Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                     İxracdan ən çox qazanan Azərbaycan şirkətləri .....                     Şikayətlər artır, həll isə yoxdur: .....                     Bakıda toyda DƏHŞƏT: .....                     45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi .....                     “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi .....                     Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib .....                     “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı .....                     Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                     İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? .....                     Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək .....                 

AYAZ MÜTƏLLİBOV ŞOK FAKTLARI AÇIQLADI
Tarix: 21-11-2013, 12:41 | Çap et
AYAZ MÜTƏLLİBOV ŞOK FAKTLARI AÇIQLADI
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 22 il əvvəl Qarabağ səmasında ermənilər tərəfindən vurulmuş vertolyot barədə virtualaz.org-a müsahibə verib. DİA.AZ moderator.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Qarakənd faciəsindən 22 il keçdi. Bu terror aktı nəticəsində sizin komandanızın praktiki olaraq bütün üzvləri həlak oldu. Əsas sualdan başlayaq: bu, kimə sərfəli idi?

- Bu, Azərbaycan ərazisində 90-cı illərin əvvəllərində həyata keçirilmiş ən irimiqyaslı terror aktı idi. Nəticədə mən demək olar ki, bütün komandamı itirdim və əlbəttə ki, dövlət başçısı kimi bu, mənə böyük zərbə oldu. 1991-ci il müstəsna il idi. Biz həmin il uğurlu “Həlqə” əməliyyatı keçirmişdik, ermənilərin Dağlıq Qarabağda və ona bitişik Azərbaycan rayonlarında sıx yaşadıqları ərazilərdə qanunsuz silahlı birləşmələri tərksilah etmişdik. Bu, birinci versiyadır. Lakin ikinci, geosiyasi versiya da var. Azərbaycan zəngin resurslara malik mühüm ölkədir və mümkündür ki, hansısa qüvvələrə burada vəziyyəti nəzarətdən çıxarmaq lazım idi. İstənilən halda bu, mənə və dövlətə qarşı yönəlmiş əsl terror aktı oldu.

- Dağlıq Qarabağa yola düşməzdən əvvəl onlar sizdən icazə almışdılar?

- Tofiq Kazımoviç İsmayılov onda dövlət katibi idi və Ağdamda regional müşavirə keçirməyi planlaşdırırdı. Faciəyə bir gün qalmış MDB-nin Kiyev sammitindən qayıtmışdım. Protokola görə, aeroportda məni rəsmi şəxslər, o cümlədən Tofiq İsmayılov qarşıladı. O, mənə dedi ki, noyabrın 20-də Ağdamda ətraf rayonların icra başçılarının iştirakı ilə müşavirə keçirməlidir. O, bu müşavirədən sonra münaqişə zonası üzərindən vertolyotla uçmağı planlaşdırırdı. Lakin mən buna qətiyyən icazə vermədim. Başa düşürdüm ki, bu necə təhlükəlidir. Biz razılaşdıq ki, o, Ağdama yola düşsün, orada müşavirə keçirsin və qayıtsın. Bu zaman ona dedim ki, həmin gün axşam mənim də müşavirəm var və axşama hökmən Bakıya dönməlidir. Bundan sonra biz ayrıldıq. Sonra eşitdim ki, Ağdamdakı müşavirədə hansısa mübahisə yaranıb və onlar həmin mübahisənin səbəblərini yerində aydınlaşdırmaq üçün vertolyota oturub və ora gediblər. Və həmin Qarakənd üzərində bu faciə baş verib.

- Belə versiya irəli sürülürdü ki, bu faciədə keçmiş səhra komandiri “Qatır Məmməd” də günahkardır. Hansı ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə onu həbs etdilər və həbsxanada müəmmalı şəraitdə öldü. Siz bu barədə nə deyərdiniz?

- Bəli, mən də bu barədə eşitmişəm, lakin onun günahını təsdiq edə biləcək faktım yoxdur. Bununla belə bilirəm ki, o, yerli özünümüdafiə dəstəsinə rəhbərlik edirdi, Xalq Cəbhəsinin üzvü idi. Üstəlik həmin vaxt mənə bu cinayət işini sona çatdırmağa imkan vermədilər.

- Bu faktın araşdırılmasını o zaman siz Tamerlan Qarayevə həvalə etmişdiniz. Niyə?

- Mən bu cinayətin araşdırılmasını ona həvalə etməmişəm. Sadəcə olaraq xahiş etmişəm ki, ağdamlı kimi bu işin araşdırılmasında Dövlət Komissiyasına yardım etsin. Bundan əlavə, komissiyada hökumətin, Müdafiə və Daxili İşlər nazirliklərinin nümayəndələri yer alırdı. Həmçinin mən Qarabağ hərbi dairəsi yaratdım və onun rəhbərliyinə Tahir Əliyevi təyin etdim. Tamerlan Qarayevə isə tapşırdım ki, ona kömək etsin. Qarayev isə oradan komissiyanın işi ilə bağlı mənə hansısa teleqramlar göndərirdi. Təəssüf ki, o vaxt bir çox məmurların iş üslubu belə idi.

- Vertolyotun “qara qutusu” niyə Bakıda saxlanılmadı və Moskvaya göndərildi?

- Ona görə ki, Azərbaycanda “qara qutu”nu oxumaq üçün aparat yox idi. Biz onu Moskvaya göndərdik, ancaq oradan bildirdilər ki, “qara qutu” çox zədələnib və onu oxumaq mümkün deyil. Bir sözlə, bu işdə çox suallar var və cavablarını istintaq verməlidir. Mən isə bu istintaqı yekunlaşdıra bilmədim.

- Bu faciəyə ay yarım qalmış Məhəmməd Əsədovu daxili işlər naziri vəzifəsindən kənarlaşdırmışdınız. Bunun səbəbi nə idi?

- Birincisi, mən onu kənarlaşdırmamışdım, əksinə, özümə yaxınlaşdırmışdım. (Məhəmməd Əsədov dövlət müşaviri təyin edilmişdi-red.). İkincisi, mənim onunla bağlı böyük planlarım vardı, təəssüf ki, bunlar reallaşmamış qaldı.

- Faciədən sonra müdafiə naziri Valeh Bərşadlını da işdən azad etdiniz...

- Mən onu işdən azad etmədim, özü istefa verdi. Azərbaycan dilini bilmədiyi üçün onu sadəcə olaraq ələ salırdılar. Bərşadlı kadr zabiti idi, Rusiyada və Almaniyada xidmət etmişdi. Ancaq bizim cəbhəçilər - müxalifətçilər onu ələ salırdılar. Həmin demokratik özbaşınalıq şəraitində hadisələr belə cərəyan edirdi.

- Bu faciənin qarşısını ala bilərdinizmi?

- Əgər mənə imkan versəydilər, çox şeyin qarşısını ala bilərdim. Mən onda Qarabağ probleminin həllinə yaxın idim, lakin buna imkan vermədilər və mənə təzyiq göstərdilər. Ancaq mən vəzifədən yapışmadım, çünki mənim postum bir vətəndaşın belə həyatına dəyməzdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Bu gün, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Bu gün, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Bu gün, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Bu gün, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Bu gün, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Bu gün, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Bu gün, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Bu gün, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Bu gün, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Bu gün, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Bu gün, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Bu gün, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Bu gün, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Bu gün, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Bu gün, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Bu gün, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Bu gün, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Bu gün, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Bu gün, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Bu gün, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Bu gün, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Bu gün, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bu gün, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Bu gün, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Bu gün, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Bu gün, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Bu gün, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Bu gün, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Bu gün, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Bu gün, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Bu gün, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Bu gün, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Bu gün, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Bu gün, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Bu gün, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Bu gün, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Bu gün, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Bu gün, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Bu gün, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Bu gün, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Bu gün, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Bu gün, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Bu gün, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Bu gün, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Bu gün, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Bu gün, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Bu gün, 12:10
Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 12:04
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru