Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                 

Dövlətə 7 milyondan çox vergi borcu olan “AZLAHİYƏ İNŞAAT”-ın arxasında kimlər durur? - İLGİNC FAKTLAR
Tarix: 24-05-2024, 09:58 | Çap et
Dövlətə 7 milyondan çox vergi borcu olan “AZLAHİYƏ İNŞAAT”-ın arxasında kimlər durur?
Azərbaycanda bəzi vəzifəli şəxslər və məmurlar ölkədə özəl sektora, aqrar sahəyə, kiçik və orta sahibkarlığa olan dövlət dəstəyindən sui-istifadə edirlər. Məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi isə, dövlət, yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətinə xələl gətirir. Belə hallar baş verəndə fiziki və ya hüquqi şəxslərin hüquqları, qanuni mənafeləri, eyni zamanda cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri pozulur.
Bu kimi hallar isə özünü daha çox dövlət satınalmalarında biruzə verir. Belə ki, vəzifəli şəxslər tərəfindən formal yaradılan şirkətlər satınalmalar xətti ilə həyata keçirilən işlərdə dövlətə hərtərəfli ziyan vururlar. Bu şirkətlər həm vergilərdən yayınır, həm dövlətə heç bir sosial ödəniş etmir, həm də dövlət vəsaitlərinin təyinatından kənara yönəldilməsində vasitəçi olurlar. Digər tərəfdən də, satınalmalarda iştirak etmək istəyən sadə fiziki və ya hüquqi şəxslərin qarşısında baryer olub, onların inkişaf etməsini əngəlləyirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bunlara sadəcə seyrçi olaraq nəzarət edir.
Aktualinfo.org hansısa məmur, yaxud da yüksək çinli bir vəzifə sahibi tərəfindən yaradılmış belə şirkətlərin birinin barəsində kiçik bir araşdırma aparıb. Bu şirkətin adı “AZLAHİYƏ İNŞAAT”dır.
“Azlahiyə İnşaat”(VÖEN 7900064391 ) MMC 2012-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Səbail rayonu, Qəzənfər Əlizadə ev 4, mənzil 4 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur.
MMC-nin ilk hüquqi ünvanı Xocavənd rayonu, Xocavənd ev 102, 500 ailəlik qəsəbə, ilk qanuni təmsilçisi Əliyev Yusif Fərahim oğlu olub. 17.03.2020-ci ildə bircə gün MMC-yə Məhəmmədov Hüseyn Məhəmmədoviç qanuni təmsilçilik edib. 12.10.2020-ci ildən bir gün Hüseynov Talıb Sabir oğlu, daha sonra elə həmin tarixdən 11.04.2022-ci ilə qədər Məhəmmədov Hüseyn Məhəmmədoviç yenidən MMC-yə qanuni təmsilçilik ediblər.
Qeyd edək ki, MMC yarandığı gündən 07.07.2020-ci ilə qədər “AVEY-V 2012” adını daşıyıb. Şirkətin nizamnaməsi və vergi şəhadətnaməsi (VÖEN) itdiyi üçün etibarsız sayılması barədə “Respublika” qəzetinin 3 iyul 2020-ci il tarxli sayında elan verilib. Elə göstərilən tarixdən də adının dəyişdirilərək “AZLAHİYƏ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyi barədə Dövlət vergi Xidmətinin reyestr məlumatlarında yer alıb.
“Azlahiyə İnşaat” MMC-nin maddi-texniki bazası, müqavilə ilə çalışan mühəndis və işçi heyətinin sayı, dövlət qurumlarından aldığı müvafiq lisenziyalar və qanuni təmsilçilik etmiş şəxslər barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Amma bununla bərabər 23.04.2021-ci il tarixdən 27.01.2022 -ci il tarixə qədər, yəni bir il 3 ay ərzində bir sıra dövlət qurumlarının müxtəlif lotlar üzrə keçirdikləri 23 satınalma müsabiqəsinin qalibi olub və ümumi dəyəri 4 294 515 manat dəyərində dövlət sifarişi alıb. MMC-nin bu müddət ərzində qalibi olduğu satınalmaların bir neçəsini diqqətinizə çatdırırıq.
MMC Ağdam rayon İcra Hakimiyyəti ilə 269.700,56, Saatlı Suvarma Sistemləri İdarəsi ilə 209.607,19, Biləsuvar rayon İcra Hakimiyyəti ilə 549.014,99, Füzuli rayon İcra Hakimiyyəti ilə 355.025,03, Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı ilə 480.003,36, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə 277.351,02, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə 510.350 manat dəyərində satınalma müqavilləri bağlayıb.
MMC ilə bağlı ilginc məlumatlar bunlarla bitmir. Elektron medianın 04 Oktyabr 2023-cü ildə yaydığı məlumata görə Mərkəzi Bank tərəfindən “Azlahiyə İnşaat” MMC-nin barəsində cərimə protokolu yazılıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün bu gün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Yenə də elektron medianın 03.02.2022-ci ildə Dövlət Vergi Xidmətinin məlumat bazasın istinadla yaydığı məlumatda “Azlahiyə İnşaat” MMC-nin 898 299 manat vergi borcu olub. Hazırda isə MMC-nin dövlətə 7 358 364.35 manat vergi borcu var.
Göründüyü kimi MMC-nin külli miqdarda vergi borcu var. Bu borc göründüyü kimi durmadan artır və qısa bir vaxtın borcu olmadığı açıq aydın görsənməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi MMC-nin maddi texniki bazası barədə heç bir məlumat yoxdu. Mərkəzi Bankın cərimə protokolundan da görsəndiyi kimi MMC xarici ölkələrə valyuta köçürüb. Bütün bunlar da MMC barədə açıq mənbələrdə olan məlumatlardır. Burada MMC-nin daha böyük, ciddi məbləğlərdə maliyyə maxinasiyalarında iştirakı da istisna deyil. Bəs dövlətə külli miqdarda vergi borcu olan və durmadan borcu artan bu MMC-nin qarşısı niyə alınmır?
Məlum olduğu kimi Dövlət Vergi Xidməti vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə araşdırmalar aparır, vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edir. “Azlahiyə İnşaat” MMC-nin arxasında kimlər durur ki, MMC-nin borcu durmadan artır və barəsində heç bir tədbir görülmür.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru