"Bu gedişlə ilin sonunu neft hasilatı ən yaxşı halda 2025-ci illə müqayisədə təxminən 4% azala bilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Son günlər SOCAR-dakı neqativ olaylarla bağlı ictimaiyyətə məlumatlar verən Teymur Ağayevə istinadla NHMT sədri daha sonra bildirir:
"2025-ci ildə doğma vətənimizdə neft hasilatı 27.7 milyon ton olubki, bu 2024-cü illə müqayisədə 4.8% (1.4 milyon ton) azalma deməkdir. 2026-cı ilin ilk 6 ayında isə respublikamızda 13.3 milyon ton neft hasilat edilib. Bu gedişlə ilin sonunu ən yaxşı halda 26.6 milyon ton neft istehsalı ilə başa vuracayıqki, bu da, 2025-ci illə müqayisədə təxminən 4% azalma deməkdir.
Cənab finansist, neft hasilatı üzrə vitse-prezident Babək Hüseynov bilik, bacarıq, təcrübə və ixtisası ilə hal-hazırda olduğu vəzifəsində hələ də oturaraq dövlətimizə, millətimizə xəyanət etməkdə davam edir..."

















