Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM
Tarix: 6-11-2019, 11:53 | Çap et
 Ölkəmizdə həkim məsuliyyətsizliyi, xəstəxanalarda bəzən ayaq açıb yeriyən üzqaraldıcı hallar tez-tez media vasitəsilə işıqlandırılsa da, həllini gözləyən problemlər səngimək bilmir. Çox vaxt səhiyyənin inkişafı naminə ictimai problemlərin media vasitəsilə qabardılması cəmiyyətdə xoş qarşılanıb həllinə ümidlər doğursa da, səhiyyə sahəsinə cavabdehləri bir o qədər də narahat etmir. Əksər hallarda Hippokrat andına "sadiqlər" acı nəticələrə aparan məsuliyyətsizliklərə yol verib geyindikləri "ağ xalat"ın ciblərini portmanatlarına çevirib, şəfayəti-vicdanlarını da rahatlıqla rüşvətə hərisliyə qurban etmələri cəmiyyətdə acı qıcıq doğurur. Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə də səhiyyənin uğurları kağızda yazılan və reallıqları əks etdirməyən formallıqdan başqa işə yaramır. Bilavasitə Gəncə İHB-nin tabeliyində fəaliyyət göstərən şəhər Səhiyyə İdarəsinin hazırki rəisinin kimliyinə diqqət ayırsaq görərik ki, yazımızda adıkeçən başbilənlərin məqsədi heç də səhiyyəni normal duruma gətirmək deyil, əksinə uzun illər "töhmət"lə işləyən birini çəkib daha yüksək posta qaldırmaq olub. Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun son 5 iliik bərbad fəaliyyəti həm Səhiyyə, eləcə də Gəncə İHB-nin başçısı tərəfindən heçə sayılaraq onun vəzifə yüksəlişinə əsaslar yarada bilib.2014-cü ildən bəri dəfələrlə "töhmət" və "şiddətli töhmət" almağa həvəsli olan Nazim Əhmədov Gəncə Abbas Səhhət adına xəstəxananın baş həkimi olarkən xidməti və icra intizamını pozan, hərbi xidmətə yararsız və bəzi hallarda yararlı şəxslərin tibbi müayinəsinin nəticə (epikriz) sənədlərini saxtalaşdıran biri kimi yadda qalıb. Eləcə də rəhbəri olduğu xəstəxanada daxili təhlükəsizlik qaydalarını pozması, təsərrüfat fəaliyyətindəki kobud nöqsanları, doğuş zamanı bir neçə ana-uşaq ölümləri və digər yarıtmaz fəaliyyəti nəzərə alınmaqla dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə uyğun olaraq cəzalandırılıb. Müxtəlif vaxtlarda sabiq səhiyyə rəhbərləri Mehman Rzayev və Əlikram Məmmədov tərəfindən inzibati tənbehlərə məruz qalıb. Hətta, nöqsansevər baş həkim 2014-2017-ci illər ərzində üst-üstə "sonuncu xəbərdarlıq" edilməklə "şiddətli töhmət alsa da qovulmaqdan yaxa qurtara bilmişdir. Hətta, sonradan birdən-birə Gəncə Səhiyyəsinə rəhbər təyin olunmasında göstərilənlər nəzərə alınmayıb və ona töhmətlər verən sələflərinin kreslosuna sahiblənə bilmişdir. Aldığımız məlumata görə, Nazim Əhmədovun vəzifə təyinatı Gəncənin yeni icra başçısı Niyazi Bayramovun hesabına reallaşsa da ona Səhiyyə Nazirliyində də hamilik edən olub. Və nazirlikdəki şəxs ötən gün nazir Oqtay Şirəliyev tərəfindən nazirliyin "tibbi yardımın təşkili şöbəsi"nin müdiri vəzifəsindən atılan Gülmirzə Poladov olub. Nazim Əhmədovun sabiq şöbə müdiri ilə yaxınlığı isə qardaşı Nizami Əhmədovla bağlı olub. Belə ki, digər Əhmədov DSMF-nin Gəncə şöbələrində müdir olub və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin sabiq müdiri, Gülmirzə həkimin doğmaca qardaşı Əlibarat Poladovla yaxın dost olublar. Yəni,DSMF-də həmkar olmuş dostlar "töhmətsevər" həkim qardaşa süni karyera yüksəlişində yardımçı olublar. Xatırladaq ki, "töhmətlərlə" ucalan Nazim Əhmədov Niyazi Bayramov Gəncənin icra başçısı postuna gələr-gəlməz şəhərin gənc səhiyyə idarəsi rəisi, reputasiyası təmiz olan, əslən Xocalıdan şəhid ailəsi Bəxtiyar Haqverdiyevi əvəz edib. Sabiq səhiyyə müdirinə isə "kadr islahatı” adı ilə əsassız olaraq Elmar Vəliyevçi damğası vurulub. Yaxın gələcəkdə bütün ölkə üzrə tətbiq ediləcək "tibbi sığorta"nın Gəncədə məhz Nazim Əhmədov kimi bir kadrla uğur qazanacağı real səslənmir... P.S: "Reportyor.Tv faktlara münasibət öyrənmək üçün dəfələrlə Gəncə Səhiyyə İdarəsinin əlaqə telefonuna zənglər etdi. Müəyyən olundu ki, son zamanlar Nazim Əhmədovun işə davamiyyəti olduqca aşağıdır və o, günlərlə öz iş yerində tapılmır. Telefon zənglərimizə isə hər dəfəsində "gedin nə istəyirsiniz yazın!" deyərək cavab verən katibə cavab verir. Nazim Əhmədovun tezliklə öz ərizəsilə işindən uzaqlaşdırılacağı da iddia edilir... //teref.az//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
|