"İYNƏ ÜSTÜNDƏ OTURMUŞ" QƏBƏLƏ...
Tarix: 8-10-2013, 15:52 | Çap et
Keçənlərdə vətəndaş Gündüz Ramazanovun şikayət ərizəsi əsasında hazırladığımız tənqidi material dərc olunmuşdu. Qeyd edək ki, materialda toxunulan mövzu son vaxtlar xoşagəlməz tendensiya halını almış bir problemlə bağlı idi. Təəssüflər olsun ki, bu gün ölkənin müxtəlif inşaat meydanlarında müqaviləsiz-filansız çalışan fəhlələrin son nəticədə haqlarının kəsilməsi, podratçı və subpodratçı qismində çıxış edən briqadalara razılaşmaya əsasən nəzərdə tutulmuş pulun verulməməsi artıq adi bir hala çevrilmişdir. Həm də bu kimi hallar kifayət qədər tez-tez rast gəlindiyi kimi, eyni zamanda da bir növ çarəsizliyi ilə diqqəti cəlb edir. Sifarişçi şirkətlə icraçılar arasında vasitəçi rolunu oynayan şəxslər, bir çox hallarda ümumiyyətlə heç bir müqavilənin bağlanmamasından istifadə edərək usta və fəhlələrin haqqını “yeməyi” artıq özlərinin daimi gəlir mənbəyinə çevirmişlər. Təbii ki, bu kimi hallara çox zaman işgüzar dairələrdə elə də yüksək nüfuza malik olmayan şirkələrin fəaliyyətində rast gəlinir. Lakin Gündüz Ramazanovun şikayəti belə qənaətə gəlməyə əsas verir ki, ölkəmizin ən iri, ən nüfuzlu holdinqləri belə bəzən özlərini əliəyri icraçıların əməllərindən sığortalaya bilmirlər.Məlum olduğu kimi “Gilan” Holdinq ölkənin əsas iqtisadi nəhənglərindən biridir. Ölkə iqtisadiyyatının əksər sahələri – qida məhsulları istehsalı, yüngül səaye, kənd təsərrüfatı, turizm və digər bu kimi istiqamətlər “Gilan” Holdinqin maraq dairəsinə daxildir. İnşaat sektorunda “Gilan” Holdinqi təmsil edən şirkət isə “Gilan İnşaat” MMC-dir. Bu şirkət yaşayış komplekslərinin, istirahət mərkəzlərinin, idman komplekslərinin, körpülərin, yeraltı qarajların, yeraltı keçidlərin layihələndirilməsi və tikintisi ilə məşğul olur. Əlbəttə ki, bu günə mövcud olan bütün iqtisadi göstəricilər “Gilan İnşaat” MMC-ni ilk növbədə etibarlı bir tərəf müqabili kimi təqdim edir. Lakin qeyd olunduğu kimi bu gün ölkənin inşaat sektorunda artıq son dərəcə arzuolunmaz bir tendensiya formasını almaqda olan fırıldaqçılıq halları “Gilan İnşaat” MMC-dən də yan keçməmişdir. Elə redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən G. Ramazanov da belə bir fırıldaq əməlinin qurbanı olduğunu iddia edir. Öz ərizəsində Gündüz Ramazanov bildirmişdi ki, o, rəhbərlik etdiyi briqada ilə birlikdə artıq beş ildən artıq bir müddətdir ki, “Gilan İnşaat” MMC ilə əməkdaşlıq edir. Şikayətçinin sözlərinə görə bir müddət əvvəl onun briqadası “Gilan İnşaat” MMC-nin sifarişi əsasında, Qəbələ şəhərində inşa olunan “Karvansara” otel kompleksinin və konfrans zalının tikintisində iştirak etmişdir. İnşaat işləri artıq tamamilə başa çatsa da, “Gilan İnşaat” MMC-nin təmsilçiləri Gündüz Ramazanovun briqadasına görülmüş işlərə görə yaranmış borcu ödəməkdən boyun qaçırırlar. G.Ramazanov bildirir ki, yaranmış borcun məbləği 15 000 (on beş min) manat təşkil edir. Lakin, icraçıların “Gilan İnşaat” MMC-nin ərazi kuratoru kimi tanıdıqları və indiyə qədər maliyyə məsələlərinə baxan Elxan adlı şəxs həmin məbləği ödəməkdən imtina edir. Maraqlıdır ki, tərəflər arasında borcun məbləğinə dair heç bir mübahisəli məqam da yaranmayıb. Sadəcə olaraq Elxan fəhlələrin pulunu verməkdən imtina edir. Yeni aldığımız məlumatlarda isə mübahisəli məsələyə artıq Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi səviyyəsində də baxıldığı bildirilir. Qeyd olunur ki, problemin həll olunmasında köməklik göstərilməsi xahişi ilə Gündüz Ramazanovun briqada üzvləri Qəbələ RİH-nin başçısı Səbuhi Abdullayevə müraciət etmişlər. Bundan sonra isə şikayətçilər başçının birinci müavini Abil Ağasəfov tərəfindən qəbul edilmişlər. Söhbət zamanı briqada üzvlərinə məsələnin araşdırılacağı bildirilmişdir. Bir müddət keçdikdən sonra Gündüz Ramazanova bildirilmişdir ki, araşdırmalar nəticəsində qarşı tərəfin həqiqətən də borclu olduğu, lakin bu borcun 15 min deyil, cəmi 10 min manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Bəy verən atın dişinə baxmazlar, deyən G.Ramazanov bununla da razılaşmışdır. Lakin məsələnin həlli bu məbləğin təyin olunmasından sonra yenidən “dondurulmuşdur”. Aradan kifayət qədər müddətin keçməsinə baxmayaraq şikayətçilər hələ də öz pullarını ala bilmirlər..

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07 |
|
|
|
| • Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04 |
|
|
|
| • Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58 |
|
|
|
| • "Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57 |
|
|
|
| • Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52 |
|
|
|
| • 208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48 |
|
|
|
| • Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47 |
|
|
|
| • Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41 |
|
|
|
| • Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35 |
|
|
|
| • Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27 |
|
|
|
| • Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18 |
|
|
|
| • AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16 |
|
|
|
| • "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09 |
|
|
|
| • Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03 |
|
|
|
| • YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59 |
|
|
|
| • Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57 |
|
|
|
| • 16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36 |
|
|
|
| • "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35 |
|
|
|
| • “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
| • Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18 |
|
|
|
| • "Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09 |
|
|
|
| • "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05 |
|
|
|
| • Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56 |
|
|
|
| • Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54 |
|
|
|
| • Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52 |
|
|
|
| • Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44 |
|
|
|
| • Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42 |
|
|
|
| • Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29 |
|
|
|
| • Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27 |
|
|
|
| • Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56 |
|
|
|
| • “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55 |
|
|
|
| • Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53 |
|
|
|
| • General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27 |
|
|
|
| • “Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
| • Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07 |
|
|
|
| • Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56 |
|
|
|
| • "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52 |
|
|
|
| • Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50 |
|
|
|
| • "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44 |
|
|
|
| • Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40 |
|
|
|
| • Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21 |
|
|
|
| • Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14 |
|
|
|
| • "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05 |
|
|
|
| • Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02 |
|
|
|
|