Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                 

Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Tarix: Bu gün, 08:39 | Çap et

Xəbər verdiyimiz kimi, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib və Gənclər və İdman nazirinın sabiq müavini Mariana Vasileva federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.

"DİA-AZ" Kontekst.az-a istinadla xəbər verir ki, təyinat idman ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Çünki hələ təyinat ərəfəsində ölkənin idman mətbuatında Mariana Vasiyeva haqqında kəskin yazılar gedib.

Məsələn, futbolinfo.az saytında bir həftə öncə dərc edilən "Ştatdankənar məmur" yazısında deyilir:
"Mariana Vasileva – Azərbaycanın gənclər və idman nazirinin bolqar müavini… Sabiq və bəlkə də hazırkı…
Təyinatı narazılıq doğurdu; işdən çıxarılması biabırçı səbəbdən reallaşdı; hələ də işini davam etdirməsi bir başqa fiaskodur… Postundan azad edilib, amma məmuriyyətinə “ştatdankənar” davam edir. AGİN-in tədbirlərində iştirak edir, nazirliyin idarəetməsində birbaşa rol alır, kimsə onun göstərişlərindən çıxa bilmir.
Vasileva elə nüfuz və hörmət sahibidir ki (!), işdən çıxarılanda nazir Fərid Qayıbov belə buna üzüldüyünü paylaşım edərək göstərmişdi. İstefanın səbəbinə, işdən çıxaranın kimliyinə baxmadan… Deyəsən, küskün nazirin könlünü almaq üçün ona qeyri-rəsmi şəkildə Mariana xanımın işini davam etdirəcəyini dedilər və o, sakitləşdi".
Qeyd edək ki, Mariana Toteva Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi. O, 16 yanvar 2025-ci ildə işdən çıxarıldı.
Onun işdən çıxarılmasının səbəblərinə gəlincə, mətbuatda bu barədə kifayət qədər yazılar dərc olunub. Həmin səbəblərə toxunmazdan öncə qeyd edək ki,1974-cü ildə anadan olan Vasileva gənc yaşlarında vətəni Bolqarıstanda bədii gimnast kimi tanınıb. Bu idman növündə əldə etdiyi uğurlara görə Bolqarıstanda kifayət qədər tanınıb və sevilib. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasında məşqçi işləmək təklifi alıb, ailəsi ilə birgə Bakıya köçüb. 2009-cu ildə Azərbaycan yığmasına baş məşqçi təyin edilib.
Futbolinfo.az-ın məlumatına görə, Azərbaycanda yaşayan Vasileva və ailə üzvləri (həyat yoldaşı ilə iki qız övladı) Bolqarıstan vətəndaşlığını qorumaqla, həm də Azərbaycan vətəndaşlığını daşıyır. Baxmayaraq ki, Azərbaycanda ikili vətəndaşlıq qanunla tənzimlənmir!
Bundan başqa, Vasilevanın 1996-ci il doğumlu böyük qızı Siyana gimnastikada ilk addımlarını Bolqarıstanda atsa da, karyerasını 2008-ci ildən Azərbaycanda davam etdirib və 2011-ci ildə milli komandaya dəvət alıb. Sonra hətta baş məşqçi postunu tutub.
Sayt bu məqama toxunaraq yazır: "Bu qədər əzizlənən birinin vəzifədən kənarlaşdırılması qəribə görünə bilər. Amma o qədər ciddi səbəb var idi ki, onu qorumaq mümkün olmadı".
İndisə gələk həmin ciddi səbəblərə. Məsələ burasındadır ki, 2013-cü ildə Azərbaycanda Əməkdar məşqçi adı alan Vasileva çəki artımına görə atletləri döyüb, onları təhqir edib, özlərini yaxşı hiss etmədikləri halda atletlərin sağlamlığını risk altına qoyaraq onları məşqə məcbur edib.
Deyilənlərə görə, həmçinin, nazirlikdə Vasileva ilə digər əməkdaşlar arasında narazılıq yaşanıb. Bundan başqa, Mariana xanım Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən hər hansı tədbirdən 8 il müddətinə uzaqlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib. Azərbaycan milli komandasının baş məşqçi vəzifəsini icra edən Siyana Vasileva (Mariananın qızı) 18 ay, məşqçi Yevgeniya Vilyayeva isə 12 ay müddətinə uzaqlaşdırılıb.
Mətbuatda yayılan iddialara inansaq, Vasileva atletlərin pul və ya mükafatlarını mənimsəyib, onların ailələri ilə və ya digər şəxsi əlaqələrini məhdudlaşdıraraq mobil telefonlarından istifadə etmələrinə qadağa qoyub. O, həyatının sonuna qədər Beynəlxalq Gimnastika Fonduna bağlı olan hər hansı federasiyanın baş məşqçisi ola bilməyəcək. 2019-cu ildə Beynəlxalq Gimnastika Fondunun Mariana Vasilevaya təqdim etdiyi “Fəxri Məşqçi” diplomu da ondan geri alınıb.
O da iddia olunur ki, bu məsələlər ciddi şəkildə insidentə səbəb olduğu üçün siyasi rəhbərliyin nəzərinə çatdırılıb. Vasilevanın gimnastlara qarşı kobud, qeyri-insani davranışı, özünü müştəbeh aparması haqda məruzə edildikdən sonra onun işdən azad olunması qərarı verilib. Ayrıca Vasilevanın klubların birindən yayılan rəqs görüntüləri də ciddi qalmaqa və müzakirələrə səbəb olmuş və onun vəziəsindən uzaqlaşdırılmasında rol oynamışdı.
Bununla belə, nazirlikdəki vəzifəsindən uzaqlaşdırılmasına rəğmən, Vasilevanın postu hələ də boşdur. Bu səbəbdən onun həmin vəzifəni hələ də qeyri-rəsmi olaraq yerinə yetirdiyinə dair iddialar da var.
Bütün bunlardan sonra, Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun qalmaqallı gimnasta vəzifə verməsi də xeyli suallar doğurur. Çünki bu addımı həm idarəçilik prinsipləri, həm də ictimai rəy baxımından ciddi tənqidlərə dözümsüzdür və həm dövlət maraqları, həm də idman sahəsindəki islahatlarla birbaşa ziddiyyət təşkil edir.
İlk növbədə bu, beynəlxalq rüsvayçılığa və qadağalara məhəl qoymamaqdır. Çünki Mariana Vasileva sıradan bir səbəbdən yox, idmançıları döymək, təhqir etmək və onların sağlamlığını riskə atmaq kimi ağır ittihamlarla vəzifəsindən kənarlaşdırılıb. O zaman görəsən, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsində olan tədbirlərdən 8 il, istənilən federasiyada baş məşqçilikdən isə ömürlük uzaqlaşdırılan, "Fəxri Məşqçi" diplomu belə geri alınan bir şəxsə Cavid Qurbanovun qucaq açmasının arxasında hansı niyyət və arqumentlər dayanır?
Ən önəmlisi isə, Vasileva özbaşınalığına, idmançılara qarşı qeyri-insani davranışlarına görə məhz ölkə rəhbərliyinin iradəsi ilə işdən qovulub. Cavid Qurbanovun siyasi rəhbərlik tərəfindən idarəçilikdən kənarlaşdırılan, fəaliyyətində ciddi nöqsanlar aşkarlanan birini çox keçmədən Atletika Federasiyasına icraçı direktor təyin etməsi dövlət qərarlarına və siyasi iradəyə qarşı açıq-aşkar hörmətsizlik deyilmi?
Azərbaycanda ikili vətəndaşlığa qanunla yol verilmədiyi halda, həm Bolqarıstan, həm də Azərbaycan vətəndaşlığını daşıyan, üstəlik, ailəvi şəkildə korrupsiyaya və qadağalara bulaşmış bir şəxsə mühüm post etibar etmək Cavid Qurbanovun kadr siyasətinin yarıtmaz olduğunu göstərir. Xüsusilə nəzərə almaq lazımdır ki, ölkədə yüzlərlə gənc, savadlı, idman idarəçiliyini bilən kadr olduğu halda, məhz adı qalmaqallarda hallanan Vasilevaya belə canfəşanlıqla sahib çıxılması heç bir məntiqə sığmır.
Ən nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, Vasilevanın bu təyinata qədər rəsmi vəzifəsi olmadığı halda belə Gənclər və İdman Nazirliyinin idarəçiliyinə müdaxilə etdiyinə dair iddialar var. Cavid Qurbanov ona rəsmi status verməklə bu qanunsuz "kölgə idarəçiliyini" leqallaşdırır və onu məsuliyyətdən qaçıracaq yeni bir sığınacaqla təmin edir. Sabah federasiyada baş verəcək hər hansı bir qanunsuzluğa görə mənəvi və hüquqi məsuliyyət birbaşa Federasiya prezidenti kimi Cavid Qurbanovun üzərinə düşəcək. Hətta ona Vasilyevanı görəvləndirmək tapşırığı nazir Fərid Qayıbovdan gəlsə belə...
Sonda onu da vurğulayaq ki, Cavid Qurbanovun bu addımı Azərbaycan idmanının nüfuzuna vurulan növbəti zərbədir. Müsbət imici olmayan, rəsmi qaydada cəzalandırılmış bir şəxsə vəzifə vermək dövlət və ictimai maraqlardan deyil, yalnız idman sahəsindəki yüksək vəzifəli şəxslərin şəxsi maraq və ambisiyalardan xəbər verir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Dünən, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru