Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                     208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək .....                     Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: .....                     Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı .....                     Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib .....                     Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat .....                     Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                     AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                 

İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
Tarix: 25-10-2013, 12:36 | Çap et
İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
"Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Baş Prokurorluqdan verilən məlumata görə, iş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatındadır.

Cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin 835.5 min manat dəyərində mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə həbs edilib.

"Aqrolizinq"dəki
korrupsiyanın dərin kökləri

Qeyd edək ki, "Aqrolizinq" Azərbaycanın ən çox korrupsiyalaşmış qurumlarından hesab olunur. Bu səhmdar cəmiyyətə ayrılan dövlət vəsaitlərini bir çox hallarda təyinatı üzrə xərcləmədiyi və ya xərclərin şişirdildiyi çoxdan məlum olan, iqtisadçı ekspertlər və mediada ciddi müzakirə edilən məqamlardandır.
Hətta iş o yerə çatdı ki, bu ilin fevralında prezident İlham Əliyevin yanında keçirilən müşavirədə ölkə başçısı kənd təsərrüfatı ilə bağlı məsələlərə də xüsusi toxundu və bu zaman fermerlərə qarşı yol verilən bəzi qanunazidd əməllərlə bağlı çıxış elədi. Ölkə başçısı bu məsələ ilə bağlı olduqca kəskin xəbərdarlıqlar etdi. Bildirdi ki, bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu da onu göstərirdi ki, Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyətdə korrupsiyanın səviyyəsi elə bir həddə çatıb ki, artıq dövlət rəhbəri də məsələyə münasibət bildirməli olub.
Ona görə də indi Əli Bayramovun səhmdar cəmiyyətinin hansısa filial müdirinin az qala 1 milyon dollarlıq mənimsədə ittiham edilməsi təəccüb doğurmur. Amma maraq doğuran başqa məqamlar var.

Onlar "qurban"lardır?

Əvvəla, hansısa filial direktoru bu qədər vəsaiti təkbaşına mənimsəyə bilərdimi? Mənimsəmədən "Aqrolizinq"in daha yuxarı rəhbər şəxslərinə "pay" çatmadığı təqdirdə bu qədər iri həcmli vəsaiti ələ keçirməyə kim cəsarət edə bilər?
İkinci: əgər "Aqrolizinq"in adi bir filialında 835 min manatlıq yeyinti mümkündürsə, o zaman səhmdar cəmiyyətin rəhbərliyi səviyyəsində dövlət büdcəsindən ayrılan on milyonlarla manatın taleyindən şübhələnməyə əsas yaranır. Xüsusən də Əli Bayramovun şəxsi sərvəti haqqında KİV-də davamlı səslənən faktlar, onun hətta fotoları belə mətbuata çıxan bəzi bahalı mülkləri barədə bilgilər həmin şübhələri qüvvətləndirir.
Ümumiyyətlə isə bəzi müşahidəçilərə görə, adıçəkilən səhmdar cəmiyyətin həbs edilən hər hansı aşağı ranqlı əməkdaşı olsa-olsa, "qurban"dır. Onlar səhmdar cəmiyyətin ən üst rəhbərliyi səviyyəsindəki korrupsiya əməliyyatlarının bir parçasına çevrilir, son nəticədə özləri "ilişir", rəhbərlik isə sudan quru çıxmağı bacarır. Amma o da istisna olunmur ki, artıq elə bir vəziyyət yaransın, "Aqrolizinq"in rəhbəri Əli Bayramovun özünün də aşkarlanan korrupsiya əməliyyatlarına görə istintaqa cəlb edilməsi reallaşsın.

Filial rəhbərlərinin
fərqli taleyi

"Aqrolizinq"in filial rəhbərlərinin səhmdar cəmiyyət daxilindəki korrupsiya zəncirinin sadəcə, bir həlqəsi olmasını təsdiqləyən başqa nüanslar da var. Məsələn, bir müddət əvvəl Əli Bayramovun rəhbərlik etdiyi qurumun Saatlı rayon filialının müdiri də korrupsiya səbəbi ilə çətin vəziyyətdə qalıb, həmin filialda yetərincə ciddi mənimsəmə faktları aşkarlanıb, amma hansısa yollarla bu faktlar ört-basdır edilib, Saatlı filialının rəhbəri isə Sabirabad filialının rəhbərliyinə "transfer" edilib.
Bu da onu göstərir ki, "Aqrolizinq" rəhbərliyi mümkün olduğu qədər yeyintidə iştirak edən yerli əməkdaşlarını qoruyur, amma bəzən də bu mümkün olmur. Hansı ki, biz belə bir halı İmişli filialının rəhbərinin timsalında müşahidə edirik.

Bəs ekspertlər nə deyir?

"Aqrolizinq"in korrupsiyalaşmasına dair müstəqil iqtisadçı ekspertlərin rəyi də birmənalıdır.
Məsələn, ölkənin kənd təsərrüfatı üzrə tanınmış mütəxəssislərindən Vahid Məhərrəmovun adıçəkilən səhmdar cəmiyyətlə bağlı bir müddət əvvəlki
açıqlamalarını heç bir şərhsiz diqqətinizə çatdırırıq: ""Aqrolizinq"in fəaliyyətində şəffaflıq yoxdur. Bu qurum öz fəaliyyəti ilə bağlı hesabat vermir. "Aqrolizinq" 2005-ci ildən üzübəri xarici ölkələrdən gübrə alır. Amma onlar ölkənin gübrəyə tələbatının 4-5 faizini güclə ödəyə bilər. Səhmdar Cəmiyyət bu gübrələrin heç də hamısını kənd təsərrüfatı istehsalçılarına vermir. Bəzi fermerlər hətta onlara məcburi satılan gübrələrin istifadə müddətinin keçdiyindən şikayətlənib. Bəzi fermerlər, eləcə də bələdiyyələr bu gübrələri alsalar belə, onları istifadə etmədən tullamaq məcburiyyətində qalıblar. Üstəlik, "Aqrolizinq"in aldığı texnika və avadanlıqların əksəriyyəti köhnə, SSRİ dövründən qalmadır, həm də çox baha satılır. Ona görə də təklif edərdim ki, müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, müstəqil ekspertlərdən ibarət komissiya yaradılsın və bu komissiya gübrələrin keyfiyyətinin yoxlanılması ilə məşğul olsun.
Düşünürəm ki, "Aqrolizinq" ASC-nin fəaliyyəti ciddi araşdırılmalıdır. Əgər maxinasiya və korrupsiya hallarına yol verilibsə, dərhal cinayət işinə başlanılmalıdır. Aqrar sektorun, xüsusilə də heyvandarılığın ləng inkişafında bu qurumun günahı çoxdur. Bu cəmiyyət artıq özünü doğrultmayıb. Cavabdehlik olmadığından bu qurum ləğv olunmalıdır".
Nəticə:
Mətbuatın yazdıqlarında qeyri-peşəkarlıq axtaran "Aqrolizinq" rəhbərliyinin yuxarıdakı mütəxəssis
rəyinə reaksiyasının necə olduğu bizə çox maraqlıdır. Hər halda onları da hansısa mətbu orqan qərəzli şəkildə yazmır, aqrar sektorla bağlı ölkənin tanınmış ekspertlərindən biri deyir.
Və bu deyilənlərdən də Əli Bayramovun rəhbərlik etdiyi qurumda vəziyyətin şəffaflıq, hesabatlılıq və səmərəlilik baxımından nə qədər acınacaqlı olduğu təkzibedilməz arqumentlərlə ortaya çıxır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru