
Azərbaycanın işğal olunmuş Laçın rayonu wikipedia.org saytında Qondarma "Laçın Kürd Respublikası" kimi təqdim olunub.
Avropa.info xəbər verir ki, sayta yerləşdirilmiş ingilis dilində olan mətndə Qondarma "Laçın Kürd Respublikası" haqqında məlumat yerləşdirilib. Həmin informasiyanı təqdim edirik:
""Laçın Kürd Respublikası" 1992-ci il mayın 20-də təsis edilib. Bu tarixdən cəmi iki gün sonra Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən zəbt edilərək yandırılmış və Dağlıq Qarabağ müharibəsinin davam etdiyi müddətdə rayonun yerli əhalisi zorla çıxarılmış və məhv edilmişdi. "Kürd Respublikası"nın yaradılması ideyası Laçın dəhlizini Dağlıq Qarabağa birləşdirən strateji vacib əlaqə hesab edən ermənilər tərəfindən planlaşdırılaraq 1920-ci ildə yaradılmış Qırmızı Kürdistanın mahiyyətcə davamı idi. Buna baxmayaraq işğal zamanı Laçının az saylı kürd əhalisi də azərbaycanlılarla bərabər qaçqın kimi ölkənin başqa rayonlarında sığınacaq tapdılar. Beləliklə də, Kürd Respublikasını yaratmaq üçün İrəvan bələdiyyə orqanlarının təşkilatçılığı ilə bir dəstə kürd gənc və ziyalıları (təxminən 70 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçına gətirilimişdi. Bu mənzərə respublikanın təsisatından daha çox toy mərasiminə bənzəyirdi. İki avtobus ziyarətçiyinin elan etdiyi respublikanın təməlində heç bir real dövlət yaranmadı və Laçın kürdlərin əvəzinə uzun müddət ərzində qismən erməni əsilli əhali ilə doldurulurdu. Mətbuatın yazdığına görə, qondarma respublikanın baş naziri Vəkil Mustafayev Sovet hakimiyyəti illərində Mərkəzi Asiyada KGB-də baş zabiti rütbəsində çalışmışdı. Ş.Mustafayev Özbəkistana sürgün edilmiş ailədə anadan olmuşdu. Onun həyat yoldaşı isə Sovet ordusunda zabit kimi qulluq göstərirdi. Şərəfi Əşir qondarma respublikanın baş nazir müavini təyin olunmuşdu; kabinetin digər üzvləri Karlan Çaçani Mədəniyyət naiziri, Emerikə Sərdar isə İnformasiya naziri postlarını tutmuşdular. Beş il sonra E.Sərdar bunları yazırdı: “Biz çox yaxşı bilirdik ki, ermənilər bu torpaqları bizə verməyəcəkdilər. Və biz heç vaxt kürdləri müharibə səbəbilə boşalmış bu ərazilərə gəlib yerləşdirməyə inandıra bilməyəcəkdik. Biz Laçına tarixdə sadəcə bir bənd açmaq üçün getmişdik."
Məlumatda həmçinin qeyd olunur ki, Qondarma respublika dağılandan sonra Vəkil Mustafayedə əvvəlcə Krasnoda qaçır, bir müddət sonra isə İtaliyada sığınacaq alır.
HƏMİN MƏLUMATLARI BURADAN OXUYUN








