Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!
Tarix: 8-05-2024, 10:25 | Çap et
 Sumqayıt şəhər sakini Aytəkin Bayramova övladının təhsil aldığı Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə bullinqə məruz qaldığını iddia edir. Yeniavaz.com-a müraciət edən A. Bayramova iddia edir ki, məktəbin müəllimləri – sinif rəhbəri S. S. və tarix müəllimi N. K. VIII sinifdə təhsil alan qızını təhqir edir, məktəbdən çıxması üçün ona təzyiq göstərirlər. Onun sözlərinə görə, övladı sözügedən şəxslər və onların məktəbdə övladına qarşı yaratdığı mühit nəticəsində özünü öldürmə həddinə çatdırılıb. A. Bayramova deyir ki, bununla bağlı məktəb rəhbərliyinə müraciət etsə də, məhəl qoyan olmayıb. Valideyn övladının həyatının təhlükədə olduğunu, təcili tədbir görülməyəcəyi təqdirdə canına qəsd edəcəyini deyir. Bildirir ki, övladı tez-tez “Özümü IV mərtəbədən atacağam”, deyir. A. Bayramovanın iddiasına görə, bunu eşidən müəllimlər isə tədbir görmək əvəzinə, onu ələ salırlar. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, valideynin şikayəti əsasında mayın 7-də İdarənin əməkdaşları tərəfindən sözügedən məktəbdə araşdırma aparılıb: “Araşdırma zamanı sinif rəhbərinin və tarix müəlliminin şagirdi təhqir etməsi faktı öz təsdiqini tapmayıb. Belə ki, araşdırma aparılan gün L. M. (şərtidir) dərsdə iştirak etmirdi. Valideyn Aytəkin Bayramovanın da iştirakı ilə adıçəkilən müəllimlərin şagirdi təhqir etməsi iddiası il bağlı L.M.-nin sinif yoldaşlarının fikirləri öyrənilib. Şifahi sorğu aparılan zaman şagirdlərin tam sərbəst olması üçün obyektiv şərait yaradılıb. Şagirdlərlə söhbət zamanı müəllimlərin L.M.-ni təhqir etmədiyi məlum olub. Şagirdlərlə söhbət zamanı onların əksəriyyəti L.M.-yə qarşı müsbət münasibət bəslədiklərini, lakin tez-tez valideyni Aytəkin Bayramova tərəfindən müxtəlif təzyiqlərə məruz qaldıqlarından, onunla münasibət qurmaqdan ehtiyat etdiklərini bildiriblər”. İdarədən bildirilib ki, həmçinin vətəndaşın müraciətində qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərliyi, psixoloq, şagirdin sinif rəhbəri və məktəbin tarix müəlliminin iştirakı ilə görüş keçirilib, valideyn və müəllimlər arasında mövcud konflikt və ziddiyyətlərə dair müzakirə aparılıb: “Məlum olub ki, məktəbin tarix müəllimi valideynin tez-tez onun işgüzar nüfuzuna xələl gətirəcək şikayətlər etməsi və sonuncu telefon əlaqəsi zamanı vətəndaş Aytəkin Bayramovanın onu təhqir etməsi ilə əlaqədar onu məhkəməyə verəcəyini bildirib. Buna görə də müəllim və valideyn arasında ola mövcud konflikt böyüyərək münaqişəyə çevrilib”. Qeyd olunub ki, valideyn də öz növbəsində tarix müəllimindən şikayət edib. “Vətəndaş Aytəkin Bayramova ilə söhbət zamanı, onun öz azyaşlı övladını intihara sövq edəcək ifadələr səsləndirməsi, məktəbin hündür mərtəbəsindən özünü atmasını təlqin etməsi müşahidə olunub”, - İdarədən bildirilib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
| • Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Bu gün, 12:55 |
|
|
|
| • Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Bu gün, 12:49 |
|
|
|
| • “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Bu gün, 12:48 |
|
|
|
| • Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26 |
|
|
|
| • "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24 |
|
|
|
| • “Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21 |
|
|
|
| • FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19 |
|
|
|
| • Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41 |
|
|
|
| • Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37 |
|
|
|
| • Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49 |
|
|
|
| • Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47 |
|
|
|
| • Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45 |
|
|
|
| • “Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18 |
|
|
|
| • “İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11 |
|
|
|
| • ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56 |
|
|
|
| • Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47 |
|
|
|
| • Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
| • "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41 |
|
|
|
| • Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
| • "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24 |
|
|
|
| • Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03 |
|
|
|
| • Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46 |
|
|
|
| • Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43 |
|
|
|
| • Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40 |
|
|
|
| • Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34 |
|
|
|
| • Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29 |
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
|