ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                 

VƏZİFƏDƏ MİLYONÇU OLMUŞ KEÇMİŞ MƏMURLAR “YOXA ÇIXIB”... - Fonda ianə köçürməyə pul tapmırlar?
Tarix: 17-04-2020, 16:10 | Çap et
VƏZİFƏDƏ MİLYONÇU OLMUŞ KEÇMİŞ MƏMURLAR “YOXA ÇIXIB”...
Prezident İlham Əliyevin Fərmanı ilə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi davam edir.

Aprelin 16-a olan məlumata görə Fonda toplanan vəsaitlərin ümumi məbləği 112 milyon manata çatır. Bu vəsaitin 7 milyon manatını fiziki şəxslər, qalan hissəsini müxtəlif biznes subyektləri, şirkətlər, banklar, dövlət qurumları ianə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını adıçəkilən Fonda bağışlayıblar.

Prezidentin Fərmanı ilə Fondun İctimai Nəzarət Şurası da yaradılıb ki, ora müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, tanınmış ictimaiyyət nümayəndələri üzv təyin ediliblər. Şura qurumun fəaliyyətinə, toplanan vəsaitin səmərəli, şəffaf xərclənməsinə nəzarət edəcək.

Fonda ianə edilən vəsaitlərin miqdarı 5 milyon manatdan 1 manata qədər dəyişir. Əksər şirkətlər, onların rəhbər şəxsləri, məmurlar kifayət qədər iri məbləğlər bağışlamaqla dövlətin koronavirusla mübarizəsinə töhfə verməyə çalışıblar. Onların sırasında ADA Universitetinin rektoru Hafiz Paşayevin oğlu, iş adamı Mir Cəlal Paşayevi (100 min manat), Paşayev Cəlal Aqil oğlunu (100 min manat), "Qarabağ" klubu baş məşqçsi Qurban Qurbanovu (20 min manat), həmin komandanın kapitanı Rəşad Sadıqovu (50 min manat), Bakının keçmiş meri Hacıbala Abutalıbovu (37 min manat), Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu (10 min manat), keçmiş deputat Elxan Süleymanovu (7,8 min manat), Mədəniyyət naziri Əblüfəs Qarayevi (5 min manat), deputat Qənirə Paşayevanı (2800 manat), Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımovu (5 min manat) və s. misal göstərmək olar.

Qeyd edək ki, Fondun saytında ianə verən şəxslərin tam siyahısı ilə tanış olmaq mümkündür. Orada 1000 manatdan 20 min manata qədər ianələr vermiş fiziki şəxslərin, yüz min manatlarla dəstək verən biznes qurumlarının və dövlət təşkilatların adlarını oxumaq mümkündür.

Diqqətçəkən məqamlardan biri vaxtı ilə yüksək dövlət vəzifəsi tutmuş, kifayət qədər var-dövlət sahibi olan, hazırda hakim komandada təmsil olunmayan keçmiş məmurların bu çətin pandemiya günlərində dövlətə dəstək olmamalarıdır. Xatırladaq ki, onların bəzilərinin maliyyə imkanları, sahib olduqları iri biznes sahələri ilə bağlı mətbautda geniş məlumatlar dərc olunub.

Məsələn, "Azərenerji" ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin adını Fondun ianə verən şəxlərin sihasında axtarsaq da, tapa bilmədik. Məlumdur ki, keçmiş məmur nəhəng tikinti biznesini həyata keçirən şirkətlər qrupuna sahibdir. Son on ildə bu şirkətlər on milyonlarla manat dövlət sifarişləri alıb, irimiqyaslı layihələrin icrasına cəlb olunub.

Bundan əlavə onun Şimal zonasında böyük təsərrüffatlarının, dəvə fermasının, at ilxısının olduğu bildirilir.

Mətbuatda E. Pirverdiyevin xaricdə istirahət zamanı xərclədiyi böyük məbləğli alış-verişin çekləri, yaşadığı dəbdəbəli imarətlərin fotoları yayılıb. Görünür, iki il əvvəl ölkədə yaranan işıq böhranı zamanı Prezident tərəfindən möhkəm danlanan və tutduğu vəzifəsindən uzaqlaşdırılan E. Pirverdiyev bunu hələ də həzm edə bilməyib.

Azərbaycan Teleradioverilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) keçmiş rəhbəri Arif Alışanov da dövlətin koronavirusa qarşı mübarizəsinə dəstək verməyən böyük maddi imkan sahiblərindən biridir. Ötən il vəzifəsindən azad edilən Alışanov son illər məhkəmə çəkişmələri, ailə-məişət mövzuları ilə mətbuatın gündəmində olub.

Keçmiş sədrin sui-qəsd ittihamı etdirdiyi Şücaət Əkbərovun məhkəməsi zamanı üzə çıxmışdı ki, A. Alışanov vəzifədə olduğu illərdə təkcə Şamaxı və ətraf rayonlarda milyonlarla manat dəyəri olan böyük torpaq sahələri alıb. Onun özünün istintaqa verdiyi ifadələrdə yaxın qohumları ilə birgə kənd təsərrüfatı, turizm və s. fəaliyyət üçün yüzminlərlə manat investisiya yatırdğını təsdiqləyib. Bununla yanaşı, keçmiş sədrin Bakıda böyük tikinti biznesi və s. gəlirli obyektləri var. Bu var-dövlətin böyük bir qismi Arif Alışanovun AzTV QSC-ya rəhbərlik etdiyi 10 ildə əldə olunub.

Dövlət vəzifəsindən gen-bol bəhrələnən keçmiş sədr indi dövlətə pandemiyanın yaratdığı gərgin situasiyada kömək əlini uzatmaq istəmir. Çox güman, onun heç Fonddan, ora ianə köçürən hüquqi, fiziki şəxslərdən heç xəbəri də yoxdur. İanə edənlərin siyahısına baxsaydı, orada 5,10, 20 manatla dövlətinə kömək etməyə çalışan sıravi vətəndaşların adlarını görsəydi, bəlkə də, utanardı...

Hökumətdə nazir vəzifələri tutmuş, neft gəlirlərinin pik dövrlərində rəhbərlik etdikləri sahələrə milyardlarla vəsait ayırmış bəzi keçmiş nazirlərin Fonda ödədikləri vəsaitin miqdarı da təəssüf doğurur.

Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədov Fonda 2 min manat, oğlu, məşhur iş adamı, külli miqdarda pulları sağa-sola xərcləməsi ilə ad çıxarmış Anar Məmmədov 3 min manat, keçmiş rabitə naziri, hazırda AMEA-da vəzifəyə təyin olunan Əli Abbasov 500 manat keçirərək, koronavirusla mübarizəyə “dəstək” olublar.

Təkcə bir faktı xatırladaq ki, Z. Məmmədovun vəzifədə olduğu müddətdə yol layihələrinə büdcədən ayrılan vəsait və xarici maliyyə qurumlarından alınan kreditlər hesabına milyardlarla manat vəsait xərclənib. Bu vəsaitin böyük hissəsinin təyinatından yayındırıldığı haqda dəfələrlə yazılıb, deyilib. Elə Z. Məmmədovun və oğlunun mənbəyi qaranlıq varidatı, biznesi barədə zaman-zaman ortaya çıxan məlumatlar da bu ehtimalı təsdiqləyib. Düzdür, Ziya Məmmədovun vəzifədən çıxandan sonra obyektlərinin, otellərinin bir hissəsini itirdiyinə dair məlumatlar var. Ancaq hər halda Məmmədovlar ailəsinin məsələn, futbolçu Rəşad Sadıqovdan kasıb olduğunu, Fonda cəmi 5 min manat ödəyə biləcək qədər kasıbladıqlarını düşünmək sadəlöhvlük olardı...

Yaxud, keçmiş MTN rəhbərliyə qarşı keçirilən əməliyyat çərçivəsində vəzifəsini itirmiş rabitə naziri Əli Abbasov istintaqa etiraf etmişdi ki, ayda özünə 300 min manat paket maaş yazıb... Elə indi də az maaş almır. Ancaq nədənsə dövlətin çağırışına 500 manatla cavab verir. Yəni, heç olmasa 1000 manat da tapmadı?

Belə məmurların sayını kifayət qədər uzatmaq olar. Ümumiyyyətlə, dövlətdə tutduğu vəzifə hesabına milyonçu olmuş məmurların çoxu işdən çıxarılan kimi yığdıqları ilə bərabər “yoxa çıxır”. Bu da əslində onların dövlətə, hakimiyyətə sədaqətinin nə qədər olduğunu nümayiş etdirir...
AzPolitika.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru