AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                 

HAKİMİYYƏT İÇİNDƏ YENİ ÇƏKİŞMƏ
Tarix: 26-09-2011, 11:49 | Çap et
HAKİMİYYƏT İÇİNDƏ YENİ ÇƏKİŞMƏ

RAMİZ MEHDİYEV ZEYNAL NAĞDƏLİYEVƏ QARŞI

DİA.AZ: - Nə hakimiyyətin yaş senzi В«açılımıВ» nə də hansısa bir hadisə bu gün YAP hakimiyyətinin ağır toplarından biri, elə həm də birincisi hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görəvdən alınması üçün bir səbəb rolunu oynaya bilmir. Mərhum prezident HeydərƏliyevin idarəetmə prinsiplərini tamamilə əxz etmiş kimi görünən PA rəhbərini elə bu gün iqtidar düşərgəsinin əsas siması kimi təqdim edənlər də var.

Ona görə də mətbuatda В«boz kardinalВ» kimi təqdim olunan Ramiz Mehdiyev bir zamanlar ANS-çi Mirşahinin təbirində В«ölkənin səlahiyyətlisindən də səlahiyyətliВ» qiymətini almağa müvəffəq olmuşdu. Doğrudur, bu ifadənin səslənməsindən indiyinə qədər Ramiz Mehdiyevin əksinə işləyə biləcək elə bir ciddi hadisə baş verməyib. Yəni onun nüfuzunun aşağı düşmədiyi, hələ də ictimai-siyasi həyatda ən vacib fiqurlardan biri olduğu göz önündədir.

Və elə diqqət yetidrikdə görə bilərik ki, Ramiz Mehdiyevlə yanaşı, onun çevrəsi də tam olaraq irəliləməkdədir. Məsələn, bu gün PA-da Ramiz Mehdiyevin əsas adamlarından birincisi hesab olunan PA-nın şöbə müdiri Əli Həsənov media müstəvisində çox ciddi mövqeləri ələ keçirməyə müvəffəq olub. Əli Həsənov onlarla qəzeti öz nəzarəti altında saxlayır. Bundan əlavə PA-nın şöbə müdiri В«ArazВ» radiosuna, В«XəzərВ»TV-yə, Beynəlxalq Mətbuat Mərkəzinə, В«KaspiВ» yayım firmasına, В«BakıpressВ» yayım firmasına, yeni qurulmaqda olan В«KaspiВ» mətbəəsinə və daha neçə media strukturuna sahiblənib. Ki, bütün bunlar da əslində Ramiz Mehdiyevin media ilə bağlı planlarının icrası kimi təqdim oluna bilər.

Bundan əlavə, Ramiz Mehdiyev hakimiyyətiçi münasibətlərdə də çox ciddi mövqelərə malikdir. Bu gün tikinti sektorunda, ərzaq-qida sənayesində və bir sıra mühüm strateji iqtisadi sahələrdə Ramiz Mehdiyevin favoritliyini görməmək mümkün deyil.

Uzun müddətdən bəri ölkənin siyasi yükünü də В«çəkməli olanВ» Ramiz Mehdiyev eləcə də müxalif cinahla bağlı proseslərdə də əsas fiqur kimi diqqətə gəldiyindən, əslində, onun malik olduğu gücü təsəvvür etmək belə çətindir.

Amma bu çətinliyə baxmayaraq, bütün fövqəllərin sonu olduğu kimi, Ramiz Mehdiyevin də erasının bitəcəyi tarix var. Və artıq bu tarixə indidən tədarük görülməkdədir. Bu barədə redaksiyamıza çox ciddi çevrələrdən məlumatlar daxil olub.

Belə ki, hakimiyyət içindəki mötəbər qaynaqların В«DünyaВ» İnformasiya Agentliyinə (diaaz.space) verdiyi xəbərlərə görə, artıq prezident İlham Əliyev onun В«şərikiВ» kimi təqdim olunan və bəzi hallarda bu şərikliyi qabarıq şəkildə hiss olunan Ramiz Mehdiyevlə yollarını ayırmaq qərarını verib.

Mötəbər mənbənin söyləntilərindən bəlli olur ki, hal-hazırda Ramiz Mehdiyevin yerinə alternativ qüvvələrin gücləndirilməsi prosesinə start verilib. Xatırladaq ki, bu vaxta qədər Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA rəhbəri postuna ən şanslı namizəd kimi PA-nın şöbə müdirləri Əli Əsədovla Zeynal Nağdəliyevin adları çəkilməkdədir. Və son olaraq yayılan məlumatlarda bildirilir ki, artıq Əli Əsədov Zeynal Nağdəliyevlə eyni qrupda təmsil olunur və onlar çəkici bir zindana vurma barədə qərara gəliblər. Hətta onların mövqelərinə həm PA daxilindən və həm də kənardan kifayət qədər ciddi dəstəyin verildiyi də söylənilir.

Etibarlı mənbənin bildirdiklərində isə qeyd olunur ki, elə prezident İlham Əliyev də Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA rəhbəri postuna əsas olaraq Zeynal Nağdəliyevin gətirilməsində maraqlıdır: В«Yəni Zeynal Nağdəliyev sırf olaraq İlham Əliyevin kadrıdır və onun komandasının üzvüdür. Ramiz Mehdiyev isə köhnə eşalondan qalan ən qabarıq fiqur kimi mütləq şəkildə istefaya göndərilməlidirВ».

Mənbəmiz bildirir ki, Ramiz Mehdiyevlə bağlı planların icrasına yaxın günlərdə start verilə bilər. Çünki Ramiz Mehdiyev istənilən halda həm hakimiyyətin monolitliyini və həm də elə İlham Əliyevin birnciliyini şübhəyə alan br faktor kimi qabarmaqdadır. Belə olan təqdirdə prezidentin onunla vidalaşması artıq qaçılmaz bir prosesə çevrilib.

Redaksiyamıza çatdırılan bir başqa məlumatda isə bildirilir ki, Zeynal Nağdəliyevin onun yerinə hazırlanması xəbərindən hali olan PA rəhbəri artıq əsas rəqibinə qarşı indidən hərəkətə keçib: В«Bütün istiqamətlərdə Zeynal Nağdəliyevin adamları, ona yaxın olan şəxslər, hətta onun həmyerliləri belə sıxışdırılır. Vəziyyət o həddə çatıb ki, hətta bu günlərdə orta ranqlı bir vəzifəyə təyinat zamanı bir şəxs məhz Zeynal Nağdəliyevin həmyerliyi olması səbəbindən Ramiz Mehdiyevin müdaxiləsi ilə vəzifəyə təyin edilməyib. Yəni vəziyyət bu həddədirВ».

Təbii ki, bu prosesin bir sonu olmalıdır. Və olacaq da. Mənbəmiz bildirir ki, Ramiz Mehdiyev əslində hazırda özünümüdafiə ilə məşğuldur: В«Bunlar hücum xarakterli deyil. Çünki hücum edən cinah əks tərəfdirВ».

Xatırladaq ki, bu vaxta qədər mətbuatda Ramiz Mehdiyevin PA rəhbərliyindən sonrakı dönəm üçün yeni iş yeri ilə bağlı da müəyyən informasiyalar verilib. Və bu xəbərlər içində ən populyarı Mehdiyevin hələ binasının inşası başa çatmayan HeydərƏliyev Mərkəzinə rəhbər gətirilməsidir. Qeyd edək ki, mətbuatda bu mərkəzin SSRİ zamanında mövcud olan keçmiş В«politbüroВ» ilə eyni statusda olacağı söylənilir. Yəni Ramiz Mehdiyev PA-dan gedəcəyi təqdirdə belə, ona ölkənin idarə olunması yönündə müəyyən şansların tanınacağı söylənilir. Amma nə qədər şans tanınsa da, yeni post PA rəhbəri postu qədərində əhəmiyyətli ola bilməz.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Bu gün, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Bu gün, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Bu gün, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Bu gün, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru