Salyan YPX-sindən gələn cərimə bildirişi aləmi bir-birnə vurdu - ŞOK: Kombayn radara düşüb!
Tarix: 19-06-2014, 10:20 | Çap et
 DİA.AZ: - Redaksiyamıza üst-başı toz-torpağa, mazuta bulaşmış bir kişi gələrək, Salyan YPX-sinin rəisi Eldəniz İmamyarovdan şikayətləndi. Səbəbini soruşduqda cibindən bir zərf çıxararaq “hamısı orada yazılıb” dedi.
Salyan rayonunun Ərabqardaşbəyli kənd sakini, mexanizator Səlim Hüseyinov barədə MMX seriyalı, 416767 saylı inzibati xəta haqqında pratokol tərtib olunub. Xəta isə ondan ibarətdir ki, adam idarə etdiyi kombaynla müəyyən olunmuş sürət həddini aşıb və radar qurğuları bunu qeydə alıb.
Əvvəl elə fikirləşdik ki, YPX əməkdaşları radar qurğularını taxıl zəmilərində qurubmuş. Və Salyan sakini də həm zəmidə başqa nəqliyyat vasitələrinin olmamağından istifadə edib, həm də vərinin qabağa getməsi üçün nəhəng texnikanın qazını basıb.
Amma dərhal da düşündük ki, başqa şəxslərə təhlükə yaratmırsa bu adam niyə izlənməliydi?
Bir də ki, avtomobil yolları kimi məgər zəmidə də sürət həddi müəyyən olunurmu?..
Sənədə baxanda isə gördük məsələ biz düşündüyümüz kimi olmayıb. Hadisə həqiqətən magistral yolda baş verib.
Sürət həddini aşmaqda 52 BG 864 dövlət qeydiyyat nömrə nişanlı “Hunday-Santafe” sahibi Rüfət İsmaylov təqsirləndirilir.
Protokolda qeyd olunur ki, həmin avtomobil Baki-Qazax magistral yolunda 78km/saat –la radara düşüb. Qeyd olunan yolda sürət həddi 90-110 arası müəyyən olunmağı qalsın bir yana, tamamilə başqa şəxsə aid bildirişin biçarə mexanizatora göndərilməyi və bundan sonra baş verənlər təəccüb doğurur.
Salyan YPX-sinin rəisi Elədniz İmamayarovun imzasıyla pratakola əlavə edilmiş məktubda Səlim Hüseynov polis idarəsinə dəvət olunub.
Adam gedib və YPX əmakdaşlarına texniki səhvə yol verdiklərini anlatmaq istəyib. “Bildirdilər ki, “Hunday-Santafe” sənin deyilsə belə, hər halda kombaynın var, gündə 200 manat qazanırsan, axşam evə “xırman payı” da aparırsan. Bu qədər vaxtda biz tərəfə baxmadığından evinə məktub yollamışıq. Düz və yaxud da səhv, ödə, sonra araşdırarıq.Verməsən kombaynla yola çıxma. Bizə məlumat da daxil olub ki, sən çöldə piyvə içirsən, gözümüzə görünsən, vay halına- texnikanı cərmə meydançasına gətirəcəyik.”
Səlim deyir ki, narahatlığı texnika ilə bağlı deyil: “Kombayn özümün deyil, “Aqroservis”indi: Onsuz da ondan bir xeyir götürmürəm, qazancını da üstünə qoyuram. Qorxum odur ki, biçinin qızğın çağı kombayn çatışmayan bir vaxtda YPX əməkdaşları bunu əlimdən alar. Mən əhaliyə vəd vermişəm, bəzilərindən beh almaşam. İndi bir sahədən o birnə qorxa-qorxa, Allaha yalvara-yalvara keçirəm ki, yol polisi ilə rastlaşmayım. Amanın gunüdür, məni bu bəladan qurtarın, camaatın yanında üzüqara qalmayım.” \\ infom.az \\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38 |
|
|
|
| • AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
| • 730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21 |
|
|
|
| • Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17 |
|
|
|
| • Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11 |
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45 |
|
|
|
| • Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39 |
|
|
|
| • Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36 |
|
|
|
| • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33 |
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15 |
|
|
|
| • Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11 |
|
|
|
| • “Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59 |
|
|
|
| • BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54 |
|
|
|
| • Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
| • Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42 |
|
|
|
| • Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34 |
|
|
|
| • Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26 |
|
|
|
| • Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24 |
|
|
|
| • “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22 |
|
|
|
| • Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13 |
|
|
|
| • “AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Dünən, 12:11 |
|
|
|
| • "Qarabağ" Dani Boltla yolları ayırıb
Dünən, 12:08 |
|
|
|
| • Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Dünən, 12:02 |
|
|
|
|