Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                     İxracdan ən çox qazanan Azərbaycan şirkətləri .....                     Şikayətlər artır, həll isə yoxdur: .....                     Bakıda toyda DƏHŞƏT: .....                     45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi .....                     “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi .....                     Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib .....                     “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı .....                     Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                     İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? .....                     Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək .....                     Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək .....                     Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü .....                     Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi .....                     Ermənistanda hərbçinin meyiti aşkarlanıb .....                     RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU .....                     Putini Ermənistandan rədd edəcəyik .....                     "CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" .....                     Nazirdən QƏRAR .....                     Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi .....                     Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən .....                     Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət .....                 

KXCP SƏDRİ CƏMİL HƏSƏNLİDƏN RAZIDIR
Tarix: 23-09-2013, 10:35 | Çap et
KXCP SƏDRİ CƏMİL HƏSƏNLİDƏN RAZIDIR
Demokratik Qüvvələrin Milli Şurası seçkiyə vahid namizədlə getməyi bacarsa da, qurum daxilin-dəki gərginliklər aradan qalxmayıb. Milli Şuranın vahid namizədi Cəmil Həsənli birləşmiş müxali-fət daxilindəki gərginliyi azaltmağa müvəffəq olsa da, narazılıqlar alt qatda qalmaqdadır. Hələlik qüvvələr arasında "atəşkəs"ə nail olunsa da, hər an yeni münaqişə başlaya bilər. Klassik Xalq Cəb-həsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu isə birləşmiş müxalifə-tin seçkidə monolit qüvvə kimi mübarizə aparacağına əmindir.

- Mirmahmud bəy, artıq Milli Şura öz namizədi ilə seçkiyə qatılıb. Hazırkı mərhələ necə gedir?
- Belə demək mümkündürsə, proses qanunauyğun aparılır. Seçkiyə start verilib və 21 günlük təbliğat kampaniyası başlayıb. 21 günə sığa biləcək işlər görülür, nələr etmək mümkündürsə, edilir. Yəni, zamana, şəraitə, qanunamüvafiq işlər görülür.
- Həmişə ölkədə qanunauyğun proseslərin getmədiyini deyirdiniz, indi isə prosesin qanunauyğun getdiyini bildirirsiz. Hansı qanunu nəzərdə tutursuz?
- Seçki Məcəlləsini və ona uyğun təbliğat üçün verilən 21 günlük vaxtı nəzərdə tuturam. Yəni, mən bu günün nəbzi, hazırda görülən işlərlə bağlı dedim. Amma detalları bir qədər fərqlidir.
- Bəlkə bir qədər detallara varaq?
- Detalın biri odur ki, Azərbaycanda qanunlar, bu qanunlara riayət edənlər də var, amma bu qanunun yerinə yetirilməsinə nəzarət edənlər, onları həyata keçirməyə borclu olanlar qanundan kənardadırlar. Belə demək mümkündürsə, sıravi vətəndaşlar, bizlər qanunu yerinə yetiririk. Məsələn, seçkidə 21 gündə nə etmək mümkündürsə, o edilir, təbliğat aparılır və sair. Amma o da məlumdur ki, Azərbaycan qanunların hakim olduğu ölkə deyil, hakimlərin qanun olduğu ölkədir. Ona görə də hazırda ölkədə vəziyyət xoşagələn deyil.
- Sizin də təmsil olunduğunuz Milli Şuranın namizədi Cəmil Həsənli artıq fəaliyyətə başlayıb. РЊa-mizədinizin fəaliyyəti, davranışları, mübarizə taktikasını bəyənirsizmi?
- Yəqin ki, siz də, oxucu da, tamaşaçı da İctimai Televiziyada yayımlanan iki debatı, 6 dəqiqə ər-zində edilə biləcəklərin effektini nəzərdə tutur. Əgər qimətləndirmə şkalası ilə götürsək, Cəmil Həsənlinin fəaliyyətini ən yüksək şkla ilə qiymətləndirmək olar. Həmin müddət ərzində, o mühitdə nə demək mümkündürsə, Cəmil bəy onu deyir.
- Seçkidə liderlərlə yanaşı, komandalar da mübarizə aparırlar. Bəs, C.Həsənlinin komandasının fəaliyyətini necə qiymətləndirirsiz?
- Milli Şuranın namizədi Cəmil Həsənlinin Seçki Qərargahı yaradılıb və bu qurum əlindən gələni edir, işlər görülür. Bir tərəfdən namizədin özü televiziyada çıxış edir, fikirlərini bölüşür, digər tərəfdən də Seçki Qərargahı öz üzərinə düşən işi görür. Cəmil bəyin komandası bütövlükdə Milli Şuradır. Əsas ağırlıq mərkəzi bir neçə təşkilatın boynundadır. Həmin təşkilatlar da nə bacarırlarsa, onu edirlər.
- Onlar işlərini lazımi səviyyədə görə bilirlərmi?
- Azərbaycan çərçivəsində, bugünkü reallıqlar müstəvisində görülməsi mümkün olan işlər həyata keçirilir.
- Görünən odur ki, bu yükü əsasən AXCP ilə Müsavat boynuna götürüb, qalan partiyalar kənardadır. Prosesdən kənarlaşdırılmısınız, yoxsa özünüz kənarda dayanmısınız?
- Qətiyyən belə deyil. Sadəcə olaraq, adını çəkdiyiniz iki təşkilatın özlərinə məxsus olan media qurumları var. Fikir verirsinizsə, həmin media qurumlarında ancaq onların təbliğatı gedir, onların gördüyü işlər işıqlandırılır. Hətta Milli Şurada olmayan adamlardan da seçki ilə, gündəlik işlə, konkret Cəmil Həsənli ilə bağlı müsahibələr götürürlər, ancaq bizim partiyanın rəhbərliyinə daxil olan şəxslərdən bir kəlmə soruşmurlar. Bu da onu göstərir ki, həmin partiyalar yalnız öz fəaliyyətlərini qabartmaq istəyirlər. Onu da deyim ki, bu da onların haqqıdır. Onlar bizi qısqansalar da, yer ayırmasalar da, öz işləridir, amma biz bu məsələlərdə kimisə qısqanmırıq. Bizim gördüyümüz işləri təbliğ eləməyi heç kəs öhdəsinə götürməyib və borclu da deyillər.
- Bəs, KXCP Milli Şuranın namizədi Cəmil Həsənli üçün nələr edir?
- Bu suala daha düzgün və ətraflı cavabı Klassik Xalq Cəbhəsi Partiyasının Seçki Qərargahından, eyni zamanda, Cəmil Həsənlinin Seçki Qərargahındakı nümayəndələrimiz verə bilərlər. Amma mən ümumi şəkildə deyə bilərəm ki, KXCP də üzərinə düşən işi həyata keçirir. Rayon-şəhər şöbələri səfərbər olunublar, artıq bəllidir ki, kimlər hansı işi görəcəklər. 27 rayonda dairələr bu təşkilatlar arasında bölünüb. Belə demək mümkündürsə, bu bir yarışdır və Klassik Xalq Cəbhəsi yarışa hazırdır. Bu yarışda KXCP ilə yarışa bilənlər də, bilməyənlər də var.
Ancaq ən yaxşı qiyməti zaman və seçicilər verəcək. Eyni zamanda, bu istiqamətdə kimin nə qədər əziyyət çəkdiyinə qiyməti namizədimiz Cəmil Həsənli verə bilər.
- İki həftə öncə Sizinlə söhbətimiz zamanı demişdiniz ki, Cəmil Həsənli İctimai Palatanın, daha dəqiqi, AXCP ilə Müsavatın namizədidir. Nə baş verdi ki, C.Həsənli Sizə doğmalaşdı, namizədiniz oldu?
- Mənə elə gəlir ki, siz bunu təqdir eləməlisiniz.
- Mən, sadəcə, izahını bilmək istəyirəm.
- İzahı da bundan ibarətdir ki, hər bir zamanın öz tələbi var. Bəli, o zaman belə bir bəyanat vermişdim. Həmin bəyanat da zamana uyğun idi və doğru, situasiyaya uyğun bir mövqe kimi ortaya qoyulmuşdu. Namizədin özü də partiyalarla görüşdü və fikir mübadiləsi aparıldı. Təəssüf ki, bu barədə mətbuata məlumat verə bilmədik, verdiklərimiz də qəbul olunmadı. Ondan öncə partiya-larla görüş olmuşdu və orda belə bir fikir səslənmişdi. O zaman bunu deməyə əsaslar var idi. Bu gün isə artıq vəziyyət başqadır. Təxminən on günə yaxındır ki, mövqeyimizi qətiləşdirmişik və Cəmil Həsənlinin ətrafında sıx birləşməyin məqsədəuyğun olduğunu qərara almışıq.
РЊamizədin də bu məsələ ilə bağlı konkret mövqeyi, özünün təklifi var. Təbii ki, KXCP-yə Seçki Qərargahında təmsil olunmaq təklifi verilib və reallaşıb. Biz də vətəndaş kimi, Milli Şuranın üzvü kimi namizədimizin arxasındayıq və onun təbliğatı ilə məşğuluq. Partiya olaraq, onun tapşırıqlarını yerinə yetiririk, təkliflərimizi veririk.
- Bir müddət öncə Rəsul Quliyevlə, daha sonra Lalə Şövkətlə Müsavat arasında gərginliklər yaşandı. Amma tərəflər Cəmil Həsənliyə görə "atəşkəs" elan edib. Bu gərginliklə, çəkişmə ilə seçkiyə getmək Milli Şuraya əlavə problemlər yaratmayacaq ki?
- Bir gün öncə Cəmil Həsənlinin rəhbərliyi ilə sessiya keçirildi və hər kəsə göstərildi ki, bütün çəkişmələr arxada qalıb. Artıq hər kəs vəziyyətin ciddiliyini nəzərə alıb Milli Şuranın namizədi Cəmil Həsənlinin ətrafında sıx birləşməyin vacib olduğunu anlayır. Ancaq Milli Şura daxilində olan gərginliklər, partiyalar arasındakı fikir ayrılıqlarına, münaqişələrə gəlincə, bu gərginliklər nələrə səbəb olacaqsa, onun qarşısını almaq mümkün deyil. Təbii bir prosesdir, nə olması mümkündürsə, o da olacaq. Onun qarşısını almaq mümkün deyil.
- Artıq C.Həsənlinin təbliğat kampaniyası ilə bağlı ilk mitinqin keçirilməsi planlaşdırılıb. Milli Şuranın son mitinqi gözlənilən effekti verməmişdi. Bu dəfə dəstəkçiləriniz çox olacaq, yoxsa müəyyən narahatlıqlar var?
- Avqustda keçirilən mitinq Milli Şuranın aksiyası idi. Ancaq sentyabrın 22-də keçirilməsi nəzərdə tutulan aksiya Milli Şuranın namizədi Cəmil Həsənlinin seçiciləri ilə görüş aksiyasıdır. Bu məna-da, sabah keçiriləcək aksiya müsbət mənada bir qədər fərqli olacaq.
- Mirmahmud bəy, artıq seçkiyə sayılı günlər qalıb. Hazırkı prosesləri nəzərdən keçirəndə 9 oktyabrda nələrin olacağını proqnozlaşdırırsınız?
- İndidən konkret nəsə demək çətindir. Bu günə kimi iki təsiredici televiziya çıxışı olub. Bundan sonrakı çıxışların canlamaya, oyanışa, seçicilərin rəğbətinin qazanmasına nə dərəcədə təsir edəcə-yini zaman göstərəcək. Yəqin ki, seçkiyə daha az müddət qalmış reallığa yaxın qənaətimizi bölüş-məyə imkan verəcək. Ancaq ümumiləşdirilmiş bir fiikr demək olar ki, 9 oktyabrda ağır və məsu-liyyətli seçki olacaq. Məncə, budəfə Azərbaycan seçicisi öz seçimini edəcək və nə istədiyini, ki-minlə davam etmək fikrində olduğunu nümayiş etdirəcək.
- Azərbaycan seçicisi seçimini bundan əvvəlki seçkilərdə də edirdi, amma ortada nəticə olmurdu, müxalifət qələbə çaldığını, amma saxtakarlığın olduğunu deyirdi, hakimiyyət isə əksini bildirirdi. Bu dəfə qələbəni qorumaq, kimin haqlı olduğunu sübuta yetirmək mümkün olacaqmı?
- Burada Amerika icad eləməyə ehtiyac yoxdur. Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin tələblərini ortaya qoymaqla məsələni həll etmək olur. Bu seçkinin nəticələrinin dəyişdirilməsi kursu 2009-cu ilin referendumu ilə götürülüb. Bu da qanunlara ziddir. Sözsüz ki, bütün bu detallar təsirsiz ötüşməyəcək. Ona görə deyirəm ki, budəfəki seçki daha ağır, ciddi və məsuliyyətli olacaq. \ reytinq qəzeti \











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Bu gün, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Bu gün, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Bu gün, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Bu gün, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Bu gün, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Bu gün, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Bu gün, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Bu gün, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Bu gün, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Bu gün, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Bu gün, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bu gün, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Bu gün, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Bu gün, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Bu gün, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Bu gün, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Bu gün, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Bu gün, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Bu gün, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Bu gün, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Bu gün, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Bu gün, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Bu gün, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Bu gün, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Bu gün, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Bu gün, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Bu gün, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Bu gün, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Bu gün, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Bu gün, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Bu gün, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Bu gün, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Bu gün, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Bu gün, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Bu gün, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Bu gün, 12:10
Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 12:04
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA
Bu gün, 11:49
Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət – Öldürülən qadının yaxınları etiraz edir
Bu gün, 11:46
“Sürücü yola yox, xətlərə baxır” – Professor AYNA-nı tənqid etdi
Bu gün, 11:43
TƏBİB-ə yeni təyinat - BU GÜNDƏN...
Bu gün, 11:37
165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
Bu gün, 11:33
Daha bir neçə separatçı evlərindən çıxarılır - KİV
Bu gün, 11:20
Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib
Bu gün, 11:18
İbtidai təhsil sistemində təhsil mulyajlarının konveyeri - Sistemli maneələr və innovasiya imitasiyası
Bu gün, 11:17
Son bir ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,6 milyard dollar artıb
Bu gün, 11:15
Kart ödənişləri ilə bağlı qərar verildi – Nə dəyişəcək?
Bu gün, 11:13
Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb
Bu gün, 11:12
“PAŞA Həyat Sığorta” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru