Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları .....                     Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                     Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR .....                     Rusiya onların "ovuna" çıxa bilər .....                     Gecə saatlarında Bakıda biabırçı mənzərə: .....                     Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... .....                     "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" .....                     Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... .....                     Sifarişi ləğv edib, qiyməti qaldırdılar... .....                     "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." .....                     Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... .....                     ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək .....                     “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ .....                     İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT .....                     “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? .....                     Vergi idarəsinin rəisi QOÇULUQ EDİR .....                     Xəstəxana qarşısında parklanma tələsi .....                     Ələkbər Yasamallının ailəsində xeyir iş... .....                     Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? .....                     Qarabağla bağlı sensasion sənəd üzə çıxdı .....                     NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                     Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı .....                     ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib .....                     AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                 

Ağstafa təhsili görün kimlərə əmanətdir... - BU NƏDİ BELƏ?
Tarix: 13-07-2023, 10:12 | Çap et
Ağstafa təhsili görün kimlərə əmanətdir...
Bir müddət bundan öncə redaksiyamıza Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalovla, adı çəkilən bu qurumun kargüzar mütəxəssisi Mustafayeva Afaq Rafayıl qızı arasında baş verən olaylarla bağlı xeyli məlumatlar daxil olmuşdu. Düzdür, daxil olan məlumatlar əsasında Deryaz.az saytında yazı yayımlanmazdan öncə, sektor müdiri Mədət Zeynalovla əlaqə saxladıq və qarşı tərəf olaraq ondan məsələlərə münasibət bildirməsini xahiş etdik. Təəssüflər olsun ki, adı çəkilən bu vəzifə sahibi redaksiyamıza daxil olan məlumatlarla bağlı heç bir münasibət bildirmədi, yaxud da bildirmək istəmədi. Mədət Zeynalovun belə bir yanaşmasından sonra məcbur olub 13 iyun 2023-cü il tarixdə Deryaz.az saytında “MƏDƏT ZEYNALOVUN HƏDIYYƏ ETDIYI FƏXRI AD NIYƏ ARVADINI QANE ETMƏYIB” başlıqlı yazı yayımladıq.

Qeyd edək ki, 18 iyun 2023-cü il tarixdə, saat 12:00 radələrində bir nəfər xanım 055-904-83- .. nömrəli mobil telefonla Deryaz.az saytının rəhbərliyinə məxsus 051-516-66- .. nömrəli mobil telefona zəng edir və özünün Nərgiz Musayeva adlı xanım olduğunu bildirir. Telefon danışığı zamanı həmin xanım “Mənim adım Nərgiz Musayevadır, Milli Təhlükəsizlik, MTN-nin mətbuat- informasiya şöbəsində çalışıram. Milli MTN-nin, milli təhlükəsizlik xidmətinin mətbuat xidmətinin rəhbəriyəm” də deyir. Bundan əlavə, həmin xanım telefon danışığı zamanı redaksiya rəhbərliyini müəyyən mənada təhdid də edir. Hətta o, redaksiya rəhbərliyinə “Sən 4 il həbs olunacaqsan və 5 min manat məbləğində cərimə də ediləcəksən” də deyir. Ümumiyyətlə, telefon danışığı zamanı özünü DTX-nin əməkdaşı deyə təqdim edən həmin xanımın danışdıqlarına qulaq asdıqdan sonra, redaksiya əməkdaşlarında müəyyən şübhələr baş qaldırır. Yəni, az sonra Deryaz.az saytı əməkdaşının apardığı jurnalist araşdırmaları zamanı bəlli olur ki, 055-904-83- .. nömrəli mobil telefon nömrəsi Mustafayeva Afaq Rafayıl qızına məxsusdur və sadəcə olaraq o, bir qədər qabaqdangəlmişlik etmək məqsədilə özünü qarşı tərəfə Nərgiz Musayeva deyə təqdim edir. Ola bilər ki, Afaq Mustafayeva bu cür addımını atmaqla hansısa məqsədinə nail olmaq istəyib. Amma, xanım Mustafayeva onu unudub ki, DTX-nin əməkdaşı olmadan hansısa məqsədini həyata keçirmək məqsədilə bu dövlət qurumunun adından sui-istifadə etmək hər kəsin əməlində, o cümlədən Afaq Mustafayevanın da əməlində cinayət məsuliyyətİ yaradır. Qeyd edək ki, bu məsələ ilə bağlı aiddiyyatı üzrə dövlət qurumlarına rəsmi qaydada müraciət etmişik ki, olayın varlığı tam dəqiqliklə araşdırılsın. Məsələnin düşündürücü tərəfi odur ki, Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun əməkdaşı olan Afaq Mustafayeva, hələ də atdığı addımının məsuliyyətinə əhəmiyyət vermir və o, qarşı tərəfi cəzalandırmaq məqsədilə Gədəbəy və Yasamal Rayon Məhkəmələrinə iddia tələbi ilə müraciət etməyi daha məqbul hesab edir. Daha biabırçı halın varlığı ondadır ki, iddia ərizəsində cavabdeh qismində qoyulan Tağıyev Habil Bəhlul oğlu Gədəbəy rayonunda anadan olsa da, bu gün onun nə yaşayış yerinin, nə də ki, qeydiyyat ünvanının Gədəbəy rayonuna heç bir aidiyyatı yoxdur. Bu da onu söyləməyə əsas verir ki, iddiaçılar Mustafayev Bayram Ruzman oğluna və Mustafayeva Afaq Rafayıl qızına hüquqi istiqamət verən, yaxud da hüquqi köməklik göstərən şəxs(lər) “müəkəmməl hüquqi təhsilə” sahibdirlər. Yəqin ki, Yasamal Rayon Məhkəməsində aparılacaq ədalətli məhkəmə araşdırmaları lazımi həqiqətləri üzə çıxarmağa imkan verəcək.



Redaksiyamıza daxil olan bəzi məlumatlara görə, Afaq Mustafayevanın belə bir addımlarını atması üçün Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalov “arxa cəbhə”də durur və o, bu xanıma daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edərək müəyyən təsirlərini göstərir. Qeyd edək ki, sektor müdiri nə qədər “dağlara çəkilsə də”, bu şəxsin əməlləri müəyyən yollarla geniş ictimaiyyətin diqqətinə çatdırılır. Məsələn, son vaxtlar ayrı-ayrı media qurumlarında Mədəd Zeynalovun qanunsuz fəaliyyəti barədə silsilə tənqidi məqalələr yayımlanmaqdadır. Məqalələrdə qeyd olunur ki, bu rayonun təhsil sahəsində korrupsiya əməllərinin miqyası genişləndiyindən, Ağstafada təhsiln inkişafı istiqamətində faktiki olaraq heç bir əməli iş görülmür və məktəb direktorlarının hər biri “tasa” otuzdurulub. Belə bir səbəbdən də, bu rayonun təhsilində korrupsiya halları baş alıb getməkdədir. Adicə bir faktı qeyd edək ki, yayımlanan məqalələrdə müəlliflər qeyd edirlər ki, Ağstafa təhslinin “şefi” Mədəd Zeynalov, Bakı şəhərinin mərkəzində qiyməti 150 min manata yeni ev-villa alıb. Bundan əlavə, Rayon Təhsil şöbəsinin yaxınlığında bu şəxsə məxsus ət dükanı var ki, həmin dükanı Mədəd Zeynalovun dayısı Hidayət Məmmədov Hidayət işlədir. Deyilənə görə Hidayət Məmmədov ət dükanını işlətməkdən əlavə o, Mədəd Zeynalovun pul yığımı işlərinə də baxır.



Bundan başqa, Ağstafa təhslinin “şefi” rayonun 1 saylı tam orta məktəbində laborant vəzifəsində işləyən Hacıyeva Könül Arif qızını heç bir əsas olmadan işdən çıxarır və xanım Hacıyevanın işə bərpa olunması haqda məhkəmə qərarı olsa da, Mədəd Zeynalov 1 sayli tam orta məktəbin direktoru Ramiz Nəsirovla əlbir olaraq, çıxarılmış məhkəmə qərarının icra olunmasına imkan vermir. Yəni, bütün bunlar haqda bəzi media qurumlarında məqalələr yayımlanıb.

Mədəd Zeynalovun əməlləri ilə bağlı yayılan söz-söhbətlərdən biri də, bu şəxsin 01 oktyabr 2020-ci ildə sektor müdiri təyin olunduqdan təqribən 15-20 gün sonra sonra, Afaq Mustafayevanın həyat yoldaşı Bayram Mustafayevin 8 min manat pulun müqabilində rayonun Qaçaq Kərəm adına orta məktəbə direktor müavini vəzifəsinə təyin olunması olur. Qeyd edək ki, Bayram Mustafayev bugünkü vəzifəsindən əvvəl Ağstafanın Mərkəzi Bazarında ayaqqabı satmaqla məşğul olur, daha sonra rayonun Qaz İstismarı Sahəsində sosial işlə təmin olunur, daha sonra isə Mədəd Zeynalovun təyinatı bu şəxsin “bəxtini açır” və o, direktor müavini vəzifəsinə yüksəlir. Belə bir təyinatdan sonra kənd sakinləri arasında müəyyən söz-söhbətlər də baş qaldırır və hər kəs öz-özünə sual edir ki, görəsən bu ailə 8 min manatı necə və hardan əldə ediblər? Sən demə həmin vaxtlarda kasıbçılıqdan əziyyət çəkən Mustafayevlər ailəsi özlərində güc taparaq “riskə gedirlər” və bankdan kreditə pul götürürlər ki, Mədəd Zeynalovun maddi-maraqlarını təmin edə bilsinlər. Qeyd edək ki, bu kimi olaylarla bağlı bir neçə il bundan əvvəl bəzi media qurumlarında məqalələr yayımlansa da, nədənsə nə Mədəd Zeynalov, nə də ki, Mustafayevlər ailəsinin üzvləri bu kimi məsələlərdə susmağa və heç bir münasibət bildirməməyə qərar verirlər. Əldə etdiyimiz bəzi məlumatlara görə, Qaçaq Kərəm adına orta məktəbdə ciddi mənimsəmə faktları baş versə də, nədənsə Mədət Zeynalov baş verənlərə bu gün də göz yummaqda davam edir. Bütün bunlara baxmayaraq, biz bir media qurumu olaraq adı çəkilən bu təhsil ocağında lazımi yoxlamaların aparılması və nəticəsi barədə redaksiyamıza məlumat vermələrini xahiş etmişik.

Yayılan söz-söhbətlərdə o da qeyd olunur ki, Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalovun “əl gəzdirdiyi” ünvanlardan biri də, rayonun kənd və qəsəbələrindəki körpələr evi- uşaq bağçalarıdır. Məsələn, söylənilənlərə görə sektor müdiri ilk əvvəl körpələr evi- uşaq bağçalarına yoxlamalar göndərir, hansısa çatışmazlığı aşkara çıxartdıqdan sonra, çox keçmir ki, rəhbərliyə qarşı “səlib yürüşünə” başlayır. Bu sırada rayonun Həsənsu kəndindəki uşaq bağçasının müdirəsi Abbasova Zəkiyə Bəhram qızı da, oxşar aqibətlə üz-üzə qalan rəhbər şəxslərdəndir. Belə ki, bir müddət bundan əvvəl vəziyyət elə bir dözülməz həddə gəlib çatır ki, Zəkiyə xanım daşıdığı vəzifəsindən uzaqlaşmaq üçün Mədət Zeynalovun adına ərizə yazmalı olur. Amma, çox keçmir ki, Zəkiyə xanım Abbasovanın Ağstafa RİH-də işləyən qardaşı Nurəddin müəllim məsələyə müdaxilə etməli olur və sektor müdirinə təqdim olunan ərizə ləğv edilir. Rayonun Xətai kəndindəki uşaq bağçasının müdirəsi “Milka” ləqəbi ilə tanınan xanımın aqibəti isə tamam fərqli olur. Yəni, bu xanım Mədət Zeynalovun dözülməz idarəçiliyindən zinhara gəldiyi üçün ilk əvvəl sektor müdirinin adına işdən çıxmaq haqda ərizə yazır, təqribən bir ay keçdikdən sonra isə fikirindən daşınır. Yəni, daha sonra bu xanım yaxınları ilə məsləhətləşir və pozulmuş hüquqlarını müdafiə etdir və bir daha daşıdığı vəzifəsində qalmağı bacarır.

Məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.

Deryaz.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru