QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                     ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə .....                     Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. .....                     Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     Naxçıvanda SU KORRUPSİYASI .....                     Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi .....                     Bakıda yayın son konserti keçirilib .....                     Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür .....                     Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları .....                     Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                     Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR .....                     Rusiya onların "ovuna" çıxa bilər .....                     Gecə saatlarında Bakıda biabırçı mənzərə: .....                     Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... .....                     "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" .....                     Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... .....                     Sifarişi ləğv edib, qiyməti qaldırdılar... .....                     "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." .....                     Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... .....                     ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək .....                     “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ .....                     İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT .....                     “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? .....                     Vergi idarəsinin rəisi QOÇULUQ EDİR .....                     Xəstəxana qarşısında parklanma tələsi .....                     Ələkbər Yasamallının ailəsində xeyir iş... .....                     Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? .....                     Qarabağla bağlı sensasion sənəd üzə çıxdı .....                     NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                     Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı .....                 

Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Tarix: Bu gün, 10:13 | Çap et

Bu dəfə 11,5 milyon manatlıq və şübhəli tenderi araşdırdıq…
Elm və Təhsil Nazirliyinin şübhəli satınalma və on milyonlarla manatın dövr etdiyi tender əməliyyatları ilə bağlı bir neçə araşdırma dərc etmişik. Həmin yazılarda tenderlərin necə təşkil edildiyini, hansı şirkətlərin önə çıxdığını, nazir Emin Əmrullayevin qaynı Nihad Hənfiyev və digər yaxın çevrəsi ilə bağlı ortaya çıxan əlaqələri faktlar əsasında ictimaiyyətə təqdim etmişik. Araşdırmalarımızın ortaya qoyduğu əsas məsələ yalnız ayrı-ayrı tenderlərin taleyi deyil, burada dövlət satınalmalarının rəqabət, şəffaflıq və hesabatlılıq prinsiplərindən uzaqlaşdırılması ilə bağlı ciddi suallar yaranır.
Tenderlər ayrı elan edilib, amma hər iki tenderdə eyni və bir-birini tamamlayan məhsulların alınıb.
Elm və Təhsil Nazirliyi biznes qurumu deyil. Bu qurum dövlətin ən həssas sahələrindən birinə - təhsilə cavabdehdir. Ona görə də Nazirliyin xərclədiyi hər manat üzrə hesabatlılıq və şəffaflıq ən yüksək səviyyədə olmalıdır. Söhbət təkcə dövlət büdcəsinin vəsaitindən getmir. Ölkənin gələcəyinə ayrılan pulların göyə sovrulması, kimlərinsə varlanmasına sərf olunması strateji probemə çevrilməkdədir. Əgər milyonlarla manatlıq dövlət vəsaiti şəxsi ambisiyalara, şəxsi maraqlara və yaxın çevrələrin biznes maraqlarına xidmət edən mexanizmlərə yönəldilirsə, bu, sadəcə maliyyə məsələsi də deyil. Bu, birbaşa E.Əmrullayevin məqsədli şəkildə ona göstərilən etimada xəyanət etməsidir. Lakin o, özünə o qədər arxayındır ki, çoxsaylı suallara baxmayaraq, cəmiyyətə dolğun və inandırıcı izahat vermək ehtiyacı hiss etmir.
Bizim istəyimiz sadədir: dövlət büdcəsindən xərclənən milyonların hara, kimə və hansı əsaslarla getdiyi açıq şəkildə izah olunmalıdır. Əgər belə deyilsə, aidiyyatı dövlət qurumları bu məsələləri araşdırıb hüquqi qiymət verməlidir.
NÖVBƏTİ ARAŞDIRMA...
Bu məqalədə eyni satınalan təşkilatın keçirdiyi iki böyük STEAM tenderi araşdırılıb. Söhbət 95319 nömrəli tenderdən (portal ID-si 316744) və 96249 nömrəli tenderdən (portal ID-si 317477) olan satınalmalardan gedir.
Birincisi, tenderlər ayrı-ayrılıqda elan edilsə də, onların texniki siyahılarında bir-birini tamamlayan eyni məhsul və avadanlıq qrupları görünür.
İkincisi, hər iki tenderdə məhsulların yalnız texniki xüsusiyyətləri göstərilməyib. Bir sıra mövqelərdə birbaşa istehsalçı, marka, konkret model, məhsul seriyası və kataloq kodu qeyd olunub.
Məsələn, “STANDARD 50” adı və 50 taxta elementdən ibarət təsvir bazarda konkret “CUBORO STANDARD 50” məhsuluna uyğun gəlir. İstehsalçının rəsmi saytında da məhsul məhz bu model adı ilə təqdim olunur.
Eyni vəziyyət “Adventurer 5M Pro” modeli ilə bağlıdır. Bu, “Flashforge” şirkətinin konkret kommersiya modelidir. “VinciBot” əlavələri “MatataStudio”nun məhsul ekosisteminə, “TRUTOUCH” isə “Newline” şirkətinin konkret interaktiv panel seriyasına aiddir.
96249 nömrəli tender “Tədris laboratoriyaları və STEAM avadanlıqlarının satınalınması” adlanır. Tenderin portal məlumatında ehtimal olunan qiymət 8 milyon 322 min 867 manat 18 qəpik, dərc tarixi isə 27 sentyabr 2024-cü il göstərilir. Təkliflərin son təqdim olunma və zərflərin açılış vaxtı 28 oktyabr 2024-cü il, saat 16:00 olaraq qeyd olunub.
Tender siyahısı 993 sətirdən ibarətdir. İlk 90 sətirdə STEAM tədris resursları, robototexnika, rəqəmsal istehsal, alternativ enerji, elektronika və müxtəlif komponentlər yer alır.
Burada daha bir diqqətçəkən məqam var. Portalın hazırkı məlumatına görə, həm 95319, həm də 96249 nömrəli tenderlər üzrə təkliflərin son təqdim olunma vaxtı 28 oktyabr 2024-cü il, saat 16:00 olub. Buna görə 96249 nömrəli tenderin son tarixinin bir gün əvvəl olduğu barədə məlumat rəsmi portalın hazırkı qeydi ilə təsdiqlənmir.
Gələk əsas şübhəli məqama…
İKİ TENDER EYNİ NƏHSULLARI ALIR?
95319 nömrəli tenderdə “Flashforge” printerləri və onların hissələri, “VinciBot” əlavələri, micro dəstləri və “Newline” paneli tələb olunur. Maraqlıdır ki, 96249 nömrəli tenderdə isə yenidən “Flashforge”, “VinciBot, Matatalab”, “Newline”, “Arduino” və micro məhsulları, həmçinin müxtəlif 3D istehsal sistemləri yer alır.
Burada diqqət çəkən məqam yalnız məhsulların təkrarlanması deyil. Eyni satınalan təşkilat, eyni qalib şirkət və bir-birinə yaxın məhsul qruplarının iki tenderdə ardıcıl şəkildə yer alması texniki siyahıların necə hazırlandığı sualını ortaya çıxarır. Haqlıyıq, yoxsa yox? Bu şübhəli məqamlara və əsaslı suallara kim cavab verəcək?
Bir daha sual edirik: bu siyahılar hansı bazar araşdırmasına əsasən hazırlanıb? Konkret məhsul və modellər niyə təkrar-təkrar seçilib? Hər iki siyahıda mallar yalnız funksional göstəricilərlə təsvir edilməyib; çoxsaylı mövqelərdə istehsalçı, əmtəə nişanı, konkret model, məhsul seriyası və kataloq kodu birbaşa göstərilib.
EMİN ƏMRULLAYEVİN QAYNI NİHAD HƏNİFƏYEVİN TƏCHİZAT ZƏNCİRİNDƏKİ ROLU...
Rəsmi müqavilə reyestrinə görə, hər iki tenderin qalibi “JBA GROUP” MMC olub.
95319 nömrəli tender üzrə şirkətlə 3 milyon 563 min 854 manat, 96249 nömrəli tender üzrə isə 7 milyon 970 min 95 manat məbləğində müqavilə bağlanıb.
İki tender üzrə ümumi məbləğ 11,53 milyon manata yaxındır.
Burada diqqət çəkən əsas məqam “JBA GROUP” MMC ilə “İSTEAM” MMC arasındakı mümkün təchizat əlaqəsidir.
Nihad Hənifəyevin Elm və Təhsil naziri Emin Əmrullayevin qaynı olduğu və “İSTEAM” MMC-nin STEAM avadanlıqlarının təchizatında rol aldığı barədə məlumatlar artıq ictimaiyyətə məlumdur. Lakin “JBA GROUP” MMC-nin tenderdə qalib gəldikdən sonra avadanlıqları məhz “İSTEAM” MMC-dən aldığı barədə məlumatın rəsmi sənədlərlə təsdiqlənməsi vacibdir.
Bunun üçün iki şirkət arasındakı müqavilələr, elektron qaimələr, bank ödənişləri, anbar və təhvil-təslim sənədləri, eləcə də idxal bəyannamələri yoxlanılmalıdır.
Digər diqqətçəkən məsələ isə Nihad Hənifəyevin və onun ailə çevrəsinin “Kaspi” təhsil şəbəkəsi ilə bağlılığı barədə yayılan məlumatlardır. Açıq mənbələrdə N.Hənifəyevin əvvəllər “Kaspi”də çalışdığı və rəhbər vəzifələrdən birini tutduğu, həyat yoldaşının isə hazırda şəbəkənin məktəbəqədər təhsil müəssisələrindən birinə rəhbərlik etdiyi bildirilir. Bu məlumatlar təsdiqlənərsə, həmin əlaqələrin tender prosesində mümkün maraqlar toqquşması baxımından ayrıca araşdırılması zəruridir.
Bütün bunların fonunda tender sənədlərində konkret marka və modellərə uyğun görünən texniki tələblərin müəyyən şirkətlərin üstün mövqeyə çıxmasına təsir edib-etmədiyi də araşdırılmalıdır.
Əsas suallar bunlardır: Avadanlıqlar həqiqətən hansı şirkətdən alınıb? Qiymət necə formalaşıb? “JBA GROUP” ilə “İSTEAM” arasında maliyyə əlaqəsi olubmu? Tender şərtləri konkret məhsullara uyğun hazırlanıb? Və bütün bu prosesdə maraqlar toqquşması yaranıbmı?
Bu suallara cavab vermək üçün yalnız tender protokolları deyil, müqavilələrdən tutmuş bank ödənişlərinə və idxal sənədlərinə qədər bütün təchizat zənciri araşdırılmalıdır.
NAZİRİN DOSTU VALEH MİRZALIYEVİN MƏSULİYYƏTİ...
Tenderləri keçirən qurum Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir. Nazirliyin rəsmi saytında Valeh Mirzalıyev idarənin müdiri kimi göstərilir.
Bu o deməkdir ki, idarənin rəhbəri satınalmaların təşkili, daxili nəzarət və idarəetmə qərarları üzrə birbaşa məsul şəxslərdən biridir.
Bu tenderdə konkret marka və modellərə uyğun görünən tələblərin müəyyən şirkətlərin rəqabət imkanlarını məhdudlaşdırdığına dair suallar yaranırsa, Valeh Mirzalıyevin də prosesdəki rolu araşdırılmalıdır. Xüsusilə texniki şərtlərin kim tərəfindən hazırlanması, satınalma komissiyasının necə formalaşdırılması, tender protokollarının kim tərəfindən təsdiqlənməsi və müqavilənin icrasına kimin nəzarət etməsi aydınlaşdırılmalıdır.
ELNUR ƏLİYEVİN ROLU VƏ QANUNSUZLUĞUN TƏSDİQİ...
Elnur Əliyev Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir və O, həm də nazirin müşaviridir.
Tender sənədlərində texniki siyahıların məhz Elnur Əliyev tərəfindən təsdiqləndiyini göstərən ayrıca imza və ya əmr açıq şəkildə yayımlanmayıb. Lakin məlum olan odur ki, bu siyahılar Təhsil İnstitutu tərəfindən Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edilib. Tender portalında da satınalan təşkilat kimi məhz həmin idarə göstərilir.
Əgər texniki tələblər Təhsil İnstitutunda hazırlanıb və rəhbərliyin razılığından keçibsə, Elnur Əliyevin bu prosesdəki rolu ayrıca araşdırılmalıdır. Burada əsas suallar bunlardır: Marka və modellər niyə texniki şərtlərə daxil edilib? “Və ya ekvivalent” ifadəsi niyə göstərilməyib? Bu seçim hansı bazar araşdırmasına əsaslanıb?
Bu sualların cavabı xidməti yazışmalarda, təsdiq vərəqlərində, əmrlərdə, iclas protokollarında və digər sənədlərdə ola bilər.
Elnur Əliyevin əvvəlki illərdə “Kaspi” Təhsil Şirkətinin direktoru kimi çalışdığı şirkətin rəsmi materiallarında da göstərilir.
Açıq media materiallarında isə Nihad Hənifəyev və “İSTEAM” MMC-nin direktoru kimi təqdim olunan Zamiq Məmmədovun da (nazirin sinif yoldaşı) həmin dövrdə “Kaspi” strukturlarında Elnur Əliyevin rəhbərliyi altında çalışdıqları bildirilir. Bu məlumatlar əmək müqavilələri, əmrlər, rəsmi bioqrafiyalar və şirkət sənədləri ilə təsdiqlənərsə, həmin şəxslər arasında əvvəlcədən mövcud olan peşəkar əlaqələri göstərən fakt kimi qiymətləndirilə bilər.
Əgər araşdırma nəticəsində tenderin əvvəlcədən müəyyən şirkətə uyğunlaşdırıldığı, vəzifəli şəxslər arasında razılaşma olduğu və bundan maliyyə faydası əldə edildiyi sübuta yetirilərsə, artıq məsələ daha ağır hüquqi müstəviyə keçməlidir, dövlətə dəymiş ziyana görə məsuliyyət yaranmalıdır. Halbuki, buna əsaslı şübhələr də var və onları sadalamışıq.
Bu səbəbdən araşdırılmalı əsas məsələ sadəcə “kim kimi tanıyır?” sualı deyil. Əsas sual budur: texniki şərtləri kim hazırlayıb, bu şərtlər kim tərəfindən təsdiqlənib, tenderin qalibi necə müəyyənləşib və dövlət vəsaitinin hərəkəti hansı zəncir üzrə baş verib?
EMİN ƏMRULLAYEV BU SUALLARA CAVAB VERMƏLİDİR:
1. Eyni qalibin iki tender üzrə ümumilikdə 11 milyon 533 min 949 manat 20 qəpiklik müqavilələr əldə etməsi hansı bazar araşdırması və qiymət müqayisəsi ilə əsaslandırılıb?
2. Mümkün qohumluq və kommersiya əlaqələri satınalma komissiyasına bəyan edilibmi?
3. Marka və modellərin seçilməsindən əvvəl hansı bazar araşdırması aparılıb?
4. Ekvivalent məhsulların təklif edilməsinə faktiki olaraq icazə verilibmi?
5. Texniki şərtlərin hazırlanmasında “İSTEAM” MMC və ya onunla kommersiya əlaqəsi olan şəxslər iştirak edibmi?
6. Qalib təchizatçı malları hansı şirkətdən və hansı qiymətə alıb?
7. İdxal, daxili topdansatış və dövlətə yekun satış qiymətləri arasındakı fərq necə əsaslandırılıb?
8. Məhsul və miqdarlar məktəblərin real tələbatından çıxış etməklə, yoxsa mövcud məhsul kataloqu əsasında müəyyənləşdirilib?
9. Texniki siyahılar Təhsil İnstitutunda kimlər tərəfindən hazırlanıb və Elnur Əliyevin imza və ya təsdiq rolu olubmu?
10. Elnur Əliyev, Nihad Hənifəyev və Zamiq Məmmədov arasında göstərilən keçmiş “Kaspi” əmək münasibətləri hansı ilkin sənədlərlə təsdiqlənir və satınalma qərarlarına faktiki təsiri olubmu?
ŞÜBHƏLİ MƏQAMLARDAN ƏLDƏ OLUNAN NƏTİCƏLƏR...
BİRİNCİ MƏQAM:
95319 və 96249 nömrəli, portalda 316744 və 317477 ID-ləri ilə qeydiyyata alınan iki tenderin mal siyahıları adi texniki tələblərdən daha çox konkret məhsullar kataloqunu xatırladır.
Xüsusilə ikinci tenderin ilk 90 mövqeyində “Flashforge Adventurer AD5M Pro”, “Newline TruTouch”, “VinciBot Creator Kit”, “BBC micro CZ0393”, “Snapmaker A250”, “Matatalab Pro”, “Geeetech A20T”, “Tello”, “VEX” və digər konkret marka və modellər göstərilib. Sənədlərdə “və ya ekvivalent” ifadəsinin görünməməsi rəqabətin məhdudlaşdırılması ilə bağlı ciddi suallar yaradır və “Dövlət satınalmaları haqqında” Qanunun 22.3-cü maddəsi baxımından araşdırılmalıdır.
İKİNCİ MƏQAM:
İki tender üzrə qalib yalnız “JBA GROUP” MMC olub. Müqavilələrin ümumi məbləği isə 11 milyon 533 min 949 manatdır.
ÜÇÜNCÜ MƏQAM:
Bu tenderlərdə əsas suallardan biri “JBA GROUP”un avadanlıqları hansı şirkətlərdən aldığıdır. Nihad Hənifəyev, “İSTEAM” MMC və digər şəxslərlə bağlı irəli sürülən təchizat əlaqələrinin olub-olmadığı müqavilələr, gömrük sənədləri, elektron qaimələr və bank ödənişləri əsasında yoxlanmalıdır.
DÖRDÜNCÜ MƏQAM tender prosesində vəzifəli şəxslərin roludur. Satınalan təşkilatın rəhbəri Valeh Mirzalıyevin idarəetmə və nəzarət məsuliyyəti, texniki siyahıların Təhsil İnstitutunda hazırlanması və ya təsdiqlənməsi təsdiqlənərsə, Elnur Əliyevin prosesdəki rolu, Nihad Hənifəyev, Zamiq Məmmədov daxil olmaqla, bu şəxslərin ümumilikdə yaxın əlaqələri və işbirlikləri araşdırılmalıdır.
Müəllif: Samir Feyruzov - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru