Coşqun Cəbrayılovun ÖZÜ PROBLEMƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!
Tarix: 8-09-2023, 09:01 | Çap et
 Bakının Nizami rayon sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçilik və fəaliyyətsizliyindən şikayət edirlər. Onlar deyirlər ki, Nizami rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur. Yeni icra başçısı Coşqun Cəbrayılov isə bir ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşə və ünsiyyətə nail ola bilməyiblər.
Məsələn, rayonun Bəhruz Nuriyev küçəsi, 1/77 ünvanda yerləşən binanın sakinləri 2 ildən çoxdur ki, problemlərini həll edə bilmirlər. Onların sözlərinə görə, bina cari və əsaslı təmir edilmədiyindən yağmurlu havalarda binanın damından mənzillərə su sızır, yaşamaq problemə çevrilir. Sakinlər ötən qışda problemi 76 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi (Az 1119, Çobanzadə küçəsi 57) Tofiq Hacıyevə bildirsələr də, o MKİS-in balansında təir üçün vəsaitin olmadığını deyib. Rayon icra hakimiyyətinin təsərrüfatı şöbəsinin baş məsləhətçi Eldar Məmmədov da sakinlərə və binada yaşayan Qarabağ qazilərinə konkret cavab verməyib.
Bina sakini, müharibə iştirakçısı Şahin Amanovun icra başçısına etdiyi rəsmi müraciətə isə başçının birinci müavini Qərib Məmmədov cavab verib. O, sakinin şikayətini Nizami Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Firdovsi Cəbrayılova yönləndirib, məktubun nüsxəsini də Şahin Amanova göndərib. Cavab məktubunda bildirilir ki, sakinlərin müraciətinə əsasən onlara köməklik göstərilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətə isə tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev cavab verib. O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti üzrə müraciət edilib. Amma yenə də nəticə olmayıb və sakinlər problemin dərinləşdiyini bildirirlər.
Sakimlər deyirlər ki, bu, süni süründürməçilikdir və yenidən yağmurlu havalarda eyni problemlə üzləşəcəklər. Onlar bürokratik sistemin problemi qəsdən uzatdığını iddia edirlər. İcra başçısı Coşqun Cəbrayılovla görüşmək isə müşkülə çevrilib. Binanın həyətində toplaşan sakinlər deyirlər ki, Cəbrayılov sələflərindən geri qalmır. Coşqun Adil oğlu Cəbrayılov 2022-ci ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib. “Görünür, Cəbrayılovun məmur kimi işi vəzifələri gəzməkdir, rayonu deyil, əgər rayonu gəzsəydi, nə qədər problemlərin şahidi olacaqdı. Faktiki bu rayon başsız qalıb, dərdlərimizə baxan yoxdur”, – deyə sakinlər qeyd ediblər. Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Bayram adlı şəxs və MKİS rəisi Tofiq Hacıyev “Arqument.az”a deyib ki, binanın əsaslı təmiri üçün müraciət edilib, amma nə vaxt təmir olunacağı bəlli deyil. Gün ərzində icra başçısı Coşqun Cəbrayılovla əlaqə saxlamaq olmayıb. Heç Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Firdovsi edilən zənglərə də cavab verməyib. //arqument.az//   

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27 |
|
|
|
| • ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15 |
|
|
|
| • “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07 |
|
|
|
| • İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02 |
|
|
|
| • “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
| • Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37 |
|
|
|
| • Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32 |
|
|
|
| • Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27 |
|
|
|
| • Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24 |
|
|
|
| • Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20 |
|
|
|
| • NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17 |
|
|
|
| • Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14 |
|
|
|
| • ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12 |
|
|
|
| • AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
| • Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55 |
|
|
|
| • Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49 |
|
|
|
| • “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48 |
|
|
|
| • Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26 |
|
|
|
| • "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24 |
|
|
|
| • “Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21 |
|
|
|
| • FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19 |
|
|
|
| • Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41 |
|
|
|
| • Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39 |
|
|
|
| • Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37 |
|
|
|
| • Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49 |
|
|
|
| • Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47 |
|
|
|
| • Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45 |
|
|
|
| • “Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18 |
|
|
|
| • “İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
| • ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56 |
|
|
|
| • Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47 |
|
|
|
| • Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44 |
|
|
|
| • "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41 |
|
|
|
| • Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35 |
|
|
|
| • "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24 |
|
|
|
| • Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03 |
|
|
|
| • Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46 |
|
|
|
| • Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43 |
|
|
|
| • Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40 |
|
|
|
| • Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34 |
|
|
|
| • Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29 |
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56 |
|
|
|
|