Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                 

Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar... - Heç dammır da ki göl olsun...
Tarix: 14-08-2015, 10:27 | Çap et
Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar...
Birbaşa mətləbə keçib, Göyçay rayonu Hüngütlü kəndinin içməli su təchizatında yaradılmış süni problemdən söz açacağam. Məsələ bundadır ki, rayon mərkəzinin lap qulağının dibində yerləşən bu kəndə içməli su xətti hələ 1970-ci illərdə çəkilib, özü də birbaşa evlərə. O vaxtdan da bu günədək təsadüfi hallar istisna olunmaqla fasiləsiz su verilib. Amma təxminən bir il əvvəl hardansa axan qara buludlar Hüngütlünün başının üstünü alır.
Məlum olur ki, Kənd İnvestisiya Layihəsi çərçivəsində təxminən 40 ildir camaatı su ilə təmin edən boru xətti yenisi ilə əvəz ediləcək. Nəticədə isə köhnəlib-paslamış borulardan su sızıntısının qarşısı alınacaq.
Müxtəlif söyləntilərə əsasən, su xəttinin yenilənməsi məqsədilə 40 min manatdan artıq vəsait də aylırıb. Amma qəribədir, işin icrasına hələ başlamamış kimlərsə tərəfindən səlahiyyət almış bir-iki kənd sakini ev-ev gəzərək 20 manatdan pul toplayıb. Pul yığılarkən isə belə əsas gətiriblər ki, qanuni olan bu yolla layihəyənin icrasına dəstək vermək istəyirlər. Xülasə, camaata vəd verilir ki, ən qısa vaxtda kəndin bütün evlərinə keçmişdə çəkilən su xətləri dəyişdiriləcək və bununla da problem kökündən çözüləcək.
Xatırlayıram, Novruz bayramında kəndin girişindən çıxışınadək - mərkəzi küçə boyunca yeni xəttin çəkildiyini görmüşdüm. O vaxt yerlilər mənə demişdilər ki, təxminən dörd min metr uzunluğunda, el arasında "şlank" deyilən plastik kəmər çəkilib. "Şlank" kəndin girişində 100 mm, çıxışında isə 25 mm diametrindədir. Yeri gəlmişkən, camaat belə kiçik diametrli boru ilə bütün evlərə normal təzyiqli suyun veriləcəyinə şübhələrini gizlətmirdir. Amma icraçılar da əsas gətirirdilər ki, əksinə, bu halda təzyiq güclü olacaq və sair… Qısası, gözdağı olan "şlank"lar bu yay 45-50 dərəcə istidə yanan insanların odunu söndürmədi. Camaat da bir neçə dəfə Rayon İcra Hakimiyyətində şikayətdə olub, hətta məsul şəxslər tərəfindən qəbul ediliblər, hər dəfə də söz verilib ki, narahat olmayın, su veriləcək…
…Deyir, sən saydığını say, gör fələk nə sayır. Sirrin üstü indi açılır. Sən demə Kənd İnvestisiya Layihəsi çərçivəsində çəkilən içməli su xətti evlərə deyil, kəndarası küçə üçün nəzərdə tutulubmuş. Özü də təxminən hər 500 metrdən bir 3 yerdə krant (yerli icra nümayəndəliyi və su idarəsi bunu bulaq adlandırır - V.T.) qoyulub. Yəni 35 il ərzində suyu evinin mətbəxində qəbul edən sakinlər bir vedrə su üçün sözügedən bulaqlara qədər yarım kilometr yol getməlidir.

Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar...

Yeri gəlmişkən, suyun evlərə deyil, yalnız kəndarası uzanan şlanklara verilməsi xəbərini əsas icraçı - Kənd İnvestisiya Layihəsinin mətbuat xidmətindən də təsdiqlədilər. Dedilər ki, kənddə bir neçə yüz ev var, onların hamısına ayrı-ayrılıqda xətt çəkməyə maddi imkanları yetmir. Yəni Dünya Bankı tərəfindən ayrılan vəsaitdən xərcləyərək bu layihəni həyata keçiriblər. Buna baxmayaraq, o da vurğulandı ki, xəttin tikintisi başa çatdıqdan sonra rəsmi surətdə yerli bələdiyyəyə təhvil verilir. Bələdiyyə isə artıq həmin boru xəttindən evlərə suyun paylanmasını təmin etməlidir.
Bu yerdə onu da vurğulayım ki, yeni kəmərin tikintisi zamanı müxtəlif diametrli şlanklardan istifadə edilməsi faktı layihə rəsmisini təəccübləndirdi. O, tikintinin plastik borularla aparılmalı olduğunu dedi. Nə edək, fakt faktlığında qalır, babalı günahkarın boynuna…
Camaat günahın böyük qismini bölgənin içməli su ilə təminatına cavabdeh olan su idarəsində görürdü. Mən də mərkəzi Ucar şəhərində yerləşən idarəyə telefon açıb rəis müavini Elvin İbrahimovla qısa söhbət elədim. Müsahibim dedi ki, Hüngütlü kəndinə içməli su xətti 1979-cu ildə çəkildiyi üçün artıq çürüyüb, istifadəyə yararsız hala düşüb. Ona görə də şəbəkənin yenilənməsinə ehtiyac vardı. Buna baxmayaraq, o, xəttin çəkilişində iştirak etmədiklərini də əlavə etdi.
Elvin İbrahimov onu da dedi ki, təmsil etdikləri idarə böyük işlər görməkdədir. Hazırda Ucar şəhərinin içməli su şəbəkəsinin yenilənməsi ilə məşğuldurlar. Eləcə də Göyçayın 4 kəndində eyni prosesi başa çatdırmalıdırlar. Yəqin ki, bu proses çərçivəsində Hüngütlü kəndinin sakinlərinin də suya həsrəti sona çatar.
Göyçay Rayon İcra Hakimiyyətindən də qeyri-müəyyən cavab aldım. İcra Hakimiyyətinin sözçüsü Arif Yusubov bildirdi ki, "Kreml birdən-birə tikilməyib, Hüngütlünün problemləri də nə vaxtsa həllini tapacaq". Dedi ki, yeni başçı təyin olunan gündən bəri az müddətdə yığılıb-qalmış xeyli problemi aradan qaldırmağa çalışır.
Sual verdim ki, bir ildən artıqdır Hüngütlünün içməli su şəbəkəsi sıradan çıxarılıb, yeni kəmər çəkilir deyib, köhnənin də fatihəsini verdilər. Camaatdan pul da yığıldı, amma necə deyərlər, it də getdi, ip də. İcra Hakimiyyətinin rəsmisinə "35 il ərzində camaatın həyətinə, hətta mətbəxinin krantına gələn suyu kəsiblər, üstəlik hər evdən 20 manat da yığıblar ki, daha təzyiqli su veriləcək yenilənəcək borulara. Amma neçə vaxtdır insanlar su üzünə həsrət qalıblar" deyəndə, maraqlı cavab eşitdim. Bildirdi ki, "Biz altı aydır işləyirik, kimsə xətt çəkib və ya pul yığıb, bunu bizə niyə deyirsiniz?". Cavab verdim ki, "Kənd də, sakinlər də Göyçaya məxsusdur və bu rayona da məhz İcra Hakimiyyəti nəzarət edir. Bəyəm sizdən əvvəl yaranan problemlər tarixə qovuşmalıdır?". Nə isə, A.Yusubov söhbəti tamamlamaq üçün dedi ki, problem mütləq həll olunacaq. Amma nə vaxt, bunu deyə bilmədi. Yazımız çapa hazırlanarkən "Azərsu" ASC-nin mətbuat xidməti ilə də əlaqə saxladıq. Buradan da Hüngütlü kəndini içməli su problemi ilə üz-üzə qoyanların cavabını təkrarladılar: "Yaxın vaxtlarda kənddəki bütün abonentlərə mərkəzi xətdən suya çıxış veriləcək və hər bir ev sayğacla təmin olunacaq".
"Azərsu" ASC-nin nəzərinə çatdıraq ki, bir neçə il əvvəl kəndin bütün abonentləri sayğacla təmin olunub, amma qısa vaxtdan sonra su idarəsinin əməkdaşları həmin sayğacları söküb aparıblar…

P.S. Bildiyim qədər, o kəndə yarım kilometrdən bir bulaq qoyarlar ki, orada ümumiyyətlə əvvəllər içməli su şəbəkəsi mövcud olmayıb və bu layihə yerli camaat üçün irəliləyiş sayılar. Amma Hüngütlünün timsalında 1979-cu ildən hər bir evin həyətinə su çəkilibsə, bu kəndin bir neçə bulağa ehtiyacı vardımı? Belə çıxır ki, sakinləri evlərinə gələn suyu kəsərək uzaq məsafədən su gətirməyə məcbur ediblər. Maraqlı yanaşmadır, bu da inkişaf, irəli getməkdənsə, kimlərsə kəndin inkişafını 35 il əvvələ qaytarır, heç kim də onlara "gözün üstə qaşın var" demir…

Vüsal Tağıbəyli










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru