Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                 

Birinci Qarabağ müharibəsi veteranının çörəyini kəsiblər - İNDİ NECƏ YAŞASIN...
Tarix: 27-06-2024, 10:33 | Çap et
Birinci Qarabağ müharibəsi veteranının çörəyini kəsiblər
İyulun 17-də Bakı İnzibati Məhkəməsində Birinci Qarabağ müharibəsi veteranı Rəşid İsmiyevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, 2007-ci ildən daimi əlilliyin ləğvi üzrə məhkəmə prosesi keçiriləcək.

***

Hekayənin əvvəlinə qayıdaq. İndi çox az adam xatırlayır, amma 90-cı illərin əvvəllərində müharibəyə müharibə deyilmirdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsi idi və həmin hadisələrin bütün iştirakçıları sanki döyüşmürdülər, əksinə, qarşı tərəflə münasibətləri nizamlayırdılar. Bu “xüsusi əməliyyat” zamanı insanlar öldü, yaralandı, əsir oldu, itkin düşdü...

Və o dövrün siyasi strateqləri öz terminologiyasında mükəmməl idilər - mümkün qədər “tolerant”, “az aqressiv”, “qanuni” olmağa çalışırdılar. Bunun nəyə gətirib çıxardığını bilirik.

Hakimiyyətə gələn Heydər Əliyev döyüşləri dayandıra bildi. İlham Əliyev daha da irəli getdi - müharibəni müharibə adlandıraraq, işğal edilmiş torpaqları Azərbaycana qaytardı.

Bəli, hər bir müharibədə olduğu kimi, həm də insan həyatı, şikəst olan talelər hesabına, amma, minimal bir müddətdə - İkinci Qarabağ müharibəsi cəmi 44 gün davam etdi və xeyli az itki verdik. Sonda bütün bunlar möhtəşəm qələbə və 30 ilə yaxın davam edən münaqişədə qəti nöqtə ilə kompensasiya olundu.

***

“Kombat” çağırış adlı Rəşid İsmiyev 1993-cü ildə səfərbərlikdən sonra cəbhəyə gedib. Baş leytenant rütbəsi ilə Qubadlı-Laçın istiqamətində batalyonunun tərkibində döyüşüb. O, iki dəfə yaralanıb, bu barədə hərbi biletində müvafiq qeyd var.

Birinci yara - pulemyot gülləsi ayağını, ikincisi - qəlpə yarası üz-çənə sümüyünü parçalayıb. “Həkimlər məni “yığmaqda” çox çətinlik çəkdilər. Başım sadəcə olaraq bir əzələdən asılı qalmışdı”, - o deyir.

***

Bu gün İkinci Qarabağ müharibəsi veteranlarının üzləşdiyi problemlərdən çox yazılır, danışılır. Bunlar: sosiallaşma, məşğulluq, yaralıların reabilitasiyası, posttravmatik şəraitlə işləyən tibb müəssisələrində psixoloq çatışmazlığı, pensiya və müavinətlərin təyini ilə bağlı bürokratiyadır.

Amma bütün bu çətinliklərə baxmayaraq, 30 il əvvəlki hadisələri xatırlayanlar təsdiq edə bilərlər ki, “münaqişə”də döyüşənlər son hadisələrin iştirakçılarının aldıqları dövlət qayğısından və qəyyumluğundan məhrum olublar. Sənədlərlə o qədər qarışıqlıq var idi ki, çoxları döyüş əməliyyatlarında iştirakını sübut etməli oldular.

Bəziləri isə sadəcə olaraq təslim olub həyatlarına davam etdilər, müharibəni pis bir yuxu kimi unutmağa çalışdılar. Səfərbərlik üçün döyüş bölgəsində olan da, xəsarət alan da, çoxsaylı əməliyyatlardan və reabilitasiyadan keçənlər də oldu, hərbi bilet ala bilməyənlər də.

Ərazisinin 20 faizini itirmiş, bir milyona yaxın qaçqını olan və iqtisadi çətinliklərlə üzləşən bir ölkə, sadəcə olaraq, onun köməyinə ehtiyacı olan bütün qruplara tam diqqət yetirmək iqtidarında deyildi.

***

Hospitaldan sonra yeni əməliyyatlar, uzun reabilitasiya, sonra belə bir vəziyyətdə zəruri olan tibbi müayinə və nəhayət, beş ildən sonra ikinci qrup əlillik hərbi biletə qeyd edildi. Eyni zamanda baş leytenant Rəşid İsmiyevi müayinə edən hərbi həkimlər də yaxşı bilirdilər ki, illər keçdikcə onun səhhəti daha da pisləşəcək.

Bu barədə alman ekspertlər də öz qərarlarında yazıblar. Yeri gəlmişkən, indi veteranların xaricdə əməliyyatları dövlət tərəfindən ödənilir, lakin İsmiyev əməliyyat üçün Almaniyaya uçub və əməliyyatdan sonrakı reabilitasiyanı tamamilə öz vəsaiti hesabına keçirib.

Və artıq 2007-ci ildə ona daimi əlillik təyin edilib. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamı ilə Rəşid İsmiyevə Birinci Qarabağ müharibəsi veteranı və əlili adı verilib. Bunu onun hərbi bileti də sübut edir.

20 ilə yaxın müddətdə veteran pensiya və əlillik müavinəti alıb. Özü üçün əlavə heç nə istəmyib, işləyib, müharibə veteranlarına dövlət tərəfindən verilən mənzil və maşınlar üçün növbəyə durmayıb.

“Son vaxtlara qədər vəkil işləyirdim, mənzilim var idi. İndi səhhətim pisləşdiyinə görə işləyə bilmirəm və dövlət tərəfindən də hər şeydən məhrum olmuşam”, - deyə qazi bildirir.

Qeyd edək ki, artıq keçmiş baş leytenant sırf əlil arabasında hərəkət edir. Ayağın yarası özünü hiss etdirdi və ciddi bir xəstəliyə - osteomielitə səbəb oldu, yeganə müalicəsi ayağın amputasiyasıdır. İsmiyev şiddətli ağrılardan əziyyət çəkir, əslində dərmanların hesabına yaşayır.

***

İndi biz güclü, hüquqi dövlətik. Belə görünürdü ki, hər iki müharibənin iştirakçıları Prezidentin sərəncamları, Milli Məclisin hazırladığı qanunlar, bir çox qətnamələrlə qorunur. Amma belə çıxır ki, bütün bunları nəzərə almamaq da olarmış.

Ötən ilin sonunda Rəşid İsmiyev Əlillərin Reabilitasiya Mərkəzinə çağırılıb, onun diaqnozu sorğulanıb və bir ay sonra ona bildirilib ki, ayaq xəstəliyinin zədə ilə əlaqəsi yoxdur, ona görə də veteran... əlillikdən məhrum edilib.

Qərar verənlər veteranın əlil arabasından, dövlət başçısının sərəncamlarından, imzaladığı qərarlardan utanmayıblar. Eyni zamanda, Rəşid İsmiyevə əlilliyinin ləğvi ilə bağlı qərar rəsmi verilmir.

“Artıq 6 aydır ki, pensiya və müavinət almıram (ödənişlərin ləğvi ilə bağlı qərar 25 dekabr 2023-cü ildə verilib – müəllif). İndi yenidən müraciət etməli, yoxlamadan keçməli və əlilliyimi bərpa etməliyəm. Mənim vəziyyətimdə bunu necə təsəvvür edirsiniz? Mən heç nəyi təsdiqləmək fikrində deyiləm. Hər hansı bir tibb tələbəsi post-müharibə sindromu haqqında hər şeyi bilir. İstənilən tələbə alınan yaraların və travmaların nəticələrindən danışa bilər. Komissiyada oturanlar isə heç də tələbə deyillər”, - deyə veteran şikayətlənir.

Onu da söyləyir ki, prezident seçkiləri öncəsi gözlənilmədən 400 manat alıb – əlillik müavinətinin məbləği belədir: “Amma indi bu pulu da geri tələb edirlər”.

Bundan əlavə, həmsöhbətimizin sözlərinə görə, ona yeni əlil arabası və ortopedik döşək də söz verilib. Təbii ki, onları almayıb və belə getsə, verilməyəcək də.

Son vaxtlar Rəşid İsmiyevin ətrafında baş verənlərin hamısı absurd teatrına bənzəyir. Əvvəlcə ona təqaüd kimi qələmə verməyə çalışdıqları 80 manat pulu almaqdan məhrum edilib, amma əslində bu, veteranların kommunal xərclərinin kompensasiyasıdır. İndi bu ödəniş geri qaytarılıb. Baxmayaraq ki, bu ödənişin qaytarılması elə İsmiyevin müharibə veteranı kimi tanınması deməkdir.

Sonra onun yanına komissiya göndərilib. Onunla beş metr məsafədən danışılıb və ona əlilliyini təsdiqləmək üçün xəstəxanaya getmək tövsiyə edilib. Onların gözləri qarşısında veteranın vəziyyəti pisləşib, təcili yardım çağırılıb, ilkin tibbi yardım göstərilib. Təcili yardım həkimi səhhətində yaranan fəsadın xəstəlikdən qaynaqlandığını təsdiqləyib. Qəhrəmanımız xəstəxanaya yerləşdirməkdən imtina edib. Qanuna görə, onun bunu etməyə tam hüququ var.

“İndi işin materialları məhkəməyə göndərilib. İddia ərizəmdə, ilk növbədə, Agentliyin 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi zamanı aldığım xəsarətlə əlaqədar qeyri-müəyyən müddətə mənə verilmiş 2-ci qrup əlil statusunun mənə qaytarılmasını xahiş edirəm. Eləcə də pensiyamın və Prezident müavinətimin bərpasına çalışıram. Güman və ümid edirəm ki, məhkəmə də bunu təsdiq edəcək ki, ayrı-ayrı Agentlik əməkdaşlarının səhlənkarlığı ucbatından çaşqınlıq yaranıb. Ona görə də komissiyanın qərarı ləğv edildikdən və statusum bərpa edildikdən sonra mənimlə imtinalar yazmaqla əlaqə saxlayan və Konstitusiya Məhkəməsi Plenumunun Qarabağ müharibələri əlillərinin statusunun toxunulmazlığını açıq-aşkar ifadə edən qərarını görməzliyə vuran konkret şəxslərə qarşı iddia qaldıracağam”, - deyə müsahibimiz danışır.

O, ƏƏSMN-i məhkəməyə vermək və ya Dövlət Agentliyini nədəsə ittiham etmək fikrində deyil: “Hüquq təcrübəm onu deməyə əsas verir ki, belə hallar həmişə ayrı-ayrı məmurların səriştəsizliyi, tənbəlliyi və səhlənkarlığı ilə bağlıdır və bir qayda olaraq, ən yüksək səviyyədə oturanların deyil. Ona görə də mənə göndərilən cavablarda imzası olan konkret şəxsləri və Agentlikdə komissiya zamanı xəstələndiyim anda tibbi diplomu olan, lakin mənə əsas yardım göstərmək istəməyən həkimləri məhkəməyə vermək istəyirəm. Onlar bunu edə bilmədilər və ya istəmədilər. Bunlar ünvansız məhkəmə iddiaları deyil, dövlətin müəyyən etdiyi qanunları, nizamnamələri və fərmanları dəyişdirmək səlahiyyətinə malik olduqlarına qərar vermiş konkret şəxslərə qarşı olacaq. Özləri dərk etmədən öz səriştələri ilə ölkəmizin imicini aşağı salırlar”.

***

Müharibə veteranının düşdüyü vəziyyətə münasibət bildirmək üçün ƏƏSMN-ə müraciət etdik. Lakin Nazirliyin mətbuat xidmətindən bizə bildirildi ki, pensiya və müavinətlərin bərpası üçün I Qarabağ müharibəsi veteranı xidmət etdiyi hərbi hissənin müvafiq bölməsinə müraciət etməli və əlilliyə görə yenidən bütün yoxlamalardan keçməlidir. Bizə izah edilmədi ki, bütün bu prosedurlar niyə birdən-birə lazım oldu, çünki İsmiyevin hərbi biletində hər şey aydın yazılıb və şikayətçinin bizə təqdim etdiyi statusların etibarlılığını təsdiq edən çoxlu sənədlər var.

***

Deputat Jalə Əliyeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclaslarından birində əlilliklə bağlı problemi birbaşa qeyd edib: “Hələ də bu məsələlərlə bağlı onlarla məktub alırıq. Prosesdə müəyyən boşluqlar var və vətəndaşlar müəyyən problemlərlə üzləşirlər. Məsələ ombudsman institutu tərəfindən nəzarətə götürülüb”.

ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-cü il üzrə hesabatında qeyd edib ki, əlilliyin təyin edilməsi üçün vətəndaşlar tərəfindən təqdim edilən tibbi arayışların yalnız 43 faizi həqiqi olub. “Ümumilikdə, ötən il əlilliklə bağlı 70 mindən çox müraciət edilib. Öz növbəsində, əlilliyin yenidən təyin edilməsi ilə bağlı müraciətlərin sayı yarıbayarı azalıb”, - deyə Agentliyin rəhbəri Anar Bayramov bildirib.

Cari ilə gəlincə, yanvar-fevral aylarında Agentlik tərəfindən 7,9 min nəfər əlil müəyyən edilib. Onlardan 3,8 min nəfəri ilkin, 4,1 min nəfəri isə təkrar əlillik dərəcəsi alıb.

***

Nədənsə, deyəsən, Rəşid İsmiyev də Dövlət Agentliyinin yaxşı hesabat verməsi üçün tələb etdiyi 47 faizin içinə düşüb.

Rəsmilərə xatırlatmaq istərdik ki, Birinci Qarabağ müharibəsindən keçənlər 1960-1970-ci illərdə anadan olanlardır. Məsələn, veteranımızın indi 61 yaşı var. Onların demək olar ki, heç biri heç bir psixoloji reabilitasiya keçməyib, posttravmatik sindromlardan müalicə almayıb, heç bir müayinədən keçməsə belə, onları sağlam hesab etmək olmaz. Müharibə onu keçən hər kəsdə iz buraxır. Üstəlik, R.İsmiyevin ona təklif olunan bütün prosedurlardan keçdikdən sonra səhhətinin yaxşılaşacağına, əlil arabasından düşüb işə gedəcəyinə inanmaq sadəlövhlükdür. Yaşı 60+ olan veteranı kim işə götürəcək?

Yaxın keçmişdən bir əhvalat yadımdadır: 33 yaşlı İkinci Qarabağ müharibəsi əlilinin uzun müddət idarədən idarəyə, bir şöbədən digərinə göndərilməsindən sonra bir daha paytaxtın mərkəzi klinikalarının birinin baş həkimi bütün möhürləri vurub dedi ki, vətəndaş yenidən sənədlərlə birlikdə reabilitasiya mərkəzinə qayıtmalıdır. Bu süründürməçiliyə dözməyən gənc oğlan düz qəbul otağında orada duran nəhəng güzgünü başı ilə sındırdı... Xoşbəxtlikdən, baş həkim bunu sakitliklə qarşıladı, yaranın müalicəsinə kömək etdi, veteranı sakitləşdirdi və öz klinikası çərçivəsində müharibədən sonrakı sindromun müalicəsi üçün psixoterapiya tövsiyə etdi.

Bütün bu bürokratik əngəllərlə, dövlətimizin bütövlüyü uğrunda canından, gəncliyindən keçmiş insanların sağlamlıqlarının qalıqlarını da əllərindən almağa dəyərmi? Baxmayaraq ki, Milli Məclis, Konstitusiya Məhkəməsi və Prezident İlham Əliyev hər iki Qarabağ müharibəsi veteranlarının həyatını sadələşdirmək üçün hər şeyi edib. Lakin ayrı-ayrı məmurların səyləri nəticəsində hər şeyin üstündən xətt çəkilir...

***

Bundan sonrakı prosesləri, Rəşid İsmiyevin məhkəməsini izləməyə və bu barədə oxucularımıza məlumat verməyə çalışacağıq.

Alyona Myasnikova,
AYNA










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru