Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                     İran ABŞ qarşısında yeni şərt irəli sürdü: .....                     AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                     Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi .....                     Burda rəsmən bazar açıblar... .....                     Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var .....                     Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı .....                 

KİÇİK BİR KƏNDƏ RUSİYADAN 5 MEYİT GƏLİRSƏ...
Tarix: 25-10-2013, 17:21 | Çap et
KİÇİK BİR KƏNDƏ RUSİYADAN 5 MEYİT GƏLİRSƏ...
Ötən həftə iqtisadi gündəmi bir mövzu zəbt etdi - Rusiyadakı azərbaycanlıların aqibəti və bu ölkəyə kənd təsərrüfatı məhsullarının aparılmasında yarana biləcək problemlər. Oktyabrın 13-də bir rus vətəndaşının öldürülməsində azərbaycanlı Oqtay Zeynalovun şübhəli kimi diqqətə gəlməsi Rusiyada miqrantlara qarşı münasibəti kəskinləşdirdi. Lakin bu mövzu bu sətirlərin müəllifi üçün daha bir məsələ ilə gündəmdə oldu.

İki ay əvvəl müqavilə ilə Rusiyaya tikinti işində çalışmağa gedən sinif yoldaşım Hacıyev Samir hündürlükdən yıxılaraq dünyasını dəyişdi. Onun nəşi oktyabrın 14-də kəndimizə gətirilərək dəfn edildi. Lakin Samirin ailəsinə üz verən faciə bununla bitmir. Atası Məmməd dayı oğlunun tikintidən yıxılması xəbərini alanda komaya düşmüşdü və bir neçə gün əvvəl onun da dünyasını dəyişməsi xəbərini aldım. Bu, Rusiyaya işləməyə gedən və orada qəza nəticəsində həyatını itirən, həmçinin oğlunun dərdinə dözməyərək dünyasını dəyişən ikinci həmkəndlim idi. Təxminən 10-12 il əvvəl elə Samirgillə qonşuluqda yaşayan Afəddinin də Rusiyadan meyiti gətirilmişdi. Atası Əli dayı oğlunun ilinə qalmadı. Elə ondan az sonra 3 qız atası Hüseyn dayı müharibə vaxtı könüllü qoşulduğu Milli Ordu sıralarından tərxis olunaraq Rusiyaya işləməyə getdi. Gedişindən heç bir ay keçməmiş onun da meyiti gəldi. Bir neçə il əvvəl Şəmsəddin, ondan sonra Cəbrayıl Rusiyada öldürüldü. Cəbrayılın atası da oğlunun dərdinə dözməyərək ondan sonra yaşadığı il yarımı yataqda keçirdi. Balaca bir kənd üçün 5 ölü az deyil. Heç Qarabağ müharibəsi bu qədər şəhid ala bilməmişdi kəndimizdən. Cəmi iki nəfər şəhidimiz var...

Rusiyaya bir parça çörək arxasınca gedib orada bu və digər səbəblərdən dünyasını dəyişən insanlarımızın sayının ilbəil artması, eyni zamanda son günlər bu ölkədə miqrantlara qarşı münasibətin sərtləşməsi deməyə əsas verir ki, vəziyyət ciddidir. Bəs insanlarımızı ölkəyə gətirməyin yolu nədir? Bunun üçün hansı tədbirlərə ehtiyac var? Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatı inkişaf edir, iş yerlərinin sayı artır. Belə olan təqdirdə, xaricdə, xüsusilə də Rusiyada yaşayan vətəndaşlarımız niyə geri qayıtmırlar? Bir sıra ekspertlər hesab edirlər ki, Rusiyada olan azərbaycanlıların geri gəlməsi ölkəyə saysız problemlərin gəlməsi demək olacaq. Miqrantlar ölkəyə özləri ilə çoxsaylı sosial-iqtisadi problemlər gətirəcək.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, Vahid Əhmədov miqrant axınının çox ciddi problem olduğunu deyir: “Azərbaycan Rusiya münasibətləri son vaxtlar bir qədər yumşalmışdı. Hətta cənab Putinin Azərbaycana səfərindən sonra bir sıra müqavilələr də imzalandı. Və elə də ciddi problem yox idi. Amma son vaxtlar görünür, Avrasiya Gömrük İttifaqının Azərbaycana daxil olmaması ilə əlaqədar məsələ həddindən artıq ciddiləşib. Amma yenə də adi bir məsələni şişirdiblər”. Millət vəkilinin sözlərinə görə, Rusiyanın özündə neçə nəfər Azərbaycanlı öldürülüb, amma heç bir ajiotaj olmayıb: “Bir nəfər rusun öldürülməsi ilə əlaqədar olaraq, azərbaycanlı Orxan Zeynalovu hansı vəziyyətdə daxili işlər nazirinin hüzuruna gətirdilər, nə cür işgəncə verdilər. Bunlar hamısı ümumi şou yaratmaqdan ibarət idi ki, Azərbaycana qarşı hansısa bir təxribat törətsinlər”.

V.Əhmədov Azərbaycanın müstəqilliyinin hər şeydən vacib olduğunu deyir. Onun sözlərinə görə, bu və digər məsələ üzündən Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıtması zərurətə çevrilsə, o zaman 500-600 min, bəlkə də 1 milyon nəfərdən söhbət gedəcək: “Amma nə qədər ağır olsa da vətəndaşlarımızı qəbul edib, yerləşdirməliyik. Onlara iş verərək, lazım gələrsə ərzaqla da təmin etməliyik. Qarabağ müharibəsi zamanı nə qədər qaçqınımız, məcburi köçkünümüz oldu, onları necə yerbəyer etdiksə, bunları da edərik. Üstəlik, indi iqtisadi durumumuz, imkanlarımız daha yaxşıdır. Ancaq bir daha deyirəm ki, problem ciddi problemdir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, bu gün Rusiyada 300-500 min azərbaycanlı əmək miqrantı yaşayır: “Burada Rusiya vətəndaşı olmayan azərbaycanlılardan söhbət gedir. Bu insanların birdən-birə ölkəyə gəlişi Azərbaycan üçün problemlər yarada bilər. Bir tərəfdən işsizliklə bağlı problem yarana bilər. Digər bir tərəfdən, müxtəlif məlumatlara görə, il ərzində Rusiyadan Azərbaycana ən azı 1 milyard dollara qədər vəsait göndərilir və bu vəsaitdən məhrum olma var. Nəhayət, başqa bir məsələ Azərbaycandan Rusiyaya malların göndərilməsidir. Diqqət yetirsək, görərik ki, ordakı həmvətənlərimizin çoxu bazarlarda çalışır, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur və bir çox hallarda bu məhsullar Azərbaycandan aparılır. Bu o deməkdir ki, həmin əmək miqrantlarının Azərbaycana qaytarılması ölkəmizdən Rusiyaya kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daşınmasını məhdudlaşdıran amil ola bilər”.

A.Mehtiyevin sözlərinə görə, həmin miqrantlar ölkəyə qayıdacağı təqdirdə hansı sahədə onları işlə təmin etməyin mümkün olduğunu öyrənmək üçün araşdırma aparılmalıdır: “Bu araşdırma hansı bölgədən daha çox miqrantın xaricə getdiyini, onların getdikləri yerdə hansı sahələrdə çalışdığını, Azərbaycandan niyə getdiyinin səbəbini tapmağı əhatə etməlidir. Doğrudur, son zamanlar ölkədə 1 milyona yaxın yeni iş yerinin açıldığı bildirilir. Amma nəzərə almaq lazımdır ki, yeni açılan sənaye müəssisələri ixtisas, peşə tələb edən sahələrdir, ona görə də geri qayıdan miqrantların bu peşələrə, ixtisaslara yiyələnməsi lazımdır. Bu baxımdan biz görürük ki, xaricdəki miqrantlarımızın qayıdaraq işlə təmin olunması uzun zaman tələb edə bilər ki, bu da sosial problemlərə gətirib çıxarar”.
\ kaspi \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru