Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                     "BAX, BU AYRI `LEVEL`DİR..." .....                     Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir .....                     Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər .....                     "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                     Azərbaycanda ət bahalaşa bilər... .....                     Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? .....                     Bloger “Space TV”də yeni veriliş aparacaq .....                     Avtomobil bazarında durğunluq var: .....                     Restoranda açıq geyimə görə QALMAQAL .....                     Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... .....                     Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... .....                 

NAZİR İSMAYILLIDA MÜŞAVİRƏ KEÇİRİB
Tarix: 18-01-2012, 11:52 | Çap et
NAZİR İSMAYILLIDA MÜŞAVİRƏ KEÇİRİB

"BİZ SOSİAL SİYASƏTDƏ DƏ ÇOX UĞURLA ADDIMLAR ATIRIQ”

Bu gün İsmayıllı rayonunda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə nazirliyin aztəminatlı vətəndaşların rifah halının yüksəldilməsi, həmçinin 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş zona müşavirəsi keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Fizuli Ələkbərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun siyasəti sayəsində ölkəmizin inkişaf dinamikasının ötən il də uğurla davam etdirildiyini vurğulayaraq, bildirib ki, 2011-ci ildə respublikada iqtisadi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz, qeyri-neft sənayesində isə 11,1 faiz təşkil etmişdir. İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. İnflyasiya birrəqəmli səviyyədə qalaraq 7,9 faiz olduğu halda əhalinin pul gəlirləri 19,6 faiz artmışdır. Deməli, əhalinin pul gəlirləri inflyasiyanı 2,5 dəfə üstələmişdir.

Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, "biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq". Belə ki, sosial proqramların icrası işləri uğurla davam etdirilir, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min, hər bir ailəyə düşən yardımın orta aylıq məbləği 106 manat təşkil edir.
2011-ci il sosial sahədə bir sıra yeni proqramların işə salınması ilə əlamətdar olmuşdur. Yəni ötən il aztəminatlı ailələrin öz potensial imkanlarından istifadə etməklə gəlirlərini artırmalarına şərait yaradılması üçün Birdəfəlik sosial yardım - Özünədəstək proqramı hazırlanmışdır. Ölkə rəhbərinin sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, ötən ilin martında Tovuz rayonunun Ermənistanla həmsərhəd Vahidli kəndində sınaq işlərinə başlanılan bu layihənin cari ildən bütün ölkədə icrası planlaşdırılır. Proqramda iştirak edən ailə artıq ünvanlı yardım almayacaq və sosial reabilitasiya olunaraq yoxsulluq həddindən çıxacaqdır.

Eyni zamanda ötən il vətəndaşlarına xidmətin keyfiyyətcə yüksəldilməsi, onlara dövlət təminatlarından yararlanmaq məqsədilə alternativ müraciət imkanlarının yaradılması, həmçinin ünvanlı yardımların təyinatı işində şəffaflığın artırılması, bu sahədə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə başlanılmışdır. İlkin olaraq pilot layihə kimi Cəlilabad və Balakən rayonlarında sınaqdan keçirilməsinə başlanılan bu sistem cari ildə digər rayon və şəhərlərdə də tətbiq olunacaqdır.

Eyni zamanda, Azərbaycan Prezidentinin 23 may 2011 tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrası olaraq, Nazirlik tərəfindən əhaliyə göstəriləcək elektron xidmətlərin təşkili istiqamətində müəyyən işlər görülmüş, Nazirliyin fəaliyyət istiqamətləri üzrə təşkil edilməsi nəzərdə tutulan elektron xidmət növlərinin siyahısı müəyyənləşdirilmişdir. Elektron xidmətlər nəticə etibarilə vətəndaşların Nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar birbaşa müraciət və xidmətlərdən yararlanmaq imkanlarının xeyli artmasına səbəb olacaqdır.
Görülən işlərdə şəffaflığın artırılması məqsədilə ötən il nazirlikdə vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctimai Şura yaradılmışdır ki, bütün sosial müdafiə tədbirlərinin təşkilində, eləcə də Özünədəstək layihəsinə cəlb olunan ailələrin seçilməsində həmin Şuranın üzvləri iştirak edirlər.
2011-ci ildə nazirliyin əsas diqqət yetirdiyi məsələlərdən biri də vətəndaşların qəbulu və onların öz iştirakı ilə müraciətlərinə yerində və obyektiv baxılması olmuşdur. Nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif şəhər və rayonlarında ümumilikdə 560 nəfərdən artıq vətəndaş qəbul edilərək, onların müraciətləri yerində araşdırılmış, konkret tədbirlər görülmüşdür. Bu işlər də nazirlikdə yaradılan İctimai Şuranın üzvlərinin fəal iştirakı ilə həyata keçirilmişdir. Müşavirədə əhalinin sosial müdafiəsi sahgəsində həyata keçirilən tədbirlər, cari ildə görüləcək işlər ətraflı müzakirə olunub.

Tədbirdə 20 Yanvar faciəsinin 22-ci ildönümünün yaxınlaşdığını qeyd edən nazir Fizuli Ələkbərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının həmin insanlara daha layiqli səviyyədə çatdırılması, onların və ya digər sahədə problemlərinin həllinə hərtərəfli kömək göstərilməsi qarşıda duran əsas vəzifələrdən biridir.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" 5 dekabr 2011-ci il tarixli, 99 nömrəli sərəncamının icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Yanvar Cəmiyyəti və 20 Yanvar Fondu ilə birlikdə müvafiq tədbirlər görmüş və 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar nazirlik tərəfindən 127 şəhid ailəsinin və 328 nəfər əlilin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi məqsədilə vəsait ayrılmışdır.

"20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı almış şəxslərin ailə üzvlərinə ayda 300 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. Eyni zamanda, Azərbaycan Prezidentinin 19 yanvar 2011-ci il tarixli, 370 в„–-li Fərmanına əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təsis edilmişdir.

Hər il 20 Yanvar faciəsinin ildönümündə nazirlikdə 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirilir və onlara birdəfəlik maddi yardımlar verilir. 20 Yanvar əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 51 nəfər şəhid ailəsi və 20 Yanvar əlili mənzillə, 50 nəfər əlil isə minik avtomaşını ilə təmin edilmişdir.
Bununla yanaşı, 7 nəfər 20 Yanvar əlilinin respublikadan kənarda və respublika daxilində müalicəsinə müvafiq köməklik göstərilmiş, həmçinin Nazirlikdə fəaliyyət göstərən komissiyanın qərarı ilə 85 nəfər 20 Yanvar əlilinə birdəfəlik maddi yardım verilmişdir. Son üç ildə bu təbəqədən olan 25 nəfər əlil vətəndaşın yay mövsümündə Nabran istirahət zonasında dövlət hesabına istirahəti təşkil edilmişdir. Hər il istedadlı əlillərə maddi və mənəvi dəstək verilməsi məqsədilə keçirilən Ümumrespublika yaradıcılıq baxış müsabiqələri və idman yarışlarında istedadlı 20 Yanvar əlillərinin də iştirakı təmin olunur.

Tədbir çərçivəsində əlil ictimai birliklərinin rəhbərləri ilə nazirliyin məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə əlillər, o cümlədən 20 Yanvar əlilləri və şəhid ailələri ilə bağlı görülən işlər və bu sahədə qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Bu gün, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Bu gün, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Bu gün, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru