"Şikayətim "Baku Electronics"dəndir. Ayın 9-u 40 manata, guya orijinal qulaqcıq almışam..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Gülnarə Osmanlı adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ayın 11-i günü qulaqcıq qəflətən dayandı və bir daha işləmədi. İndi nə dəyişdirirlər, nə qaytarırlar. Neçə gündür get-gələ salıblar. Servis mərkəzinə də göndərdilər məni, qulaqcıqdan ötrü durub servisə getmişəm. Orada mənə deyir ki, zəmanət kağızı yoxdu buna biz baxmırıq. Mən anlamıram onda satıcı məni niyə Servisə göndərir? Bilmir ki, zəmanət kağızı verməyib? Və məni günahlandırırlar ki, mən tələb etməli imişəm... Bu məsələni burda qoymayacağam, siz məni tanımırsınız. "Antiinhisar"a şikayət edəcəm, defekt malı kiməsə sırıyıb, sonra arxasında durmamaq nədir öyrənəcəksiniz..."

















