaya girmişdi.

- Milli Şuranın aqibətini necə proqnozlaşdılrırsınız?
- Milli Şuranın perspektivi prezident seçkilərindən əvvəl Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilməməsi ilə müəyyən olunub. İndi təzədən perspektivdən danışmağa dəyməz. O zaman ümid var idi ki, Rüstəm bəy Azərbaycana gələcək və hansısa ciddi dəyişikliklər olacaq. Lakin bu ümidlər özünü doğrultmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Dünən, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Dünən, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Dünən, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Dünən, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Dünən, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Dünən, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Dünən, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Dünən, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Dünən, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Dünən, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Dünən, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Dünən, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Dünən, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Dünən, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru